07 Mart 2025 08:00
4919
SİYASƏT
A- A+
Azərbaycan-Türkiyə birliyi türk dünyasına töhfədir

Azərbaycan-Türkiyə birliyi türk dünyasına töhfədir


Ölkəmiz hər zaman türk dövlətlərinin birləşməsinə böyük önəm verib


Ulu Öndər Heydər Əliyevin "bir millət, iki dövlət" kimi xarakterizə etdiyi  Azərbaycan-Türkiyə münasibətləri tarixindəki ən yüksək zirvəyə ucalıb. Təməl gücünü ortaq tarixi köklərimizdən, dil, din birliyimizdən alan qardaş ölkələrin ikitərəfli əlaqələri gündən-günə inkişaf edərək yeni mərhələyə qədəm qoyub, strateji müttəfiqlik səviyyəsinə qalxıb.

Danılmaz gerçəklikdir ki, məhz Türkiyə-Azərbaycan birliyi ümumilikdə regionda sülh və təhlükəsizliyin bərqərar olmasına birbaşa təsir göstərən güc amilinə çevrilib. Müasir dünyanın geosiyasi gerçəklikləri fonunda da iki qardaş ölkənin, ümumilikdə türk dünyasının həmrəyliyinin vacib çağırış olması danılmaz həqiqətdir. 

Azərbaycanla Türkiyə arasındakı qardaşlıq münasibətləri prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın dostluqları və səyləri sayəsində daha da inkişaf edir. 

Martın 5-də Ankarada İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimində çıxış edən Prezident İlham Əliyev də məhz bu məqama xüsusi vurğu etdi: "Türk dünyasının birləşməsi yolunda əziz Qardaşım, hörmətli Cümhurbaşqanının çox böyük rolu var. Onun liderliyi ilə həm Türkiyədə böyük uğurlar əldə edildi, həm türk dünyasının daha da sıx birləşməsi üçün yeni imkanlar yarandı. Azərbaycan da hər zaman türk dünyasının birləşməsinə çox böyük önəm verirdi və öz tərəfindən bu birliyi təmin etmək, bunu əbədi etmək və ortaq maraqlar və ortaq tarix üzərində əlaqələri qurmaq üçün səylərini əsirgəmirdi".


Güc birlikdədir


Azərbaycan və Türkiyə bütün beynəlxalq platformalarda bir-birilərinə dəstək verirlər, dövlətçiliyimizə, xalqlarımızın varlığına təhdidlərə qarşı birgə mübarizə aparırlar. 44 günlük Vətən müharibəsi zamanı Türkiyənin siyasi, mənəvi dəstəyini ən yüksək səviyyədə hiss etməsi Azərbaycana əlavə güc verdi. Bu, düşmənlərimizə Azərbaycanın tək olmadığını, onun Türkiyə kimi qardaşı olduğunu göstərdi. 

2020-ci il dekabrın 10-da Azadlıq meydanında keçirilən Zəfər paradında qardaş ölkələrin prezidentləri - İlham Əliyev ilə Rəcəb Tayyib Ərdoğanın yan-yana dayanması da ölkələrimizin güc birliyinin təntənəli nümayişi idi.    

2021-ci il iyunun 15-də - Milli Qurtuluş Günündə Türkiyə ilə Azərbaycan arasında tarixi Şuşa Bəyannaməsi imzalandı. Həmin əlamətdar gün Azərbaycan Prezidenti Türkiyə Prezidentini Qarabağda qarşıladı və mədəniyyət paytaxtımızda iki dövlət arasında müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi imzalandı. Türk dünyasının qələbə simvoluna çevrilən Şuşa şəhərində imzalanan bu bəyannamə ilə iki ölkə arasında əlaqələr strateji müttəfiqlik səviyyəsinə yüksəldi. 

Bəyannamədə təsbit olunub ki, bundan sonra da qardaş ölkələr çətin gündə, xoş gündə bir-birinin yanında olacaqlar. Şuşa Bəyannaməsinin vacib məqamlarından biri də sülh və əməkdaşlığı təşviq etməyə yönəlməsidir. 

Eyni zamanda bu tarixi bəyannamə Azərbaycan və Türkiyənin güc mərkəzləri kimi mövqelərinin möhkəmlənməsinə birbaşa zəmin yaradıb. O da təsadüfi deyil ki, bu gün regionla bağlı istənilən layihə məhz Türkiyə və Azərbaycanla məsləhətləşdirilərək həyata keçirilir. 


Dostluğun, qardaşlığın təzahürü


Martın 5-də Ankarada İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasiminin keçirilməsi də Türkiyə-Azərbaycan tarixinə əlamətdar hadisə kimi yazıldı. Bir əsrdən çoxdur ki, qədim yurdumuz Naxçıvan Azərbaycanın əsas hissəsindən ayrı salınıb, Ermənistanın təcavüz və işğal siyasəti nəticəsində bu bölgəmiz hələ də blokada şəraitində yaşayır. Bu baxımdan İğdır-Naxçıvan qaz kəmərinin çəkilməsinin böyük əhəmiyyəti var və bunun sayəsində Naxçıvan qazla bağlı problemdən xilas olacaq. 

Sözügedən açılış mərasimində dövlətimizin başçısı İlham Əliyev söylədi ki, bugünkü mərasim bir daha Türkiyə-Azərbaycan birliyini, dostluğunu, qardaşlığını göstərir, onun əyani təzahürüdür.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da öz növbəsində dedi ki, İğdır-Naxçıvan təbii qaz boru kəməri enerji sahəsində daha əvvəlki strateji təşəbbüslərimizi tamamlayacaq, həmçinin Naxçıvan ilə ortaq taleyimizin bir nişanəsi olacaq: "Beləliklə, Naxçıvanın enerji təhlükəsizliyini uzun illər təmin edəcək bir layihəni qardaşımla birlikdə ölkələrimizə qazandırmış oluruq".

Ümumiyyətlə, Türkiyə və Azərbaycan enerji, nəqliyyat sahələrində Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP kimi neft-qaz boru xətləri, Bakı-Tbilisi-Qars dəmir yolu kimi nəhəng layihələr reallaşdırıblar. Bu isə xalqlarımızın, ölkələrimizin rifah halının yaxşılaşdırılmasına, inkişafına, tərəqqisinə birbaşa təsir göstərir. Həmçinin bu layihələr qlobal əhəmiyyətləri ilə diqqət çəkirlər. 

Çərşənbə günü Ankarada videobağlantı formatında keçirilən açılış mərasimində çıxış edən Prezident İlham Əliyev də qeyd etdi ki, bu gün Türkiyəni Azərbaycanla birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu çox gözəl üstünlüklər təmin edir, həm ölkələrimiz üçün, həm daha geniş coğrafiya üçün: "Xüsusilə türk dünyasını birləşdirmək üçün bu nəqliyyat bağlantısının çox böyük mənası, çox böyük faydası var və təbii olaraq, Türkiyə ilə Azərbaycan arasındakı birlik, qardaşlıq bütün türk dünyasına böyük bir töhfədir".

Göründüyü kimi, Türkiyə ilə Azərbaycan arasında əlaqələr hərtərəfli şəkildə inkişaf edir. Həmçinin iki ölkənin həmrəyliyi ümumilikdə türk dünyasının birgəliyinə, qlobal gücə çevrilməsinə böyük təkan verir. Çünki hazırda dünyada yaranan yeni siyasi, iqtisadi, hərbi qütbləşmələrin qarşısına türkdilli dövlətlərin birləşmiş gücü ilə çıxmağın qalibiyyətə aparan yol olduğu da danılmaz reallıqdır.  


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Hakan Fidan: İran ətrafındakı müharibə bütün regiona yayılmaqdadır

10:38
15 Mart

Media: İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib  

22:01
14 Mart

Azərbaycan güləşçisi Avropa ikincisi olub

21:49
14 Mart

Misli Premyer Liqası: “Sabah”dan darmadağın, “Qarabağ”dan inamlı qələbə

21:19
14 Mart

Mədəniyyət naziri Hacıqabul rayonunda vətəndaşların müraciətini dinləyib  

20:47
14 Mart

BMT Baş katibi İsrail və Hizbullahı müharibəni dayandırmağa çağırıb  

20:18
14 Mart

BƏƏ-nin İraqdakı Baş Konsulluğu bir həftə ərzində ikinci dəfə vurulub  

19:39
14 Mart

Tramp: Tezliklə Hörmüz boğazını açıq, təhlükəsiz və azad edəcəyik

19:01
14 Mart

Bugünkü iməcilikdə Bakının 537 küçəsi yuyulub

18:52
14 Mart

“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb 

18:50
14 Mart

Vircil Popesku: Rumıniya Azərbaycan kimi etibarlı tərəfdaşla əməkdaşlığı gücləndirməlidir  

18:25
14 Mart

Peşəkar Çövkən Liqasında yeni mövsümə başlanılıb

18:24
14 Mart

WUF13-ün tematik prioritetləri, regional əhəmiyyəti və iştirak imkanları barədə məlumat təqdim olunub  

18:21
14 Mart

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib  

18:11
14 Mart

Azərbaycan Su İdmanı Növləri Federasiyasına yeni sədr seçilib

16:39
14 Mart

“YouTube”un bu funksiyası geri qayıdıb

16:20
14 Mart

Yalçın Rəfiyev: Azərbaycan COP31-in uğurla keçirilməsi üçün Türkiyəni dəstəkləyəcək  

16:18
14 Mart

Mərkəzi Komandanlıq: ABŞ İranın Xark adasında 90-dan çox hərbi hədəfə uğurla zərbə endirib  

16:03
14 Mart

Bu gün İrandan 6 ölkənin 60 vətəndaşı Azərbaycana təxliyə olunub

15:41
14 Mart

Komandanlıq: Bəhreyn indiyədək İrana məxsus 124 raketi və 203 PUA-nı zərərsizləşdirib  

15:31
14 Mart

Pakistanın İrandakı səfirliyinin əməkdaşı Astara sərhədindən təxliyə olunub VİDEO  

15:12
14 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!