25 Dekabr 2024 09:00
199
SİYASƏT
A- A+
Uzaq Xınalığı Prezident İlham Əliyev necə yaxın etdi?

Uzaq Xınalığı Prezident İlham Əliyev necə yaxın etdi?


Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafına yönəldilən dövlət proqramlarının uğurlu icrası nəticəsində ölkəmizdə "ucqar kənd", "ucqar bölgə" anlayışları şüurlardan artıq silinib. İndi heç Baş Qafqaz və Yan silsilələri arasında, dəniz səviyyəsindən 2300 metr yüksəklikdə yerləşən Xınalıq da ucqar sayılmır.

Keçən əsrin 80-ci illərinin sonu-90-cı illərinin əvvəllərində Azərbaycanda hökm sürən hərc-mərclik, iqtisadiyyatın tənəzzülə uğraması prosesi Qubanın bu dağ kəndinə də təsirsiz qalmamışdır. Prezident İlham Əliyevin bu kəndi diqqət mərkəzində saxlaması onu sözün əsl mənasında dirçəltdi.

Xınalıqlılar ən çox yol sarıdan əziyyət çəkirdilər. Çünki kəndə ilkin avtomobil yolu 1968-1969-cu illərdə çəkilmişdi. Yolun uzunluğu 70 kilometr idi. Bu yerlərdə qış çox sərt keçdiyindən yol bağlı olurdu və əhali yalnız piyada hərəkət etmək məcburiyyətində qalırdı. 1988-1989-cu illərdə yolun istiqaməti dəyişdirilərək Qudyalçay boyunca salındı. Lakin vəziyyət bununla da dəyişmədi. Qış aylarında yol yenə də bağlı olurdu.  

2006-cı ildə Prezident İlham Əliyevin göstərişi ilə Xınalığa Qubadan 57 kilometr uzunluğunda yol çəkildi və istismara verildi. Eni 8-10 metr olan bu dağ yolu 8 yaşayış məntəqəsindən keçir. Yolun çəkilişinə 14 milyon manat vəsait, 45 min ton asfalt sərf olunub. Layihə çərçivəsində 9 yeni körpü tikilib.

Dövlət başçısı oktyabrın 7-də Quba-İspik-Xınalıq avtomobil yolunun açılışında iştirak etdi. Xınalıq kəndində olarkən belə dedi: "İndi Qubadan Xınalığa gəlmək adama ləzzət verir: gözəl mənzərə, gözəl çaylar, bulaqlar, şəlalələr. Mən indi gələrkən bir neçə yerdə maşını saxlayaraq düşür, bu mənzərəyə tamaşa edirdim. Adam özünü çox yaxşı hiss edir. Mən bu gün özümü xüsusilə çox yaxşı hiss edirəm, çünki mənim göstərişimlə bu yol çəkildi və bütün Xınalıq camaatına sevinc gətirdi".

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Xınalıq sakinləri ilə səmimi görüşləri oldu. Xınalıqlılar onları ən əziz insan kimi duz-çörəklə qarşıladılar, gəlişləri şərəfinə qurban kəsdilər. Kənd sakinləri dərin minnətdarlıq hisslərini dilə gətirdilər, öz arzu və təkliflərini, problemlərini söylədilər. Onları diqqətlə dinləyən dövlət başçısının tapşırığı əsasında az sonra - 2007-ci ildə kənddə 300 şagirdlik (50 şagirdin qalmaq imkanı olan) internat tipli orta məktəb tikildi. Beş kilometrlik məsafədən kəndə su xətti və bütün evlərə telefon xətləri çəkildi. Kənddə artıq şadlıq sarayı və ictimai hamam da tikilmiş, mədəniyyət evi, Cümə məscidi və digər sosial obyektlər əsaslı təmir olunmuşdur. Bir çox xınalıqlı bu obyektlərdə işlə təmin edilib.    

Tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramova deyir: "Möhtərəm Prezidentimiz İlham Əliyevin   Qubaya hər səfəri rayonun həyatında yeni bir səhifə açır. Turizm üçün münbit şəraitə malik Qubada  bu sahə dövlətin köməyi ilə ildən-ilə inkişaf edir. Təsəvvür edək ki, əgər Xınalıq yolu çəkilməsəydi, həmin isiqamətdə kəndlərin turizm statusu bu səviyyəyə yüksəlməzdi. Hazırda həmin yolun ətrafındakı kəndlərdə həyat şəraiti tamam dəyişib. Ev, çadır və hotel turizmi inkişaf edib. Bu da öz növbəsində yerli əhalinin ailə büdcəsinin artması ilə, onların rifah halının yaxşılaşması ilə  nəticələnir".    

Xınalığa dövlətin diqqət və dəstəyi davamlıdır. Belə ki, dövlət başçısının 19 dekabr  2007-ci il tarixli sərəcamı ilə Xınalıq kəndinin tarixi ərazisində "Xınalıq" Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğu yaradılmışdır. Prezidentin 11 oktyabr 2018-ci il tarixli sərəncamı da mühüm əhəmiyyət daşıyır. Sərəncamda deyilir: "Təbii amillərin təsiri, eləcə də qar uçqunları, torpaq sürüşmələrinin baş verməsi və iri qaya parçalarının yola tökülməsi ölkənin cəlbedici turizm marşrutlarından olan, 2007-ci ildə istifadəyə verilmiş Quba-Xınalıq avtomobil yolunun tez-tez uzunmüddətli bağlanmasına səbəb olur. Xınalıq kəndinin ölkəmizdə turizm üçün əhəmiyyəti və əhalinin alternativ yolla rahat gediş-gəlişinin təmin edilməsinin vacibliyi baxımından Quba-Susay avtomobil yolunun davamı olaraq əlavə 30 km uzunluğunda Susay-Xınalıq, həmçinin sözügedən yoldan 4,8 km məsafədə dağlıq ərazidə yerləşən Qrız kəndinə gedən avtomobil yolunun tikintisi zərurəti yaranmışdır". Sərəncama əsasən, əhalinin rahat gediş-gəlişinin təmin edilməsi və turizmin inkişafının vacibliyi nəzərə alınaraq Quba rayonunun Susay-Xınalıq avtomobil yolunun tikintisi (o cümlədən geologiyası, layihə-axtarış işləri) məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 7,5 milyon manat vəsait ayrıldı. 

Növbəti ilin əvvəlində isə "Quba rayonunun Susay-Xınalıq avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" sərəncam imzalandı. Bu sərəncamla yola daha 13 milyon vəsait ayrıldı.

Məlum olduğu kimi, Xınalıq kəndindən Pirsaat su anbarınadək uzanan və Qusar, Quba, Şamaxı, Qobustan, Abşeron və Hacıqabul rayonları ərazisindən keçən 200 kilometrdən artıq köç yolu yüz illər boyu Şirvan və Quba bölgəsinin köçəri heyvandarlıq təsərrüfatlarının istifadə etdiyi əhəmiyyətli yol olub. Köçəri heyvandarlıq təsərrüfatları tərəfindən indi də istifadə edilən həmin köç yolu üzərində yüksək tarixi-mədəni dəyərə malik çox sayda abidəyə rast gəlinir. Bu yol Azərbaycanın mədəni sərvətlərinin qiymətli nümunələri sırasında özünəməxsus yeri tutur.

Ölkəmizin mədəni irsi üçün əhəmiyyətini nəzərə alaraq, köç yolunun yerləşdiyi ərazinin qorunması, vahid idarəetmə modelinin yaradılması və burada turizmin inkişaf etdirilməsi məqsədilə Prezident İlham Əliyev 4 sentyabr 2023-cü il sərəncamını imzaladı. Bu sərəncama əsasən, "Xınalıq" Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunun ərazisi və Qusar, Quba, Şamaxı, Qobustan, Abşeron və Hacıqabul rayonlarından keçən tarixi köç yolunun ərazisi "Xınalıq və Köç yolu" Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğu  elan edildi.

Azərbaycan Prezidenti genişmiqyaslı qlobal işlər görür. Bunların sırasında   Xınalıq kəndi  bəlkə də çox kiçik  görünə bilər. Amma Prezidentimiz bu kiçik kəndə də böyük qayğı göstərməyə vaxt tapır. Belə ki, hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu bəyan edib. Bu səbəbdən də  Xınalığın  qədimliyinin qorunub saxlanılması və kənd əhalisinin rifah halının yaxşılaşdırılması,  mədəni abidələrin təhlükəsizliyinin təmin edilməsi, adət-ənənələrin qorunaraq təbliğ olunmasında  və  dünya miqyasında tanınmasında diqqət və dəstəyi əvəzsizdir.


Akif ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qazaxıstan FHN Aktauda təyyarə qəzası ilə bağlı son məlumatları açıqlayıb

19:49
25 Dekabr

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2025-ci ilin yanvar ayında vətəndaşların qəbulu CƏDVƏLİ

19:42
25 Dekabr

AZAL: İstintaq prosesi başa çatanadək Bakı-Qroznı-Bakı və Bakı-Mahaçqala-Bakı marşrutları üzrə reyslər dayandırılır  

19:36
25 Dekabr

Dünya liderləri təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı veriblər YENİLƏNİB 2

18:58
25 Dekabr

TBMM-in sədri təyyarə qəzası ilə əlaqədar Milli Məclisin sədrinə başsağlığı verib  

18:47
25 Dekabr

Dekabrın 31-dən yanvarın 2-dək ölkə ərazisində gözlənilən ilkin hava proqnozu  

18:32
25 Dekabr

AZAL təyyarə qəzasında həyatını itirən sərnişinlərin yaxınlarına başsağlığı verib  

17:47
25 Dekabr

Milad günü Norveçdə qatarların hərəkəti dayandırılıb

17:26
25 Dekabr

"İdmançılarımıza ən yüksək qiyməti Prezident İlham Əliyev verib"

17:25
25 Dekabr

Roma Papası Ukrayna və Yaxın Şərqdəki vəziyyəti nizamlamağa çağırıb

17:22
25 Dekabr

Prezident İlham Əliyev: Təyyarə qəzası ilə bağlı məsələ tam araşdırılmalıdır

17:20
25 Dekabr

Təyyarə qəzası ilə bağlı Qazaxıstanda araşdırmalara başlanılıb

17:19
25 Dekabr

Fərid Qayıbov: "Uşaq futboluna sərmayə yatırmalıyıq ki, milli üçün yüksək səviyyəli futbolçular yetişsin"  

17:19
25 Dekabr

Beynəlxalq Multikulturalizm Mərkəzi universitetlərdə monitorinq keçirib

17:01
25 Dekabr

Ən qədim mavi gözlü insan tapılıb

16:45
25 Dekabr

Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müşavirə keçirib YENİLƏNİB

16:20
25 Dekabr

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib

16:05
25 Dekabr

Rusiya Prezidenti MDB sammitinin iştirakçıları adından Aktauda təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verib  

16:02
25 Dekabr

“Honor” flaqman smartfonunu təqdim edib  

15:45
25 Dekabr

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən qəzaya uğraması nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədilə Azərbaycan Respublikasında matəm elan edilməsi haqqında

15:43
25 Dekabr

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən qəzaya uğraması səbəblərini araşdırmaq üçün Dövlət Komissiyasının yaradılması haqqında  

15:41
25 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!