30 Dekabr 2024 08:25
572
SİYASƏT
A- A+
Milli kimliyimizi möhkəmləndirən siyasət

Milli kimliyimizi möhkəmləndirən siyasət


Prezident İlham Əliyev mədəni irsin qorunmasını beynəlxalq səviyyədə də prioritet hesab edir 


Zəngin mədəni irsə, ulularımızdan bizə miras qalmış milli-mənəvi dəyərlərə malik xalqımızın bu misilsiz sərvətinin qorunması və inkişafı Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin əsas prioritet istiqamətlərindəndir. Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan siyasət müasir dövrümüzdə bu sahəyə diqqətin nə qədər böyük əhəmiyyət daşıdığını bir daha göstərir. 


Milli varlığımız


Dövlət başçısı dəfələrlə çıxışlarında milli dəyərlərin hər bir xalqın varlığını və kimliyini müəyyən edən əsas amillərdən olduğunu vurğulayıb. Onların qorunması istiqamətində həyata keçirdiyi siyasətin əsas prinsipləri zəngin irsimizin yaşadılması və təşviqi, multikulturalizm və tolerantlıq, dini dəyərlərin mühafizəsi, gənclərin bu ruhda tərbiyəsi, mədəniyyət diplomatiyası, milli dəyərlərlə müasir iqtisadi həyat arasında faydalı sintezin təmin olunması, birlik və həmrəylik kimi məsələləri əhatə edir. Bu prinsiplər Azərbaycan Prezidentinin milli-mənəvi dəyərlərin qorunması istiqamətində uzunmüddətli və strateji yanaşmasına əsaslanır. Belə bir siyasət həm ölkə daxilində milli kimliyin gücləndirilməsinə, azərbaycançılığın təməl sütunlarının daha da sarsılmazlığına, həm də ölkəmizin beynəlxalq imicinin möhkəmlənməsinə xidmət edir.

Azərbaycan dövləti mədəni irsin, milli adət-ənənələrin qorunmasını yalnız ölkə daxilində deyil, beynəlxalq səviyyədə də prioritet hesab edir. UNESCO və ICESCO kimi təşkilatlarla əməkdaşlıq çərçivəsində mədəni irsimizin dünyaya tanıdılması istiqamətində mühüm addımlar atılır. Azərbaycanın həyata keçirdiyi mədəniyyət diplomatiyası ölkəmiz üçün də, regionumuz üçün də böyük faydalar yaradır.


Multikulturalizm məkanı


Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin və dinlərin birgə yaşadığı tolerantlıq məkanı kimi tanınıb. Ölkəmizdə bu gün də fərqli etnik qruplar və dini icmalar arasında harmoniya, qarşılıqlı hörmət ruhu çox güclüdür. Prezident İlham Əliyevin təşəbbüsü ilə  dəyərlərimizin beynəlxalq səviyyədə təşviqi xüsusilə diqqət mərkəzindədir. 2016-cı ilin ölkəmizdə "Multikulturalizm ili" elan olunması, 2008-ci ildən start götürmüş "Bakı prosesi"nin nailiyyətləri, ölkəmizin evsahibliyi etdiyi beynəlxalq humanitar forumlar Azərbaycanın bu sahədəki lider mövqeyini bir daha nümayiş etdirir. 

Ölkəmiz multikulturalizm siyasətini təkcə milli sərhədlərlə məhdudlaşdırmır, bu modelin digər dövlətlərə nümunə olduğunu sübut edir. Respublikamız beynəlxalq səviyyədə multikulturalizm modeli kimi tanınır və bu sahədə lider mövqeyini zaman keçdikcə daha da möhkəmləndirir. 

Ölkəmizdə dini dəyərlərin qorunması istiqamətində də əhəmiyyətli addımlar atılır. Respublika daxilində dini azadlıqlar tam təmin edilib, müxtəlif dini icmalara dövlət dəstəyi göstərilib. Bir çox müqəddəs məkanın ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun layihələri çərçivəsində bərpası, yenidən qurulması, dini bayramların qeyd olunması, həmçinin işğaldan azad olunmuş ərazilərdə məscidlərin bərpasına başlanılması bu siyasətin bariz nümunələridir.

Vətən müharibəsindəki tarixi Zəfərimizdən sonra Qarabağda, Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq-abadlıq tədbirləri əzəli məkanlarımızdakı tarixi-mədəni və dini abidələrin bərpasını, milli irsin qorunmasını da əhatə edir. Qələbəmizin rəmzi olan Şuşa şəhərinin "Azərbaycanın mədəniyyət paytaxtı", daha sonra türk dünyasının, bu il isə islam dünyasının mədəniyyət paytaxtları elan edilməsi və burada çoxsaylı tədbirlərin keçirilməsi dəyərlərimizin yenidən dirçəldilməsinə yönəlmiş tarixi addımlar kimi böyük ictimai rəğbət doğurur. 

Bütün bunlara paralel olaraq 30 il ərzində işğal altındakı ərazilərimizdə törədilən erməni vandalizminin nəticələrinin beynəlxalq səviyyədə göstərilməsi, bu əməllərin beynəlxalq hüquq normaları çərçivəsində hüquqi qiymətinin alınması istiqamətində ardıcıl iş aparılır.


Gənc nəslin milli ruhda tərbiyəsi


Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərlə bağlı siyasətində gənclərin milli ruhda tərbiyəsi məsələsi də mühüm yer tutur və bu, təsadüfi deyil. Gənclər xalqımızın, dövlətimizin, cəmiyyətimizin gələcəyidirlər və milli-mənəvi dəyərlərimizin göz bəbəyi kimi qorunması onların zəngin irsimizə münasibətindən asılıdır. Dövlət başçısının gənclərin vətənə sevgi, torpağa bağlılıq ruhunda apardığı siyasət müxtəlif istiqamətləri əhatə edir. Bu istiqamətlərdən biri, təbii ki, təhsildir. Milli dəyərlərimizin tədrisi təhsil proqramlarında xüsusi yer tutur. Azərbaycan dili, tarixi və ədəbiyyatının təbliği gücləndirilir. Müasir təhsil siyasəti gənclərdə vətənpərvərlik və milli dəyərlərə bağlılıq hissini yüksəldir. 

Gənclər siyasəti ilə bağlı həyata keçirilən müvafiq dövlət proqramlarının da əhəmiyyəti var. Bu proqramlar çərçivəsində onların potensialının inkişafı, istedadlarının dəstəklənməsi üçün müxtəlif uğurlu layihələr həyata keçirilir. Gənclərin təşəbbüslərini dəstəkləmək və onların milli mənəvi dəyərlərə bağlılığını gücləndirmək üçün səmərəli mexanizmlər, o cümlədən Gənclər Fondu kimi maliyyələşmə mexanizmləri tətbiq olunur. Böyüməkdə olan nəslin sağlam həyat tərzini seçməsi və milli qürur hissinin güclənməsi üçün idman sahəsində də genişmiqyaslı tədbirlər reallaşdırılır. Azərbaycan uzun illərdir ki, bütün dünyada idman ölkəsi kimi tanınır. Ölkənin bütün regionlarında idmanla həm peşəkar, həm də həvəskar səviyyədə məşğul olmaq üçün hər cür şərait yaradılıb. Milli komandalarımızın uğurları gənclərdə vətənə sevgi hissini artırır. 


Qəhrəmanlar yurdu


Azərbaycanın tarixi qələbəsi ilə bağlı tədbirlər, qələbəmizi simvollaşdıran mədəniyyət layihələri də gənclərdə milli qürur və tarixi yaddaşın gücləndirilməsinə xidmət edir. Ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasında böyük igidliklər göstərmiş övladlarımızın tanıdılması istiqamətində ardıcıl iş aparılır. Dövlətimizin şəhid ailələri və qazilərə daimi diqqət və qayğısı da gənclərimiz üçün nümunə yaradır, onlarda vətənpərvərlik hisslərini gücləndirir. 

Bu gün milli-mənəvi dəyərlərin qorunması, inkişafı və təbliğində informasiya texnologiyalarının imkanları çox genişdir. Rəqəmsal texnologiyalar, qloballaşma meyilləri xalqların dəyərlərinə ciddi təhdidlər doğurduğu kimi, bu mirasın uğurla təqdimatı, mühafizəsi, təbliği istiqamətində də böyük imkanlar açır. Əsas məsələ bu həllərdən səmərəli şəkildə faydalanmaq, onların ziyanlı təhdidlərini aradan qaldırmaq, yaxşı tərəflərindən isə istifadə etməyi bacarmaqdır. Azərbaycan dövləti də məhz bu uğurlu təcrübəyə üz tutub. Gənclərin qlobal texnologiya mühitinə inteqrasiya etməsi üçün təşəbbüslər göstərir. Müxtəlif rəqəmsal platformalar vasitəsilə tariximizin böyüməkdə olan nəslə çatdırılması məqsədilə layihələr həyata keçirilir. Həmçinin texnologiyaların yaratdığı imkanlar hesabına milli-mənəvi dəyərlərimiz dil baryerlərini aşaraq daha geniş sferada tanınır və sevilir. 


Bizi tanıdan dəyərlər 


Milli-mənəvi dəyərlərin qorunmasında mədəniyyətin rolu müstəsna əhəmiyyətə malikdir. Mədəniyyət xalqın tarixən formalaşmış mənəvi dəyərlərinin daşıyıcısı və təbliğatçısı kimi çıxış edir. Bu baxımdan dövlətimizin bu sahənin inkişafı ilə bağlı həyata keçirdiyi genişmiqyaslı tədbirlər təqdirəlayiqdir. Azərbaycan dövləti xalqımızın əsrlər boyu formalaşdırdığı zəngin maddi və qeyri-maddi mədəni irsi olan memarlıq abidələrini, milli musiqimizi, rəqslərimizi, xalçaçılıq ənənələrimizi, adət-ənənələrimizi yenidən dirçəldir. 

Hər zaman  olduğu kimi, müasir dövrümüzdə də ilk növbədə vətənpərvərlik hissi yüksək səviyyədə formalaşdırılmalıdır. Azərbaycançılıq ruhu bundan başlanır. Mənəviyyat abidəmiz olan "Kitabi-Dədə Qorqud" dastanlarının az qala hər sətrindən bunları oxuyur, görür və duyuruq. Ən qədim dövrlərdən üzü bəri yazıb-yaradan klassiklərimizin, şair və yazıçılarımızın əsərlərindən vətənpərvərliyi əxz edirik. Bu irsin aşıladığı düşüncə Azərbaycanı özünə vətən bilən bütün soydaşlarımızın ümummilli maraqlarının müdafiəsi yönündə birləşməsini təmin edən ideologiya kimi yanaşmağı öyrədir. 

Milli-mənəvi dəyərlərimiz, mədəniyyətimiz cəmiyyətimizdə vəhdəti gücləndirən qırılmaz bağdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin uğurları bu bağı daha da möhkəmləndirir, milli birliyimizi, milli kimliyimizi sarsılmaz edir. 


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Formula 1 Azərbaycan Qran-prisinin vaxtı açıqlanıb

10:51
02 Yanvar

Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun anadan olmasından 50 il ötür

09:17
02 Yanvar

Tramp Yeni Orleandakı hücuma görə Bayden administrasiyasını günahlandırıb  

23:01
01 Yanvar

ABŞ-da 10 nəfərin ölümünə, 35 nəfərin yaralanmasına səbəb olan şəxsin kimliyi müəyyənləşdirilib 

22:19
01 Yanvar

Zelenski Rusiya qazının Ukrayna ərazisindən Avropaya nəqlinin dayandırılmasını şərh edib  

21:57
01 Yanvar

Sarayevo dünyanın ən çirkli havasına malik şəhəridir  

21:23
01 Yanvar

Papa Fransisk qlobal münaqişə zonalarında sülh çağırışı edib

20:23
01 Yanvar

Türkiyə mediası: Fransa növbəti Afrika ölkəsindən qovulur

16:23
01 Yanvar

Aygün Attar: Təyyarə qəzasından sonra Qazaxıstanın göstərdiyi həmrəylik unudulmayacaq  

16:09
01 Yanvar

İranın müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırılıb

15:57
01 Yanvar

Bakıda Sudanın müstəqilliyinin 69-cu ildönümü qeyd olunub  

15:43
01 Yanvar

Yeni ilin ilk günü Ukraynaya kütləvi hava hücumu olub, Kiyevdə ölənlər və xəsarət alanlar var  

15:09
01 Yanvar

Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq - Proqnoz  

15:01
01 Yanvar

Azərbaycan idmançılarının 2025-ci il üçün ilk reytinqi açıqlanıb  

14:48
01 Yanvar

Bu il Ağdamda tütün məmulatlarının istehsalı müəssisəsi fəaliyyətə başlayacaq

14:35
01 Yanvar

Baş nazir: “2024-cü il Gürcüstan üçün son dərəcə ağır il olub”  

14:32
01 Yanvar

DİN: Cinayət törətməkdə şübhəli bilinən 18 nəfər saxlanılıb  

14:02
01 Yanvar

Sudan Respublikasının Suveren Keçid Şurasının Sədri Zati-aliləri cənab Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhana  

13:28
01 Yanvar

Kuba Respublikasının Prezidenti Zati-aliləri cənab Migel Dias-Kanel Bermudesə

13:11
01 Yanvar

Rumıniya və Bolqarıstan Şengen zonasına daxil olub

13:07
01 Yanvar

Bu gündən Azərbaycanda minimum əməkhaqqı artır  

11:33
01 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!