07 Noyabr 2024 11:20
1736
Mədəniyyət
A- A+
Ankarada Qarabağ müharibələrinin qəhrəmanları haqqında filmin premyerası olub  

Ankarada Qarabağ müharibələrinin qəhrəmanları haqqında filmin premyerası olub  

Noyabrın 6-da Ankaradakı “CSO Ada” mərkəzində Birinci və İkinci Qarabağ müharibələrinin qəhrəmanlarına həsr olunmuş və türk dilinə dublyaj edilmiş “Köhnə çamadanlar” filminin premyerası olub.

AZƏRTAC xəbər verir ki, bu ekran əsərinin nümayişi Azərbaycanın Zəfər Gününün dördüncü ildönümünə həsr olunub.

Tədbirə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Ankara Qazi Universiteti, paytaxtın Altındağ rayon bələdiyyəsi, qardaş ölkənin bir sıra ictimai təşkilat və strukturları dəstək verib.

OYUN inklüziv teatrı ilə “RS Production” şirkətinin birgə istehsalı olan bədii filmin çəkilişləri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə həyata keçirilib.

Layihənin rejissoru və müəllifi Səidə Haqverdiyeva AZƏRTAC-a müsahibəsində bildirib ki, film real hadisələrə əsaslanır və Birinci və İkinci Qarabağ müharibələri illərində səkkiz qadının taleyindən bəhs edir.

“Şəhid anaları, bacıları, həyat yoldaşları, həkimlər, əsirlər, məcburi köçkünlərin müxtəlif taleləri müharibənin mürəkkəb psixoloji ab-havasını çatdıran vahid ssenaridə bir-birini tamamlayır”, - deyə layihə müəllifi qeyd edib.

Onun sözlərinə görə, film hərbi əməliyyatların acı və dramatikliyinə baxmayaraq, Azərbaycan qadınlarının Qələbəyə inamını bir an belə itirmədiyini nümayiş etdirir.

O, bu lentin yaradılmasında verdikləri töhfəyə görə bütün layihə iştirakçılarına təşəkkür edib.

Filmin rejissoru Şahmar Səfəroğlu, quruluşçu rəssamı Əfşan Əsədova, bəstəkarı Vüqar Camalzadədir. Filmə peşəkar aktyorlarla yanaşı, erməni işğalının şahidləri, Qarabağ müharibəsi veteranları, hərbi qulluqçular da cəlb olunub. Rolları Xalq artistləri Məmməd Səfa, Pərvanə Qurbanova, əməkdar artistlər Gülzar Qurbanova, Şəfəq Əliyeva, Nəsibə Eldarova, aktyorlar Ülviyyə Əliyeva, Qızılgül Quliyeva, Aqil M. Quliyev və başqaları ifa ediblər.

Rejissorun sözlərinə görə, filmin ideyasını xarici tamaşaçılara daha dəqiq çatdırmaq üçün Azərbaycan və ingilis dillərində subtitrlər hazırlanıb.

Rejissor yaradıcılıq planlarını da bölüşüb, Qarabağ müharibəsi mövzusunda yeni film çəkməyi planlaşdırdığını bildirib. “Köhnə çamadanlar” filmi mənim peşəkar kinoda ilk işimdir, amma bununla kifayətlənmək fikrində deyiləm. “Qurd” (Canavar) adlanacaq, ssenarisi artıq hazır olan yeni filmin hazırlanması barədə ictimaiyyətə məlumat vermək istərdim”, - deyə o qeyd edib.

Tədbirdə iştirak edən Azərbaycan-Türkiyə Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADEV) rəhbəri, professor Aygün Attar xalqımıza Qələbə sevincinə və ölkəmizin tarixi torpaqlarının erməni işğalından azad edilməsinə görə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Azərbaycan Ordusunun şəxsi heyətinə minnətdarlığını bildirib.

Onun sözlərinə görə, işğal dövrünün tarixi həqiqətlərinin ictimaiyyətə çatdırılması iki qardaş ölkənin birliyi üçün xüsusi əhəmiyyət kəsb edir. “Azərbaycanın Zəfər Gününə həsr olunmuş hər bir tədbir bizə xüsusi sevinc bəxş edir”, - deyən professor, həmçinin “Köhnə çamadanlar” filminin müəlliflərinə təşəkkürünü bildirib.

Türkiyə Böyük Millət Məclisinin deputatları, qardaş ölkənin Mədəniyyət və Turizm Nazirliyi, ticarət palatalarının və ictimai təşkilatların nümayəndələri tədbir iştirakçıları qarşısında çıxış ediblər.

Premyera ərəfəsində “Qadın, Sülh, Qələbə” adlı sərgi açılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!