27 Dekabr 2024 08:05
123
CƏMİYYƏT
A- A+
Sonadək peşəkarlıq, təmkin və qəhrəmanlıq göstərənlər

Sonadək peşəkarlıq, təmkin və qəhrəmanlıq göstərənlər


"Hamı sakit olsun!" Özü sakitliyini qorumağa çalışır. Həyəcanlı olsa da, özünü təmkinli aparır. Amma vəziyyətin nə qədər ağır olduğunu, böyük bir fəlakətlə çarpışdıqlarını təyyarədəki sərnişinlərdən daha yaxşı bilir.  Sərnişinlərə ürək-dirək verir, toxtaq olmağa çağırır. Və onları təlimatlandırır: "Hər kəs kəmərlərini bağlasın". Qəza anında yenə onun - təyyarə bələdçisi Hökümə Əliyevanın səsi eşidilir: "Hər şey yaxşı olacaq!"

Sərnişin təyyarəsi Aktau şəhərinin 3 kilometr yaxınlığında təcili qəza enişi edir. Təyyarənin ekipaj üzvləri son anlaradək öz vəzifə borclarını peşəkarlıqla yerinə yetirməyə çalışırlar. Ancaq fəlakət qaçılmaz idi...

Dekabrın 25-də "Azərbaycan Hava Yolları" aviaşirkətinin (AZAL) Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" tipli sərnişin təyyarəsinin qəzaya uğraması, çoxsaylı insan tələfatının və xəsarət alanların olması xəbəri Azərbaycan xalqını sarsıtdı. Baş vermiş faciə ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində MDB üzv ölkələri dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün səfərini təxirə salaraq təcili ölkəyə qayıtdı. Dövlət başçısı qəzanın nəticələrinin aradan qaldırılması və səbəblərinin araşdırılması üçün operativ müşavirə keçirdi. Ölkə rəhbərinin  imzaladığı müvafiq sərəncamlarla baş vermiş qəzanın səbəblərinin araşdırılması, qəzada həlak olmuş və xəsarət almış şəxslərin ailələrinə yardım göstərilməsi, həmçinin qəzadan zərər görmüş xarici ölkə vətəndaşları ilə bağlı məsələlərin həlli məqsədilə dövlət komissiyası yaradıldı, ölkədə bir günlük matəm elan olundu. Qəzanın səbəbləri ilə bağlı araşdırmalar davam edir. Təyyarənin "qara qutu"su da artıq tapılıb və oxunuşu, təhlili həyata keçiriləcək. Faciənin baş verməsinin dəqiq səbəbləri haqqında araşdırmalardan sonra məlumat veriləcək. 

Aktau şəhəri yaxınlığında qəzaya uğramış təyyarədə 5 ekipaj üzvü və 62 sərnişin olmaqla, ümumilikdə 67 nəfər olub. Qəza nəticəsində 38 nəfər həyatını itirib, 29 nəfər sağ qalıb. Həlak olanlardan üç nəfəri ekipaj üzvü idi. İqor Kşnyakin təyyarənin kapitanı, Aleksandr Kalyaninov pilot, Əliyeva Hökümə isə bələdçi idi.

Təyyarəni idarə edən pilotlar və bələdçilər təcrübəli olublar. Sonadək öz vəzifələrini məsuliyyətlə yerinə yetirib, sərnişinlərin həyatını xilas etməyə çalışıblar. Qəzaya uğramış təyyarədə çəkilmiş videogörüntülər, eləcə də hadisə şahidlərinin söylədikləri və mütəxəssislərin rəyləri onların bir an belə özlərini itirmədiklərini, özləri barədə düşünmədiklərini, böyük fədakarlıq, əsl qəhrəmanlıq göstərdiklərini təsdiq edir. Təyyarənin 20-dən çox sərnişini də məhz ekipaj üzvlərinin peşəkarlığı nəticəsində sağ qalıb.

Qəzaya uğrayan təyyarədən sağ çıxan 48 yaşlı sərnişin baş verənlərin təfərrüatlarını bölüşərkən ekipaj üzvlərinin fədakarlığını xüsusi qeyd edib: "Pilotların sayəsində, onlar öz manevrləri ilə bizi xilas etdilər. Onlar olmasaydı, hamımız ölərdik".

"Azərbaycan Hava Yolları"na məxsus təyyarənin Aktau yaxınlığında ağır qəzaya uğramasına rəğmən sağ qalanların olması çoxlarına möcüzə kimi görünür. Mütəxəssislər bunu pilotların peşəkarlığında görürlər. KİV-də yayılan məlumata görə, o dəhşətli qəzadan 29 nəfərin necə sağ çıxdığı ilə bağlı rusiyalı uçuş təhlükəsizliyi üzrə mütəxəssis Aleksandr Romanov bunları deyib: "Pilotlar təyyarənin enişini böyük yuvarlanma və sürüşmə edərək, riyazi model üzrə həyata keçiriblər". Təhlükəli enişin xüsusi riyazi modelə uyğun edildiyini diqqətə çatdıran ekspert bildirib ki, nəticədə təyyarənin ön hissəsi yerə çırpıldığı an arxa hissə qopub və başqa tərəfə düşüb: "Beləliklə göyərtənin quyruq hissəsinə yaxın yerləşən sərnişinlər sağ qalıblar. Ümumiyyətlə, dünya statistikası da bunu sübut edir: adətən arxada əyləşənlər sağ qalırlar".

Pilotlar qəza öncəsi də zəruri işləri həyata keçiriblər. Son ana qədər də mübarizə aparıblar. Təyyarəni təhlükəsiz enişə yönəltmək üçün maksimum səy göstərilib.

Dekabrın 25-də baş verən, Azərbaycan xalqına matəm yaşadan təyyarə qəzası yaddaşlardan silinməyəcək. Xatirələrdə hər zaman qalan bir də o faciəli anlarda ekipaj üzvlərinin göstərdikləri qəhrəmanlıq olacaq.


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bosniya və Herseqovinada təyyarə qəzası qurbanlarının xatirəsi anılır

23:28
27 Dekabr

Qazaxıstanın ictimai xadimləri təyyarə qəzası ilə əlaqədar Azərbaycanın Astanadakı səfirliyinə baş çəkiblər  

23:27
27 Dekabr

Qazaxıstanda Aktauda qəzaya uğrayan təyyarə qurbanları üçün qanvermə aksiyaları keçirilib  

23:25
27 Dekabr

Azərbaycanın Polşadakı səfirliyində matəm günü ilə bağlı başsağlığı kitabı açılıb

23:23
27 Dekabr

Ceyhun Bayramov Hakan Fidanla beynəlxalq və regional məsələləri müzakirə edib

23:20
27 Dekabr

Pedaqoji Universitetdə Aktau faciəsinin qurbanları anılıb

23:19
27 Dekabr

Təyyarə qəzası qurbanlarının xatirəsi UNESCO-da anılır

23:16
27 Dekabr

“AZAL”ın təyyarəsinin qəzası ilə əlaqədar Seuldakı səfirliyimizdə başsağlığı kitabı açılıb

23:15
27 Dekabr

Vinisius “Globe Soccer Awards”a görə ilin ən yaxşı futbolçusu seçilib  

23:13
27 Dekabr

SN: Vyanada bazarda terror aktı planlaşdıran əfqan saxlanılıb  

22:21
27 Dekabr

Türkiyəli idman mütəxəssisləri ölkəmizdə səfərdədir  

22:10
27 Dekabr

"Suzuki"yə təxminən 50 il rəhbərlik edən Osamu Sudzuki 94 yaşında vəfat edib

21:17
27 Dekabr

Almaniya Prezidenti parlamenti buraxıb və yeni seçkilər təyin edib

21:16
27 Dekabr

Azərbaycan Güləş Federasiyası Gəncədə seçimlərə başlayacaq

21:15
27 Dekabr

“Olimpiya dünyası” qəzeti ilin ən yaxşılarını seçdi  

21:12
27 Dekabr

Təyyarə qəzasında həlak olanların xatirəsi Fələstində ehtiramla yad edilir

21:01
27 Dekabr

Təyyarə qəzasının qurbanları Tacikistanda anılıb

20:59
27 Dekabr

Azərbaycanın Batumidəki baş konsulu Acarıstan MR Ali Şurasının sədri ilə görüşüb

20:59
27 Dekabr

Təyyarə qəzasında həlak olanların xatirəsi Özbəkistanda anılıb

20:57
27 Dekabr

Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış Dövlət Komissiyasının növbəti iclası keçirilib

20:56
27 Dekabr

Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbundan

20:55
27 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!