13 Mart 2025 21:32
547
SİYASƏT
A- A+
Bakı Forumunda panel müzakirəsi: “Gələcək üçün BMT paktı: Yeni qlobal konsensusun yaradılması” YENİLƏNİB  

Bakı Forumunda panel müzakirəsi: “Gələcək üçün BMT paktı: Yeni qlobal konsensusun yaradılması” YENİLƏNİB  


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumun birinci gününün sonuncu paneli keçirilib.

AZƏRTAC xəbər verir ki, Bosniya və Herseqovinanın BMT yanında daimi nümayəndəsi, Bosniya və Herseqovinanın sabiq Baş naziri, Bosniya və Herseqovinanın sabiq Baş nazirinin müavini Zlatko Laqumdziyanın moderatorluğu ilə keçirilən “Gələcək üçün BMT paktı: Yeni qlobal konsensusun yaradılması" adlı panel iclasda Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova çıxış edib.

Türkiyə Respublikası Prezidentinin milli təhlükəsizlik və xarici siyasət üzrə baş müşaviri Akif Çağatay Kılıc, Beynəlxalq Telekommunikasiya Birliyinin Baş direktorunun müavini Tomas Lamanauskas, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktorunun müavini, Nüvə Elmləri və Tətbiqləri Departamentinin rəhbəri Nəcat Moxtar, BMT 77-ci Baş Assambleyasının Prezidenti Ksaba Korosi, İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Əsəd M.Xan, Macarıstanın sabiq Prezidenti Katalin Novak və Dünya Bankının sabiq vitse-prezidenti Hafez Qanem, Sloveniyanın sabiq Prezidenti Borut Pahorun da çıxış etdikləri iclasa BMT Baş katibinin siyasət üzrə müavini Qay Rayder videoformatda qoşulub.

Qay Rayder bildirib ki, BMT-nin Gələcək üçün Paktı beynəlxalq səviyyədə əldə olunan vacib sənəddir. Bu sənəd, habelə onun ehtiva etdiyi Qlobal Rəqəmsal Saziş və Gələcək Nəsillər haqqında Bəyannamə yeni fürsətlərə və istifadə olunmamış imkanlara yol açır. Bu sənəd bütün xalqlar və millətlər üçün davamlı, ədalətli və dinc qlobal nizamın əsasını qoyacaq.

Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Baş direktorunun müavini Tomas Lamanauskas çıxışında deyib: “Biz təmiz enerji həllərini də önə çəkməliyik, çünki süni intellektlə bağlı məlumat mərkəzləri artıq planetimizdə müəyyən gərginlik yaradır”. O qeyd edib ki, “BMT və bir sıra təşkilatlar süni zəka, maliyyələşmə və təhlükəsizlik məsələləri kimi sahələrdə birgə işləyə bilmir” fikri formalaşıb. Lakin Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədləri və COP29 çərçivəsində birgə maliyyə fəaliyyəti üzrə əldə olunan irəliləyiş sübut edir ki, BMT və üzv ölkələr, təşkilatlar birgə səylər nəticəsində razılığa gələ bilirlər.

Türkiyə Respublikası Prezidentinin milli təhlükəsizlik və xarici siyasət üzrə baş müşaviri Akif Çağatay Kılıc qeyd edib ki, Türkiyə coğrafi mövqeyinə görə bütün münaqişələrin mərkəzinə çevrilib. Bu gün qonşuluğumuzda olan Qəzza, Ukrayna və münaqişə yaşanan digər bölgələrdə sabitlik çox həssasdır. Ermənistanla Azərbaycan arasında 30 illik müharibə öz həllini tapa bilmirdi. Minlərlə insanlar bu cür münaqişələrdə həyatlarını itirdi. Bu isə münaqişə tərəflərinin bir-birinə etimad göstərməməsindən irəli gəlir.

“Biz öz məsələlərimizi indidən həll etməliyik ki, gələcək nəsillər bu tələdə qalmasınlar”, - deyə Akif Çağatay Kılıc əlavə edib.

Nüvə Elmləri və Tətbiqləri Departamentinin rəhbəri Nəcat Moxtar diqqətə çatdırıb ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin bombalarla əlaqəsi yoxdur, bu təşkilat sülh naminə nüvə enerjisi istifadəsini təmin edir. Burada isə elm və texnologiya mühüm rol oynayır. Düşünürəm ki, alimlərin və siyasətçilərin bir masada oturmaları düzgün olardı.

BMT 77-ci Baş Assambleyasının Prezidenti Ksaba Körösi çıxışında qeyd edib ki, geosiyasi çağırışlarla mübarizə aparmaq üçün qurum olaraq adətən sıfır məbləğli oyun (zero-sum game) yanaşmasını tətbiq edirik. Qlobal iqtisadi artımla bağlı böhranları həll etmək üçün isə əməkdaşlığa ehtiyacımız var. Çünki yalnız birlikdə reallıqları və hazırkı vəziyyəti daha yaxşı həll yolu tapmaqla dəyişə bilərik.

İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Əsəd M.Xan bildirib ki, mövcud çağırışları və Təhlükəsizlik Şurasının iflic olmasını nəzərə alaraq, Gələcək üçün BMT paktı çox mühüm məsələlərdən biridir. Onun icrası üçün yeni üfüqlər yaradılmalıdır.

Panel iclasda çıxış edən digər natiqlər BMT-nin daha səmərəli fəaliyyəti üçün bütün ölkələrlə sıx əlaqədə və əməkdaşlıq qurulmasının vacibliyini vurğulayıb, dünyada mövcud durumda konstruktiv dialoqun aparılmasının vacibliyini diqqətə çatdırıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Kinematoqrafiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

02:12
17 Mart

"Kinematoqrafiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 27 fevral tarixli 364-VIIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin "Kinematoqrafiya haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 1998-ci il 19 avqust tarixli 750 nömrəli Fərmanında dəyişiklik edilməsi, "Kinematoqrafiya haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında" 2001-ci il 4 iyul tarixli 526 nömrəli Fərmanının ləğv edilməsi barədə

02:12
17 Mart

Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsinin bərpası və konservasiyası işlərinə vəsait ayrılması haqqında

02:11
17 Mart

Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında

02:10
17 Mart

Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və "Qiymətli metallar və qiymətli daşlar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

02:10
17 Mart

"Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və "Qiymətli metallar və qiymətli daşlar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

02:09
17 Mart

Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması haqqında

02:06
17 Mart

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi / Məşğulluğa Dəstək Layihəsi AZ-MLSPP-497370-CS-QCBS Müqavilə barədə bildiriş

02:03
17 Mart

Ministry of Labor and Social Protection of Population / Employment Support Project AZ-MLSPP-497370-CS-QCBS AWARD NOTICE

02:01
17 Mart

BİLDİRİŞ

02:00
17 Mart

Donald Tramp ABŞ-ni dəstəkləməyən müttəfiqləri tənqid edib

23:27
16 Mart

Olimpiyaçılarımızın yenilənmiş medalları Bakıya göndərilir

22:01
16 Mart

Azərbaycanla Qara Dəniz Ticarət və İnkişaf Bankı arasında əməkdaşlıq müzakirə edilib  

20:45
16 Mart

Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirilib YENİLƏNİB

20:30
16 Mart

Əlaqələndirmə Qərargahının üzvləri Hadrutda bir sıra obyektlərə baxış keçiriblər  

19:53
16 Mart

UNESCO İran, Livan və İsraildə mədəni irsə dəyən ziyanı qiymətləndirir

19:43
16 Mart

Rusiyadan Azərbaycana turist axını ötənilki azalmadan sonra bərpa oluna bilər

19:39
16 Mart

Əlaqələndirmə Qərargahının üzvləri Hadrut məscidini ziyarət ediblər

19:36
16 Mart

Əlaqələndirmə Qərargahının üzvlərinə Azıx mağarasının infrastrukturunun inkişaf konsepsiyası təqdim olunub  

19:21
16 Mart

BƏƏ-də neft hasilatı iki dəfədən çox azalıb

18:34
16 Mart

Əlcəzair, Avstraliya və Hindistan vətəndaşları İrandan təxliyə olundu

18:33
16 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!