07 Noyabr 2024 08:25
107
SİYASƏT
A- A+
Tarixə qızıl hərflərlə həkk olunan gün

Tarixə qızıl hərflərlə həkk olunan gün


Artıq 4 ildir ki, böyük fəxarət hissi ilə qeyd etdiyimiz 8 Noyabr Zəfər Günümüz təkcə İkinci Qarabağ savaşındakı möhtəşəm qələbəmizin rəsmiləşdiyi, baş tacımız olan Şuşamızın işğaldan azad olunduğu, müqəddəs torpaqlarımızı işğal etmiş ləyaqətsiz düşmənlərimizin qarşımızda diz çökdüyü gün deyil, həm də hansı genin daşıyıcısı olduğumuzun təsdiqini tapdığı, sınmış qürurumuzun dirçəldiyi, milli mənliyimizin özümüzə qayıtdığı gündür.

İllər keçdikcə müstəqil Azərbaycanımızın tarixinə qızıl hərflərlə həkk olunan bu günün möhtəşəmliyini daha dərindən hiss edəcəyik. 44 gün ərzində döyüş meydanında geriyə bir addım belə atmayan qəhrəman oğulların şücaəti indiki və gələcək nəsillər üçün əvəzolunmaz örnək və istinad mənbəyi olacaq. Bu oğullar 30 ilə yaxın müddətdə düşmən tapdağı altında qalan torpaqlarımızı qarış-qarış işğaldan azad etməklə tarixi və ilahi ədaləti bərpa etdilər. Bu oğullar 30 illik işğal dönəmində möhkəm qurulmuş və keçilməz hesab olunan sədləri keçərək bir ay ərzində döyüş meydanından on mindən çox əsgərinin fərarilik etdiyi "erməni ordusunun məğlubedilməzliyi" haqqında uydurma mifləri də darmadağın etdilər.

 Döyüş meydanında ordumuzun qarşısında duruş gətirə bilməyərək fərarilik edən düşmən müharibə zonasından çox-çox uzaqlarda olan ərazilərə, o cümlədən Gəncəyə, Bərdəyə və Tərtərə qadağan olunmuş silahlardan istifadə etməklə atəş açaraq dinc əhalini hədəfə aldı və bununla da öz vəhşiliyini və barbarlığını növbəti dəfə nümayiş etdirdi. Daha çox xalqımızın döyüş əzmini sındırmağa hesablanmış bu vəhşiliyin də nəticə verməyəcəyini başa düşən erməni rəhbərləri, nəhayət ki, müqavimət göstərməyin mümkünsüzlüyünü başa düşərək faktiki kapitulyasiya aktı olan 10 noyabr Bəyannaməsini imzalamaq məcburiyyətində qaldılar. Lakin bəyannamə ilə üzərinə götürdüyü öhdəlikləri də yerinə yetirməkdən yayınmaqla növbəti dəfə erməni xislətinə sadiq qaldıqlarını nümayiş etdirdilər. Anlamadılar ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini, bütövlükdə beynəlxalq hüququn ayaq altına atılmış norma və prinsiplərini öz gücü hesabına icra edən Azərbaycan dövləti öz ərazisində baş verənlərə seyrçi qalmaq və dözmək fikrində deyil. Nəhayət, qəhrəman ordumuz uğurlu antiterror əməliyyatları həyata keçirməklə erməni terror qruplaşmalarını sıradan çıxardı, sonuncu 23 saatlıq əməliyyatla isə tam zərərsizləşdirdi. Bununla da ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olundu. 

Əldə etdiyimiz möhtəşəm qələbə sayəsində biz yalnız torpaqlarımızı işğaldan azad etmədik, bu qələbə ilə həm də regionda bir çox güclərin məkrli planlarının üzərindən qara xətt çəkdik və bölgədə qüvvələr nisbətini öz xeyrimizə dəyişdik.

Lakin Azərbaycanın uğurlarını, regionun söz və güc sahibi olmasını həzm etməyən, mövcud durumdan narazı qalan bəzi güclər var ki, erməniləri revanşist addımlar atmağa təhrik etmək, bölgədə qarışıqlıq salmaq siyasəti yürütməkdədirlər. Ancaq mövcud reallıq budur ki, bu gün Azərbaycan bölgənin lider dövlətidir və ölkəmizin iştirakı olmadan heç bir layihə reallaşdırıla bilməz.

Bu möhtəşəm Zəfəri bizə yaşatdıqları üçün Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev başda olmaqla müzəffər ordumuza, qəhrəman əsgər və zabitlərimizə minnətdarlığımız sonsuza qədərdir. Bu yolda canından və qanından keçən şəhidlərimizə Uca Tanrıdan rəhmət diləyir, qazilərimizə sağlamlıq arzulayıram.  


Arzuxan ƏLİZADƏ,

Milli Məclisin deputatı, Azərbaycan Milli İstiqlal Partiyasının sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ Daxili Təhlükəsizlik Departamenti immiqrasiya siyasətində dəyişikliklərə hazırlaşır  

12:25
07 Noyabr

İndiyədək Konstitusiya Məhkəməsinin Plenumu 583 qərar və 168 qərardad qəbul edib

12:24
07 Noyabr

Sahibə Qafarova: Sülh gündəliyi Azərbaycanın səyləri ilə addım-addım irəliyə aparılır  

12:18
07 Noyabr

İlon Maskın sərvəti bir gündə 26,5 milyard dollar artıb  

12:17
07 Noyabr

Ferstappen Braziliya Qran Prisinin qalibi olub

12:13
07 Noyabr

Demokratlar Harrisin məğlubiyyətində Baydeni günahlandırırlar

12:12
07 Noyabr

MAQATE Trampla səmərəli əməkdaşlığı səbirsizliklə gözləyir  

12:11
07 Noyabr

Prezident İlham Əliyev Böyükşor-Pirşağı yeni avtomobil yolunun açılışında iştirak edib YENİLƏNİB  

12:04
07 Noyabr

Hamı qorxub susanda, yalnız İlham Əliyev danışırdı

12:00
07 Noyabr

Pakistanda Bakıda keçiriləcək COP29-a hazırlıq iclası olub  

11:49
07 Noyabr

Zəfər Günü Şuşada silsilə tədbirlərlə qeyd ediləcək

11:48
07 Noyabr

Harris məğlubiyyətini etiraf etmək niyyətindədir

11:44
07 Noyabr

Zəfər Günü münasibətilə “Xarıbülbül zirvəsi”nə yürüş edilib  

11:28
07 Noyabr

Qlobal Sammitin iştirakçıları Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olublar  

11:27
07 Noyabr

Bayram günlərində bank və valyuta mübadilə xidmətləri fəaliyyət göstərəcək  

11:26
07 Noyabr

Milli Məclisin plenar iclası keçirilir

11:24
07 Noyabr

DSMF: Sığortaolunanların sayı 3,09 faiz artıb  

11:23
07 Noyabr

Azərbaycan neftinin qiyməti azalıb  

11:21
07 Noyabr

Ankarada Qarabağ müharibələrinin qəhrəmanları haqqında filmin premyerası olub  

11:20
07 Noyabr

Dövlət Əmək Müfəttişliyi Xidməti beynəlxalq mükafata layiq görülüb  

11:11
07 Noyabr

DİN: Ötən gün 33 cinayətin üstünün açılması təmin olunub

11:08
07 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!