25 Oktyabr 2024 08:10
2555
SİYASƏT
A- A+
İkinci dəfə eyni palçıqda batmaq istəyi

İkinci dəfə eyni palçıqda batmaq istəyi


Dünyada hamının nədənsə rəğbət bəsləmədiyi dilsiz-ağızsız bir heyvan var.

Onu bir neçə adla çağırırlar.

Bu fağır uzunqulaq nə qədər işlək, yükgötürən və üzüyola olsa da, insanlar arasında hörmət qazana bilməyib ki, bilməyib.

Bu heyvanın "ağıllı" bir tərsliyi də var:

Nə illah eləsən də, bir dəfə palçığa batdığı yerə ikinci dəfə girmir.

Döyməyin, toqqaşdamağın, noxtasından tutub dartmağın da faydası olmur.

Dörd ayağını yerə dirəyərək sonacan tərslik edir.

Bu "hörmətsiz", amma "ağıllı" heyvanın düzgün hərəkətini anlamayanlar, doğru nəticə çıxarmayanlar, onun höcətliyindən öyrənməyənlər də mövcuddur.

Belələri bir dəfə palçığa batdıqları yerə ikinci dəfə girənlərdir.

Yaxud girməyə hazırlaşanlardır.

Bəli, söhbət məhz Ermənistandan gedir.

***

Ermənistan parlamentinin sədri Alen Simonyan bu yaxınlarda xarici səfərdə olarkən "Azadlıq" radiosunun erməni xidmətinə ("Azatutyun") müsahibəsində maraqlı fikirlər səsləndirib.

Onlardan biri də budur ki, "Azərbaycanın Qarabağdakı əməliyyatı legitim idi".

Bu fikrin arxasında böyük həqiqətlər, həm də hayların yol verdikləri böyük səhvlər, böyük ağılsızlıqlar dayanır.

Hələ də davam edən və belə gedərsə, davam edəcək ağılsızlıqlar...

Ermənistandakılar "Böyük Ermənistan" xülyasına uyaraq Azərbaycana məxsus Qarabağ torpaqlarına göz dikdilər.

O torpaqlara ki orada onsuz da geninə-boluna rahat yaşayırdılar.

Kimsə də onlara dəyib-dolaşmırdı.

Sonradan kimlərinsə feilinə düşərək qudurdular, cızıqlarından çıxdılar.

Əvvəlcə başladılar ki, Qarabağ iqtisadi cəhətdən Azərbaycanın digər bölgələrindən geri qalır.

Qorbaçov başlarını sığallayaraq Sov.İKP MK və SSRİ Nazirlər Soveti adından onlara bir "kömək qərarı" verdi.

Sonra dedilər ki, biz Azərbaycandan ayrılmaq istəyirik.

Bu dəfə Moskvadakılar "xüsusi idarəetmə komitəsi" yaradaraq keçmiş DQMV-ni ona tabe etdilər.

Əslində isə, separatizm yolu tutan bu qurumu Azərbaycanın tərkibindən çıxardılar.

Daha sonra lap quduraraq Qarabağı Ermənistana birləşdirəcəklərini bəyan etdilər.

Hətta qondarma parlamentlərində belə bir sarsaq qərar da çıxardılar.

Azərbaycan bütün bunlara etiraz edəndə isə qeyzə gələrək silahlandılar və "müstəqil respublika yaratmaq" uğrunda müharibəyə başladılar:

* Dinc azərbaycanlıları zorakılıqla doğma el-obalarından qovdular;

* Mülki azərbaycanlıları girov götürərək başlarına müsibətlər gətirdilər, öldürərək gizli yerlərdə kütləvi şəkildə basdırdılar;

* Xocalı, Qaradağlı, Başlıbel və digər soyqırımlarını törətdilər;

* Evlərimizi, kənd və şəhərlərimizi, mədəni və dini abidələrimizi, qəbiristanlıqlarımızı dağıtdılar, məscidlərimizdə mal-qara, donuz saxladılar;

* Meyvə bağlarını, meşələri qırdılar, təbii sərvətlərimizi oğurlayaraq daşıdılar, çaylarımızı, göllərimizi zəhərlədilər;

* Keçmiş DQMV ilə bərabər, daha yeddi rayonumuzu tutaraq "bunlar da bizimdir" dedilər.

Alen Simonyanın dilə gətirmədiyi digər həqiqətlər də var:

* Ermənistan otuz il sülhə gəlmədi, ATƏT-in Minsk qrupunun riyakarlığından istifadə edərək danışıqlar imitasiyası yaratdı;

* Azərbaycandan öz razılığı ilə yeni ərazilər qoparmaqdan ötrü bütün vasitələrə əl atdı;

* Daim bizə hədə-qorxu gəldilər, yeni müharibə başlayacağı halda yeni ərazilərə sahiblənəcəkləri ilə hədələdilər;

* Özlərinə yox, arxalarında duranlara, müdafiə edənlərə güvəndiklərindən ipə-sapa yatmadılar.

Bu ağılla da yeni müharibəyə başladılar.

Amma gözlədikləri və istədikləri kimi olmadı.

Heç kim əvvəlkitək köməklərinə gələrək onların yerinə döyüşmədi.

44 gün ərzində yerlə yeksan edilərək zəlil günə qoyuldular!

Bu dəfə özləri başladıqları müharibənin dayandırılması üçün ona-buna yalvarmağa, üstümüzə çoxsaylı minnətçilər və xahişçilər göndərməyə başladılar.

Müzəffər Ali Baş Komandan İlham Əliyev alicənablıq göstərərək onlara "qələt eləmişəm" dedirtdikdən sonra müharibəni dayandırdı.

Bütün şərt və tələblərimiz yazılan üçtərəfli Bəyanatı imzalatdırdı.

Müharibədən sonra tam ağıllanmayanları ağıla gətirmək üçün daha iki dəfə möhtəşəm əməliyyat keçirərək, xoşluqla etmək istəmədiklərini də "dəmir yumruğ"un gücü sayəsində etdirdik!

***

"Dəmir yumruğ"un ermənilərə çox böyük faydası da dəydi, onları bir qədər ağıllandırdı.

Əvvəla, başa düşdülər ki, Azərbaycan onlardan qat-qat güclüdür;

İkincisi, anladılar ki, daha Ermənistan pasportu ilə Azərbaycan ərazisində yaşamaq, separatçılıq etmək mümkün olmayacaq;

Ən əsası da bu oldu: baş nazir Paşinyan "mifik" Ermənistanla "real" Ermənistan" arasındakı fərqi "gördü" və bunları öz təbəələrinə də izah etdi.

Amma deyəsən tamam ağıllanmayıblar.

* Yenə də kimlərəsə arxalanırlar, təkrarən özgə ağzı ilə hürmək istəyirlər;

* Yenə sülh danışıqlarını uzadır, üçtərəfli Bəyanatın bütün bəndlərinə əməl etmirlər;

* Yenə də silahlanırlar, hərbi təlimlər keçərək yenidən müharibəyə hazırlaşırlar;

* Yenə də qisasçılıq hissi ilə yaşayır, kimlərinsə fitvasına gedirlər.

Bir dəfə palçığa batdıqları yerə təkrarən girmək istəyirlər.

Yalnız haylar kimi axmaqlar inanarlar ki:

* Yenidən müharibə edib Azərbaycana qalib gəlmək olar...

* Azərbaycan nədənsə çəkinərək indi Bakıda "çay içən" 23 separatçını, terrorçunu, cinayətkarı onlara qaytaracaq...

* Dövlətimizin başçısının irəli sürdüyü şərtlər yerinə yetirilməyənədək yarımçıq sülh müqaviləsi imzalanacaq...

* Yaxud ABŞ-dən, Fransadan, Avropa İttifaqından qorxaraq onlara güzəştə gedəcək və beləliklə, "Qarabağ problemi"nin yenidən dirçəldilməsinə imkan yaradacağıq!..

Amma bu yazıqlar hələ də anlamayıblar ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev təkcə bugünkü və sabahkı addımlarını deyil, on il, yüz il bundan sonra da edəcəklərini indidən dəqiq müəyyənləşdirib.

***

Möcüzə bir dəfə olur!

Onu da Baş Sərkərdəmiz göstərərək 44 gündə otuzillik işğala, ikiəsrlik münaqişəyə birdəfəlik son qoydu!

Cənablar, özünüzdən ağıllıdan öyrənsəniz yaxşıdır, yoxsa bir dəfə palçığa batdığınız yerə yenə də girsəniz, nə əhaliniz qalacaq, nə də dövlətiniz olacaq!



Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan üzgüçüləri İslamiadada ikinci medalı qazanıblar

23:38
09 Noyabr

İslamiada: Azərbaycanın dörd boksçusu finala çıxıb, ikisi bürünc medal qazanıb  

23:37
09 Noyabr

Türkiyəli ekspert: Qarabağ Zəfəri Azərbaycanın regional və qlobal rolu üçün yeni imkanlar açıb ŞƏRH  

23:35
09 Noyabr

  Azərbaycanlı ağırlıqqaldıran İslamiadada üç medal qazanıb

23:34
09 Noyabr

Milli Olimpiya Komitəsinin rəsmiləri Ər-Riyadda Atletlər kəndində olublar

23:32
09 Noyabr

Qalib xalqın bayrağı

20:17
09 Noyabr

Nyu-Yorkun məşhur parkında Azərbaycanın Dövlət Bayrağı ucaldılıb  

19:03
09 Noyabr

Deputat: Hərbi parad son 5 ildə Azərbaycanın daha da gücləndiyini bir daha təsdiqlədi- ŞƏRH  

19:01
09 Noyabr

Azərbaycanın qadın cüdoçusu İslam Həmrəyliyi Oyunlarının qalibi olub

19:00
09 Noyabr

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib

18:53
09 Noyabr

Azərbaycanın İrandakı səfirliyi Zəfər Günü münasibətilə rəsmi qəbul keçirib  

18:50
09 Noyabr

Aprel döyüşlərinin qəhrəmanı Böyük Çin səddində  

18:01
09 Noyabr

Türkiyə Prezidenti: Qarabağın azad edilməsi bütün Türk dünyasının zəfəridir  

17:42
09 Noyabr

“AzerGold” “Zəfər” adlı yeni qızıl sikkə kolleksiyasını təqdim edib  

17:38
09 Noyabr

Milli kimliyin dirçəlişi və tarixi yaddaşın bərpası - ŞƏRH  

16:46
09 Noyabr

Mixail Qusmana Türkiyədə beynəlxalq media mükafatı təqdim edilib  

16:40
09 Noyabr

Zəfər, qardaşlıq və sülh paradı  

15:59
09 Noyabr

“Yeni Asır” qəzeti: Türkiyə və Azərbaycan liderlərinin qardaş münasibətləri regionda fundamental dəyişikliklər yaradıb  

15:37
09 Noyabr

Silahlı Qüvvələrimizin döyüş imkanları 5 il əvvəllə müqayisədə əhəmiyyətli dərəcədə yüksəlib  

14:31
09 Noyabr

 Güclü dövlətin güclü də ordusu olur  

14:29
09 Noyabr

Sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir

13:17
09 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!