09 Aprel 2026 09:00
731
Səhiyyə
A- A+
Sumqayıtda Göz Mərkəzi açılıb

Sumqayıtda Göz Mərkəzi açılıb


Sumqayıt Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən 2 nömrəli şəhər xəstəxanasında yaradılmış yeni Göz Mərkəzinin açılışı olub.

Açılış mərasimində TƏBİB-in icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Anar İsrafilov, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanov, 2 saylı Sumqayıt şəhər xəstəxanasının baş həkimi Arzu Bəndəliyeva və Göz Mərkəzinin rəhbəri Leyla Qəhrəmanova iştirak ediblər. Mərkəzdə yaradılmış şərait barədə məlumat verən Elnur Azadxanov bildirib ki, yeni mərkəz Sumqayıt şəhəri ilə yanaşı, Abşeron - Xızı regionu üzrə əhaliyə geniş spektrdə oftalmoloji xidmətlər göstərəcək. Qeyd olunub ki, mərkəz dünyanın aparıcı istehsalçılarının müasir tibbi avadanlıqları ilə, o cümlədən OCT Angio, optik biometriya sistemləri və yüksək dəqiqlikli diaqnostika avadanlıqları ilə təchiz edilib. Mərkəzdə quraşdırılan angioqrafiya sistemi retina damar patologiyalarının erkən aşkarlanması və dəqiq qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir və bir çox hallarda görmənin qorunmasında həlledici rol oynayır. Mərkəzdə həmçinin yüksək dəqiqlikli fakoemulsifikasiya cərrahiyyə sistemləri və müasir əməliyyat mikroskopları quraşdırılıb. Burada oftalmoloji xəstəliklərin müasir standartlara uyğun diaqnostikası, müalicəsi və yüksək texnologiya tələb edən mürəkkəb cərrahi prosedurların icrası mümkün olacaq.

Mərkəzdə tor qişa xəstəlikləri, katarakta, qlaukoma, diabetik retinopatiya, makula patologiyaları və refraktiv qüsurlar üzrə geniş çeşiddə xidmətlərin göstərilməsi nəzərdə tutulur. O da bildirilib ki, mərkəzdə xaricdə təhsil almış və beynəlxalq təcrübəyə malik peşəkar həkimlər fəaliyyət göstərəcək. Burada 12-si həkim olmaqla, ümumilikdə 35 nəfər tibb və qeyri-tibb işçisi vətəndaşlara müasir tibbi yanaşmalar əsasında ambulator və stasionar xidmətlər göstərəcək. Mərkəzdə göstəriləcək tibbi xidmətlər icbari tibbi sığortanın xidmətlər zərfi çərçivəsində vətəndaşlara ödənişsiz əsaslarla təqdim olunacaq. 

Yeni mərkəzin istifadəyə verilməsi regionda oftalmoloji xidmətlərin əlçatanlığını əhəmiyyətli dərəcədə artırmaqla yanaşı, vətəndaşların paytaxta üz tutmadan yüksəkkeyfiyyətli və mürəkkəb tibbi xidmətlərdən yararlanmasına geniş imkanlar yaradacaq.


Akif ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarus və Rusiya Çernobıl qəzasının fəsadlarına qarşı proqram hazırlayır

19:26
29 Aprel

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyətinin Mərakeş Krallığına işgüzar səfəri başa çatıb

19:25
29 Aprel

Azərbaycan Ordusunda kibertəhlükəsizlik üzrə mütəxəssislərin peşəkarlığı artırılır

19:22
29 Aprel

İlon Mask süni intellektlə bağlı xəbərdarlıq edib

19:16
29 Aprel

Martda ölkədaxili nağdsız ödənişlər 46 faiz artıb 

19:13
29 Aprel

“Google Home” yeniliklər təqdim edib  

19:04
29 Aprel

Enerji təhlükəsizliyində Norveç modeli

18:52
29 Aprel

Qırğızıstan Afrika İttifaqında müşahidəçi statusu alıb

18:43
29 Aprel

Avropa ötən il rekord temperatur və meşə yanğınları ilə mübarizə aparıb

18:34
29 Aprel

Cənubi Çin dənizində gərginlik

18:26
29 Aprel

Aİ rəsmisindən enerji təhlükəsizliyi ilə bağlı xəbərdarlıq  

18:18
29 Aprel

ABŞ-də Trampın şəkli olan xüsusi pasportlar hazırlanacaq  

18:01
29 Aprel

Nigeriyada qızılca epidemiyası 15 uşağın həyatına son qoyub

17:41
29 Aprel

Ağdərənin Suqovuşan kəndində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün müraciətlərin qəbuluna başlanır

17:31
29 Aprel

Monteneqro ombudsmanı: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

17:23
29 Aprel

III Çarlzın ABŞ-yə səfəri: Ağ Evdə qəbul və Kralın Konqresdəki tarixi çıxışı

17:12
29 Aprel

Hərbi prokuror Daxili Qoşunların hərbi hissəsində  

17:10
29 Aprel

“Yüksəliş” müsabiqəsinin qaliblərinə həssas qruplara göstərilən sosial xidmətlər barədə məlumat verilib  

16:39
29 Aprel

LNG qiymətləri artmağa davam edir

16:39
29 Aprel

Moskvada baş verən yanğınla bağlı beş nəfər saxlanılıb

16:38
29 Aprel

Nazir: Əmək müqavilələrinin 97 faizi e-qaydada bağlanılıb

16:36
29 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!