02 Dekabr 2024 14:38
4857
Elm və texnika
A- A+
“Kreativ iqtisadiyyat: data modeli, ölçülməsi və əqli mülkiyyət” mövzusunda birgə regional seminar keçirilir YENİLƏNİB

“Kreativ iqtisadiyyat: data modeli, ölçülməsi və əqli mülkiyyət” mövzusunda birgə regional seminar keçirilir YENİLƏNİB

Dekabrın 2-də Əqli Mülkiyyət Agentliyinin və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) “Kreativ iqtisadiyyat: data modeli, ölçülməsi və əqli mülkiyyət” mövzusunda birgə regional seminar keçirir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan ilə ÜƏMT arasında kreativ iqtisadiyyat sahəsində əməkdaşlığın davamı olan regional seminarda bu beynəlxalq təşkilatı təmsil edən nümayəndə heyəti, həmçinin Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstandan nümayəndələr iştirak edirlər.

Açılış mərasimində çıxış edən Agentliyin rəhbəri Kamran İmanov bildirib ki, bugünkü regional seminar müəyyən mənada innovasiyadır: yeni yanaşma və yeni həllər yoludur. Bu seminar yaradıcılığı, ixtiraçılığı və özünüifadə etməyi davamlı iqtisadi artımın əsas drayveri kimi təsvir edir, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının yeni hazırlanan CEDM modelinin tətbiqi təklifini tətbiq etməyimizə dəstək göstərir.

K.İmanov diqqətə çatdırıb ki, CEDM – kreativ iqtisadiyyatın data (məlumat) modelidir. CEDM model empirik dataların toplanmasında, kreativ iqtisadiyyatın dəyərlənməsində çoxsahəli ölçü aləti rolunu oynayan və geniş faktorların nəzərə almasına imkan yaradan alətdir. Burada kreativ məhsul istehsalatı olan institusional mühit kreativ istehsalı tələb edən resurslar və kreativ sektorun iqtisadiyyata təsirini göstərən kreativ (yaradıcı) nəticələrdir. Bu cür yanaşma yenidir, daha dərin, mükəmməl aspektləri ilə yanaşı, sosial və mədəni aspektlərini də nəzərə alır və bu modeldə əqli mülkiyyətin rolu, xüsusən müəlliflik hüququnun əhəmiyyəti qabarıq şəkildə göstərilir.

ÜƏMT-nin departament direktorunun müavini, böyük menecer Dimiter Qançev çıxışında bildirib ki, bu gün əsas məsələlərdən biri iqtisadiyyatın şaxələndirilməsidir. Eyni zamanda, biz iqtisadi baxımdan qeyri-sabit dövrdə yaşayırıq. Digər tərəfdən, hər kəs əlində olan resursları optimallaşdırmağa çalışır. Bunlardan biri də yaradıcılıqdır, kreativlikdir.

ÜƏMT rəsmisi diqqətə çatdırıb ki, kreativlik özü-özlüyündə iqtisadi inkişaf yaratmır. Bunun üçün mühit olmalıdır. Həmçinin bir mexanizm olmalıdır ki, kiçik şirkətlər, böyük şirkətlər öz məhsullarını bazara çıxara bilsinlər. Əsas mexanizmlərdən biri də əqli mülkiyyət hüquqlarının qorunmasıdır. Bunun vasitəsilə yaradıcılıq məhsulları bazara çıxarıla bilər və bundan iqtisadi dəyər əldə edilə bilər. Bu səbəbdən müəllif hüquqlarının və əqli mülkiyyət hüquqlarının qorunması yaradıcı sənaye üçün olduqca vacibdir.

D.Qançev qeyd edib ki, ÜƏMT 20 il əvvəl kreativ sənayenin iqtisadiyyata töhfəsini ölçən metodologiya hazırlayıb. Bunun da əsası müəllif hüququnun qorunmasıdır. Bu, çox önəmli və aydın meyarlardan biridir. Bu metodologiyanı 65 ölkə, o cümlədən Azərbaycan qəbul edib.

“Ümumi daxili məhsulda (ÜDM) kreativ sektorun rolu getdikcə güclənir. Metodologiyanı tətbiq etdik və anladıq ki, bu, tam şəraiti bizə demir. Bu, təkcə ÜDM və iş yerləri ilə bağlı deyil. Bunun sosial və mədəni təsirləri də var. Yaradıcılıq bir vakuumda fəaliyyət göstərmir. Bunun üçün müvafiq ekosistem olmalıdır ki, bu sahə genişlənsin və inkişaf etsin. İki gün ərzində regional seminarda biz növbəti addımları müzakirə edəcəyik. Məsələn, biz o ekosistemi necə görmək istəyirik ki, yaradıcılıq inkişaf edə bilsin, bunun üçün parametrlər necə olmalıdır. Biz inanırıq ki, yeni model vasitəsilə biz bir nümunə təqdim edə bilərik.

Azərbaycan bu layihəni ilk tətbiq etdiyimiz ölkələrdən biridir. Biz gələn il modelin icrasının nəticələrini açıqlayacağıq”, - deyə ÜƏMT rəsmisi bildirib.

Tədbirdə çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov yaradıcı sənayenin dünyada sürətlə inkişaf edən sahələrdən biri olduğunu deyib. Onun sözlərinə görə, bu, həm rəqəmsallaşma, həm də dövlətlərin diqqətinin artırılması və sətrmayə qoyulması ilə bağlıdır: “Yaradıcı sahənin inkişafı əqli mülkiyyət məsələlərinin əhəmiyyətini, aktuallığını da artırır. Bugünkü rəqabətli biznes mühitində əqli mülkiyyət bütün şirkətlər üçün dəyərli bir aktivə çevrilir. Kiçik və orta bizneslər üçün onların əqli mülkiyyət hüquqlarını başa düşmələri və qorumaları innovasiyaları təşviq etmək, bazarda mövcud olmaq və rəqabət üstünlüklərini qorumaq üçün çox vacibdir. Əqli mülkiyyət məsələləri, həmçinin yaşı innovasiyalar, yaşıl iqtisadiyyatın dəstəklənməsində mühüm rola malikdir. Əqli mülkiyyət qorumaq və rəqabət üstünlüyünü təmin etməklə yaşıl texnologiyalara investisiyalar arırılmasına xidmət edir. Bütün qeyd edilən amillər fonunda əqli mülkiyyət aktivlərinin genişlənməsi ölkəmizin yaşıl inkişaf gündəliyinin daha effektiv həyata keçirilməsinə töhfə verəcək”.

Açılış mərasimində, həmçinin Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, deputat Hikmət Babaoğlu, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu, AZPROMO-nun rəhbəri Yusif Abdullayev çıxış edərək tədbirin mövzusunun aktuallığını qeyd ediblər, regional seminarın işinə uğurlar arzulayıblar.

Daha sonra tədbirdə Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov “Əqli Mülkiyyətin yenidən dərk edilməsi və kreativ iqtisadiyyat” mövzusunda məruzəsi dinlənilib.

Agentliyin rəhbəri bildirib ki, əqli mülkiyyətin müasir konteksti nəzərəçarpan dərəcədə dəyişib, onun kökündə təkcə hüquqi məna deyil, iqtisadi və sosio-mədəni məna da başa düşülür. Əqli mülkiyyətin müasir kateqoriyasında fiziki və hüquqi şəxslərin əqli fəaliyyət nəticələrinə (ƏFN) verilən yalnız müstəsna hüquqlar deyil, bilavasitə ƏFN də nəzərə alınmalıdır.

Məruzədə kreativ iqtisadiyyatın inkişafında bir sıra qurumların, o cümlədən İqtisadiyyat Nazirliyinin, Əqli Mülkiyyət Agentliyinin, Mədəniyyət Nazirliyinin, habelə Elm və Təhsil, Rəqəmsal İnkişaf və Nəqliyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mühüm rolu diqqətə çatdırılıb.

K.İmranov diqqətə çatdırıb ki, Əqli Mülkiyyət Agentliyində aparılan təhlil və hesablamalara görə, Azərbaycanda ÜDM-də kreativ sənayenin payı getdikcə artmaqdadır. Bu göstərici, 2024-cü ilin 1 yanvarına olan vəziyyətə görə 5,2 faizə çatıb və hazırda inkişaf etmiş ölkələr səviyyəsindədir.

Daha sonra ÜƏMT-nin departament direktorunun müavini, böyük menecer Dimiter Qançev “Kreativ iqtisadiyyatın mövcud ölçmə modellərinə ümumi baxış” mövzusunda məruzəsi ilə çıxış edib.

İki gün davam edəcək seminarda ÜƏMT-nin peşəkar mütəxəssisləri kreativ iqtisadiyyatın aktual məsələlərinə dair məruzələrlə çıxış edəcək, əqli mülkiyyətin, o cümlədən müəlliflik hüquqlarının kreativ iqtisadiyyatın inkişafında payı barədə müzakirələr aparılacaq. Həmçinin kreativ iqtisadiyyatın inkişafında Azərbaycan təcrübəsi və bu sahədə ölkəmizdə həyata keçirilən layihələr barədə tədbir iştirakçıları qarşısında geniş təqdimat olacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Media nümayəndələri 2026-cı il üçün İdman Paytaxtı seçilən Qazaxda

18:11
04 Mart

Firudin Qurbanov: Təhsilin bütün pillələrində gender bərabərliyi məsələsinə balanslaşdırılmış yanaşma tətbiq olunur

18:00
04 Mart

Milli Məclisdə idman sahəsinin bəzi aktual məsələləri ilə bağlı fikirlər səsləndirilib

17:33
04 Mart

İranda həlak olanların sayı 1045 nəfərə çatıb

16:58
04 Mart

İraq, BƏƏ, Qazaxıstan və Oman neft hasilatı planlarını OPEC-ə təqdim ediblər  

16:56
04 Mart

Xizək alpinizmi üzrə Avropa çempionatında növbəti medalçılar bəlli olub

16:44
04 Mart

İran raketinə atılan hava hücumundan müdafiə mərmisinin qalıqları Türkiyənin cənubuna düşüb  

16:26
04 Mart

Maliyyə Monitorinqi Xidməti: Azərbaycan beynəlxalq maliyyə sistemində etibarlı tərəfdaş statusunu möhkəmləndirir  

16:25
04 Mart

BAEA: İranda radioaktiv şüalanma riski aşkar edilməyib

16:23
04 Mart

İqtisadiyyat Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş: Mentorluq proqramı nələri vəd edir?  

16:22
04 Mart

Proqnozlar Bürosu növbəti 2 günə gözlənilən hava şəraitini açıqlayıb

15:56
04 Mart

Qlobal bazarları neft şoku qorxusu bürüyüb

15:54
04 Mart

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər

15:53
04 Mart

ABŞ Prezidenti İspaniyaya qəzəblənib

15:52
04 Mart

Baş prokuror Kürdəmir rayonunda vətəndaşların müraciətlərini dinləyib  

15:51
04 Mart

İrandakı 253 Rusiya vətəndaşı Azərbaycan vasitəsilə təxliyə edilib

15:50
04 Mart

Sabunçuda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

15:49
04 Mart

İrandan daha 35 çinli təxliyə olundu 

15:48
04 Mart

Azərbaycan və Avstriya arasında ticarət dövriyyəsinin artırılması hədəflənir

15:32
04 Mart

 “Starlink”dən uğurlu həllər

15:24
04 Mart

Təxliyə olunan azərbaycanlı: Sərhəddən keçidə icazə verildiyini televiziyadan öyrəndik

15:08
04 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!