20 Mart 2026 02:10
1521
Fərmanlar
A- A+
Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası üzvlərinin əməkhaqlarının artırılması və Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası üzvlərinin vəzifə maaşlarının müəyyən edilməsi haqqında" 2004-cü il 10 avqust tarixli 351 nömrəli, "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası üzvlərinin vəzifə maaşlarının müəyyən edilməsi haqqında" 2007-ci il 22 yanvar tarixli 1893 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə" 2022-ci il 1 mart tarixli 1613 nömrəli Fərmanında və "Azərbaycan Respublikası prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında" 2002-ci il 8 oktyabr tarixli 1054 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası üzvlərinin əməkhaqlarının artırılması və Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası üzvlərinin vəzifə maaşlarının müəyyən edilməsi haqqında" 2004-cü il 10 avqust tarixli 351 nömrəli, "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası üzvlərinin vəzifə maaşlarının müəyyən edilməsi haqqında" 2007-ci il 22 yanvar tarixli 1893 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə" 2022-ci il 1 mart tarixli 1613 nömrəli Fərmanında və "Azərbaycan Respublikası prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında" 2002-ci il 8 oktyabr tarixli 1054 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə


Azərbaycan Respublikası Prezidentinin Fərmanı 


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, bəzi dövlət orqanlarının rəhbər işçilərinin əməkhaqlarının artırılması məqsədilə qərara alıram:

1. "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası üzvlərinin əməkhaqlarının artırılması və Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası üzvlərinin vəzifə maaşlarının müəyyən edilməsi haqqında" 2004-cü il 10 avqust tarixli 351 nömrəli, "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası üzvlərinin vəzifə maaşlarının müəyyən edilməsi haqqında" 2007-ci il 22 yanvar tarixli 1893 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 1 mart tarixli 1613 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 3, maddə 201 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1-ci hissə üzrə:

1.1.1. 1.1-ci bənddə "3060" rəqəmləri "12000" rəqəmləri ilə əvəz edilsin;

1.1.2. 1.2-ci bənddə "2650" rəqəmləri "11000" rəqəmləri ilə əvəz edilsin;

1.1.3. 1.3-cü bənddə "2450" rəqəmləri "10000" rəqəmləri ilə əvəz edilsin;

1.1.4. 1.4-cü bənddə "2250" rəqəmləri "9000" rəqəmləri ilə əvəz edilsin;

1.2. 2-ci hissə ləğv edilsin.

2. "Azərbaycan Respublikası prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 8 oktyabr tarixli 1054 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 10, maddə 612 (CildI) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1-ci hissə üzrə:

2.1.1. "3260 manat" sözləri "13750 manat, Baş prokurorun birinci müavininin aylıq vəzifə maaşı 12650 manat, Baş prokurorun müavininin aylıq vəzifə maaşı 12100 manat" sözləri ilə əvəz edilsin;

2.1.2. aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Qeyd olunan vəzifə maaşları "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 33-4.3-cü maddəsinə uyğun olaraq əməyin beşinci ödəniş pilləsinə əsasən müəyyən edilmişdir.";

2.2. aşağıdakı məzmunda 1-1-ci hissə əlavə edilsin:

"1-1. Baş prokurora və onun müavinlərinə ali xüsusi və ali hərbi rütbələr nəzərdə tutulan vəzifələr üzrə normativ hüquqi aktlarda nəzərdə tutulmuş vəzifə maaşından, habelə pul təminatından (əməkhaqqından) hesablanan üstəlik əlavələr və birdəfəlik ödənişlər şamil edilmir. Baş prokurora və onun müavinlərinə, ali xüsusi və ali hərbi rütbələr nəzərdə tutulan vəzifələr üzrə xidmət ilindən asılı olaraq,"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 33-4.3-cü maddəsi ilə müəyyən edilmiş əməyin ödəniş pillələri üzrə baza aylıq vəzifə maaşı (birinci ödəniş pilləsi) beşinci ödəniş pilləsi üzrə aylıq vəzifə maaşı 1,1 əmsala bölünməklə, digər ödəniş pillələri üzrə aylıq vəzifə maaşı baza aylıq vəzifə maaşına münasibətdə hər pillə üzrə müvafiq olaraq 2,5 faiz artım tətbiq edilməklə müəyyən edilsin və tam ədədə (sonuncu rəqəmi "0" və ya "5" olmaqla) yuvarlaqlaşdırılsın.".

3. Müəyyən edilsin ki, bu Fərman qüvvəyə minənədək bu Fərmanın 1-ci və 2-ci hissələrində nəzərdə tutulmuş şəxslərə ödənilmiş vəzifə maaşı, əlavə, mükafat və digər ödənişlər onların bu Fərmanla müəyyən edilən aylıq vəzifə maaşına daxil edilir.

4. Bu Fərman 2026-cı il yanvarın 1-dən tətbiq edilir.


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 19 mart 2026-cı il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Xankəndidə vətəndaşlarla görüşüb  

16:24
17 Aprel

Daha iki məsələ parlamentin plenar iclasına tövsiyə edilib 

16:00
17 Aprel

Prezidentin köməkçisi: Türkiyə-Azərbaycan əməkdaşlığı regional sülh və təhlükəsizliyin mühüm sütunlarından biridir  

15:59
17 Aprel

Hikmət Hacıyev: Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən enerji layihələri qlobal enerji təhlükəsizliyinə xidmət edir  

15:58
17 Aprel

ADY xidmət coğrafiyasını genişləndirir: Kürdəmir stansiyası sərnişinlərin istifadəsinə verilir

15:57
17 Aprel

Azərbaycan və Rusiya Hökumətlərarası Komissiya çərçivəsində tarif tənzimlənməsi parametrlərini müzakirə edib  

15:56
17 Aprel

Nazir: Türkiyə ilə əməkdaşlığımız qardaş dövlətlərin enerji təhlükəsizliyinə necə töhfə verə biləcəyinin nümunəsidir  

15:54
17 Aprel

Azərbaycan-Rusiya İşgüzar Şurası çərçivəsində sənədlər imzalanıb 

15:01
17 Aprel

Şahin Mustafayev: Biz sahibkarları Azərbaycan-Rusiya iqtisadi əlaqələrində yaranmış potensialdan səmərəli istifadə etməyə çağırdıq  

15:01
17 Aprel

Xəzərin Qazaxıstan sahilində təxminən 100 ölü suiti tapılıb

14:53
17 Aprel

Nazir müavini: Azərbaycan ilə ABŞ arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib  

14:50
17 Aprel

İşğaldan azad edilmiş ərazilərdə məşğulluğun təminatı üçün ardıcıl işlər aparılır  

14:44
17 Aprel

VI “Yüksəliş”: Bakı, Abşeron-Xızı və Qarabağ iqtisadi rayonları liderdir

14:43
17 Aprel

Azərbaycan ilə Türkiyənin hakim və prokurorlarının ixtisasartırma təlimlərinin təşkili diqqətdədir  

14:40
17 Aprel

BVF Avropa ölkələrini genişmiqyaslı dövlət subsidiyalarından çəkinməyə çağırıb

14:33
17 Aprel

Türk siyasi şərhçi: Azərbaycan enerji və logistika xəritəsində sabitliyi təmin edən əsas dayaqlardan biridir  

14:32
17 Aprel

Invitation for Bids

14:28
17 Aprel

Tenderə dəvət

14:26
17 Aprel

Aleksey Overçuk: İşgüzar dairələrə “Şimal–Cənub” dəhlizinin potensialından daha fəal istifadə etmək təklif olunub  

14:19
17 Aprel

Fərhad Hacıyev: “Yüksəliş”in onlayn imtahan mərhələsində iştirakçılara 4 blok üzrə 25 sual veriləcək 

14:12
17 Aprel

Energetika naziri: Enerji təhlükəsizliyi ümumi təhlükəsizlik mühitinin vacib məsələlərindən birinə çevrilib  

14:03
17 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!