13 Mart 2025 12:24
321
İQTİSADİYYAT
A- A+
Azərbaycan və Özbəkistan Xəzər dənizində bərə daşımaları üzrə yeni çağırışları müzakirə edib

Azərbaycan və Özbəkistan Xəzər dənizində bərə daşımaları üzrə yeni çağırışları müzakirə edib


“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) İdarə Heyətinin sədri Rauf Vəliyev Azərbaycanda səfərdə olan Özbəkistanın Nəqliyyat Nazirliyi yanında Nəqliyyat və Logistikanın İnkişafının Öyrənilməsi Mərkəzinin direktoru Bekzod Xolmatovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

ASCO-dan AZƏRTAC-a bildirilib ki, Özbəkistan Nəqliyyat Nazirliyinin və Özbəkistan Dəmir Yollarının əməkdaşlarından ibarət nümayəndə heyətinə nəqliyyat və logistika sahəsində ölkəmizdə həyata keçirilən mühüm tədbirlər, eləcə də ASCO-nun fəaliyyəti barədə ətraflı məlumat verilib.

Görüşdə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin (Orta Dəhliz) əhəmiyyətindən və aktuallığından danışılıb. Bu dəhlizin inkişafı çərçivəsində Xəzər dənizində Özbəkistan-Azərbaycan nəqliyyat əlaqələrinin genişləndirilməsi, o cümlədən Xəzərdə bərə daşımaları seqmentində yeni çağırışlara dair müzakirələr aparılıb.

Digər Xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!