07 Noyabr 2024 09:05
140
İQTİSADİYYAT
A- A+
Bakı COP29-a hazırdır

Bakı COP29-a hazırdır


Dünyanın "yaşıl enerji"yə transformasiya nəbzi Azərbaycanda döyünəcək


BMT Təhlükəsizlik Şurasına, Qoşulmama Hərəkatı və Türk Dövlətləri Təşkilatı kimi beynəlxalq təsisatlara uğurlu sədrlik edən, Avropa Oyunlarının standartlarını müəyyənləşdirən, İslam Həmrəyliyi Oyunlarına, siyasi-iqtisadi beynəlxalq forumlara, konfranslara ən layiqli şəkildə evsahibliyi ilə nüfuzunu artıran Azərbaycan indi müstəqillik tarixinin ən böyük tədbirinə - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu qlobal konfransına (COP29) hazırlaşır.

Gələn həftə dünyanın nəzəri Azərbaycana yönələcək.

Əlbəttə ki, irimiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi ölkəmizin üzərinə böyük məsuliyyət qoyur. Ancaq bu sahədəki təcrübə yetərlidir ki, bu beynəlxalq konfransı da ən yüksək səviyyədə keçirə bilək. 

Ölkəmizin evsahibliyi edəcəyi bu beynəlxalq sammit öncəsi Bakıda və işğaldan azad edilmiş şəhərlərimizdə mühüm konfranslar, forumlar təşkil edilib. Bu toplantılar, görülən hazırlıq işləri onu deməyə əsas verir ki, gələn həftə Azərbaycanın COP29-a evsahibliyi etməsi fonunda dünyanın təmiz enerjiyə transformasiya nəbzi ölkəmizdə döyünəcək. Azərbaycanın isə tədbirə yüksəksəviyyəli təşkilatçılıq edəcəyi heç kimdə şübhə doğurmur. 

Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, ölkəmizdə, xüsusən Bakıda  COP29-a yüksək səviyyədə hazırlıq işləri görülüb. Bu istiqamətdə müxtəlif layihələr həyata keçirilib. 

Noyabrın 4-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Bakı Olimpiya Stadionunun ərazisində COP29-la bağlı yaradılan şəraitlə tanış olarkən bəlli olub ki, COP29-un keçiriləcəyi tarixlərdə tədbir məkanı yük və sərnişindaşıma, eləcə də tibbi və yanğınsöndürmə üçün elektrikli minimobilləri, sammit zamanı yüksəksəviyyəli qonaqların ərazidə hərəkətini təmin etmək üçün elektrikli qolf-mobillər və elektrikli avtobuslar, həmçinin tədbir günlərində şəhər ərazisində hərəkət edəcək digər elektrikli nəqliyyat vasitələri tam hazırlıqlı vəziyyətdədir. 

COP29-un rəsmi "mavi zona"sında açılış mərasimində milli bəyanatların səsləndiriləcəyi "Nizami" plenar iclas zalı, İqlim Fəaliyyəti üzrə Dünya Liderlərinin Sammiti üçün hazırlanan məkanlar, eləcə də rəsmi danışıqların aparılacağı sahələrdə təşkil edilən çoxfunksiyalı müxtəlif görüş otaqları yaradılıb. Burada Azərbaycanın mədəniyyəti və təbiətini təbliğ edən müxtəlif ekspozisiya və sərgilər var. 

Bakı küçələri də bu mötəbər sammitə hazırdır. COP29 tədbirlərinin davam edəcəyi günlərdə avtomobillərin maneəsiz və rahat gediş-gəlişinin təmin olunması məqsədilə yollarda xüsusi zolaqlar salınmışdır. COP29 Azərbaycan Əməliyyat Şirkətinin məlumatına əsasən, 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək konfransla bağlı paytaxtın bir sıra mərkəzi küçələrində xüsusi COP29 nəqliyyat zolaqları yaradılıb. COP29 loqosunu əks etdirməklə işarələnən bu zolaqlar sürətli və fasiləsiz hərəkətin təmin edilməsi məqsədilə tədbir iştirakçılarını daşıyan nəqliyyat vasitələri üçün ayrılıb. Konfrans zamanı həmin zolaqlardan yalnız ictimai nəqliyyat vasitələri və tədbirlə əlaqədar xüsusi icazələrə sahib olan nəqliyyat vasitələri istifadə edəcəklər. Konfransa qədər müvafiq yol nişanları quraşdırılmayan zolaqlardan bütün nəqliyyat vasitələri istifadə edə bilər. Bundan əlavə, konfrans zamanı şəhərin müxtəlif əsas hissələrində ümumilikdə 14 nəqliyyat qovşağının təşkil edilməsi planlaşdırılıb.

Göründüyü kimi, Azərbaycan bu beynəlxalq sammitə yüksək səviyyədə evsahibliyi etmək üçün bütün imkanlarını səfərbər edib. Buna beynəlxalq birlik də şahidlik edir və atılan bütün addımlar təqdir olunur. 

Bu sammit Azərbaycanın neft-qaz ölkəsi olmaqla yanaşı, "yaşıl iqtisadiyyat"ı nə dərəcədə prioritet sahə kimi gördüyünü dünyaya bir daha sübut edəcək. 


Rəşad BAXŞƏLİYEV,

İlham BABAYEV (foto),

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ Daxili Təhlükəsizlik Departamenti immiqrasiya siyasətində dəyişikliklərə hazırlaşır  

12:25
07 Noyabr

İndiyədək Konstitusiya Məhkəməsinin Plenumu 583 qərar və 168 qərardad qəbul edib

12:24
07 Noyabr

Sahibə Qafarova: Sülh gündəliyi Azərbaycanın səyləri ilə addım-addım irəliyə aparılır  

12:18
07 Noyabr

İlon Maskın sərvəti bir gündə 26,5 milyard dollar artıb  

12:17
07 Noyabr

Ferstappen Braziliya Qran Prisinin qalibi olub

12:13
07 Noyabr

Demokratlar Harrisin məğlubiyyətində Baydeni günahlandırırlar

12:12
07 Noyabr

MAQATE Trampla səmərəli əməkdaşlığı səbirsizliklə gözləyir  

12:11
07 Noyabr

Prezident İlham Əliyev Böyükşor-Pirşağı yeni avtomobil yolunun açılışında iştirak edib YENİLƏNİB  

12:04
07 Noyabr

Hamı qorxub susanda, yalnız İlham Əliyev danışırdı

12:00
07 Noyabr

Pakistanda Bakıda keçiriləcək COP29-a hazırlıq iclası olub  

11:49
07 Noyabr

Zəfər Günü Şuşada silsilə tədbirlərlə qeyd ediləcək

11:48
07 Noyabr

Harris məğlubiyyətini etiraf etmək niyyətindədir

11:44
07 Noyabr

Zəfər Günü münasibətilə “Xarıbülbül zirvəsi”nə yürüş edilib  

11:28
07 Noyabr

Qlobal Sammitin iştirakçıları Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olublar  

11:27
07 Noyabr

Bayram günlərində bank və valyuta mübadilə xidmətləri fəaliyyət göstərəcək  

11:26
07 Noyabr

Milli Məclisin plenar iclası keçirilir

11:24
07 Noyabr

DSMF: Sığortaolunanların sayı 3,09 faiz artıb  

11:23
07 Noyabr

Azərbaycan neftinin qiyməti azalıb  

11:21
07 Noyabr

Ankarada Qarabağ müharibələrinin qəhrəmanları haqqında filmin premyerası olub  

11:20
07 Noyabr

Dövlət Əmək Müfəttişliyi Xidməti beynəlxalq mükafata layiq görülüb  

11:11
07 Noyabr

DİN: Ötən gün 33 cinayətin üstünün açılması təmin olunub

11:08
07 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!