07 Noyabr 2024 09:20
113
SİYASƏT
A- A+
Azərbaycan türk dünyasının birləşdirici gücüdür 

Azərbaycan türk dünyasının birləşdirici gücüdür 


Ölkəmizin təşəbbüsləri TDT-nin həm regional, həm də qlobal səviyyədə rolunu artırır


Soy kökümüzlə, tariximizlə, mədəniyyətimizlə, milli dəyərlərimizlə sıx bağlı olduğumuz türk xalqlarının, dövlətlərinin həmrəyliyinin hazırda tarixindəki ən yüksək zirvəyə yüksəlməsində Azərbaycanın xüsusi xidmətinin olduğu danılmaz həqiqətdir. Eyni zamanda əsası 15 il əvvəl ölkəmizin qədim diyarı Naxçıvanda qoyulan Türk Şurasının (indi Türk Dövlətləri Təşkilatı (TDT)) qlobal güc kimi müəyyənləşdirilməsində Prezident İlham Əliyevin şəxsi təşəbbüsləri əsas rol oynayır. 

Hər zaman çıxışlarında - XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır,  -  deyə vurğulayan dövlət başçısı "türk dünyası ailəsi"nin həmrəyliyinin daha da gücləndirilməsi istiqamətində əməli fəaliyyət göstərir. 

Bu ilin yayında TDT-nin Şuşadakı qeyri-rəsmi  Zirvə görüşündə ölkəmizin başçısı məhz bu məqama toxunaraq bildirmişdi: "Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir. Biz böyük coğrafi məkanı əhatə edirik, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensialımız döyüş meydanlarında özünü dəfələrlə göstərmişdir".


Azərbaycanın töhfələri 


2009-cu ildən - yarandığı dövrdən ötən müddət ərzində TDT-nin güclənməsi, qarşısına qoyduğu məqsəd və hədəflərə çatması üçün ölkəmiz xüsusi səylər göstərib. Təşkilata sədrliyi dövründə Azərbaycan türk dövlətləri arasında əlaqələrin daha da genişlənməsi üçün yeni təşəbbüslərlə çıxış edib. 

Ölkəmiz Vətən müharibəsində və antiterror tədbirlərində qazandığı möhtəşəm zəfərlərlə türk birliyinin güclənməsinə misilsiz töhfələr verdi. Ümumilikdə türk dünyası adına çalınan qələbə kimi tarixə həkk olunan Qarabağ Zəfəri türkdilli xalqların qürur mənbəyinə çevrildi. Təsadüfi deyildi ki, TDT-nin Əməkdaşlıq Şurasının İstanbulda keçirilən VIII Zirvə Görüşü zamanı Prezident İlham Əliyev Türk Dünyasının Ali Ordeninə layiq görüldü. 

TDT-nin Şuşada qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi, həmin zaman Qarabağ Bəyannaməsinin imzalanmasının isə xüsusi rəmzi mənası oldu.

Ötən gün Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı Şuşada imzalanmış Qarabağ Bəyannaməsinin əməkdaşlığın daha da dərinləşməsinə töhfə verdiyini bildirən Prezident İlham Əliyev dedi ki, Azərbaycan Türk Dövlətləri Təşkilatının möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək. 

Azərbaycan lideri onu da söylədi ki, Türk Dövlətləri Təşkilatının mövcud büdcəsi qarşıya qoyulan hədəflərin həyata keçirilməsi üçün yetərli deyil: "Ümid edirəm ki, Azərbaycanın Türk Dövlətləri Təşkilatının Katibliyinə 2 milyon və Ağsaqqallar Şurasına 100 min ABŞ dolları məbləğində maliyyə dəstəyi təşkilatın potensialının daha da güclənməsinə töhfə verəcək".

Azərbaycanın Türk Dövlətləri Təşkilatı ilə bağlı gördüyü işlər, irəli sürdüyü ideyalar və təşəbbüslər təşkilatın gələcək inkişafı üçün yol xəritəsinin nədən ibarət olacağını da aydın şəkildə ortaya qoyur. Sözün əsl mənasında TDT-nin lokomotivi - aparıcı gücü rolunu oynayan Azərbaycanın təşəbbüsü - Orta dəhliz layihəsi türk dünyası ölkələrinin birliyinə əvəzolunmaz töhfədir. Respublikamız dəhlizin inkişafı və səmərəliliyi məqsədilə öz ərazisində zəruri infrastrukturu təmin edir. Orta dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik ötürücülük qabiliyyəti Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artıb. Azərbaycan eyni zamanda Ələt Beynəlxalq Dəniz Ticarət Limanının illik ötürücülük qabiliyyətini ildə 15 milyon tondan 25 milyon tona çatdırmaq niyyətindədir. Ölkəmiz hazırda dəmir yolu daşımalarının həcminin ildə 15 milyon tona qədər artırılması üzərində işləyir, zərurət yaranarsa, bu rəqəm 30 milyon tona çatdırılacaq. 

"Hazırda Orta dəhlizin rəqəmsallaşdırılması və ticarətin asanlaşdırılması istiqamətində bir sıra layihələr icra olunur", - deyə Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı Prezident İlham Əliyev bildirdi ki, bu layihələr logistika səmərəliliyinin artırılmasına və xərclərin azaldılmasına təsir edəcək.

Dövlətimizin başçısı onu da qeyd etdi ki, son dövrlər "Şərq-Qərb" nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisi üzrə daşımalar daha da artıb. Belə ki, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə, 2024-cü ilin yanvar-sentyabr aylarında üzv və müşahidəçi dövlətlər ilə tranzit daşımalarının həcmində 15 faizə yaxın artım müşahidə edilir.


Qardaş həmrəyliyi


Vətən müharibəsi zamanı ölkəmizə siyasi, mənəvi dəstək duran türkdilli ölkələrin Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq işlərinə töhfə vermələri də ölkələrimiz, xalqlarımız arasındakı qardaşlığa bariz nümunədir. 

Məlumat üçün bildirək ki, Füzuli rayonunda Özbəkistan və Qazaxıstan tərəfindən məktəb və yaradıcılıq mərkəzi inşa edilərək istifadəyə verilib. Eyni zamanda Qırğızıstan tərəfindən Ağdamda bir məktəbin inşasına başlanılıb. Cəbrayıl rayonundakı bir məntəqədə isə Macarıstanın maliyyə dəstəyi ilə bir məktəb inşa ediləcək. Bunlar dost ölkələrin Azərbaycan xalqına hədiyyələridir.

TDT-nin Bişkekdə keçirilən Dövlət Başçıları Şurasının iclasında Azərbaycanın öz suverenliyini tam bərpa etməsi, Ermənistanın 30 il davam edən işğal dövründə ərazilərimizdə 9 şəhərimizi və yüzlərlə kəndimizi tamamilə məhv etməsini iştirakçıların diqqətinə çatdıran Prezident İlham Əliyev söylədi ki, azad olunan ərazilərdə indi genişmiqyaslı yenidənqurma və bərpa layihələri həyata keçirilir, eyni zamanda, Böyük qayıdış proqramının icrası çərçivəsində keçmiş məcburi köçkünlər öz doğma yurdlarına geri dönürlər: "Fürsətdən istifadə edərək Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Macarıstanın dövlət və hökumət başçılarına azad olunmuş ərazilərdə qardaşlıq hədiyyəsi olan məktəbə və yaradıcılıq mərkəzinə, eləcə də tikiləcək məktəblərə görə bir daha təşəkkürümü bildirmək istərdim".

Bir neçə gündən sonra Azərbaycan COP29 kimi beynəlxalq nüfuzlu tədbirə evsahibliyi edəcək. On gündən çox müddət ərzində Bakıda bəşəriyyəti narahat edən iqlim dəyişmələrinin aradan qaldırılması istiqamətində müzakirələr aparılacaq, çıxış yolları aranacaq, yeni çağırışlar ediləcək. Qırğızıstanda keçirilən sözügedən iclasda dövlətimizin başçısı xüsusi əminliklə vurğuladı ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələr COP29 konfransının işində fəal iştirak edəcəklər.

Göründüyü kimi, dünyanın qütbləşdiyi, yeni geosiyasi bölgülər uğrunda savaşların başladığı hazırkı dövrdə türkdilli dövlətlərin birgəliyi, həmrəyliyi olduqca vacibdir. TDT-nin Bişkekdə keçirilən Dövlət Başçıları Şurasının iclasında Prezident İlham Əliyev də məhz bu məqama vurğu etdi: "Hazırda dünyada artan təhlükələri nəzərə alaraq müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığımız böyük əhəmiyyət daşıyır".


Yasəmən MUSAYEVA, 

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ Daxili Təhlükəsizlik Departamenti immiqrasiya siyasətində dəyişikliklərə hazırlaşır  

12:25
07 Noyabr

İndiyədək Konstitusiya Məhkəməsinin Plenumu 583 qərar və 168 qərardad qəbul edib

12:24
07 Noyabr

Sahibə Qafarova: Sülh gündəliyi Azərbaycanın səyləri ilə addım-addım irəliyə aparılır  

12:18
07 Noyabr

İlon Maskın sərvəti bir gündə 26,5 milyard dollar artıb  

12:17
07 Noyabr

Ferstappen Braziliya Qran Prisinin qalibi olub

12:13
07 Noyabr

Demokratlar Harrisin məğlubiyyətində Baydeni günahlandırırlar

12:12
07 Noyabr

MAQATE Trampla səmərəli əməkdaşlığı səbirsizliklə gözləyir  

12:11
07 Noyabr

Prezident İlham Əliyev Böyükşor-Pirşağı yeni avtomobil yolunun açılışında iştirak edib YENİLƏNİB  

12:04
07 Noyabr

Hamı qorxub susanda, yalnız İlham Əliyev danışırdı

12:00
07 Noyabr

Pakistanda Bakıda keçiriləcək COP29-a hazırlıq iclası olub  

11:49
07 Noyabr

Zəfər Günü Şuşada silsilə tədbirlərlə qeyd ediləcək

11:48
07 Noyabr

Harris məğlubiyyətini etiraf etmək niyyətindədir

11:44
07 Noyabr

Zəfər Günü münasibətilə “Xarıbülbül zirvəsi”nə yürüş edilib  

11:28
07 Noyabr

Qlobal Sammitin iştirakçıları Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olublar  

11:27
07 Noyabr

Bayram günlərində bank və valyuta mübadilə xidmətləri fəaliyyət göstərəcək  

11:26
07 Noyabr

Milli Məclisin plenar iclası keçirilir

11:24
07 Noyabr

DSMF: Sığortaolunanların sayı 3,09 faiz artıb  

11:23
07 Noyabr

Azərbaycan neftinin qiyməti azalıb  

11:21
07 Noyabr

Ankarada Qarabağ müharibələrinin qəhrəmanları haqqında filmin premyerası olub  

11:20
07 Noyabr

Dövlət Əmək Müfəttişliyi Xidməti beynəlxalq mükafata layiq görülüb  

11:11
07 Noyabr

DİN: Ötən gün 33 cinayətin üstünün açılması təmin olunub

11:08
07 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!