27 Dekabr 2024 08:17
162
SİYASƏT
A- A+
Milli həmrəylik xalqımızın ali mənəvi dəyərlərindən biridir

Milli həmrəylik xalqımızın ali mənəvi dəyərlərindən biridir


31 dekabr tarixi xalqımızın həm milli, həm də mənəvi varlığını təcəssüm etdirən, birliyimizin simvolu olan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd edilir. Bu əlamətdar gün xalqımızın tarixi yaddaşında həm bölünməzliyin, həm də ümumi ideallara bağlılığın təcəssümü kimi əks olunmuşdur. Müstəqilliyin yenicə bərpa olunduğu bir dönəmdə - 1991-ci ildə Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin o vaxtkı sədri Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilən qərarla 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunmuş və bu bayram Azərbaycan xalqının milli-mənəvi birliyini daha da möhkəmləndirmişdir.


Sovet imperiyası süqut etdikdən sonra Şimali və Cənubi Azərbaycanda yaşayan milyonlarla soydaşımız sərhədləri keçərək birləşmək istədiklərini açıq şəkildə bəyan etdilər. Araz çayı boyunca baş verən sərhəd yürüşləri xalqımızın milli həmrəyliyinin canlı təzahürü idi. Bu addım dünya ictimaiyyətinə xalqımızın vahid millət olmasını və Azərbaycan torpaqlarının bölünməzliyini göstərdi. Həmrəylik Günü məhz bu hərəkatın və xalqımızın birləşmək arzularının simvolu olaraq tarixə yazıldı. Bu bayram Azərbaycan xalqının dirçəlişini, müstəqil dövlətçilik uğrunda mübarizəsini və milli ideallar ətrafında birliyini nümayiş etdirən əlamətdar hadisə idi.

Həmrəylik Günü həm də xalqın milli ruhunu yüksəldən, onun milli varlığını qoruyan və gələcəyə olan inamını artıran siyasi və mənəvi bir hadisədir. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə həmrəylik ideyasının təməli qoyulmuş və Azərbaycan diasporunun birləşməsi istiqamətində konkret addımlar atılmışdır. Ulu Öndərin uzaqgörən siyasəti ilə xaricdə yaşayan soydaşlarımız arasında milli-mənəvi birliyə nail olmaq dövlət siyasətinin əsas prioritetlərindən biri olmuşdur. Heydər Əliyev xarici səfərləri zamanı diaspor nümayəndələri ilə görüşərək onların problemləri ilə yaxından maraqlanmış, diaspor təşkilatlarının gücləndirilməsi və həmrəyliyinin möhkəmləndirilməsi üçün dəyərli tövsiyələrini vermişdir. Onun “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamı hər bir soydaşımız üçün milli qürur və həmrəylik rəmzinə çevrilmişdir.

Ümummilli Lider Heydər Əliyevin müdrik siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyev həmrəylik ideyasını Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi inkişaf etdirir. Dövlət başçısı xarici səfərləri zamanı diaspor nümayəndələri ilə görüşlər keçirir, onların milli maraqlarını müdafiə edir və problemlərinin həlli üçün səylər göstərir. O, xaricdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunmasını Azərbaycanın əsas məqsədlərindən biri kimi dəyərləndirir.

Cənab İlham Əliyevin vurğuladığı kimi, “Diaspora ilə əlaqələrin genişləndirilməsi Azərbaycan dövlətinin əsas prioritetlərindən biridir”. Bu siyasət nəticəsində xaricdə yaşayan azərbaycanlılar arasında milli ruhun yüksəlməsi və onların vahid ideologiya ətrafında birləşməsi təmin olunur.

Xalqımız 2020-ci ilin Vətən müharibəsi zamanı milli birlik və həmrəyliyini bütün dünyaya nümayiş etdirdi. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar Azərbaycanın haqq mübarizəsini dəstəkləmək üçün səfərbər oldular. Xaricdə yaşayan soydaşlarımız keçirilən aksiyalar vasitəsilə Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasına töhfələr verdilər. Prezident İlham Əliyevin dediyi kimi, “Müqəddəs Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasındakı fədakarlığı Qələbəmizə layiqli töhfə olmuşdur”.

Müstəqil Azərbaycan Respublikası dünya azərbaycanlılarını birləşdirən güc mərkəzidir. Xalqımızın həmrəyliyi və vahid ideologiya ətrafında birləşmək iradəsi milli kimliyimizi qoruyur və onu gələcəyə daha inamla aparır. Həmrəylik Günü xalqın tarixi qələbələrinin və gələcək nailiyyətlərinin möhkəm təməlidir. 31 dekabr həm də tarixi yaddaşımıza yazılmış və gələcək nəsillərə ötürüləcək dəyərli bir mirasdır. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü xalqımızın milli varlığının və qalib xalq olaraq birliyinin əbədi rəmzi kimi daim yaddaşlarda qalacaqdır.

Azərbaycan dövləti siyasi sabitliyi təmin etməklə yanaşı, iqtisadi inkişafı, infrastruktur layihələrinin icrasını və sosial proqramların həyata keçirilməsini uğurla təmin edərək beynəlxalq arenada nüfuzunu daha da gücləndirmişdir. Bu uğurlar idman sahəsində də öz əksini tapmış və ölkəmiz 2024-cü ildə bir çox beynəlxalq yarışlarda əldə etdiyi tarixi nailiyyətlərlə yadda qalmışdır. Aparılan islahatlar ölkənin ümumi inkişafını sürətləndirmiş, idmanın populyarlaşdırılması və infrastrukturun genişləndirilməsi nəticəsində idmançılarımızın beynəlxalq səviyyədə qazandıqları medalların sayını əhəmiyyətli dərəcədə artırmışdır. Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilən ilin idman yekunlarına həsr olunmuş tədbir də dövlətin bu sahəyə verdiyi yüksək diqqəti və dəstəyi bir daha nümayiş etdirmişdir.

Dövlətimizin başçısı Azərbaycan idmançılarının 2024-cü ildə beynəlxalq yarışlarda qazandıqları 1700-dən çox medalın idmanın inkişafının əyani göstəricisi olduğunu qeyd etmişdir. Bu uğurlar ölkə idmanının həm regional, həm də qlobal səviyyədə nüfuzunu artırır. Ən böyük nailiyyətlərdən biri isə 2024-cü ilin Yay Olimpiya Oyunlarında əldə edilmiş tarixi nəticələr idi. Azərbaycan komanda hesabında 30-cu yeri tutaraq müstəqillik tarixində ən yüksək nəticəyə imza atmışdır. İki qızıl, iki gümüş və üç bürünc medal idmançılarımızın gücünü və potensialını bir daha sübut etmişdir. Müsəlman ölkələri arasında üçüncü yerə layiq görülmək isə Azərbaycanı bu sahədə lider dövlətlərdən biri kimi önə çıxarır. Cənab İlham Əliyevin vurğuladığı kimi, bu uğurların əsasında yalnız idmançılarımızın əzmi deyil, həm də dövlətin idmana göstərdiyi diqqət və dəstək dayanır. O, gənc idmançıların qalib ölkənin nümayəndələri olaraq beynəlxalq arenalarda iştirak etmələrinin onlara mənəvi güc verdiyini bildirmişdir. Fiziki gücün mənəvi saflıqla vəhdət təşkil etməsi Azərbaycan idmançılarının cəmiyyətin digər sahələrində də nümunəvi rol oynamalarına səbəb olmuşdur.

Azərbaycanın bölgələrində idman infrastrukturunun genişləndirilməsi dövlət siyasətinin prioritetlərindən biridir. Hazırda ölkədə 44 Olimpiya İdman Kompleksi fəaliyyət göstərir. Azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazilərində də idman obyektlərinin tikintisinə xüsusi diqqət ayrılır. Ağdamda beynəlxalq standartlara cavab verən stadionun, Füzulidə Olimpiya İdman Kompleksinin inşası, eləcə də Şuşa və Suqovuşan kimi yerlərdə keçirilən beynəlxalq yarışlar Azərbaycanın idman xəritəsini daha da genişləndirir.

Tədbir çərçivəsində Prezident İlham Əliyev idmançılara və idman mütəxəssislərinə dövlət təltifləri, mənzillər və fərdi təqaüdlər təqdim etmişdir. Bu ənənəvi diqqət idmançılarımızın motivasiyasını artırır və onların gələcək uğurları üçün güclü stimul yaradır.


Mahir Süleymanlı,

​Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakı-Qroznı reysi ilə uçan təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi Xorvatiyada ehtiramla anılıb  

00:08
28 Dekabr

Avstriya Parlamentinin üzvü təyyarə qəzası ilə əlaqədar Azərbaycan səfirliyinə baş çəkib  

00:08
28 Dekabr

Bosniya və Herseqovinada təyyarə qəzası qurbanlarının xatirəsi anılır

23:28
27 Dekabr

Qazaxıstanın ictimai xadimləri təyyarə qəzası ilə əlaqədar Azərbaycanın Astanadakı səfirliyinə baş çəkiblər  

23:27
27 Dekabr

Qazaxıstanda Aktauda qəzaya uğrayan təyyarə qurbanları üçün qanvermə aksiyaları keçirilib  

23:25
27 Dekabr

Azərbaycanın Polşadakı səfirliyində matəm günü ilə bağlı başsağlığı kitabı açılıb

23:23
27 Dekabr

Ceyhun Bayramov Hakan Fidanla beynəlxalq və regional məsələləri müzakirə edib

23:20
27 Dekabr

Pedaqoji Universitetdə Aktau faciəsinin qurbanları anılıb

23:19
27 Dekabr

Təyyarə qəzası qurbanlarının xatirəsi UNESCO-da anılır

23:16
27 Dekabr

“AZAL”ın təyyarəsinin qəzası ilə əlaqədar Seuldakı səfirliyimizdə başsağlığı kitabı açılıb

23:15
27 Dekabr

Vinisius “Globe Soccer Awards”a görə ilin ən yaxşı futbolçusu seçilib  

23:13
27 Dekabr

SN: Vyanada bazarda terror aktı planlaşdıran əfqan saxlanılıb  

22:21
27 Dekabr

Türkiyəli idman mütəxəssisləri ölkəmizdə səfərdədir  

22:10
27 Dekabr

"Suzuki"yə təxminən 50 il rəhbərlik edən Osamu Sudzuki 94 yaşında vəfat edib

21:17
27 Dekabr

Almaniya Prezidenti parlamenti buraxıb və yeni seçkilər təyin edib

21:16
27 Dekabr

Azərbaycan Güləş Federasiyası Gəncədə seçimlərə başlayacaq

21:15
27 Dekabr

“Olimpiya dünyası” qəzeti ilin ən yaxşılarını seçdi  

21:12
27 Dekabr

Təyyarə qəzasında həlak olanların xatirəsi Fələstində ehtiramla yad edilir

21:01
27 Dekabr

Təyyarə qəzasının qurbanları Tacikistanda anılıb

20:59
27 Dekabr

Azərbaycanın Batumidəki baş konsulu Acarıstan MR Ali Şurasının sədri ilə görüşüb

20:59
27 Dekabr

Təyyarə qəzasında həlak olanların xatirəsi Özbəkistanda anılıb

20:57
27 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!