07 Noyabr 2024 09:30
106
SİYASƏT
A- A+
Azərbaycanı "yaşıl enerji" sahəsində də etibarlı tərəfdaş adlandıran Ursula fon der Lyayen COP29-a niyə gəlmir 

Azərbaycanı "yaşıl enerji" sahəsində də etibarlı tərəfdaş adlandıran Ursula fon der Lyayen COP29-a niyə gəlmir 


Sözsüz ki, planeti ən çox çirkləndirən Aİ məsuliyyətdən yayınmaq istəyir


Avropa Komissiyasının  sədri  Ursula fon der Lyayen  COP29-a qatılmayacağını bəyan edib. Qəribədir. Çünki o, təxminən iki il yarım bundan əvvəl Bakıya gəlişindən çox razı qalmışdı. Əvvəla səmimi qəbul edildiyindən məmnun olduğunu bildirmişdi. Söyləmişdi ki, Avropa İttifaqı  qaz üçün  etibarlı və etimad doğuran tərəfdaşlara üz tutmaq qərarına gəlib  və o,  xanım Lyayen  Azərbaycanı həmin tərəfdaşların sırasında hesab edir. 

"Həqiqətən, siz bizim üçün mühüm enerji tərəfdaşısınız. Siz təkcə təchizat təhlükəsizliyi sahəsində deyil, həmçinin iqlim neytrallığı sahəsində də hər zaman etibarlı olmusunuz." Bu sözləri o, 2022-ci il iyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında "Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu" imzalandıqdan sonra mətbuata bəyanatında demişdi. Anlaşma memorandumunun üç məqamını vurğulamışdı: "Birincisi, biz Azərbaycandan Avropa İttifaqına təchiz edilən qazın həcmini ikiqat artıracağıq. Bu memorandum vasitəsilə biz "Cənub qaz dəhlizi"nin genişləndirilməsi ilə bağlı üzərimizə öhdəlik götürürük. Bu, artıq Avropa İttifaqı üçün çox vacib təchizat marşrutudur".

İkinci mühüm məqam isə məhz bərpaolunan enerji ilə bağlı idi.  Ursula fon der Lyayen Azərbaycanın bu  sahədə nəhəng potensiala malik olduğunu vurğulamışdı və demişdi: "Biz həmin sahədə əməkdaşlığımızın möhkəm təməlini qoyuruq. Azərbaycan yanacaq növlərinin təchizatçısı olmaqla yanaşı, tədricən Avropa İttifaqı üçün bərpaolunan enerji növlərini təchiz edən mühüm və etibarlı tərəfdaşa çevriləcək." Həmçinin qeyd etmişdi ki, qaz sahəsindəki əməkdaşlığımız iqlimlə bağlı məsuliyyətimizlə uzlaşmalıdır. Buraya metan qazının tullantıları da daxildir və imzalanan memorandum bütün qaz təchizatı zənciri boyu metan qazının tullantılarının azaldılması ilə bağlı öhdəlik nəzərdə tutur: "Mən Azərbaycanı qlobal metan öhdəliyinə qoşulmağa dəvət edirəm. Bu günə qədər bu öhdəlik 119 ölkə tərəfindən dəstəklənib. Azərbaycan böyük tərəqqiyə nail olub, nümayiş və təqdim etməyə bir çox nailiyyəti var".

Azərbaycanın enerji keçidindəki potensialını və nailiyyətlərini qeyd edən, metan qazının tullantılarının azaldılması ilə bağlı öhdəliklərini dəstəkləyən  Ursula fon der Lyayen  nə baş verdi ki, indi Bakının evsahibliyi etdiyi COP29-a qatılmayacağını bildirir.

Məsələ aydındır. Deməli, bu mötəbər tədbirdə müzakirə olunacaq problemlər onu narahat etmir. Təkcə onu yox, həm də rəhbərlik etdiyi qurumu. İqlim dəyişikliyi kimi bütün bəşəriyyətə fəlakət gətirə biləcək bir məsələyə  qarşı laqeyddirlər. Beynəlxalq ictimai rəy, o cümlədən COP29 keçirilən zaman söyləniləcək fikirlər, ediləcək təkliflər onları əsla maraqlandırmır. 

Planeti ən çox çirkləndirən isə Avropa İttifaqıdır. Təbii ki, dünya  ondan yeni iqlim maliyyəsi gözləyir. Aİ isə COP-a gəlmir.  Səbəb aydındır. Aİ faktiki olaraq  yayınmaq, yəni məsuliyyətdən qaçmaq istəyir.   


Flora SADIQLI,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ Daxili Təhlükəsizlik Departamenti immiqrasiya siyasətində dəyişikliklərə hazırlaşır  

12:25
07 Noyabr

İndiyədək Konstitusiya Məhkəməsinin Plenumu 583 qərar və 168 qərardad qəbul edib

12:24
07 Noyabr

Sahibə Qafarova: Sülh gündəliyi Azərbaycanın səyləri ilə addım-addım irəliyə aparılır  

12:18
07 Noyabr

İlon Maskın sərvəti bir gündə 26,5 milyard dollar artıb  

12:17
07 Noyabr

Ferstappen Braziliya Qran Prisinin qalibi olub

12:13
07 Noyabr

Demokratlar Harrisin məğlubiyyətində Baydeni günahlandırırlar

12:12
07 Noyabr

MAQATE Trampla səmərəli əməkdaşlığı səbirsizliklə gözləyir  

12:11
07 Noyabr

Prezident İlham Əliyev Böyükşor-Pirşağı yeni avtomobil yolunun açılışında iştirak edib YENİLƏNİB  

12:04
07 Noyabr

Hamı qorxub susanda, yalnız İlham Əliyev danışırdı

12:00
07 Noyabr

Pakistanda Bakıda keçiriləcək COP29-a hazırlıq iclası olub  

11:49
07 Noyabr

Zəfər Günü Şuşada silsilə tədbirlərlə qeyd ediləcək

11:48
07 Noyabr

Harris məğlubiyyətini etiraf etmək niyyətindədir

11:44
07 Noyabr

Zəfər Günü münasibətilə “Xarıbülbül zirvəsi”nə yürüş edilib  

11:28
07 Noyabr

Qlobal Sammitin iştirakçıları Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olublar  

11:27
07 Noyabr

Bayram günlərində bank və valyuta mübadilə xidmətləri fəaliyyət göstərəcək  

11:26
07 Noyabr

Milli Məclisin plenar iclası keçirilir

11:24
07 Noyabr

DSMF: Sığortaolunanların sayı 3,09 faiz artıb  

11:23
07 Noyabr

Azərbaycan neftinin qiyməti azalıb  

11:21
07 Noyabr

Ankarada Qarabağ müharibələrinin qəhrəmanları haqqında filmin premyerası olub  

11:20
07 Noyabr

Dövlət Əmək Müfəttişliyi Xidməti beynəlxalq mükafata layiq görülüb  

11:11
07 Noyabr

DİN: Ötən gün 33 cinayətin üstünün açılması təmin olunub

11:08
07 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!