07 Noyabr 2024 09:50
95
CƏMİYYƏT
A- A+
Misirin Baş müftisi Aİİ-ni ziyarət edib

Misirin Baş müftisi Aİİ-ni ziyarət edib


Prezident İlham Əliyevin təşəbbüsü və himayədarlığı ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Beynəlxalq Müsəlman Ağsaqqallar Şurası, Qafqaz Müsəlmanları İdarəsi və BMT-nin Ətraf Mühit Proqramı tərəfindən "Dünya dinləri yaşıl planet uğrunda" şüarı altında keçirilən Dünya dini liderlərinin qlobal Bakı Sammitində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Misirin Baş müftisi Nəzir Məhəmməd Ayad və Ümumdünya Fətva Evləri və Heyətləri Baş Katibliyinin xarici əlaqələr üzrə  müşaviri, Misirdə Azərbaycan diasporunun sədri Seymur Nəsirov Azərbaycan İlahiyyat İnstitutunu (Aİİ) ziyarət ediblər. 

Aİİ rektoru Aqil Şirinov qonaqları salamlayaraq onları ali təhsil müəssisəsində görməkdən məmnun olduğunu bildirib. İnstitut rəhbəri Aİİ-nin fəaliyyəti, hədəfləri haqqında geniş məlumat verib, mövcud ixtisaslar barədə danışıb. Görüşdə Misir-Azərbaycan əlaqələrinin inkişafı, "əl-Əhzər" Universiteti ilə gələcəkdə əməkdaşlıq münasibətlərinin qurulması ilə bağlı fikir mübadiləsi aparılıb.   

Daha sonra qonaqların Azərbaycan İlahiyyat İnstitutu və Bakı İlahiyyat Kollecinin tələbələri ilə görüşü təşkil olunub.

Rektor çıxış edərək "Dünya dinləri yaşıl planet uğrunda" şüarı altında keçirilən dini liderlərin qlobal Bakı Sammitinin ölkəmizdə təşkil olunmasının əhəmiyyətini diqqətə çatdırıb. Sammit çərçivəsində dini liderlərin İlahiyyat İnstitutunda tələbələrlə görüşünün təqdirəlayiq hadisə olduğunu vurğulayıb. 

Misirin Baş müftisi Nəzir Məhəmməd Ayad çıxışında islamın insan haqqında toxunduğu mövzular barədə söhbət açıb, Allahın hər bir şəxsə ən böyük ərməğanının elm olduğunu diqqətə çatdırıb. İnsanın yaradılanların ən üstünü (əşraful-məxluqat) olduğunu və kainatın bütünlüklə insana xidmət etdiyini vurğulayan müfti dini hökmlərdən və onların məqsədindən (məqasidüş-şəriə) də ətraflı bəhs edib. 

Ümumdünya Fətva Evləri və Heyətləri Baş Katibliyinin xarici əlaqələr üzrə müşaviri, Misirdə Azərbaycan diasporunun sədri Seymur Nəsirov çıxışında elmin əhəmiyyəti, ümumilikdə Qurani-Kərimdə  biliyə təşviq edən ayələr haqqında ətraflı danışıb. S.Nəsirov cahilliyin törətdiyi fəsadlara toxunub, tələbələrə əsl ziyalı kimi yetişmələri üçün səylə bilik qazanmağı tövsiyə edib, gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb.


"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ Daxili Təhlükəsizlik Departamenti immiqrasiya siyasətində dəyişikliklərə hazırlaşır  

12:25
07 Noyabr

İndiyədək Konstitusiya Məhkəməsinin Plenumu 583 qərar və 168 qərardad qəbul edib

12:24
07 Noyabr

Sahibə Qafarova: Sülh gündəliyi Azərbaycanın səyləri ilə addım-addım irəliyə aparılır  

12:18
07 Noyabr

İlon Maskın sərvəti bir gündə 26,5 milyard dollar artıb  

12:17
07 Noyabr

Ferstappen Braziliya Qran Prisinin qalibi olub

12:13
07 Noyabr

Demokratlar Harrisin məğlubiyyətində Baydeni günahlandırırlar

12:12
07 Noyabr

MAQATE Trampla səmərəli əməkdaşlığı səbirsizliklə gözləyir  

12:11
07 Noyabr

Prezident İlham Əliyev Böyükşor-Pirşağı yeni avtomobil yolunun açılışında iştirak edib YENİLƏNİB  

12:04
07 Noyabr

Hamı qorxub susanda, yalnız İlham Əliyev danışırdı

12:00
07 Noyabr

Pakistanda Bakıda keçiriləcək COP29-a hazırlıq iclası olub  

11:49
07 Noyabr

Zəfər Günü Şuşada silsilə tədbirlərlə qeyd ediləcək

11:48
07 Noyabr

Harris məğlubiyyətini etiraf etmək niyyətindədir

11:44
07 Noyabr

Zəfər Günü münasibətilə “Xarıbülbül zirvəsi”nə yürüş edilib  

11:28
07 Noyabr

Qlobal Sammitin iştirakçıları Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olublar  

11:27
07 Noyabr

Bayram günlərində bank və valyuta mübadilə xidmətləri fəaliyyət göstərəcək  

11:26
07 Noyabr

Milli Məclisin plenar iclası keçirilir

11:24
07 Noyabr

DSMF: Sığortaolunanların sayı 3,09 faiz artıb  

11:23
07 Noyabr

Azərbaycan neftinin qiyməti azalıb  

11:21
07 Noyabr

Ankarada Qarabağ müharibələrinin qəhrəmanları haqqında filmin premyerası olub  

11:20
07 Noyabr

Dövlət Əmək Müfəttişliyi Xidməti beynəlxalq mükafata layiq görülüb  

11:11
07 Noyabr

DİN: Ötən gün 33 cinayətin üstünün açılması təmin olunub

11:08
07 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!