19 Dekabr 2025 15:49
2971
Səhiyyə
A- A+
Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktik konqres işə başlayıb - YENİLƏNİB 

Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktik konqres işə başlayıb - YENİLƏNİB 


Dekabrın 19-da Heydər Əliyev Mərkəzində Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) yaranmasının 90 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktik konqresin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin dəstəyi ilə təşkil olunub və ölkəmizin diplomdan sonrakı tibb təhsilinin inkişafında mühüm rol oynayan Ə.Əliyev adına ADHTİ-nin zəngin tarixinə, elmi tədris fəaliyyətinə və müasir nailiyyətlərinə həsr edilib.


Konqresin əsas məqsədi tibb elmində yeni elmi-praktik nailiyyətlərin müzakirəsi, həkimlərin bilik və bacarıqlarının artırılması, xüsusilə gənc həkimlərin elmi inkişafına töhfə vermək olub.


İlk olaraq Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban verən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konqresin açılış mərasimində səhiyyə naziri Teymur Musayev tərəfindən Prezident İlham Əliyevin konqres iştirakçılarına müraciəti oxunub.

Tədbirdə çıxış edən Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov vurğulayıb ki, ADHTİ-nin 90 illik fəaliyyəti Azərbaycanın səhiyyə tarixinin çox mühüm bir hissəsidir. Onun sözlərinə görə, institutda çalışan alimlər, həkimlər, müəllimlər Azərbaycan tibb elminin inkişafına mühüm töhfələr verib.


Konqresin sədri, ADHTİ-nin rektoru Nazim Pənahov “Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının institutun fəaliyyətinə verilən yüksək qiymət olduğunu qeyd edib. Rektor bu yüksək qiymətə görə institutun kollektivi adından Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Öz çıxışında Nazim Pənahov institutun yaradılması tarixindən və keçdiyi şərəfli yoldan danışıb. Diqqətə çatdırılıb ki, Azərbaycanın əksər, eyni zamanda, bir çox xarici ölkələrin həkimləri institutda ixtisaslaşma və ya ixtisasartırma kursları keçərək, öz peşə karyeralarını qurublar. İnstitutun tarixinin bir çox şanlı səhifələri Əziz Əliyevin adı ilə bağlıdır. Məhz buna görə 1962-ci ildə instituta Əziz Əliyevin adı verilib. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın oftalmologiya elminə verdiyi böyük və sanballı töhfələr onun məhz ADHTİ-də çalışdığı illərə təsadüf edir. İnstituta 30 ildən çox bir müddətdə isə akademik Mirməmmməd Cavadzadə rəhbərlik edib. Onun rəhbərliyi altında institut inkişaf edərək, o dövrün tanınmış ali təhsil ocağına çevrilib.

Tədbirdə, həmçinin institutun tarixindən və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.


Sonra İstanbul Universitetinin rektoru Osman Bülent Zülfikar, Səmərqənd Dövlət Tibb İnstitutunun rektoru Jasur Rizayev, Rusiya Fasiləsiz Peşəkar Tibbi Təhsil Akademiyasının prorektoru Aleksey Çerepov və digərləri çıxış edərək, ADHTİ ilə bağlı xatirələrini bölüşüblər, institutun kollektivini yubiley münasibətilə təbrik ediblər. Eyni zamanda, ölkəmizdə tibb elminin və səhiyyənin inkişafı, əhalinin sağlamlığının mühafizəsi istiqamətində gələcək fəaliyyətlərində onlara müvəffəqiyyətlər arzulayıblar.

İki gün davam edəcək konqres çərçivəsində tibbin müxtəlif sahələrinin aktual problemlərinə həsr olunmuş 2 plenar iclas və 5 elmi panel təşkil olunub. Tədbirdə Azərbaycanla yanaşı, Türkiyə, Böyük Britaniya, Özbəkistan, Rusiya, Gürcüstan, İran, Danimarka, Almaniya və digər ölkələrdən olan mütəxəssislər elmi məruzələrlə çıxış edərək, tibb elminin son nailiyyətləri və müasir yanaşmalar ətrafında geniş müzakirələr aparıblar.


Konqres işini dekabrın 20-də yekunlaşdıracaq.


Qeyd edək ki, tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən 10 Davamlı Tibbi Təhsil krediti ilə akkreditasiya edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ceyhun Bayramov iranlı həmkarı ilə telefon danışığında regional vəziyyətdən narahatlığını ifadə edib  

23:32
30 Mart

Gürcüstanın Baş naziri ABŞ Dövlət katibi ilə regional təhlükəsizlik məsələlərini müzakirə edib

23:19
30 Mart

Livanın cənubunda BMT-nin 2 sülhməramlısı həlak olub

22:59
30 Mart

Volodimir Zelenski: Ukrayna Yaxın Şərq ölkələri ilə tarixi razılaşmalar əldə etməyə başlayıb  

22:47
30 Mart

"FIFA Series - 2026" turnirinin qalibi olan Azərbaycan millisi mükafatlandırılıb  

21:49
30 Mart

Futbol üzrə Azərbaycan millisi beynəlxalq turnirin qalibi olub

21:25
30 Mart

Yaddaşımızdan silinməyən qanlı tarix

20:52
30 Mart

Səfirliyin nümayəndəsi: Enerji sahəsi Ankara ilə Bakı arasında strateji əməkdaşlığın prioritet istiqamətlərindən biri olaraq qalır  

20:38
30 Mart

Daşkənddə TDT-nin kosmik agentliklərinin rəhbərləri bir araya gəliblər

20:08
30 Mart

Azərbaycan Müdafiə Nazirliyi: İrandan Türkiyə ərazisinə ballistik raketin buraxılmasını qətiyyətlə pisləyirik  

19:51
30 Mart

BƏƏ bu gün 11 ballistik raketin və 27 PUA-nın hücumuna məruz qalıb  

19:49
30 Mart

İranda dərman və tibbi avadanlıq daşıyan təyyarə vurulub

19:27
30 Mart

İrandan atılan növbəti raket Türkiyənin hava məkanında zərərsizləşdirilib  

19:23
30 Mart

İraqda hərbi bazaya hücum nəticəsində 1 təyyarə yararsız hala düşüb

19:12
30 Mart

Azərbaycan Qahirədə 9-cu Beynəlxalq Enerji Konfransı və Sərgisində təmsil olunur

18:58
30 Mart

Bu gün paytaxtın 555 küçəsi yuyulub

18:17
30 Mart

Azərbaycan nümayəndələri Türkiyədə dezinformasiya ilə mübarizə sahəsində həyata keçirilən işlərlə tanış olublar  

17:56
30 Mart

Qazaxıstanda pensiyaların azaldılması ilə bağlı xəbərin doğru olmadığı açıqlanıb

16:57
30 Mart

Azərbaycanın U-17 millisi seçmə mərhələdə mübarizəni dayandırıb  

16:21
30 Mart

Bakı Təşəbbüs Qrupu: Transatlantik qul ticarətinə dair qətnaməni tam dəstəkləyirik  

15:59
30 Mart

Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb

14:59
30 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!