05 Noyabr 2024 08:35
1389
CƏMİYYƏT
A- A+
“Yaşıl paytaxt”ın yeni abadlıq ünvanı

“Yaşıl paytaxt”ın yeni abadlıq ünvanı


200-dən çox ağac, 15 mindən çox kol, 2 fəvvarə, 2 dayanacaq, 4 enerjidoldurma məntəqəsi...


Paytaxtda yeni parklar, bağlar, xiyabanlar salınır, ağaclar əkilir, yaşıllıq sahələri artırılır. "Yaşıl şəhər"ə çevrilən Bakıda son illər  yaşıllaşdırma işləri daha da vüsət alıb. Xüsusən beynəlxalq əhəmiyyətli, mötəbər tədbirə - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına evsahibliyi edəcək bir vaxtda görülən abadlaşdırma işləri genişmiqyaslı xarakter daşıyır. 

Sakinlərin istirahəti, asudə vaxt keçirməsi üçün son illərdə salınan "Gənclik", "Çəmbərəkənd", "Yasamal" və Mərkəzi, bundan əlavə, onlarca məhəllədaxili parkları misal göstərmək olar. Salınan parklarda, bağlarda əhalinin istirahəti üçün hər bir şərait yaradılır, eyni zamanda əvvəlki yaşıllıqlar saxlanılmaqla, yeni ağac və kol bitkiləri də əkilir.


"28 May"ın yeni siması


Son olaraq Bakı Dəmiryol Vağzalının və "28 May" metrostansiyasının qarşısında görülən abadlıq və yenidənqurma işləri də göz oxşayır.  Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yaxınlığında yerləşən ərazi Cəfər Cabbarlı meydanı kimi tanınır və ora göyərçinlərin yem üçün toplaşdığı məkandır. 

Xatırladaq ki, dramaturq Cəfər Cabbarlının heykəltaraş Mirələsgər Mirqasımov tərəfindən hazırlanan heykəlinin 1982-ci il martın 23-də Ulu Öndər Heydər Əliyevin iştirakı ilə açılışı baş tutub. Abidə 2013-cü ildə yenidən bərpa edilib.

Bu ərazidə bir neçə ayda abadlıq işləri aparılaraq hazır vəziyyətə gətirilib. Ümumi sahəsi 3,5 hektar olan ərazidə minik avtomobillərinin hərəkəti ləğv edilərək, müasir tələblərə cavab verən avtobus, piyada və velosiped zolaqları yaradılıb. Köhnə döşəmə örtükləri ləğv edilərək, qranit bordürlər düzülüb və təqribən 22 min kvadratmetr qranit döşəmə örtüyü salınıb. Ərazidə ümumi sahəsi təqribən 2300 kvadratmetr olan yaşıllıq yaradılıb, İtaliyadan gətirilmiş 200-dən çox ağac, 15 mindən çox kol əkilib, işıqlandırma işləri aparılıb, müasir oturacaqlar quraşdırılıb. Həmçinin müasir tikinti norma və qaydalarına cavab verən 2 fəvvarə, 2 dayanacaq inşa edilib, elektrik avtobusları üçün 4 enerjidoldurma məntəqəsi quraşdırılıb.

Əgər əvvəl metrodan çıxan paytaxt sakinləri və qonaqlar avtomobillərlə dolu yol, qarışıqlıq görürdülərsə, bu gün onları gözəl mənzərə qarşılayır. Həm metroya üz tutanlar, həm də stansiyadan çıxan hər kəs ayaq saxlayıb bu gözəlliyə tamaşa edir, quraşdırılmış oturacaqlarda əyləşərək nəfəslərini dərir, hava qəbul edə bilirlər. 


"Yaşıl hədəf"ə doğru


Bu gün paytaxtda görülən yaşıllaşdırma, abadlaşdırma işlərinə birbaşa nəzarət edən Prezident İlham Əliyev bu ərazidə görülən işlərlə də yerində tanış olub. Dövlət başçısının yüksək diqqət və qayğısı sayəsində bu gün ölkəmizin hər yerində, o cümlədən paytaxtda abadlıq-quruculuq işləri geniş hal alıb.

Sosial-iqtisadi inkişafa dair milli prioritetlər sırasında yer alan Azərbaycanın 2030-cu ilə qədər təmiz ətraf mühit və "yaşıl artım" ölkəsinə çevrilməsi istiqamətində həm Bakı şəhərində, həm də regionlarda görülən yenidənqurma, abadlıq işləri ölkəmizin qısa zamanda hədəfə çatacağından xəbər verir. "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində belə işlərin genişlənməsi turistlərin, Bakı sakinlərinin rahatlığı ilə yanaşı, ətraf mühitin qorunması, sağlamlaşdırılması, ümumilikdə, ekoloji mühitin yaxşılaşdırılması məqsədi daşıyır. Görülən abadlıq işlərinə isə heç kəs etinasız yanaşmamalı, ətraf mühitin qorunması, təmiz olması üçün əlindən gələni əsirgəməməlidirlər. Necə? Elə ən xırda nüanslara diqqət edərək. Məsələn, əlimizdəki tullantıları zibil qutularına ataraq, yaşıllıqları zibilləməyərək, gülləri qırmayaraq...

Hava çirklənməsinin qarşısının alınmasında mühüm rol oynayan yaşıllıqları qorumaqla, görülən abadlıq işlərinə qiymət verməklə ətraf mühitin sağlamlaşdırılmasında biz də rol oynaya bilərik. Bununla Bakının "yaşıl mərkəz"ə çevrilməsinə töhfə vermiş olarıq. 


Əsmər QARDAŞXANOVA,

İlham BABAYEV (foto),

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Vyanada təyyarə qəzası qurbanlarının xatirəsi anılır  

23:16
26 Dekabr

Zalsburq Azərbaycan Evində təyyarə qəzası ilə əlaqədar xatirə guşəsi yaradılıb  

22:38
26 Dekabr

Azərbaycanın Küveytdəki səfirliyində matəm günü ilə bağlı xatirə kitabı açılıb  

21:36
26 Dekabr

Aktau yaxınlığında təyyarənin qəzaya uğradığı yerdə ikinci “qara qutu” tapılıb

21:33
26 Dekabr

“Embraer 190” təyyarə qəzasında həlak olanlardan dördünün nəşi Aktaudan Bakıya gətirilib VİDEO  

21:08
26 Dekabr

AZAL: Təyyarə qəzasında həlak olanların hər birinin ailəsinə 40 min manat kompensasiya ödəniləcək VİDEO  

21:05
26 Dekabr

Bakı-Qroznı reysi ilə uçan təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi Rumıniyada ehtiramla anılır  

21:02
26 Dekabr

Azərbaycanın ABŞ-dakı səfirliyində xatirə kitabı açılıb  

20:58
26 Dekabr

Təyyarə qəzası nəticəsində həlak olanların xatirəsi Gürcüstanda ehtiramla anılıb  

20:44
26 Dekabr

Aktauda qəzaya uğramış təyyarədən sağ çıxan sərnişin stüardessanın şücaətindən danışıb  

20:38
26 Dekabr

Səhiyyə nazirinin müavini: Üç nəfər ağır vəziyyətdə olan yaralının müalicəsi Aktau şəhərində davam edir

20:27
26 Dekabr

Tacikistanın xarici işlər naziri Azərbaycan səfirliyinə gedərək başsağlığı verib  

20:16
26 Dekabr

Təyyarə qəzasında həlak olan 4 nəfərin nəşi bu gün Bakıya gətiriləcək 

20:05
26 Dekabr

Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalodan  

19:56
26 Dekabr

Təyyarə qəzası ilə əlaqədar Milli Məclisin ünvanına çoxsaylı başsağlıqları gəlib  

19:36
26 Dekabr

Azərbaycanın Batumidəki baş konsulluğunda xatirə kitabı açılıb  

19:35
26 Dekabr

Təyyarə qəzası nəticəsində xəsarət almış vətəndaşlar Bakıya gətirilib

19:33
26 Dekabr

Beynəlxalq ictimaiyyətdən Azərbaycana başsağlığı mesajları gəlməkdə davam edir YENİLƏNİB  

19:28
26 Dekabr

Azərbaycanın İtaliyadakı səfirliyində matəm günü ilə bağlı xatirə kitabı açılıb

19:21
26 Dekabr

Aktau yaxınlığında baş verən təyyarə qəzasında həlak olan daha 10 nəfərin şəxsiyyəti müəyyənləşib  

19:20
26 Dekabr

Beynəlxalq axtarışa verilmiş daha iki şəxs Azərbaycana gətirilib  

19:06
26 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!