07 Noyabr 2024 09:00
854
İQTİSADİYYAT
A- A+
Dövlət-sahibkar tərəfdaşlığı sağlam rəqabətin qarantıdır

Dövlət-sahibkar tərəfdaşlığı sağlam rəqabətin qarantıdır


Azərbaycanda iqtisadi islahatların uğurla aparılmasında dövlətin sahibkarlara verdiyi dəstək mexanizmləri mühüm rol oynayır. Özəl sektorun inkişafı üçün dövlət tərəfindən atılmış addımlar - sahibkarlara güzəştli kreditlərin, stimullaşdırma məqsədilə investisiya təşviqi sənədlərinin verilməsi ölkədə kiçik və orta sahibkarlıq subyektlərinin sayının artmasına, mühüm investisiya layihələrinin icrasına yol açır.

Sahibkarlığın inkişafına nail olmaq üçün təbii ki, ölkədə əlverişli mühitin yaradılması mühüm şərtdir. Həmin mühit azad biznes və özəl sektora dövlət dəstəyidir. Bu, o deməkdir ki, dövlət tərəfindən təmin edilən azad bazar institutu ölkədə sahibkarlığın inkişafına şərait yaratmaqla bərabər, həm də biznes sahəsində fəaliyyət göstərənlərə geniş imkanlar verir. Bəllidir ki, bu gün iqtisadiyyatın genişləndirilməsi, kiçik və orta biznesin dayanıqlı inkişafının təmin edilməsi və nəticə etibarı ilə özəl sektorda gəlirliliyin və istehlak mallarının istehsalının artırılması Azərbaycanda prioritet istiqamətlərdən biri hesab olunur. Prezident İlham Əliyevin 2021-ci ilin fevarlında imzaladığı "2030: sosial iqtisadi inkişafa dair milli prioritetlər" həm iqtisadiyyatın şaxələndirilməsi, həm də sahibkarlığın inkişafı üçün bir bazadır. 

Əldə olunan hər bir uğurun kökündə rəqabətli mühitin yaradılması və bu əlverişli şəraitdən doğru istifadə etmək dayanır. Bəs əlverişli mühit nədir? Rəqabət mühiti dedikdə inhisarçılıq olmadan mümkün şəraitdən, imkanlardan bərabər şəkildə istifadə nəzərdə tutulur. Əlverişli mühitin olmadığı, yaxud bu və ya digər səbəblərdən məhdudlaşdırıldığı halda bazar iqtisadiyyatından söhbət gedə bilməz. Ona görə də hökumətlər belə bir mühitin yaranması, onun təşviq edilməsi üçün fərqli yanaşmalar ortaya qoyurlar. Bu baxımdan Azərbaycan da istisna deyil. 

 Ölkəmizdə şəffaf rəqabət mühiti mövcuddur. Bundan ilk növbədə sahibkarlar yararlanırlar. Məsələn, sənaye parklarının rezidentlərinin qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak və torpaq, gəlir və mənfəət vergilərindən, istehsal məqsədilə aldıqları texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 7 il müddətinə gömrük rüsumlarından azad olunması məhz şəffaf mühitdən xəbər verir. Bu mühitin təkmilləşdirilməsi və genişləndirilməsi isə dövlət dəstəyi sayəsində mümkün olur. Bunlar  Azərbaycanda həyata keçirilən iqtisadi inkişaf strategiyasının, sahibkarlığa verilən dəstəyin  göstəriciləridir. Çünki iqtisadiyyatın davamlı və tarazlı inkişafının təmin edilməsi, regionların inkişafının sürətləndirilməsi ölkəmizin sosial-iqtisadi inkişafının hazırkı mərhələsinin prioritet vəzifələrindəndir. 

Bu vəzifələri özündə ehtiva edən əsas şərtlərdən biri də dövlətlə sahibkarlar arasında tərəfdaşlığın institusional formada həyata keçirilməsidir. Sahibkarlığın İnkişafı Fondu (SİF), İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (İİTF), İpoteka və Kredit Zəmanət Fondu (İKZF),  Biznes Tədris mərkəzləri  dövlət-sahibkar  münasibətlərinin sivil müstəvidə inkişafında əhəmiyyətli rol oynayır. Bu  təsisatların hər biri sahibkarlarla  birgə işləyir, iş adamlarının qarşılarına çıxan çətinliklərin həll olunmasında dəstəklərini əsirgəmirlər. SİF tərəfindən sahibkarlara verilən güzəştli kreditlər isə onlara öz layihələrini vaxtında həyata keçirməyə təkan verir. Məsələn, 2024-cü ilin 9 ayı ərzində sahibkarların 4116 layihəsinə  SİF tərəfindən 167,6 milyon manat güzəştli kredit verilib. Fondun məlumatına görə, bu dövr ərzində SİF-in güzəştli kreditlərdən 327 qadın sahibkar da yararlanıb və onların layihələrinə ümumilikdə 9,9 milyon manat güzəştli kredit verilib. 123 gənc sahibkar isə təqdim etdikləri layihələr üzrə ümumilikdə 4,6 milyon manat güzəştli kredit əldə edib.

Bu məsələdə İKZF-nin da iştirakını qeyd etməliyik. Fondun məlumatına görə, indiyədək müvəkkil banklar tərəfindən fondun zəmanəti ilə sahibkarlara güzəştli şərtlərlə 500 milyon  manatdan artıq kredit verilib ki, bunun da 65 milyon 155 min manatı cari ilin yanvar-sentyabr aylarının payına düşür. Mexanizm çərçivəsində bu günədək zəmanət verilmiş kreditlərin orta müddəti 30 ay, İKZF tərəfindən sahibkarlıq kreditləri üzrə hesablanmış faizlərin bir hissəsinə subsidiyanın verilməsi hesabına sahibkarların ödəyəcəyi kreditlər üzrə faktiki faiz dərəcəsi 6 faiz, bir sahibkara ayrılan kreditin məbləği isə 30 min manatdan 5 milyon manatadək olub. Kreditlər sənaye məhsullarının istehsalı və emalı, kənd təsərrüfatı və qida sənayesi, tikinti sektoru, turizm və infrastrukturun inkişafı ilə bağlı sahələrə, maşın və avadanlıq istehsalına, ticarət və xidmət sektoruna yönəldilib.


Züleyxa ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakı Enerji Həftəsi çərçivəsində ilk dəfə Azərbaycan-ABŞ İqtisadi Dialoqu keçiriləcək

14:57
31 May

İyunun ilk günündə gözlənilən hava proqnozu açıqlanıb YENİLƏNİB

14:47
31 May

İran son 24 saat ərzində Hörmüz boğazından 28 gəminin keçdiyini açıqlayıb

14:29
31 May

Los-Ancelesdə Azərbaycanın Müstəqillik Günü qeyd olunub

14:19
31 May

Byörn Veqqe: Son otuz ildə Azərbaycanda keçirdiyim vaxtı nağıllar diyarına möhtəşəm səyahət hesab edirəm MÜSAHİBƏ 

14:04
31 May

İsrail ordusu Livanın cənubundakı Bofor qalası üzərində bayraq qaldırıb

12:56
31 May

Şahdağa qar yağıb - Faktiki hava

12:17
31 May

NATO rəsmisi: Alyans üzvləri zəruri şərait yaranarsa, Hörmüz boğazının açılmasına dəstək verə bilər  

11:16
31 May

Türkiyədə sərnişin avtobusunun yanması nəticəsində 8 nəfər ölüb, 33-ü yaralanıb

10:37
31 May

Media: ABŞ-nin pilotsuz uçuş aparatı İranın ərazi suları üzərində vurulub

10:23
31 May

Nigeriyada vəbadan ölənlərin sayı 37-yə çatıb

10:09
31 May

Donald Tramp: İran nüvə silahı hazırlamamağa və ya əldə etməməyə razılaşıb

09:42
31 May

Ebola virusunun yayılması ilə bağlı xəbərdarlıq edilib

09:26
31 May

Media: ABŞ dondurulmuş İran aktivlərinin 12 milyard dollarına çıxış vədi verib

09:08
31 May

Fransada baş verən iğtişaşlar zamanı saxlanılanların sayı 416-ya çatıb, yaralılar var

08:10
31 May

PSJ ardıcıl 2-ci dəfə Çempionlar Liqasının qalibi olub  

23:30
30 May

Xankəndidə keçirilən çay və qəhvə festivalı atəşfəşanlıqla başa çatıb

22:41
30 May

Azərbaycan Türkiyənin internet ixracı üzrə əsas hədəf bazarları sırasında yer alıb

19:48
30 May

Britaniyalı nazir: Azərbaycan Britaniya üçün təhlükəsizlik və diplomatiya sahələrində vacib tərəfdaşdır  

18:28
30 May

Birinci Qax Kitab Sərgisi başlayıb

17:34
30 May

Avropa çempionatı: Minifutbol üzrə Azərbaycan millisindən növbəti qələbə  

17:16
30 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!