27 Dekabr 2024 08:15
156
SİYASƏT
A- A+
Cinayət işinin istintaqı ilə bağlı müxtəlif versiyalar irəli sürülür

Cinayət işinin istintaqı ilə bağlı müxtəlif versiyalar irəli sürülür


"Bakıdan Qroznıya uçan "Azərbaycan Hava Yolları"na məxsus "Emraer 190" təyyarəsi Qazaxıstanın Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin, 5 ekipaj üzvü olub. Məlumatlara əsasən, 38 nəfər həlak olub. Onların 25-i Azərbaycan, 7-si Rusiya, 6-sı Qazaxıstan vətəndaşlarıdır. Sağ qalan 29 nəfər  isə xəstəxanaya yerləşdirilib". 

Bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib. Deputat xatırladıb ki, xəstəxanaya yerləşdirilənlərdən 15-i Azərbaycan, 9-u Rusiya, 2-si Qırğızıstan vətəndaşlarıdır. Üç nəfərin vətəndaşlığının  dəqiqləşdirilməsi istiqamətində iş aparılır. Beş ekipaj üzvünün hamısı Azərbaycan vətəndaşlarıdır. Üç nəfərin həlak olduğu, iki nəfərin sağ qaldığı bildirilir. Hadisə yerində fövqəladə vəziyyət elan edilib. Kinoloji xidmətin iştirakı ilə axtarış-xilasetmə işləri davam etdirilir. Fəsadların aradan qaldırılmasına 400-dən çox mütəxəssis, 90-dan çox texnika, iki təyyarə, iki kinoloji texnika cəlb olunub. Bu, Qazaxıstan tərəfinin verdiyi məlumatdır. 

Komitə sədri qeyd eidb ki, dekabrın 25-də MDB başçılarının Zirvə görüşündə iştirak etmək üçün Bakıdan Sankt-Peterburqa səfərə gedən Prezident İlham Əliyev uçuş zamanı faciə ilə bağlı məlumat alan kimi dərhal tapşırıqlar verib və geri dönüb: "Hələ havada ikən cənab Prezident bu hadisə ilə bağlı müvafiq göstərişlər verib. Baş nazirin rəhbərliyi ilə komissiyanın yaradılması, eyni zamanda Azərbaycan nümayəndələrindən ibarət heyətin qəzanın baş verdiyi Aktau şəhərinə ezam edilməsi tapşırılıb. Əlavə tapşırıqla azərbaycanlı həkimlərdən ibarət briqada da Aktau şəhərinə göndərilib. Baş vermiş hadisə ilə bağlı Aktauda Azərbaycanın baş prokuroru tərəfindən  Cinayət Məcəlləsinin 262.3-cü (hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma ehtiyatsızlığından iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb". 

Cinayət işinin istintaqı ilə bağlı müxtəlif versiyalar irəli sürüldüyünü deyən A.Nağıyev vurğulayıb ki, hadisə ciddi şəkildə araşdırılacaq və məsələyə aydınlıq gətiriləcək. Bütün proseslər Prezident İlham Əliyevin nəzarətindədir. Eyni zamanda dövlət başçısı təyyarə qəzası ilə bağlı müşavirə keçirərək, bir daha tapşırıqlarını verib. Faciə ilə bağlı 26 dekabr Azərbaycanda matəm günü elan edilib. 

Komitə sədri qeyd edib ki, Prezidentin müvafiq tapşırığına əsasən, qəzada həlak olanların ailə üzvlərinə müvafiq yardımın göstərilməsi, həmçinin həlak olanların nəşinin ölkəyə gətirilməsi, dəfnləri ilə bağlı da tapşırıqlar verilib. Bütün proseslər Prezident İlham Əliyevin bir rəhbər olaraq istər xoş, istərsə də ağır günlərdə xalqının yanında olduğunu, acını bölüşdüyünü bir daha göstərir. 

A.Nağıyev hesab edir ki, cinayət işinin istintaqı ilə bağlı Baş Prokurorluqda yaradılmış istintaq qrupunun Qazaxıstana ezam olunmuş nümayəndələri həmin ölkənin mütəxəssisləri ilə birlikdə ciddi təhqiqatlar aparıb, irəli sürülən versiyaları dəyərləndirərək qəzanın necə baş verməsi barədə ictimaiyyətə məlumat verəcəklər. "Təyyarənin qara qutusunun tapılması mühüm məsələdir. Bu proseslərdə Prezidentin daim Azərbaycanın suverenliyi, xalqın rifahı və hər bir vətəndaşın yanında olması ilə bağlı atdığı addımlar çox təqdirəlayiq hal kimi dəyərləndirilir. Azərbaycan xalqı da əmindir ki, bu problemlərin həlli istiqamətində cənab Prezident kimi qətiyyətli lideri  və Ali Baş Komandanı var. 

Qəzada həlak olanlara Allahdan rəhmət diləyir, yaralılara isə tezliklə şəfa tapmalarını arzulayıram.


Ə.QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bosniya və Herseqovinada təyyarə qəzası qurbanlarının xatirəsi anılır

23:28
27 Dekabr

Qazaxıstanın ictimai xadimləri təyyarə qəzası ilə əlaqədar Azərbaycanın Astanadakı səfirliyinə baş çəkiblər  

23:27
27 Dekabr

Qazaxıstanda Aktauda qəzaya uğrayan təyyarə qurbanları üçün qanvermə aksiyaları keçirilib  

23:25
27 Dekabr

Azərbaycanın Polşadakı səfirliyində matəm günü ilə bağlı başsağlığı kitabı açılıb

23:23
27 Dekabr

Ceyhun Bayramov Hakan Fidanla beynəlxalq və regional məsələləri müzakirə edib

23:20
27 Dekabr

Pedaqoji Universitetdə Aktau faciəsinin qurbanları anılıb

23:19
27 Dekabr

Təyyarə qəzası qurbanlarının xatirəsi UNESCO-da anılır

23:16
27 Dekabr

“AZAL”ın təyyarəsinin qəzası ilə əlaqədar Seuldakı səfirliyimizdə başsağlığı kitabı açılıb

23:15
27 Dekabr

Vinisius “Globe Soccer Awards”a görə ilin ən yaxşı futbolçusu seçilib  

23:13
27 Dekabr

SN: Vyanada bazarda terror aktı planlaşdıran əfqan saxlanılıb  

22:21
27 Dekabr

Türkiyəli idman mütəxəssisləri ölkəmizdə səfərdədir  

22:10
27 Dekabr

"Suzuki"yə təxminən 50 il rəhbərlik edən Osamu Sudzuki 94 yaşında vəfat edib

21:17
27 Dekabr

Almaniya Prezidenti parlamenti buraxıb və yeni seçkilər təyin edib

21:16
27 Dekabr

Azərbaycan Güləş Federasiyası Gəncədə seçimlərə başlayacaq

21:15
27 Dekabr

“Olimpiya dünyası” qəzeti ilin ən yaxşılarını seçdi  

21:12
27 Dekabr

Təyyarə qəzasında həlak olanların xatirəsi Fələstində ehtiramla yad edilir

21:01
27 Dekabr

Təyyarə qəzasının qurbanları Tacikistanda anılıb

20:59
27 Dekabr

Azərbaycanın Batumidəki baş konsulu Acarıstan MR Ali Şurasının sədri ilə görüşüb

20:59
27 Dekabr

Təyyarə qəzasında həlak olanların xatirəsi Özbəkistanda anılıb

20:57
27 Dekabr

Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış Dövlət Komissiyasının növbəti iclası keçirilib

20:56
27 Dekabr

Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbundan

20:55
27 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!