28 Dekabr 2024 08:00
2508
CƏMİYYƏT
A- A+
İnkişaf büdcəsi

İnkişaf büdcəsi


Prezident İlham Əliyev "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanunu təsdiq edib. Gələn il üçün respublikamızın dövlət büdcəsinin gəlirləri 38 milyard 356 milyon manat, xərcləri isə 41 milyard 407 milyon 600 min manat müəyyən olunub. Bu göstəricilər ilk növbədə Prezident İlham Əliyevin uğurlu iqtisadi siyasətindən, respublikamızda həyata keçirilən islahatların effektiv nəticəsindən xəbər verir.  


Müasir Azərbaycan tarixinin ən böyük büdcəsi


Dövlət büdcəsi dünyanın hər bir ölkəsində əsas maliyyə aləti hesab olunur. Təsadüfi deyil ki, büdcənin gəlir və xərclərinin səviyyəsi ilk növbədə ölkənin inkişafının göstəricisi kimi nəzərdən keçirilir. Ona görə də hansısa ölkənin inkişafından danışanda ilk diqqət yetirilən məsələlərdən biri onun büdcəsi olur. Dövlət büdcəsi ilə bağlı məsələlərin müzakirəsi də hər zaman ictimaiyyət tərəfindən maraqla izlənilir. 

Azərbaycanın 2025-ci il dövlət büdcəsinin, habelə büdcə zərfinə daxil olan məsələlərin noyabr ayından başlanan və dekabrda yekunlaşan müzakirələri də işgüzar atmosferdə keçdi.

Qeyd edək ki, Azərbaycanın inkişafına paralel olaraq dövlət büdcəsi də ildən-ilə böyüyüb, ötən 21 ildə gəlir və xərcləri dəfələrlə artıb. Uzun illərdir ki, Cənubi Qafqazda bütün məsələlərdə lider olan respublikamızın büdcəsi də gəlir və xərclərinə görə birincidir. Xatırladaq ki, 2003-cü ildə respublikamızda dövlət büdcəsinin gəlirləri 1 milyard 220,9 milyon manat həcmində idi. Bu gün büdcəmizin gəlirləri artıq 38 milyard manatı ötüb. Bu da 2003-cü illə müqayisədə təxminən 32 dəfə çoxdur. 

Büdcənin ildən-ilə artımı isə ilk növbədə respublikamızın qarşısında dayanan prioritet vəzifələrin uğurla icra olunmasını təmin edib. Təsadüfi deyil ki, hər il dövlət büdcəsi tərtib olunarkən vacib məsələlərin maliyyələşdirilməsinə daha çox diqqət yönəldilir. Sosial və investisiya yönümlülüyə üstünlük vermək, dövlətin müdafiə qabiliyyətini daha da gücləndirmək, vətəndaşların sosial rifahını ildən-ilə yüksəltmək, iqtisadi, enerji, ərzaq və ekoloji təhlükəsizliyini möhkəmləndirmək, idxaldan asılılığı minimuma endirmək, regionların dinamik sosial-iqtisadi inkişafını təmin etmək dövlət büdcəsinin prioritet vəzifələridir.

Növbəti ilin büdcə siyasəti müəyyənləşdirilən hədəflər, Prezident İlham Əliyevin qarşıya qoyduğu əsas prioritet vəzifələr nəzərə alınmaqla hazırlanıb. Bunlar respublikamızın hərbi-müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin gücləndirilməsi,    "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiya"sında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi, Qarabağ və Şərqi Zəngəzurun bərpası, yenidən qurulması, ölkə iqtisadiyyatına reinteqrasiyası və ərazilərə Böyük qayıdışın təmin edilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi və rifah halının yaxşılaşdırılması üçün əlavə sosial dəstək paketinin reallaşdırılması, dayanıqlı iqtisadi artımın dəstəklənməsi, makroiqtisadi sabitliyin və büdcə dayanıqlılığının qorunması və Naxçıvan Muxtar Respublikasının Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasıdır.


Hər bir istiqamət üzrə lazımi səviyyədə maliyyələşmə təmin ediləcək


Dövlət büdcəsinin əsas prioritetlərindən biri respublikamızın hərbi-müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin gücləndirilməsidir. Belə ki, gələn il Azərbaycanın müdafiə və təhlükəsizlik xərclərinin dövlət büdcəsindəki ümumi məbləği təxminən 8,4 milyard manat olacaq. Azərbaycanın sülh təşəbbüslərinə baxmayaraq, Ermənistan sürətlə silahlanmaqda davam edir.  Artıq neçə vaxtdır ki, Fransa və Hindistan kimi ölkələrdən Ermənistana müxtəlif silah və texnikalar daşınır. Təbii ki, belə bir vaxtda Azərbaycan bu məsələyə seyrçi qala bilməz. Artan hərbi büdcəmiz respublikamızın Ermənistan üzərində hərbi üstünlüyünü daha da möhkəmləndirəcək.

Gələn ilin büdcəsinin əsas xərc istiqamətlərindən birini ölkə vətəndaşlarının sosial müdafiəsi və sosial təminatı ilə bağlı məsələlər təkil edəcək. Sosialyönümlü xərclər 2024-cü illə müqayisədə 8,8 faiz artırılaraq 16,9 milyard manata çatdırılacaq. Faizlə ifadə etsək, dövlət büdcəsi xərclərinin 40 faizdən çoxunu sosial xərclər təşkil edəcək. Büdcə zərfinə daxil olan sosial paketin təhlili göstərir ki, şəhid ailələrinin, qazilərin və müharibə veteranlarının sosial müdafiəsi sahəsində dövlət siyasəti, onlara diqqət və qayğı növbəti ildə də davam etdiriləcək. 

Xatırladaq ki, son 5 ildə həyata keçirilən 4 sosial islahat paketi 7 milyard manat olmaqla 4 milyon vətəndaşı əhatə edib. Habelə 2025-ci ildə minimum əməkhaqqı, pensiya, müavinət və digər sosial ödənişlərdə yeni artımlar 3 milyona yaxın vətəndaşı əhatə edəcək.

Artıq bir neçə ildir ki, dövlətimizin əsas çağırışlarından biri Qarabağ və Şərqi Zəngəzurun bərpasıdır. Dövlət büdcəsi tərtib olunarkən bu məsələ də xüsusi diqqət mərkəzində saxlanılır, azad edilmiş ərazilərimizin yenidən qurulmasına yetərincə vəsait ayrılır. Prezident İlham Əliyevin uğurlu iqtisadi siyasətinin nəticəsi olaraq artan maliyyə imkanlarımız hər il büdcədən bu məqsəd üçün lazımi səviyyədə maliyyə vəsaitinin ayrılmasına imkan verib. Milli ideyaya çevrilmiş bu məqsəd üçün növbəti il 4 milyard manat vəsait nəzərdə tutulub.

Azərbaycanın dövlət büdcəsi hər il tam icra olunub, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində heç bir çətinlik yaranmayıb. Ən əsası dövlət büdcəsi hər il inkişafa böyük töhfə verib. Reallıq da ondan ibarətdir ki, hər bir il üçün tərtib olunmuş dövlət büdcəsi sözün bütün mənalarında Azərbaycan dövlətinin milli maraqlarını, iqtisadi təhlükəsizliyini, sosial məqsədləri təmin edib.

2025-ci ilin dövlət büdcəsi də Prezident İlham Əliyevin müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf siyasətinin uğurla davam etdirilməsinə, bütün dövlət və sosial vəzifələrin tam şəkildə həyata keçirilməsinə xidmət edəcək. Bütövlükdə, gələn ilin dövlət büdcəsi növbəti inkişaf büdcəsi olacaq.


Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanla Yunanıstan arasında əməkdaşlığın perspektivləri müzakirə edilib  

23:49
13 Mart

Ceyhun Bayramov Çin nümayəndəsi ilə regional və beynəlxalq vəziyyəti müzakirə edib  

23:29
13 Mart

Ceyhun Bayramov BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının Baş katibi ilə görüşüb

23:19
13 Mart

Təqsirləndirilən şəxs: Qarabağa səfər edən Ermənistan vətəndaşlarının qeydiyyatı aparılmırdı  

22:47
13 Mart

Arkadi Qukasyandan qondarma rejimlə bağlı etiraf: Əməkhaqları Ermənistan dramı ilə ödənilirdi  

22:35
13 Mart

Madat Babayan: Silahlar Xankəndidən və Ermənistandan gətirilirdi

22:26
13 Mart

Bakı Forumunda panel müzakirəsi: “Gələcək üçün BMT paktı: Yeni qlobal konsensusun yaradılması” YENİLƏNİB  

21:32
13 Mart

Qlobal Bakı Forumunda çoxqütblü dünya üçün multilateralizmə yenidən baxılması mövzusu müzakirə olunub

21:09
13 Mart

BTİ-nin Baş direktorunun müavini: Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədləri nümunə göstərir  

20:35
13 Mart

İƏT-in Baş katibi: Gələcək üçün BMT paktının icrasına yönəlmiş yeni üfüqlər yaradılmalıdır  

20:34
13 Mart

BMT Baş katibinin müavini: BMT-nin Gələcək üçün Paktı beynəlxalq səviyyədə əldə olunan vacib sənəddir  

20:33
13 Mart

Ksaba Korosi: Qlobal iqtisadi artımla bağlı böhranları həll etmək üçün əməkdaşlığa ehtiyacımız var  

20:31
13 Mart

Cəbrayılda əmək yarmarkası keçirilib

20:29
13 Mart

Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti ICESCO-da görüş keçirib

20:29
13 Mart

Bakıda “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun açılış mərasimində çıxış edib - YENİLƏNİB-2

20:07
13 Mart

Departament rəhbəri: Elmlə bağlı əməkdaşlıq sülh və iqtisadi artım imkanları yarada bilər  

20:01
13 Mart

XİN Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşmasına dair bəyanat yayıb

19:53
13 Mart

Rəvan Həsənov: Azərbaycan İslamofobiyaya qarşı qlobal mübarizəyə mühüm töhfələr verir  

19:47
13 Mart

Akif Çağatay Kılıc: BMT onlara müraciət edən bir çox ölkələrin problemlərini anlamır və yaxud həll etmək istəmir  

19:36
13 Mart

Kuala-Lumpur meri: COP29-da əldə etdiyimiz nəticələrin icrası üçün bacarıqlı liderlik sistemi lazımdır

19:15
13 Mart

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Yevlaxda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib  

19:03
13 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!