19 Dekabr 2025 08:20
240
SİYASƏT
A- A+
Azərbaycan-BƏƏ enerji əməkdaşlığına "yaşıl işıq"

Azərbaycan-BƏƏ enerji əməkdaşlığına "yaşıl işıq"


Birləşmiş Ərəb Əmirlikləri ölkəmizin bərpaolunan enerji layihələrində yaxından iştirak edir


Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə bu ölkəyə səfəri çərçivəsində bir sıra tədbirlərdə iştirak edib. Dövlətimizin başçısının BƏƏ-nin Prezidenti ilə görüşündə iki ölkə arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb. 

Ümumiyyətlə, Azərbaycan və BƏƏ dövlət başçılarının qarşılıqlı səfərləri iqtisadi əlaqələrin də getdikcə inkişafına böyük təkan verir. Prezidentimizin budəfəki səfəri bir daha göstərdi ki, hərtərəfli əlaqələr davamlı xarakter daşıyır. Bu da özünü iqtisadi sahələrdə, xüsusilə enerji sektorunda daha aydın büruzə verir.

Elə başa vurmaqda olduğumuz il ərzində bu sahədə baş verən yenilikləri xatırlayaq. Sentyabrın 16-da Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Azərbaycana rəsmi səfəri çərçivəsində hər iki ölkənin dövlət başçılarının iştirakı ilə sənədlərin mübadiləsi mərasimi oldu. Bunların sırasında "Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Energetika və İnfrastruktur Nazirliyi arasında enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu", "Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə "Masdar" şirkəti arasında Azərbaycan Respublikasının "yaşıl enerji" zonalarında əməkdaşlıq haqqında Anlaşma Memorandumu", "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə XRG ASC arasında "Cənub qaz dəhlizi"ndə investisiya haqqında Anlaşma Memorandumu" da vardı.

Həmin gün Şuşada Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə geniş tərkibdə görüşündə dövlətimizin başçısı demişdir: "Neft-qaz sahəsində əməkdaşlıq dərinləşir. Bu gün imzalanmış sənədlər arasında nəqliyyat sektorundakı əməkdaşlıq böyük perspektivə malikdir. Biz xüsusilə ölkənizə və ölkənizin şirkətlərinə minnətdarıq ki, Azərbaycanın bərpaolunan enerji növlərinin işlənilməsi istiqamətində bizə çox böyük dəstək vermişlər. Birləşmiş Ərəb Əmirliklərinin şirkətləri burada bizim strateji tərəfdaşlarımızdır, əsas investordur və Azərbaycanda istifadəyə verilmiş birinci günəş-elektrik stansiyasının tikintisi və investisiyaları ölkənizin bizə dəstəyi nəticəsində mümkün olmuşdur. Bilirsiniz ki, planlarımız daha genişdir, bir neçə giqavat bərpaolunan enerji növünün yaxın gələcəkdə Azərbaycanda istehsalı məhz Sizin şəxsi göstərişinizin və ölkənizin şirkətlərinin fəaliyyəti nəticəsində mümkün olacaqdır".

Enerji sektorunda əməkdaşlıqdan söhbət gedəndə ilk növbədə ölkələrimizin birgə reallaşdırdığı "yaşıl enerji" layihələri yada düşür. Belə ki, BƏƏ-nin "Masdar" şirkətinin Azərbaycanda həyata keçirilən bərpaolunan enerji layihələrində önəmli rolu var. Təkcə o faktı qeyd etmək kifayətdir ki, "Masdar" Bakıda Xəzər regionunun və MDB məkanının ən böyük günəş-elektrik stansiyasını tikib. 230 MVt gücündə "Qaradağ" Günəş-Elektrik Stansiyası 2023-cü il oktyabrın 26-da işə salınıb.

BƏƏ-nin aparıcı enerji şirkətlərindən olan "Masdar"la əməkdaşlıq və tərəfdaşlığımız getdikcə daha çox layihələri əhatə edir. Yeri gəlmişkən: 2006-cı ildə BƏƏ-də yaradılan "Masdar" həmin vaxtdan bəri zəngin təcrübə toplayıb, dünyada günəş və külək enerjisinin inkişafına on milyardlarla dollardan çox sərmayə yönəldərək onlarca layihənin iştirakçısı olub. Təsadüfi deyil ki, COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında Prezident İlham Əliyev "Masdar" şirkətinin adını çəkmişdir. 

Xatırladaq ki, keçən il Bakıda Azərbaycanın energetika naziri Pərviz Şahbazov və BƏƏ-nin sənaye və yüksək texnologiyalar naziri, "Masdar" şirkətinin idarə heyətinin sədri Sultan Əhməd Əl-Cabirin rəhbərlik etdiyi nümayəndə heyətləri arasında da görüş keçirilmişdi. Görüşdə "Masdar" şirkəti ilə quruda və dənizdə "yaşıl enerji" layihələrinin icrası, hər iki ölkənin apstrim sektorunda dövlət şirkətlərinin iştirakı, 1000 MVt gücündə günəş və külək enerjisi stansiyalarının inşası ölkələrimizin "yaşıl enerji" keçidinə birgə töhfəsi kimi dəyərləndirilmişdi.

Eləcə də həmin gün Energetika Nazirliyi və "Azərenerji" ASC ilə "Masdar" şirkəti arasında 445 MVt gücündə Biləsuvar, 315 MVt gücündə Neftçala günəş-elektrik stansiyaları və 240 MVt gücündə Abşeron-Qaradağ Külək-Elektrik Stansiyası layihələri üzrə "İnvestisiya müqaviləsinə Əlavə", "Enerji alqı-satqı müqaviləsi", "Ötürücü şəbəkəyə qoşulma müqaviləsi" və "Torpaq icarə müqaviləsi" imzalandı.

Sözügedən enerji obyektlərinin təməli isə bundan əvvəl qoyulmuşdu. Belə ki, təməlqoyma 2024-cü il iyunun 4-də "Bakı-Ekspo" Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - "Caspian Oil&Gas" və 12-ci Xəzər Beynəlxalq Energetika və "Yaşıl Enerji" - "Caspian Power" sərgilərinin açılışı zamanı Prezident İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və yüksək texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir tərəfindən tədbir çərçivəsində qoyulmuşdu. Sultan Əhməd Əl-Cabir tədbirdəki çıxışında demişdir: "Məqsədimiz 2030-cu ilədək bərpaolunan enerji potensialını üç dəfə artırmaqdır. Böyük məmnuniyyətlə deyərdim ki, zati-aliləri, cənab Prezident də qeyd etdiyi kimi, Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan hazırda üç yeni bərpaolunan enerji layihəsinin təməlqoyma mərasimini qeyd edəcəkdir. Biləsuvar və Neftçala günəş-elektrik stansiyaları, Abşeron-Qaradağ külək layihəsi ilə birlikdə Azərbaycanın artmaqda olan enerji ehtiyaclarını təmin etmək məqsədilə 1 qiqavat təmiz enerji hasil edəcək. Bütün bunlar faktiki olaraq, Birləşmiş Ərəb Əmirliklərinin tərəfdaşlıq tarixinə yazılmaqdadır. Belə ki, burada məqsəd bu ölkənin "yaşıl inkişaf"ını, artımını gücləndirmək və Dayanıqlı İnkişaf Məqsədlərini qlobal şəkildə təşviq etməkdir. Qeyd etmək istəyirik ki, bu cür praktiki tərəfdaşlıqlar bizim bu sahə üzrə öhdəliyimizi bir daha nümayiş etdirir, eyni zamanda bizim səmimi niyyətlərimizi və bu sahəyə olan həqiqi marağımızı bir daha ifadə edir. Məqsədimiz burada yaşıl artım gündəliyini inkişaf etdirməkdir".

İndi bu layihələr həyata keçirilməkdədir, daha doğrusu, icra mərhələsindədirlər. 

Onu da deyək ki, iki il əvvəl - 2023-cü ilin dekabrında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Əbu-Dabi Milli Neft Şirkəti (ADNOC) arasında strateji əməkdaşlıq sazişi də imzalanıb. Bu sənədin imzalanması Dubayda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP28) çərçivəsində olmuşdu. Saziş ətraf mühitin mühafizəsi sahəsində SOCAR və ADNOC arasında birgə fəaliyyətin daha da genişləndirilməsini, o cümlədən mavi hidrogen, geotermal enerji və karbon emissiyalarının idarə edilməsi sahəsində əməkdaşlıq məsələlərini nəzərdə tutur.

 Göründüyü kimi, Azərbaycan-BƏƏ enerji əməkdaşlığı dərinləşir və getdikcə enerji sektorunun daha çox sahələrini əhatə edir. İndiyədək bu istiqamətdə atılan addımların uğurlu olması qarşıdakı layihələrin də beləcə müvəffəqiyyətlə həyata keçiriləcəyinə möhkəm zəmin yaradır. 


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub  

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib  

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

“Konstitusiya və Suverenlik ili”nə həsr edilmiş tədbir keçirilib  

16:26
19 Dekabr

Ceyhun Əliyev: Ölkə ərazisində 600-ə qədər orta və iri həcmli balıqyetişdirmə təsərrüfatı mövcuddur  

16:24
19 Dekabr

Arayik Harutyunyan: Kəlbəcərdəki Tunel və Bəylik bağı hadisələri hərbi cinayətlərdir  

16:07
19 Dekabr

Vətəndaşların daha çox müraciət etdikləri xəstəxanaların adları açıqlanıb  

16:02
19 Dekabr

Kanadanın Vankuver şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Tamella Severcandan  

15:52
19 Dekabr

Donald Tramp Venesuela ilə müharibə ehtimalını istisna etməyib  

15:51
19 Dekabr

Kanadada fəaliyyət göstərən “Baku Production” layihəsinin təsisçiləri Sənan Əlizadə və Sultanhüseyn Qasımzadədən  

15:50
19 Dekabr

Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktik konqres işə başlayıb - YENİLƏNİB 

15:49
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!