22 Dekabr 2024 08:00
2612
SİYASƏT
A- A+
Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin daha bir məntiqi nəticəsi

Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin daha bir məntiqi nəticəsi


 İndi Azərbaycan D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının  da üzvüdür

 

Yola salmağa hazırlaşdığımız  2024-cü il  ölkəmizin tarixində  həm də D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının  üzvü seçilməsi ilə qalacaq. Məlum olduğu kimi,  D-8-in  bu il dekabrın 19-da Misirin paytaxtı Qahirə şəhərində keçirilən  XI Sammiti zamanı üzv ölkələrin yekdil qərarı ilə Azərbaycan Respublikasının təşkilata üzv seçildiyi elan edilib.

Üzv ölkələrin əhali sayının ümumilikdə dünya müsəlmanlarının 60 faizini təşkil edən və böyük iqtisadi potensiala malik "İslam səkkizliyi" adlanan D-8-in üzvü olmaq  ölkəmizin   beynəlxalq aləmdə artan nüfuzunun, eləcə də  ona etimadın  daha bir  bariz nümunəsidir. Bu, ilk növbədə Prezident İlham Əliyevin qətiyyətli və uğurlu xarici siyasətinin məntiqi nəticələrindən biridir.

Bu həm də onunla əlamətdardır ki, təşkilat yarandığı gündən indiyədək ilk genişlənmə hadisəsidir. Xatırladaq ki, D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı səkkiz müsəlman ölkəsini birləşdirir. Təşkilatın təməli Türkiyənin təşəbbüsü ilə 1996-cı il oktyabrın 22-də İstanbulda Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistanın əməkdaşlığı ilə təşkil edilən İnkişaf Əməkdaşlıq Konfransında atılıb. 1997-ci il iyunun 15-də İstanbulda 8 ölkənin dövlət və hökumət başçılarının sammitində təşkilat rəsmən elan olunub. Təşkilatın Katibliyi İstanbul şəhərində yerləşir.

Dövlətimizin başçısı İlham Əliyev ilk dəfə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə D-8-in 2017-ci ildə İstanbulda keçirilmiş IX Zirvə görüşündə iştirak edib. İndi isə Azərbaycan artıq təşkilatın üzvüdür  və heç bir şübhə yoxdur ki, ədaləti və beynəlxalq hüququn norma və prinsiplərini özünün prioritet məqsədi kimi qarşıya qoyan ölkəmiz D-8-in təməl prinsiplərinin qorunmasında, təşkilat çərçivəsində əməkdaşlığın daha da dərinləşməsində mühüm rol oynayacaq.

Müasir toqquşmalar və siyasi gərginlik fonunda  regionumuzda təhlükəsizliyin və sabitliyin təmin edilməsi, qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir və bu xüsusda  geosiyasi mövqeyi, geniş iqtisadi potensialı və müasir nəqliyyat infrastrukturu ilə Azərbaycan özünü etibarlı regional mərkəzlərdən biri kimi təsdiqləyib. Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycan mühüm enerji layihələrinin həyata keçirilməsində və beynəlxalq nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsində əhəmiyyətli rola malikdir. Bununla yanaşı, ölkəmiz  bir sıra beynəlxalq təşkilatlara uğurlu sədrlik etməklə  də    qlobal problemlərin həllinə öz töhfəsini verir. BMT-dən sonra dünyanın ən böyük təsisatı olan Qoşulmama Hərəkatına 4 illik sədrliyi, eləcə də dünyada ən möhtəşəm tədbirlərdən biri  olan COP29 üzrə sədrliyi Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunu  bir daha bariz şəkildə göstərdi.

D-8-in XI Sammitində ölkəmiz Baş nazir Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub. Baş nazir tədbirdəki çıxışında diqqətə çatdırıb ki, Azərbaycan 30 ilə yaxın davam edən erməni işğalına son qoyaraq, öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Eləcə də işğal zamanı azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi, ərazilərimizdə urbisid, kultursid və ekosidin törədilməsi, Azərbaycan xalqının mədəni və dini irsinin məhv edilməsi barədə sammit iştirakçılarına məlumat verilib. Hazırda Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığı, kənd və şəhərlərin tamamilə yenidən qurulduğu bildirilib. Qeyd edilib ki, yeni reallıqlar regionda davamlı sülh və sabitlik, həmçinin qarşılıqlı faydalı əməkdaşlıq üçün unikal imkanlar açır. Azərbaycan regional sülh gündəliyinə sadiqdir və bu istiqamətdə qəti addımlarını davam etdirəcək.

Media Təhlil Mərkəzinin (MTM) analitik qrupunun hazırladığı "D-8 təşkilatına üzvlük Azərbaycanın milli maraqlarına tam cavab verir" məqaləsində   vurğulanır ki, Azərbaycanın bu təşkilata üzvlüyü digər üzv ölkələrlə ticarət əlaqələrinin artırılmasına, xüsusən də enerji, kənd təsərrüfatı, sənaye və texnologiya sahələrində daha çox imkan əldə olunmasına kömək edəcək: "Azərbaycan həmçinin bu ölkələrin bazarlarına daxil olmaqla, ixracının şaxələndirilməsinə də nail ola bilər. Bundan əlavə, Azərbaycan digər üzv ölkələrlə iqtisadi əməkdaşlığı dərinləşdirərək xarici investisiyalar əldə edə bilər. Texnologiya və innovasiya sahəsində əlaqələrin gücləndirilməsi, eyni zamanda sosial-mədəni layihələrin icrası da Azərbaycanın təşkilat daxilində mövqelərini möhkəmləndirə bilər. Bu çərçivədə Azərbaycanın da üzv ölkələrə verə biləcəyi çoxlu dividendlər var".

Dekabrın 20-də Milli Məclisin plenar iclasında çıxış edənlər də D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində Azərbaycanın bu mötəbər beynəlxalq təşkilatın  üzvlüyünə qəbul edilməsinin əlamətdar hadisə olduğunu vurğulayıblar. Bildirilib ki, ölkəmiz bu quruma üzv olmaqla islam həmrəyliyinin möhkəmlənməsinə, təşkilatın fəaliyyətinin genişlənməsinə, enerji, kənd təsərrüfatı, nəqliyyat, logistika və texnologiyalar sahəsində əməkdaşlığın genişlənməsinə öz töhfəsini verəcək.

Ölkəmizin D-8 təşkilatına üzvlüyünü bir sıra amillər şərtləndirib, digər tərəfdən onun regional və qlobal siyasi proseslərə təsir imkanlarını gündəmə gətirib.

 

Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanla Yunanıstan arasında əməkdaşlığın perspektivləri müzakirə edilib  

23:49
13 Mart

Ceyhun Bayramov Çin nümayəndəsi ilə regional və beynəlxalq vəziyyəti müzakirə edib  

23:29
13 Mart

Ceyhun Bayramov BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının Baş katibi ilə görüşüb

23:19
13 Mart

Təqsirləndirilən şəxs: Qarabağa səfər edən Ermənistan vətəndaşlarının qeydiyyatı aparılmırdı  

22:47
13 Mart

Arkadi Qukasyandan qondarma rejimlə bağlı etiraf: Əməkhaqları Ermənistan dramı ilə ödənilirdi  

22:35
13 Mart

Madat Babayan: Silahlar Xankəndidən və Ermənistandan gətirilirdi

22:26
13 Mart

Bakı Forumunda panel müzakirəsi: “Gələcək üçün BMT paktı: Yeni qlobal konsensusun yaradılması” YENİLƏNİB  

21:32
13 Mart

Qlobal Bakı Forumunda çoxqütblü dünya üçün multilateralizmə yenidən baxılması mövzusu müzakirə olunub

21:09
13 Mart

BTİ-nin Baş direktorunun müavini: Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədləri nümunə göstərir  

20:35
13 Mart

İƏT-in Baş katibi: Gələcək üçün BMT paktının icrasına yönəlmiş yeni üfüqlər yaradılmalıdır  

20:34
13 Mart

BMT Baş katibinin müavini: BMT-nin Gələcək üçün Paktı beynəlxalq səviyyədə əldə olunan vacib sənəddir  

20:33
13 Mart

Ksaba Korosi: Qlobal iqtisadi artımla bağlı böhranları həll etmək üçün əməkdaşlığa ehtiyacımız var  

20:31
13 Mart

Cəbrayılda əmək yarmarkası keçirilib

20:29
13 Mart

Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti ICESCO-da görüş keçirib

20:29
13 Mart

Bakıda “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun açılış mərasimində çıxış edib - YENİLƏNİB-2

20:07
13 Mart

Departament rəhbəri: Elmlə bağlı əməkdaşlıq sülh və iqtisadi artım imkanları yarada bilər  

20:01
13 Mart

XİN Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşmasına dair bəyanat yayıb

19:53
13 Mart

Rəvan Həsənov: Azərbaycan İslamofobiyaya qarşı qlobal mübarizəyə mühüm töhfələr verir  

19:47
13 Mart

Akif Çağatay Kılıc: BMT onlara müraciət edən bir çox ölkələrin problemlərini anlamır və yaxud həll etmək istəmir  

19:36
13 Mart

Kuala-Lumpur meri: COP29-da əldə etdiyimiz nəticələrin icrası üçün bacarıqlı liderlik sistemi lazımdır

19:15
13 Mart

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Yevlaxda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib  

19:03
13 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!