07 Noyabr 2024 07:31
99
SİYASƏT
A- A+
Zəfərin reallıqları

Zəfərin reallıqları


2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsi ilə Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad olunması təkcə hərbi Qələbə deyil, həm də uzunmüddətli geosiyasi, iqtisadi və regional təsirlər yaradan strateji bir nailiyyətdir.

Azərbaycan 30 illik işğaldan sonra ərazi bütövlüyünü təmin etdi. Bu, ölkəmizin mövqeyini möhkəmləndirdi və beynəlxalq arenada daha güclü bir Azərbaycan imici yaratdı. Qarabağ müharibəsindəki Qələbə Azərbaycanı Cənubi Qafqazda lider və söz sahibi dövlət olaraq bir daha təsdiqlədi. Bu, Azərbaycanın regionda öz maraqlarını müdafiə etmək gücünü göstərdi və digər ölkələrə əhəmiyyətli bir mesaj verdi.

Prezident İlham Əliyevin rəhbərliyi ilə müharibədən öncəki illərdə Azərbaycan Ordusunun modernləşdirilməsi və gücləndirilməsi istiqamətində sistemli tədbirlər həyata keçirildi. Dövlət başçısı ordunun müasir hərbi texnika, silah-sursat və döyüş vasitələri ilə təchiz edilməsinə də daim xüsusi diqqət yetirdi. Bütün bu amillər Azərbaycanın döyüş meydanında üstünlük qazanmasında əsas rol oynadı. Cənab İlham Əliyevin komandanlığı ilə həyata keçirilən "Dəmir yumruq" əməliyyatı nümunəvi döyüş təcrübəsi kimi dünya hərb tarixinə yazıldı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan Ordusunun Vətən müharibəsi zamanı göstərdiyi böyük şücaəti, peşəkarlığı yüksək qiymətləndirərək deyib: "Biz 44 gün ərzində yalnız irəli gedirdik. Şuşaya qədər bir çox şəhər və kəndlərimiz, o cümlədən Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı, Suqovuşan, 300-ə yaxın kənd, Laçının və Kəlbəcərin bir hissəsi döyüş meydanında azad edilmişdir. Şuşanın azad edilməsi Ermənistan ordusunun belini qırdı. Faktiki olaraq, müharibənin ilk günlərindən Ermənistan təşviş içində idi, bəzi hallarda panikaya qapılırdı, isterikaya qapılırdı. Məhz buna görə də Ermənistan ordusunda 10 mindən çox fərari olmuşdur, onların özlərinin etirafıdır. Azərbaycan Ordusunda bir nəfər də olsun fərari olmamışdır. Bu, xalqımızın yüksək mənəvi keyfiyyətlərindən xəbər verir".

Müharibə dövründə Azərbaycan Prezidentinin uğurlu diplomatik fəaliyyəti də xüsusi önəm daşıdı. Dövlət başçısı reallıqları dünya ictimaiyyətinə çatdırmaq, Azərbaycanın haqq səsini duydurmaq üçün müxtəlif beynəlxalq tribunalardan məharətlə istifadə etdi. Bunun sayəsində Azərbaycan qlobal arenada geniş siyasi dəstək qazandı və beynəlxalq ictimai rəyi lehimizə çevirdi. 

Qarabağ və Şərqi Zəngəzurun azad olunması ilə Azərbaycan yeni nəqliyyat və iqtisadi layihələr həyata keçirmək imkanı qazandı. Bu kontekstdə Zəngəzur dəhlizinin açılması planı həm Azərbaycanın, həm də regionun ticarət əlaqələrində yeni perspektivlər yaradacaq, ölkənin qlobal nəqliyyat dəhlizlərinə çıxışını genişləndirəcək.

Nəticə olaraq, Zəfər Azərbaycan üçün təkcə hərbi Qələbə deyil, həm də gələcək inkişaf və təhlükəsizlik üçün möhkəm bir əsas yaradan strateji nailiyyətdir. Bu, Azərbaycanın milli maraqlarını qorumaqla yanaşı, regionda sülh, sabitlik və rifah üçün geniş imkanlar açan bir tarixi dönüş nöqtəsidir.

8 Noyabr Zəfər Günü Azərbaycan xalqının tarixi bayramıdır və ölkənin 44 günlük Vətən müharibəsində qazandığı Qələbəni simvolizə edir. Bu şanlı tarix Azərbaycan xalqının ərazi bütövlüyünü təmin etmək, 30 ilə yaxın işğalda olan torpaqlarını geri qaytarmaq və milli qürurunu yenidən bərpa etmək yolunda böyük bir mübarizə apardığını xatırladır. Şuşa şəhərinin azad olunması ilə tarixə keçən 8 noyabr xalqımızın həm milli həmrəyliyini, həm də əzm və iradəsini nümayiş etdirir.

Zəfər Günü Azərbaycan xalqının tarixi birliyi və həmrəyliyini simvolizə edir. Həm ölkə daxilində, həm də xaricdə yaşayan azərbaycanlılar bir araya gələrək öz milli kimliklərini və Vətən sevgisini bir daha təsdiqləyirlər. Bu gün Azərbaycanın güclü ordusunun, şəhid və qazilərinin qəhrəmanlığını, onların fədakarlığını əbədiləşdirir. 

Zəfər yürüşündə Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq 2020-ci il Vətən müharibəsində qazanılan Qələbənin əsas amillərindən biri oldu. Bu qəhrəmanlıq ordunun yüksək hazırlıq səviyyəsi, döyüş əzmi və Azərbaycan xalqının Vətən sevgisini özündə əks etdirdi. Azərbaycan əsgərləri və zabitləri çətin relyef şəraitində, dağlıq ərazilərdə və düşmənin möhkəmləndirilmiş müdafiə xəttində irəliləyərək torpaqlarımızı işğaldan azad etdilər.

Xalq üçün Qarabağın azadlığı milli yaddaşa həkk olunan əbədi bir qürur mənbəyidir. Torpaqlarımızın işğaldan azad olunması keçmiş məcburi köçkünlərin doğma yurda qayıdışını mümkün etdi. Zəfər Günü Böyük qayıdışın və yenidənqurmanın başlanğıcıdır.

Zəfər Günü ilə birlikdə Cənubi Qafqazda yeni siyasi nizam yarandı. Azərbaycanın Qələbəsi regionda təhlükəsizlik, sülh və sabitliyin əsasını qoymuş, beynəlxalq arenada ölkəmizin mövqeyini gücləndirmişdir. Bu gün gələcək nəsillərə milli irs olaraq ötürüləcək. 

10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın mahiyyəti 30 ilə yaxın davam edən Qarabağ münaqişəsinin sona çatmasından, Azərbaycan ərazilərinin işğaldan azad olunmasından və regionda sülh və sabitliyin təmin edilməsindən ibarətdir. Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış bu Bəyanat həm hərbi əməliyyatların bitməsini təmin edib, həm də gələcək əməkdaşlıq üçün siyasi və iqtisadi zəmin yaradan tarixi sənəddir.

Üçtərəfli Bəyanat Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü bərpa etməsini rəsmiləşdirdi. Ağdam, Kəlbəcər və Laçın rayonlarının dinc yolla qaytarılması ədalətin bərpasını simvolizə etdi. Bəyanatla hərbi əməliyyatlar dərhal dayandırıldı və atəşkəs elan edildi. Bu, regionda müharibənin bitməsi və uzunmüddətli sülhün qurulması üçün əsas addım oldu. Bəyanat həm də Cənubi Qafqazda nəqliyyat əlaqələrinin bərpasını nəzərdə tutur. Xüsusilə Zəngəzur dəhlizi Azərbaycanın qərb hissəsi ilə Naxçıvan arasında birbaşa bağlantı yaradacaq, bu da regional iqtisadi əməkdaşlığı və ticari əlaqələri gücləndirəcək. Bu da iqtisadi əlaqələr bütün Cənubi Qafqazın inkişafına xidmət edəcək.

Üçtərəfli Bəyanat Cənubi Qafqazda yeni siyasi reallıq yaratdı. Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan bu bəyanat, gələcək sülh prosesləri üçün siyasi dialoqun əsasını qoydu. Bu sənəd regionda qarşılıqlı maraqlar əsasında diplomatik münasibətlərin inkişafı üçün çərçivə təklif edir. Bəyanat Azərbaycanın regionda geosiyasi mövqeyini daha da möhkəmləndirdi və ölkənin beynəlxalq nüfuzunu artırdı. 


Mahir SÜLEYMANLI,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

COP29 zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun fəaliyyətində müvəqqəti dəyişikliklər tətbiq ediləcək  

10:20
07 Noyabr

Prezident İlham Əliyev Bakıda Mərkəzi Parkın üçüncü hissəsinin açılışında iştirak edib YENİLƏNƏCƏK  

10:18
07 Noyabr

Prezident İlham Əliyev Böyükşor-Pirşağı yeni avtomobil yolunun açılışında iştirak edib YENİLƏNƏCƏK  

10:13
07 Noyabr

Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb  

10:12
07 Noyabr

Bilik yarışması Zəfər Gününə həsr olunmuşdur

09:55
07 Noyabr

Misirin Baş müftisi Aİİ-ni ziyarət edib

09:50
07 Noyabr

Şəhidin anım günü ehtiramla qeyd edilib

09:45
07 Noyabr

Zəfər Günü ərəfəsində şəhidin ailəsi evlə təmin olundu

09:40
07 Noyabr

"Bu gün elə döyüşək ki, sabah peşman olmayaq"

09:35
07 Noyabr

Azərbaycanı "yaşıl enerji" sahəsində də etibarlı tərəfdaş adlandıran Ursula fon der Lyayen COP29-a niyə gəlmir 

09:30
07 Noyabr

Avropa Komissiyası Qərb imperializminin əlində alətə çevrilib

09:25
07 Noyabr

Azərbaycan türk dünyasının birləşdirici gücüdür 

09:20
07 Noyabr

"Yaşıl düşüncə"nin təbliğində gənclərin rolu

09:15
07 Noyabr

Qarabağ Universiteti "yaşil inkişaf" çağırışlarına cavab verir

09:10
07 Noyabr

Bakı COP29-a hazırdır

09:05
07 Noyabr

Dövlət-sahibkar tərəfdaşlığı sağlam rəqabətin qarantıdır

09:00
07 Noyabr

"Neft Daşları əsl qəhrəmanlıq məktəbidir"

08:55
07 Noyabr

Erməni əsgəri döyüşməkdən imtina edib

08:50
07 Noyabr

Xilaskar Komandan

08:45
07 Noyabr

İnsanlığın vəhşilik üzərində qələbə çaldığı gün

08:40
07 Noyabr

Qələbəyə gedən yol

08:30
07 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!