12 Mart 2026 08:05
2899
SİYASƏT
A- A+
Azərbaycan-ABŞ strateji tərəfdaşlığı inkişaf mərhələsindədir 

Azərbaycan-ABŞ strateji tərəfdaşlığı inkişaf mərhələsindədir 


İqtisadi əməkdaşlıq texnoloji modernləşmə və rəqəmsal transformasiya üzərində yenidən inşa olunur


Yeni geosiyasi nizamın formalaşdığı bir dövrdə Azərbaycan və Amerika Birləşmiş Ştatları arasındakı münasibətlər ənənəvi diplomatik çərçivələri aşaraq, strateji tərəfdaşlığın yeni, daha yüksək səviyyəsinə yüksəlib. Ötən 30 il ərzində enerji təhlükəsizliyi çərçivəsində təşəkkül tapan əməkdaşlıq bu gün texnoloji modernləşmə, rəqəmsal transformasiya və regional sülhün təminatı kimi yeni təməllər üzərində inkişaf edir. Martın 10-da Vaşinqtonda ABŞ-Azərbaycan Ticarət Palatasının 30 illiyinə həsr olunmuş "Amerika Birləşmiş Ştatları-Azərbaycan Ticarət və Biznes Gündəliyi: Bazarların Birləşdirilməsi - Gələcəyin Qurulması" adlı beynəlxalq konfransın keçirilməsi də iki ölkə arasında tərəfdaşlığın daha dinamik mərhələyə qədəm qoyduğunu nümayiş etdirdi.

Konfransda aparıcı maliyyə və inkişaf qurumlarının iştirakı Azərbaycan bazarının amerikalı investorlar üçün ciddi maraq kəsb etdiyini və ABŞ-nin Azərbaycanla iqtisadi münasibətləri dərinləşdirməkdə maraqlı olduğunu təsdiqlədi. 

Tədbirdə çıxış edən ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışov 30 il əvvəl qoyulan vizyonun bu gün özünü doğrultduğunu və palatanın dialoq platforması kimi fəaliyyətini davam etdirəcəyini vurğulayıb. İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev isə otuz il əvvəl Amerika şirkətlərinin enerji sektorunun inkişafında oynadıqları rolu xatırladaraq, hazırda tərəfdaşlığın növbəti mərhələsinə keçildiyini diqqətə çatdırıb. O, əsas məqsədin siyasi impulsu konkret investisiya layihələrinə çevirmək olduğunu söyləyib və 30 il ərzində ABŞ-nin Azərbaycana 19 milyard dollar birbaşa investisiya yatırdığını, hazırda 200-dən çox Amerika şirkətinin ölkəmizdə fəaliyyət göstərdiyini diqqətə çatdırıb. 

Qeyd olunan statistik rəqəmlər ABŞ-nin Azərbaycan iqtisadiyyatında nə dərəcədə yer aldığını, ölkəmizin təkcə malların alıcısı yox, həm də cəlbedici investisiya mərkəzi olduğunu təsdiqləyir. Azərbaycanın müstəqillik qazandığı ilk illərdə özəl sektorlar arasında körpü qurmaq və uzunmüddətli iqtisadi əlaqələri inkişaf etdirmək kimi aydın vizyon var idi. 1996-cı ildən bəri fəaliyyət göstərən Ticarət Palatası müstəqilliyimizin ilk illərində Qərb bazarlarına çıxışda və xarici investisiyaların ölkəyə cəlb edilməsində mühüm platforma rolunu oynayıb. Ortaq maraq, etimad və fürsətə əsaslanan əməkdaşlıq ötən müddət ərzində güclü və davamlı tərəfdaşlığa çevrilib. 90-cı illərin əvvəlində qoyulan hədəflər bu gün özünü doğruldub və hazırda daha genişmiqyaslı, enerji, logistika və texnoloji sahələrdə əməkdaşlıqla əvəzlənib. 

ABŞ-Azərbaycan arasında strateji tərəfdaşlığın yeni mərhələsinin əsasını qoyan bu cür görüşlər iqtisadi əməkdaşlığın gələcək inkişafı üçün yol xəritəsini müəyyənləşdirir. Yeni yanaşmanın detallarını və regional ticarət əlaqələrinə təsirini ABŞ Dövlət katibinin enerji və kritik minerallar üzrə köməkçisinin müavini Reqqi Sinxin fikirləri aydın şəkildə ortaya qoyur. Dövlət Departamentinin rəsmisi bildirib ki, Prezident Donald Trampın Azərbaycanın dövlət başçısı İlham Əliyevlə avqustun 8-də keçirdiyi tarixi görüşlər və anlaşmalar sayəsində iki ölkə arasında münasibətlər ağlasığmaz səviyyədə dəyişib. O, Cənubi Qafqazda sülhün açarlarından birinin "Tramp marşrutu"nun yaradılması olduğunu vurğulayaraq, bu layihənin uzun müddət bağlı olan regional ticarət yollarını bərpa edəcəyini diqqətə çatdırıb. Sinxin bəyanatı regionda geosiyasi reallıqların köklü şəkildə dəyişdiyini və sülhün iqtisadi rifahın, ticarət yollarının açılmasının zəmanəti kimi çıxış etdiyini göstərir. Bəyan edildiyi kimi, 2024-cü il avqustun 8-də Vaşinqtonda keçirilən yüksəksəviyyəli təmaslar iki ölkə arasında siyasi etimadı maksimal həddə çatdırdı. Eyni zamanda regional təhlükəsizlik və iqtisadi sabitlik üçün yeni imkanlar açdı. Bu razılaşmalar tərəflərin qlobal enerji təhlükəsizliyi və logistika zəncirlərində birgə mövqe tutmasını təmin edərək, münasibətləri ənənəvi formatdan müttəfiqlik müstəvisinə keçirdi. Sinx vitse-prezident Cey.Di.Vensin Azərbaycana səfəri zamanı imzalanan Strateji Tərəfdaşlıq Xartiyasının ikitərəfli münasibətləri görünməmiş bir səviyyəyə qaldırdığını qeyd edib. Bu mühüm sənəd hər iki dövlətin bir-birinin maraqlarını rəsmən tanıması və Azərbaycanın təhlükəsizlik arxitekturasında ABŞ-nin payının artmasının təsdiqidir. Xartiya enerji, ticarət və investisiya sahələri ilə yanaşı, süni intellekt, rəqəmsal inkişaf, təhlükəsizlik və müdafiə kimi mühüm istiqamətləri də əhatə edir. 

İki ölkə arasında ticarət dövriyyəsinin mövcud vəziyyətini, Amerika biznesinin Azərbaycan bazarına marağını ABŞ Ticarət katibinin müavini Ceffri Kesslerin statistik təhlilləri bariz şəkildə əks etdirib. Kessler təkcə son bir ildə ABŞ-nin Azərbaycana ixracının 54 faiz artdığını vurğulayıb. Bu göstərici ticarət dinamikasının keyfiyyətcə yeni mərhələyə keçdiyini sübut edir və biznesin siyasi dalğalanmalara qarşı yüksək immunitetə malik olduğunu təsdiqləyir. Adətən, 50 faizdən yuxarı sıçrayışlar təsadüfi olmur. Ekspertlərin fikrincə, ABŞ-dən Azərbaycana ixracın bu dərəcədə kəskin artması bir sıra sektorlarla bağlıdır. Azərbaycanın rəqəmsal transformasiya və "ağıllı şəhər" layihələri üçün ABŞ-dən proqram təminatı və yüksək texnoloji cihazlar alınır. Eyni zamanda kənd təsərrüfatında Amerika istehsalı olan müasir suvarma sistemlərinə və texnikalara təlabat artır. 

ABŞ Azərbaycanı yüksəktexnologiyalı məhsulların ixracı üçün etibarlı tərəfdaş kimi görür. Amerika ixracatçılarının Azərbaycan bazarına olan marağının artması ölkədəki biznes mühitinin proqnozlaşdırıla bilməsi ilə bağlıdır. İndiki artım tempi qorunarsa, yaxın illərdə Azərbaycanın qeyri-neft sektorunun modernləşməsində Amerika texnologiyaları aparıcı rola sahib olacaq. Azərbaycanın iqtisadi standartları Qərb standartlarına daha sürətlə uyğunlaşacaq. 

Konfransda Azərbaycanın enerji sektoru üzrə qlobal miqyasdakı təşəbbüslərinə də toxunulub. SOCAR-ın beynəlxalq bazarlardakı fəaliyyətini genişləndirmək və enerji təhlükəsizliyi zəncirində yerini möhkəmləndirmək üçün atdığı addımları SOCAR-ın prezidenti Rövşən Nəcəf konkret faktlarla ifadə edib. Neft şirkətinin rəhbəri vurğulayıb ki, SOCAR ABŞ-dəki layihələrə qoşulmaq və pay əldə etməkdə maraqlıdır. O, artıq "Exxon" ilə əməkdaşlığa başlanıldığını və ABŞ-nin müasir texnologiyalarının, təcrübəsinin Azərbaycanın quru və dəniz layihələrində tətbiqinin Avropanın enerji təhlükəsizliyi üçün mühüm əhəmiyyət daşıyacağını qeyd edib. SOCAR-ın ABŞ bazarında pay sahibi olmaq istəyi Azərbaycanın iqtisadi ambisiyalarının qlobal miqyasda böyüdüyünü və ölkənin transmilli korporasiya kimi beynəlxalq enerji zəncirində yerini möhkəmləndirdiyini göstərir. Bu strateji qərar Azərbaycanın qlobal enerji layihələrində iştirak edən və texnologiya transferi həyata keçirən strateji oyunçuya çevrilməkdə olduğunu göstərir. 

Azərbaycan üçün ABŞ texnologiyalarına və kapitalına çıxış ölkəmizin postneft iqtisadiyyatına keçidini sürətləndirən mühüm katalizatorlardan biridir. ABŞ üçün isə Azərbaycan etibarlı, sabit və mütərəqqi bir tərəfdaşdır. 


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə əlaqədar

02:10
02 May

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında

02:05
02 May

Ə.N.Fərəcovun 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilməsi haqqında

02:02
02 May

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 8 iyun tarixli 218 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında

01:58
02 May

BİLDİRİŞ

01:57
02 May

Notification

01:56
02 May

Bakı Media Mərkəzinin istehsalı olan “Tağıyev: Məktəb” bədii filminin təqdimatı olub

23:32
01 May

Hikmət Hacıyev: Azərbaycan postmünaqişə dövrü şəhərsalma təcrübəsini beynəlxalq ictimaiyyətə təqdim edəcək  

22:27
01 May

Azərbaycan QHT-ləri Ermənistana gedən Avropa liderlərinə açıq məktub yazıb

21:43
01 May

“Bentley Baku” Rəşad Mehdiyevin yeni əsərlərini təqdim edib

21:33
01 May

Xankəndi şəhərində intellektual festival

21:09
01 May

Burundili tələbə: Müstəmləkəçilik zehniyyətindən uzaqlaşmalı, yeni bir təfəkkürə keçməliyik

21:07
01 May

“Postkolonial dövrdə gənclərin rolunun gücləndirilməsi” mövzusunda beynəlxalq Gənclər Forumuna yekun vurulub  

21:06
01 May

Tramp Aİ-dən ABŞ-yə gələn avtomobil və yük maşınları üçün tarifləri 25 faizə qaldırıb  

21:05
01 May

Media: İran ABŞ-yə sülh müqaviləsi layihəsi ilə bağlı cavab verib

21:01
01 May

DİN: Məktəbə gətirilən nəm salfetdən yaranan allergik hala görə polisə məlumat daxil olub, araşdırma başlayıb

20:48
01 May

III Çarlzın ABŞ-yə səfəri başa çatıb

20:28
01 May

Afrikada qida qıtlığı riski artır  

20:01
01 May

Nəhəng şirkətlər aşağı karbonlu enerjini necə təmin edir?

19:53
01 May

Böyük Britaniyada süni intellektlə bağlı yeni araşdırma

19:46
01 May

Gənclər milli kimlik və həmrəylik mesajları səsləndirib

19:39
01 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!