Dövət aviaqəzanın nəticələrinin aradan qaldırılması üçün genişmiqyaslı fəaliyyət həyata keçirir
Dekabrın-25-də Bakıdan Qroznıya uçan "Azərbaycan Hava Yolları"na məxsus "Embraer 190" təyyarəsinin Qazaxıstanın Aktau hava limanı yaxınlığında qəzaya uğraması ilə bağlı acılan cinayət işinin istintaqı davam edir.
Prezident İlham Əliyevin nəzarətində olan bu hadisənin başvermə səbəbləri tez bir zamanda araşdırılaraq ictimaiyyətə çatdırılacaq. Hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər isə yaralanıb.
"Qara qutu" artıq tapılıb və uyğun prosedurlar həyata keçirilir
Dünən "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Samir Rzayev jurnalistlərə açıqlamasında söyləyib ki, hazırda hadisənin başvermə səbəbləri ilə bağlı araşdırmalar davam edir. Onun sözlərinə görə, təyyarənin "qara qutu"su artıq tapılıb və onun təhlili üçün beynəlxalq aviasiya konvensiyalarına uyğun prosedurlar həyata keçirilir: "Təyyarə oktyabr ayında tam təmirdən çıxıb, texniki baxışdan keçib və uçuşları 15 min saatdan çox olan təcrübəli pilotlar tərəfindən idarə edilirdi. Çox peşəkar təyyarə bələdçilərimiz olub. Təəssüf ki, iki pilotumuzu və bir təyyarə bələdçimizi itirdik. Amma onlar vəzifələrini qəhrəmancasına yerinə yetirdiklərinə görə 29 nəfər sağ qalıb. Buna baxmayaraq, hadisənin səbəbləri araşdırılır", - deyə o əlavə edib.
AZAL rəhbəri diqqətə çatdırıb ki, hazırda Aktau şəhərində olan sağ qalmış sərnişinlərin və dünyasını dəyişənlərin cəsədlərinin Azərbaycana geri qaytarılması üçün hazırlıqlar görülür: "Bu faciəvi hadisə xalqımıza böyük itki yaşatsa da, qəhrəman ekipaj üzvlərinin vəzifələrini son ana qədər ləyaqətlə yerinə yetirmələri, insan həyatını hər şeydən üstün tutmaları onların adlarını tarixə yazdırdı. Hadisə ilə bağlı araşdırmalar davam etdikcə, əlavə məlumatlar paylaşılacaq. Biz həyatını itirənlərə Allahdan rəhmət diləyir, yaralananlara isə tezliklə şəfa tapmalarını arzulayırıq".
Azərbaycan qəzanı Qazaxıstan və Braziliya ilə birgə araşdırır
Qəzaya düşən "Azərbaycan Hava Yolları"na məxsus "Embraer 190" təyyarəsi ilə bağlı Azərbaycan, Qazaxıstan və Braziliya nümayəndələri birlikdə araşdırma aparırlar.
Bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyi məlumat yayıb.
Həmçinin Qazaxıstanda nəqliyyat vasitələrinin istismarı zamanı təhlükəsizlik qaydalarının pozulması maddəsi ilə cinayət işi başlanılıb.
Məlumat üçün bildirək ki, Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi Braziliya istehsalıdır. Azərbaycan 2013-cü ildən uçuşlarda bu təyyarələrdən istifadə edir.
Qazaxıstan Respublikası Nəqliyyat Nazirliyinin Mətbuat xidmətinin məlumatına əsasən, müvafiq idarənin Nəqliyyatda Qəzaların və İnsidentlərin Araşdırılması Departamentinin əməkdaşları Aktau şəhərində baş vermiş hadisə yerindədirlər. Hazırda burada araşdırmanın sahə mərhələsi keçirilir.
Bildirilir ki, Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Agentliyinin, eləcə də "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) nümayəndə heyəti Qazaxıstana səfərə gəlib. Sahə işləri Azərbaycan tərəfi ilə sıx əməkdaşlıq şəraitində aparılır.
Təyyarə istehsalçısı "Embraer and CENIPA" (Təyyarə Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzi, Braziliya) şirkətinin nümayəndələri də Qazaxıstana uçublar.
Psixoloq qrupu zərərçəkmişlərlə görüşüb, onlara xidmət göstərib
"Azərbaycan Hava Yolları" aviaşirkətinə məxsus sərnişin təyyarəsi qəzaya uğradıqdan dərhal sonra Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq zəruri vasitələrlə təchiz edilmiş Fövqəladə Hallar Nazirliyinin təcrübəli psixoloq, həkim və xilasedicilərindən ibarət qrupu adıçəkılən nazirliyə məxsus "BE-200 ÇS" amfibiya tipli təyyarə ilə Aktau şəhərinə göndərilib.
Nazirliyin psixoloqları zərərçəkmişlərə təcili psixoloji yardım göstəriblər. Habelə həkimlər tərəfindən zərurət yarandığı təqdirdə tibbi müdaxilələr həyata keçirilir.
Bu sözləri hadisə yerinə ezam olunmuş Fövqəladə Hallar Nazirliyinin tibbi xidmətinin həkimi Nigar Pənahova söyləyib. Onun sözlərinə görə, tibbi xidmətin tərkibində olan psixoloq qrupu zərərçəkmişlərlə görüşüb, onlara xidmətlər göstərib. "Ümumi olaraq 29 nəfər zərərçəkmiş var. 27 nəfər Mangistau regional xəstəxanasına yerləşdirilib. İki uşaq isə başqa xəstəxanaya aparılıb. Xəstələrdən üçünün vəziyyəti ağır qiymətləndirilir", - deyə o bildirib.
Sükut dəqiqəsi
"Azərbaycan Hava Yolları"na məxsus təyyarənin qəzaya uğraması nəticəsində həyatını itirən insanların xatirəsi dekabrın 26-da Bakı vaxtı ilə saat 12:00-da Azərbaycanın bütün ərazisində birdəqiqəlik sükutla yad olunub.
Həmin anda paytaxtın küçələrində nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb.
Qeyd edək ki, respublikamızın şəhər və rayonlarında, idarə və təşkilatlarda, xarici ölkələrdə və məscidlərdə qəza nəticəsində həlak olanların xatirəsi anılıb.
Xatırladaq ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.
Qəzada zərərçəkən 14 vətəndaşımız Vətənə gətirilib
"Azərbaycan Hava Yolları"na məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində 1-i uşaq olmaqla, 14 zərərçəkmiş vətəndaşımız dekabrın 26-da Mangistau regional xəstəxanasından çıxarılaraq ölkəmizə gətirilib. Onlar Azərbaycan Səhiyyə Nazirliyinin əməkdaşlarının müşayiəti ilə təxliyə ediliblər. Qəzadan sağ çıxan vətəndaşlarımızdan 7-si FHN-in xüsusi təyyarəsi ilə Bakıya gətirilib. Vəziyyəti orta-ağır qiymətləndirilən sərnişinlər ayrılmış həkim briqadasının müşayiəti altında Heydər Əliyev Beynəlxalq Hava Limanına enib.
Onlar təcili tibbi yardım avtomobilləri ilə Yeni Klinikaya aparılıblar.
İkinci "qara qutu" tapılıb
"Azərbaycan Hava Yolları" aviaşirkətinin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğradığı yerdə daha bir "qara qutu" tapılıb.
Bu barədə Qazaxıstanın Mangistau vilayətinin nəqliyyat prokuroru Abılaybek Ordabayev Aktauda keçirdiyi brifinqdə məlumat verib. "İki uçuş məlumatları qeydiyyat cihazı tapılıb və onlar əlavə ekspertiza üçün Hava Məkanında Qəzaların Araşdırılması İdarəsinə göndəriləcək", - deyə o bildirib.
4 nəfərin nəşi Bakıya gətirilib
"Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinə məxsus "Embraer 190" təyyarə qəzasında həlak olanların nəşi Aktaudan Bakıya gətirilib.
AZAL-ın təyyarəsi qəza nəticəsində yaralanan 7 nəfəri və həlak olan 4 nəfərin nəşini Bakıya gətirib.
Prezidentə başsağlığı məktubları, telefon zəngləri gəlməkdə davam edir
Aviaqəza ilə əlaqədar dünən Prezident İlham Əliyevə çoxlu sayda başsağlığı məktubları gəlib və telefon zəngləri olub.
Çin Xalq Respublikasının Sədri Si Cinpin, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian, Slovakiya Prezidenti Peter Pelleqrini, Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, Prezident işləri naziri Şeyx Mansur bin Zayed Al Nəhyan, Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktum, Fələstin Prezidenti Mahmud Abbas, Gürcüstanın Baş naziri İrakli Kobaxidze, Maldiv Prezidenti Məhəmməd Muizzu, Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev, Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Min, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərindən gələn məktublarda liderlər, təşkilat rəhbərləri hadisədən kədərləndiklərini bildirir, Prezidentə, xalqımıza dərin hüzlə başsağlığı verirlər.
Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"
Azərbaycanla Yunanıstan arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
Ceyhun Bayramov Çin nümayəndəsi ilə regional və beynəlxalq vəziyyəti müzakirə edib
Ceyhun Bayramov BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının Baş katibi ilə görüşüb
Təqsirləndirilən şəxs: Qarabağa səfər edən Ermənistan vətəndaşlarının qeydiyyatı aparılmırdı
Arkadi Qukasyandan qondarma rejimlə bağlı etiraf: Əməkhaqları Ermənistan dramı ilə ödənilirdi
Madat Babayan: Silahlar Xankəndidən və Ermənistandan gətirilirdi
Bakı Forumunda panel müzakirəsi: “Gələcək üçün BMT paktı: Yeni qlobal konsensusun yaradılması” YENİLƏNİB
Qlobal Bakı Forumunda çoxqütblü dünya üçün multilateralizmə yenidən baxılması mövzusu müzakirə olunub
BTİ-nin Baş direktorunun müavini: Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədləri nümunə göstərir
İƏT-in Baş katibi: Gələcək üçün BMT paktının icrasına yönəlmiş yeni üfüqlər yaradılmalıdır
BMT Baş katibinin müavini: BMT-nin Gələcək üçün Paktı beynəlxalq səviyyədə əldə olunan vacib sənəddir
Ksaba Korosi: Qlobal iqtisadi artımla bağlı böhranları həll etmək üçün əməkdaşlığa ehtiyacımız var
Cəbrayılda əmək yarmarkası keçirilib
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti ICESCO-da görüş keçirib
Bakıda “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun açılış mərasimində çıxış edib - YENİLƏNİB-2
Departament rəhbəri: Elmlə bağlı əməkdaşlıq sülh və iqtisadi artım imkanları yarada bilər
XİN Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşmasına dair bəyanat yayıb
Rəvan Həsənov: Azərbaycan İslamofobiyaya qarşı qlobal mübarizəyə mühüm töhfələr verir
Akif Çağatay Kılıc: BMT onlara müraciət edən bir çox ölkələrin problemlərini anlamır və yaxud həll etmək istəmir
Kuala-Lumpur meri: COP29-da əldə etdiyimiz nəticələrin icrası üçün bacarıqlı liderlik sistemi lazımdır
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Yevlaxda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
Yeni strateji hədəflər qarşısında12 Mart 2025
İKİNCİ MÖCÜZƏ11 Mart 2025
Azərbaycan qadını - milli birliyimizin, mənəvi bütövlüyümüzün dayağı08 Mart 2025
Azərbaycan-Türkiyə birliyi türk dünyasına töhfədir07 Mart 2025
Bənzəri olmayan qardaşlıq06 Mart 2025
Müzəffər Ali Baş Komandanın qüdrətli Ordusu05 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
BE | ÇA | Çə | CA | Cü | Şə | Bz |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
31 |
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!