29 Dekabr 2024 08:00
2643
İQTİSADİYYAT
A- A+
Prezident İlham Əliyev qlobal enerji təhlükəsizliyinin təminatçısıdır

Prezident İlham Əliyev qlobal enerji təhlükəsizliyinin təminatçısıdır


Bu bir  həqiqətdir ki, Prezident İlham Əliyev Azərbaycanı dünya arenasında iqtisadi inkişaf  əsasında böyük uğurlara çatdıran dinamik və fəal liderdir. Son 20 ildə Azərbaycan iqtisadiyyatı inkişaf edərək beynəlxalq bazarlarda müstəqil və təsirli mövqeyə yüksəlib. Həmin yüksəlişi  özünün siyasi və iqtisadi siyasətində  ehtiva edən dövlət başçısı ölkəmizi qlobal enerji təhlükəsizliyində  nəinki etibarlı tərəfdaşa çevirmiş, həm də qlobal miqyasda qəbul etdirmişdir. 

Prezident İlham Əliyev ölkəmizin, eləcə də Avropanın enerji təhlükəsizliyinin təminatı istiqamətində atdığı çoxkombinasiyalı siyasi gedişləri ilə heyranlıq doğurur. Bu, onun iti ağlının və zəkasının, həmçinin diplomatik məharətinin  nəticəsidir.  Məlumdur ki, hazırda enerji təhlükəsizliyi dünyanın aparıcı dövlətlərinin milli təhlükəsizlik strategiyasının həlledici elementi statusunda çıxış edir. Bu baxımdan bir sıra nüfuzlu ekspertlərin "müasir dünyanın siyasi mənzərəsi daha hərbi bloklara mənsub olmaqları ilə yox, enerji ehtiyatlarına malik olub-olmamaq bölgüsü ilə müəyyən ediləcək" fikri təsadüfi sayılmamalıdır. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft diplomatiyasını uğurla davam etdirən Prezident İlham Əliyev müxtəlif obyektiv və subyektiv çətinliklərin öhdəsindən gələrək, 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan,  sonrakı ildə isə Bakı-Tbilisi-Ərzurum kimi nəhəng neft və qaz marşrutlarının reallaşmasına nail oldu.  Sonralar dövlət başçısı çıxışlarının birində  bu barədə belə dedi: "Neft kəmərlərinin, xüsusilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi də tarixi hadisə idi. Təkcə ona görə yox ki, ilk dəfə olaraq Xəzər dənizinin nefti Aralıq dənizinin bazarlarına çıxarılırdı. Həm də ona görə ki, bu kəmər yeni bir yol, yeni bir dəhliz açdı". 

Prezident yeni yol, yeni dəhliz dedikdə  "Cənub qaz dəhlizi"ni nəzərdə tuturdu. Onun yaradılması istiqamətində ilk addım olaraq 2011-ci ildə Avropa Komissiyası ilə Azərbaycan arasında Strateji əməkdaşlıq və enerji sahəsində Anlaşma Memorandumu, növbəti ildə isə TANAP-ın (Trans-Anadolu Qaz Boru Kəməri) çəkilişinə dair Azərbaycan və Türkiyə arasında tarixi saziş imzalandı. Bu prosesdə ən əsas halqalardan biri sərmayə qoyuluşu ilə bağlı idi. 2013-cü ildə həmin məsələ də öz müsbət həllini tapdı. "Şahdəniz-2" layihəsinə investisiya qoyuluşuna dair qərar qəbul edildi. 2014-cü ildə  "Cənub qaz dəhlizi"nin Bakıda, 2015-ci ildə isə Qarsda TANAP-ın təməlqoyma mərasimi həyata keçirildi. 2016-cı ildə analoji addım TAP (Trans-Adriatik Qaz Boru Kəməri) layihəsi ilə bağlı atıldı. Nəhayət, 2018-ci il mayın 29-da "Cənub qaz dəhlizi"nin, iyunun 12-də isə TANAP-ın rəsmi açılış mərasimləri oldu. 2019-cu il noyabrın 30-da isə TANAP-ın Avropa ilə birləşən hissəsinin açılışı oldu. "Cənub qaz dəhlizi"nin son hissəsi olan TAP kəməri üzrə işlər 2020-ci il noyabrın 15-də tamamlandı. Beləliklə, Azərbaycan qazının birbaşa olaraq Avropa bazarına çıxışı tam təmin olundu. Azərbaycan  bu  layihəni - 7 ölkəni birləşdirən, 3500 kilometr məsafəsi olan və dənizin altından, dağların başından keçən qaz kəmərinin çəkilişini uğurla həyata keçirdi.  Bu, tarixi layihədir və ölkəmizin uğurlu, dayanıqlı inkişafı üçün əsas resurs bazasıdır.

Xüsusi vurğulamaq yerinə düşər ki, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu  neft strategiyasının uğurlarından bəhs edərkən hər zaman bildirilir ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri olmasaydı, Bakı-Tbilisi-Ərzurum qaz kəmərindən, bunlar  da olmasaydı, "Cənub qaz dəhlizi"ndən danışmaq mümkün olmazdı. Bu gün "Cənub qaz dəhlizi" Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu daha da artırıb. Milyardlarla dollar həcmində sərmayə qoyulmuş bu dəhliz vasitəsilə Xəzərin qaz ehtiyatları Avropa İttifaqının mərkəzi ölkələrinə çatdırılır. Getdikcə daha çox Avropa dövləti Azərbaycan qazının tədarükünə maraq göstərir. Vaxtilə  Prezident İlham Əliyev "Cənub qaz dəhlizi" layihəsinin uğurunu təmin edən səbəblərdən bəhs edərkən xüsusi olaraq aşağıdakı amilləri ön plana çəkmişdi: "Birincisi, bu layihə enerji təhlükəsizliyi, enerji şaxələndirilməsi və azad rəqabəti özündə ehtiva edir. İkincisi, bu layihədə istehsalçı, istehlakçı və tranzit dövlətlər arasında balans yaratmağa nail olmuşuq. Yəni burada uduzan tərəf yoxdur. Üçüncüsü, siyasət və enerji bir-birindən ayrı olmalıdır. Enerji siyasi alət kimi istifadə edilməməlidir. Hesab edirəm ki, "Cənub qaz dəhlizi" sazişində göstərdiyimiz nümunə nümayiş etdirir ki, enerji ilə siyasət ayrılanda uğur əldə edilə bilər". 

Gündəmə gətirilən və uğurlu sonluqla başa çatan enerji layihələri ölkəmizin iqtisadi imkanlarını genişləndirməklə həm maliyyə imkanlarını artırır, həm də siyasi mövqeyi möhkəmləndirir.  Dövlət başçısının da qeyd etdiyi kimi, "Cənub qaz dəhlizi" həm Azərbaycan, həm də Avropa üçün strateji əhəmiyyətə malik olan bir layihədir. O, bir çox tədbirdə Avropanın Azərbaycan qazına ehtiyacı olduğunu, məsələn, 2022-ci ildə IX Bakı Forumunda da demişdir: "Avropada vəziyyət kəskin şəkildə dəyişib və Azərbaycanın karbohidrogen ehtiyatlarına tələbat artır. Biz bir çox ölkənin artan tələbatını təmin etmək üçün əlimizdən gələni edirik. Son bir neçə ay ərzində bir çox Avropa ölkəsindən qaz təchizatı ilə bağlı bizə müraciətlər daxil olub. Əlbəttə, bu, asan məsələ deyil. Çünki əvvəlcə həmin qaz hasil edilməlidir və biz qaz hasilatını artırmağı planlaşdırmırdıq. Hazırda bu məsələ ilə bağlı biz Avropa Komissiyası ilə çalışırıq. Biz Avropa Komissiyası ilə enerji dialoquna start vermişik. Buraya yalnız qaz deyil, neft, elektrik enerjisi və hidrogen daxildir. Bərpaolunan enerji ilə bağlı Azərbaycanda böyük potensial var". 

Hazırda Azərbaycan  o ölkələrdəndir ki, öz hesabına yaşayır. Ölkəmizin  kifayət qədər böyük valyuta ehtiyatları var, iqtisadiyyatı dinamik şəkildə inkişaf edir, iqtisadi şaxələndirmə, neft-qaz amilindən asılılığının azaldılması istiqamətində çox önəmli addımlar atılıb. Əminliklə deyə bilərik ki, ölkəmizin gələcək inkişafı üçün nə siyasi, nə iqtisadi, nə də hər hansı başqa bir maneə və ya problem yoxdur. Bura Azərbaycandır, təbii ehtiyatlarla zəngin olan bir diyardır. Ölkəmiz lap qədim zamanlardan  təbii sərvətləri ilə dünyanın diqqətini cəlb edib. Tükənməyən ehtiyatlar olan günəş,  geometral, külək, nüvə enerjiləri, qabarma-çəkilmə, dəniz cərəyanları indi "yaşıl enerji"yə çevrilib. Azərbaycanda energetika sahəsində bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi Prezident İlham Əliyev tərəfindən prioritet vəzifə olaraq irəli sürülüb və 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payının 30 faizə çatdırılması hədəf kimi müəyyənləşdirilib. Xatırladaq ki, ölkəmizin bərpaolunan enerji potensialı - quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat təşkil edir. İşğaldan azad edilən bütün ərazilər  "yaşıl enerji" zonasına çevrilməkdədir. Yaxın gələcəkdə bərpaolunan enerjinin istehsalı artacaq və onda Azərbaycan bu sərvətini də dünyadan əsirgəməyəcək, Avropaya  ixrac edəcək. 

Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında rolu yüksək dəyərləndirilir. Əminliklə qeyd edə bilərik ki, postmünaqişə dövrünün reallıqları fonunda regionda və dünyada söz sahibliyini möhkəmləndirən, regional əməkdaşlığın aparıcı simasına, böyük şəxsiyyətinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrilən  Prezident İlham Əliyev bundan sonra da yeni-yeni enerji layihələrinin təşəbbüskarı kimi çıxış edəcək və uğurlu sonluqla başa çatmasına nail olacaq.  Təbii ki, bu da ölkəmizin beynəlxalq əməkdaşlığa verdiyi önəmdən, təcrübə mübadiləsinə marağından, ən əsası malik olduğu təbii resurslardan səmərəli istifadə etmək istəyindən irəli gəlir.  

Və bütün bu deyilənlərin müəllifi, qlobal enerji təhlükəsizliyinin təminatçısı "hər bir Azərbaycan vətəndaşının Prezidenti"  olan İlham Əliyevdir. Onun zəkası, praqmatik düşüncəsi, qətiyyətli siyasəti imkan verir ki, atdığı hər addımın məsuliyyətini rahatlıqla daşısın, xalqının sevgisini qazansın.

 

Züleyxa  ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanla Yunanıstan arasında əməkdaşlığın perspektivləri müzakirə edilib  

23:49
13 Mart

Ceyhun Bayramov Çin nümayəndəsi ilə regional və beynəlxalq vəziyyəti müzakirə edib  

23:29
13 Mart

Ceyhun Bayramov BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının Baş katibi ilə görüşüb

23:19
13 Mart

Təqsirləndirilən şəxs: Qarabağa səfər edən Ermənistan vətəndaşlarının qeydiyyatı aparılmırdı  

22:47
13 Mart

Arkadi Qukasyandan qondarma rejimlə bağlı etiraf: Əməkhaqları Ermənistan dramı ilə ödənilirdi  

22:35
13 Mart

Madat Babayan: Silahlar Xankəndidən və Ermənistandan gətirilirdi

22:26
13 Mart

Bakı Forumunda panel müzakirəsi: “Gələcək üçün BMT paktı: Yeni qlobal konsensusun yaradılması” YENİLƏNİB  

21:32
13 Mart

Qlobal Bakı Forumunda çoxqütblü dünya üçün multilateralizmə yenidən baxılması mövzusu müzakirə olunub

21:09
13 Mart

BTİ-nin Baş direktorunun müavini: Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədləri nümunə göstərir  

20:35
13 Mart

İƏT-in Baş katibi: Gələcək üçün BMT paktının icrasına yönəlmiş yeni üfüqlər yaradılmalıdır  

20:34
13 Mart

BMT Baş katibinin müavini: BMT-nin Gələcək üçün Paktı beynəlxalq səviyyədə əldə olunan vacib sənəddir  

20:33
13 Mart

Ksaba Korosi: Qlobal iqtisadi artımla bağlı böhranları həll etmək üçün əməkdaşlığa ehtiyacımız var  

20:31
13 Mart

Cəbrayılda əmək yarmarkası keçirilib

20:29
13 Mart

Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti ICESCO-da görüş keçirib

20:29
13 Mart

Bakıda “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun açılış mərasimində çıxış edib - YENİLƏNİB-2

20:07
13 Mart

Departament rəhbəri: Elmlə bağlı əməkdaşlıq sülh və iqtisadi artım imkanları yarada bilər  

20:01
13 Mart

XİN Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşmasına dair bəyanat yayıb

19:53
13 Mart

Rəvan Həsənov: Azərbaycan İslamofobiyaya qarşı qlobal mübarizəyə mühüm töhfələr verir  

19:47
13 Mart

Akif Çağatay Kılıc: BMT onlara müraciət edən bir çox ölkələrin problemlərini anlamır və yaxud həll etmək istəmir  

19:36
13 Mart

Kuala-Lumpur meri: COP29-da əldə etdiyimiz nəticələrin icrası üçün bacarıqlı liderlik sistemi lazımdır

19:15
13 Mart

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Yevlaxda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib  

19:03
13 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!