21 Dekabr 2024 00:27
3631
ELANLAR
A- A+
Azercell abunəçilərinin nəzərinə

Azercell abunəçilərinin nəzərinə


"Azercell Telekom" MMC tərəfindən təqdim olunan xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, müştərilərə təklif olunan xidmət və tariflərin optimallaşdırılması, abunəçilərə daha rahat istifadə imkanının təmin edilməsi məqsədilə 01.02.2025-ci il tarixindən etibarən fakturasız (SimSim) xətt sisteminə aid nömrələr üçün aşağıdakı şərtlər tətbiq ediləcək:

 Fakturasız (SimSim) xətt sisteminə aid nömrələr üçün nəzərdə tutulmuş ödəniş (danışıq) kartlarının nominalına uyğun olaraq müəyyən edilən kartın istifadə müddəti + 90 gün təyin edilir. Beləliklə də, abunəçi bu müddət ərzində yeni ödəmə kartı yükləyib istifadə imkanını yeni müddətə artırmaqla, eyni zamanda həmin yeni müddət bitənədək həm daha əvvəl yüklənmiş və istifadə edilməmiş məbləğlərdən, həm də yeni yüklədiyi ödəmə kartının məbləğindən istifadə imkanına malik olacaq.

 Fakturasız (SimSim) xətt sisteminə aid nömrələr üçün nəzərdə tutulan bütün tarif paketlərində, hər bir təqvim ayı ərzində telekommunikasiya xidmətlərindən istifadə haqlarının ümumi həcmi 2 AZN-dən az olduqda, həmin nömrəyə 2 AZN (ƏDV daxil) məbləğində aylıq xidmət haqqı tətbiq ediləcək. Hər bir təqvim ayı ərzində telekommunikasiya xidmətlərindən istifadə haqlarının ümumi həcmi 2 AZN-dən çox olduqda aylıq xidmət haqqı tətbiq edilmir. Aylıq xidmət haqqı hesablanarkən Paycell və Simkredit xidmətlərindən istifadə nəzərə alınmır. Təqvim ayı bitdikdən sonra, növbəti ay (aylar) ərzində, balansda kifayət qədər vəsait olduqda müvafiq təqvim ayına aid olan aylıq xidmət haqqının tam məbləği balansdan çıxılır. Balansda kifayət qədər vəsait olmadıqda isə aylıq xidmət haqqı məbləği tam ödənilənədək balansdakı qalıq məbləğə müvafiq olaraq ardıcıllıqla hesabdan silinir. Balansda kifayət qədər məbləğ olmadığı təqdirdə müvafiq aylıq xidmət haqqı məbləği və ya qalıq hissəsi növbəti balans artırma zamanı hesabdan avtomatik olaraq çıxılır.

Qeyd: Abunəçilər göstərilən dəyişikliklər, tarif və internet paketlərinin şərtləri, sifarişi, başqası ilə əvəzetmə və imtina qaydası barədə, o cümlədən "Azercell Telekom" MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

*Keçmişə verilən yüksək siyasi qiymət, gələcəyə yönəlmiş yeni fəaliyyət proqramı* 

17:16
03 Oktyabr

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

16:27
03 Oktyabr

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

16:25
03 Oktyabr

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

16:24
03 Oktyabr

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

16:23
03 Oktyabr

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

16:20
03 Oktyabr

Böyük Zəfərin təməli

16:05
03 Oktyabr

Prezident İlham Əliyev yeni dövlətçilik gündəliyinin müəyyənləşdirilməsi ilə bağlı vacib mesajlar verdi

15:59
03 Oktyabr

Azərbaycanın müstəqillik tarixində mühüm siyasi mərhələnin başlanğıcı  

15:30
03 Oktyabr

Zəfərdən suverenliyə, suverenlikdən yeni hədəflərə: VIII Qurultayın siyasi mesajları

15:09
03 Oktyabr

Yağışlı hava şəraiti sabah da davam edəcək

13:52
03 Oktyabr

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

13:50
03 Oktyabr

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

13:49
03 Oktyabr

İqtisadi gücün iki dayağı: investisiya və maliyyə sabitliyi

13:43
03 Oktyabr

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

13:38
03 Oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

13:29
03 Oktyabr

Azərbaycan-Cənubi Koreya tərəfdaşlığı Avrasiya ölkələri üçün nümunədir  

13:22
03 Oktyabr

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

12:27
03 Oktyabr

3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

12:18
03 Oktyabr

Qubada ilk qar

12:09
03 Oktyabr

Ötən gün 63 cinayətin açılması təmin olunub

12:01
03 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!