17 Mart 2026 02:09
1216
Fərmanlar
A- A+
"Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və "Qiymətli metallar və qiymətli daşlar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

"Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və "Qiymətli metallar və qiymətli daşlar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və "Qiymətli metallar və qiymətli daşlar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1.Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 9.0.5-ci və 92.2.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Məcəllənin 9.0.5-ci və 92.2.3-cü maddələrində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi nəzərdə tutulur;

1.3. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 457.3-cü maddəsindənəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.4. həmin Məcəllənin 457.3-cü maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi nəzərdə tutulur;

1.5. "Qiymətli metallar və qiymətli daşlar haqqında" Azərbaycan Respublikası Qanununun 1.1.11-ci maddəsində, 17.3-cü maddəsinin birinci və ikinci cümlələrində və 17.4-cü maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.6. həmin Qanunun 1.1.11-ci maddəsində və 17.3-cü maddəsinin ikinci cümləsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.7. həmin Qanunun 17.3-cü maddəsinin birinci cümləsində və 17.4-cü maddəsinin ikinci cümləsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1."Qiymətli metallar və qiymətli daşlar haqqında" Azərbaycan Respublikası Qanununun 17.3-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, emal edilməmiş almazların idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, o cümlədən izlənməsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsi və "Emal edilməmiş almazların ixracı ilə əlaqədar "Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi"nin tələblərinə uyğun sertifikatın formasını və verilməsi qaydalarını iki ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.2."Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və "Qiymətli metallar və qiymətli daşlar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 3, maddə 175 (Cild I); 2024, № 6 (I kitab), maddə 647, № 9, maddə 1001; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 15 yanvar tarixli 580 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:

3.1. 1 nömrəli əlavə - "İxracı və idxalı Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı əsasında həyata keçirilənmalların Siyahısı"nın 6-cı hissəsi ləğv edilsin;

3.2. 2 nömrəli əlavə - "İxracı və idxalı müvafiq dövlət orqanlarının rəyi alınmaqla aparılan spesifik malların (xidmətlərin və əqli mülkiyyətin) Siyahısı" üzrə:

3.2.1. "İxrac" hissəsinə aşağıdakı məzmundayeddinci abzas əlavə edilsin:


Emal edilməmiş almazlar

 

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi


3.2.2. "İdxal" hissəsində dördüncü-yeddinci abzaslar müvafiq olaraq beşinci-səkkizinci abzaslar hesab olunsun və aşağıdakı məzmunda dördüncü abzas əlavə edilsin:


Emal edilməmiş almazlar

 

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi


4. "Qiymətli metallar və qiymətli daşlar haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi tədbirlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 555 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 3, maddə 234 (Cild I); 2025, № 11, maddə1018) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

4.1. 1.1-ci və 1.2-ci bəndlər müvafiq olaraq 1.3-cü və 1.4-cü bəndlər hesab olunsun və aşağıdakı məzmunda 1.1-ci və 1.2-ci bəndlər əlavə edilsin:

"1.1. "Qiymətli metallar və qiymətli daşlar haqqında" Azərbaycan Respublikası Qanununun 1.1.11-ci maddəsində, 17.3-cü maddəsinin birinci və ikinci cümlələrində və 17.4-cü maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 1.1.11-ci maddəsində və 17.3-cü maddəsinin ikinci cümləsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;";

4.2. 1.3-cü bənddə "Qiymətli metallar və qiymətli daşlar haqqında" Azərbaycan Respublikası Qanununun" sözləri "həmin Qanunun" sözləri ilə əvəz edilsin;

4.3. 1.4-cü bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 1.5-ci bənd əlavə edilsin:

"1.5. həmin Qanunun 17.3-cü maddəsinin birinci cümləsində və 17.4-cü maddəsinin ikinci cümləsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi nəzərdə tutulur.".

5. "Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 9, maddə 793 (Cild I);  2025, № 11, maddə 1018) 28-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

5.1. 28.1-ci bəndə "7.2-ci (ikinci halda)," sözlərindən sonra "9.0.5-ci," sözləri, "80.1-ci,"sözlərindən sonra "92.2.3-cü," sözləri əlavə edilsin;

5.2. aşağıdakı məzmunda 28.12-1-ci bənd əlavə edilsin:

"28.12-1. Məcəllənin 9.0.5-ci və 92.2.3-cü maddələrində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi nəzərdə tutulur;".

6. "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 259 (Cild I); 2024, № 2, maddələr 151, 157, № 7, maddələr 806, 812, 814, 815, № 8, maddələr 937, 948, № 12 (I kitab), maddə 1294, (II kitab), maddələr 1359, 1378, 1384; 2025, № 2, maddə 127, № 3, maddə 231, № 4 (I kitab), maddələr 325, 338, № 5, maddə 463, № 6, maddələr 541, 561, № 7, maddə 649, № 8, maddələr 746, 754, № 9, maddə 820, № 11, maddə 1018; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 26 yanvar tarixli 588 nömrəli, 28 yanvar tarixli 593 nömrəli və 11 fevral tarixli 598 nömrəli fərmanları) aşağıdakı dəyişikliklər edilsin:

6.1. 4-cü hissə üzrə:

6.1.1. 4.1-ci bəndə "445-1.4," rəqəmlərindən sonra "457.3," rəqəmləri əlavə edilsin;

6.1.2. aşağıdakı məzmunda 4.37-1-ci bənd əlavə edilsin:

"4.37-1. həmin Məcəllənin 457.3-cü maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinəzərdə tutulur;";

6.2. 5.54-cü bənddə "457-cimaddəsində" sözləri "457.1-ci və 457.2-ci maddələrində" sözləri ilə əvəz edilsin. 

7. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 200 (Cild I); 2024, № 2, maddə 157, № 6 (I kitab), maddə 649, № 7, maddələr 806, 812, 814, № 8, maddə 948, № 12 (I kitab), maddələr 1294, 1295, (II kitab), maddə 1378; 2025, № 2, maddə 127, № 4 (I kitab), maddə 325, № 5, maddə 463, № 8, maddə 746, № 9, maddə 820; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 28 yanvar tarixli 593 nömrəli və 11 fevral tarixli 598 nömrəli fərmanları) ilə təsdiq edilmiş "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nın 15.0-cı bəndində "457" rəqəmləri "457.1, 457.2" rəqəmləri ilə əvəz edilsin.

8. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 765 (Cild I); 2024, № 4, maddə 381, № 6 (I kitab), maddə 649, № 7, maddələr 812, 814, 815, № 12 (I kitab), maddə 1294, (II kitab), maddə 1367; 2025, № 2, maddə 127, № 3, maddə 232, № 4 (I kitab), maddə 325, № 5, maddə 463, № 6, maddələr 541, 561, № 8, maddələr 756, 763, № 9, maddə 820, № 10, maddə 898, № 11, maddələr 1018, 1036; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 26 yanvar tarixli 588 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Rayon (şəhər) məhkəmələrinin və hərbi məhkəmələrin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"na aşağıdakı məzmunda 48-3-cü hissə əlavə edilsin:

"48-3. Məcəllənin 457.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol:

48-3.1. inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi adından - bu Siyahının 16.2-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər;

48-3.2. inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi adından - bu Siyahının 46.1-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər.".

9. Bu Fərmanın 1-ci və 3-8-ci hissələri Azərbaycan Respublikasının "Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi"nə qoşulduğu gündən qüvvəyə minir.


 İlham ƏLİYEV, 

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 16 mart 2026-cı il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Xankəndidə vətəndaşlarla görüşüb  

16:24
17 Aprel

Daha iki məsələ parlamentin plenar iclasına tövsiyə edilib 

16:00
17 Aprel

Prezidentin köməkçisi: Türkiyə-Azərbaycan əməkdaşlığı regional sülh və təhlükəsizliyin mühüm sütunlarından biridir  

15:59
17 Aprel

Hikmət Hacıyev: Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən enerji layihələri qlobal enerji təhlükəsizliyinə xidmət edir  

15:58
17 Aprel

ADY xidmət coğrafiyasını genişləndirir: Kürdəmir stansiyası sərnişinlərin istifadəsinə verilir

15:57
17 Aprel

Azərbaycan və Rusiya Hökumətlərarası Komissiya çərçivəsində tarif tənzimlənməsi parametrlərini müzakirə edib  

15:56
17 Aprel

Nazir: Türkiyə ilə əməkdaşlığımız qardaş dövlətlərin enerji təhlükəsizliyinə necə töhfə verə biləcəyinin nümunəsidir  

15:54
17 Aprel

Azərbaycan-Rusiya İşgüzar Şurası çərçivəsində sənədlər imzalanıb 

15:01
17 Aprel

Şahin Mustafayev: Biz sahibkarları Azərbaycan-Rusiya iqtisadi əlaqələrində yaranmış potensialdan səmərəli istifadə etməyə çağırdıq  

15:01
17 Aprel

Xəzərin Qazaxıstan sahilində təxminən 100 ölü suiti tapılıb

14:53
17 Aprel

Nazir müavini: Azərbaycan ilə ABŞ arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib  

14:50
17 Aprel

İşğaldan azad edilmiş ərazilərdə məşğulluğun təminatı üçün ardıcıl işlər aparılır  

14:44
17 Aprel

VI “Yüksəliş”: Bakı, Abşeron-Xızı və Qarabağ iqtisadi rayonları liderdir

14:43
17 Aprel

Azərbaycan ilə Türkiyənin hakim və prokurorlarının ixtisasartırma təlimlərinin təşkili diqqətdədir  

14:40
17 Aprel

BVF Avropa ölkələrini genişmiqyaslı dövlət subsidiyalarından çəkinməyə çağırıb

14:33
17 Aprel

Türk siyasi şərhçi: Azərbaycan enerji və logistika xəritəsində sabitliyi təmin edən əsas dayaqlardan biridir  

14:32
17 Aprel

Invitation for Bids

14:28
17 Aprel

Tenderə dəvət

14:26
17 Aprel

Aleksey Overçuk: İşgüzar dairələrə “Şimal–Cənub” dəhlizinin potensialından daha fəal istifadə etmək təklif olunub  

14:19
17 Aprel

Fərhad Hacıyev: “Yüksəliş”in onlayn imtahan mərhələsində iştirakçılara 4 blok üzrə 25 sual veriləcək 

14:12
17 Aprel

Energetika naziri: Enerji təhlükəsizliyi ümumi təhlükəsizlik mühitinin vacib məsələlərindən birinə çevrilib  

14:03
17 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!