19 Mart 2026 08:00
236
SİYASƏT
A- A+
Regional liderlik missiyası

Regional liderlik missiyası


Prezident İlham Əliyev Azərbaycanı qlobal proseslərdə söz sahibi olan ölkəyə çevirib


Bəşəriyyət son onilliklərin ən mürəkkəb dövrünü yaşayır. Müxtəlif coğrafiyalarda baş qaldıran münaqişə ocaqları, böyük güclər arasındakı qarşıdurmalar qlobal təhlükəsizliyi təhdid edir. Belə bir qarışıq geosiyasi şəraitdə Azərbaycanın nümayiş etdirdiyi daxili sabitlik, təhlükəsizlik mühiti və xarici siyasət kursu beynəlxalq birliyin diqqət mərkəzindədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uzaqgörən siyasət Azərbaycanı qlobal proseslərdə söz sahibi olan strateji tərəfdaşa çevirib. 


Beynəlxalq diplomatiya


Bu gün beynəlxalq birlik Azərbaycanı təkcə enerji resursları ilə zəngin olduğuna görə yox, həm də regionun taleyini həll edən, sülhün və əməkdaşlığın əsas ünvanı olan ölkə kimi qəbul edir. Yürüdülən uzaqgörən siyasət nəticəsində Azərbaycan dünyada söz sahibi olan, rəyi soruşulan və etibarlı tərəfdaş kimi tanınan qüdrətli güc mərkəzinə çevrilib. 

Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallıq sülhə və qarşılıqlı hörmətə söykənir. İşğala son qoyulmasından sonra ölkəmizin irəli sürdüyü sülh gündəmi həm regional, həm də dünya miqyasında yüksək qiymətləndirilir. Buna rəsmi Bakı ilə yüksəksəviyyəli diplomatik təmasları misal göstərmək olar.

Martın 17-də Prezident İlham Əliyevlə Almaniya Kansleri Fridrix Merts arasında telefon danışığı olub. Telefon söhbəti zamanı Yaxın Şərqdə davam edən gərginlikdən narahatlıq ifadə olunub, onun Cənubi Qafqaz regionuna mümkün təsirləri barədə fikir mübadiləsi aparılıb.

Fridrix Merts Azərbaycan ilə Ermənistan arasında davam edən sülh prosesini alqışlayıb, bunun regional sabitlik üçün əhəmiyyətini qeyd edib.

Azərbaycan Prezidenti və Almaniya Kansleri ikitərəfli münasibətlərin perspektivlərini, həmçinin ölkəmizlə Avropa İttifaqı arasında əlaqələrin genişləndirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.

Prezident İlham Əliyevlə Almaniya Kansleri Fridrix Merts arasında baş tutan telefon danışığı rəsmi Bakının Avropa üçün nə dərəcədə əhəmiyyətli olduğunu bir daha təsdiqlədi. Bu, ölkəmizin sabitləşdirici roluna verilən beynəlxalq qiymət olmaqla yanaşı, Prezident İlham Əliyevin yürütdüyü balanslı və prinsipial diplomatiyanın məntiqi nəticəsidir.


Milli maraqların qətiyyətli müdafiəsi


Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılması üçün bütün platformalarda konstruktiv mövqe nümayiş etdirir. Vaşinqton sammitində əldə olunan razılaşmaların sülh prosesində həlledici rolu da buna nümunədir. Lakin Bakının sülh istəyi hər zaman milli maraqların qətiyyətlə qorunması ilə paralel aparılır. Ərazi bütövlüyünü və suverenliyini öz gücünə təmin edən ölkəmiz bölgədə hər hansı kənar müdaxiləyə imkan verməyən prinsipial mövqe nümayiş etdirir.

Müasir dünyada təhdidlərin artdığı bir dövrdə sərhədlərin nəzarətdə saxlanılması və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi Azərbaycanın daxili sabitliyini qoruyan ən mühüm amillərdən biridir. 

Bu kontekstdə Azərbaycanın quru sərhədlərini bağlı saxlaması qərarının, sadəcə, texniki deyil, tamamilə uzaqgörən dövlət strategiyası olduğu bir daha öz təsdiqini tapır. Bu uzaqgörənlik ölkəmizi xarici risklərdən sığortalayır və onun regionda təhlükəsizlik adası imicini möhkəmləndirir.

Azərbaycanın artan əhəmiyyəti həm də onun iqtisadi və logistik qüdrətinə söykənir. Ölkəmiz bu gün dünyanın enerji xəritəsini yenidən formalaşdıran bir aktordur. Bu gün Azərbaycanın 10 Avropa İttifaqı ölkəsinə qaz ixrac etməsi də buna nümunədir. "Şərq-Qərb" və "Şimal-Cənub" dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan logistik mərkəz rolunu oynayır. 

Bu iqtisadi potensial ölkəmizi beynəlxalq aləmdə əhəmiyyətli tərəfdaşa çevirib. Hazırda ABŞ-dən Çinə qədər dünyanın böyük ölkələrinin Azərbaycanı etibarlı tərəfdaş kimi tanımaları təsadüfi deyil. Onu da xüsusi vurğulamaq lazımdır ki, bu maraq təkcə enerji resursları, yaxud logistik imkanları ilə deyil, həm də ölkəmizin bölgədəki sabitləşdirici rolu ilə bağlıdır. 

Azərbaycanın xarici siyasəti həm də dərin humanizm prinsiplərinə əsaslanır. Ölkəmiz çətin anlarda ehtiyacı olan xalqlara yardım əlini uzatmaqla özünün mənəvi liderliyini də nümayiş etdirir. Ukraynaya göndərilən davamlı yardımlar və qonşu dövlətlərlə qurulan humanitar körpülər bunun bariz sübutudur.

Bu xeyirxah missiyanın ən son nümunəsi qonşu İranla olan münasibətlərdə özünü göstərir. Belə ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, İrana növbəti humanitar yardım yola salınıb. Məqsəd qonşu və dost İran xalqının mövcud ehtiyaclarının qarşılanmasına dəstək göstərməkdir. Göndərilən budəfəki humanitar yardımın ümumi həcmi 82 ton təşkil edir. Eyni zamanda Novruz bayramı ərəfəsi nəzərə alınaraq, yardım karvanına bayram sovqatı və müxtəlif Novruz məhsulları da əlavə edilib. Bu addım Azərbaycanın regionda sülh, mehriban qonşuluq və humanitar həmrəylik tərəfdarı olduğunu bir daha dünyaya nümayiş etdirir.

Bu gün Azərbaycanın qlobal arenada qazandığı diplomatik  uğurlar illərdir yürüdülən səbirli, düşünülmüş və milli maraqlara söykənən siyasətin bəhrəsidir. Dünyanın bir çox nöqtəsində qeyri-müəyyənliklərin hökm sürdüyü, hətta böyük dövlətlərin belə çətin sınaqlarla üzləşdiyi bir dövrdə Azərbaycanın sabitlik adasına çevrilməsi təsadüfi deyil. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu strategiya göstərir ki, güclü dövlət olmaq təkcə hərbi qüdrətlə deyil, həm də ağıllı tərəfdaşlıq qurmaqla, qonşularla mehriban münasibətləri qorumaqla və ehtiyacı olana humanitar yardım əli uzatmaqla mümkündür. Bu mənada tam əminliklə demək mümkündür ki, Azərbaycan həm öz milli maraqlarını qətiyyətlə qoruyur, həm də regional sülhün memarı kimi çıxış edir.


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Minlərlə dənizçi Fars körfəzi bölgəsini tərk edə bilmir

09:41
19 Mart

Xocavənd sakini: Yurdumu yenidən görmək böyük sevincdir  

09:40
19 Mart

Azərbaycanla Pakistan arasında ikitərəfli əlaqələr müzakirə olunub  

09:36
19 Mart

Xocalı rayonu sakini: İllərlə qəlbimizdə yaşatdığımız yurd həsrəti geridə qaldı  

09:35
19 Mart

Çempionlar Liqasında 1/4 finalın daha dörd iştirakçısı bəlli olub  

09:30
19 Mart

Rusiya İrana yardım etməyə davam edəcək

09:27
19 Mart

Xocavənd şəhərinə və Xocalı rayonunun Xanabad kəndinə növbəti köç karvanları yola salınıb  

09:27
19 Mart

Ceyhun Bayramov Azərbaycan-Türkiyə müttəfiqliyinin regional sülh üçün əhəmiyyətini vurğulayıb  

09:25
19 Mart

Koçaryan köhnə ssenari ilə Ermənistanı hara aparır

09:15
19 Mart

Novruz bərəkətli xeyirxahlıq ünvanı

09:10
19 Mart

Azərbaycanın taleyini yaşadı

09:05
19 Mart

Ədəbiyyatşünaslığın filosofu

09:00
19 Mart

Soyuq rənglərdən yaranan isti tablolar

08:55
19 Mart

Azərbaycan xalqının qətiyyəti, Vətən sevgisinin gücü

08:50
19 Mart

Xidmət sektoru iqtisadi inkişafın lokomotivinə çevrilir

08:45
19 Mart

Bakı "neft akademiyası" olduğunu bu gün də sübut edir

08:40
19 Mart

Azərbaycan fərqli qütblərin kəsişdiyi etibarlı məkandır

08:35
19 Mart

Humanizm prinsipləri rəsmi Bakı üçün keçici siyasi gərginliklərdən üstündür

08:30
19 Mart

Yerin təkindən istifadə ilə bağlı qanunvericilik təkmilləşdirilir

08:25
19 Mart

Prezident İlham Əliyevin sülh diplomatiyası: Aİ və ABŞ ilə strateji tərəfdaşlıq

08:20
19 Mart

Yaxın Şərqdə müharibə davam edərsə...

08:15
19 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!