08 May 2026 09:10
108
Mədəniyyət
A- A+
Halal ömür

Halal ömür


Fərəməz Kərim oğlu Paşayev 1910-cu ildə Zəngəzur qəzasının (hazırda Zəngilan rayonunun) Məlikli kəndində anadan olmuşdu. 1927-ci ildə Zəngilan kənd  məktəbini bitirmiş və Gəncə Orta Pedaqoji Məktəbinə daxil olmuşdu. 1931-ci ildə müəllim kimi fəaliyyətə başlamışdı. 

Zəngilan kənd natamam orta məktəbində kimya-biologiya müəllimi işləyən F.Paşayev qısa zamanda pedaqoji qabiliyyəti və tələbkarlığı ilə seçilərək əvvəl məktəbin direktor müavini, sonra direktoru təyin edilmişdi. Müəllimliyə olan sevgisi onu pedaqoji təhsilini davam etdirməyə sövq etmişdi. 1934-1936-cı illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alan Fərəməz müəllim şagirdlərinə həm elm öyrədirdi, həm də onlara həyat dərsi keçirdi. 

Dünya isə çalxalanırdı. Keçmiş SSRİ-nin rəhbərləri bu çalxantıların ötəri olduğunu düşünürdülər. Belə bir vaxtda - 1939-cu ildə Fərəməz müəllim hərbi xidmətə çağırılır. Rostov vilayətinin Morozov şəhərində xidmətə başlayır. Zəngilan üçün, Məlikli üçün, məliklilər üçün darıxsa da, hərbi xidmətdə fərqlənirdi. Komandirlərinin əmr və göstərişlərini məsuliyyətlə yerinə yetirirdi. Bu zaman müharibə başladı.

Fərəməz Paşayevin ilk döyüşü 1941-ci ilin iyul ayında oldu - Ukraynanın Pakrovka kəndində. Bu kənddən başlayan döyüş yolu Dnepr uğrunda döyüşlərə qədər uzandı. Moskva ətrafında, "Ağ kilsə" adıyla tanınan yerdə  gedən döyüşlərdə F.Paşayev ayağından yaralandı. Müalicə olunduqdan sonra yenidən cəbhəyə qayıtdı. Yenə yaralandı. Yenə müalicə, sonra yenə döyüşlər…

Fərəməz Paşayev cəsur döyüşçü idi. Döyüşlərdə göstəriş olmadan şəraitə uyğun taktiki manevrlər etmə bacarığı komandirinin diqqətindən yayınmayıbmış. 1942-ci ilin mart ayında ona kiçik leytenant hərbi rütbəsi verildi. 1943-cü ilin dekabrında isə baş leytenant rütbəsi verilməklə bölük komandiri təyin olundu.

Bölüyə Ukraynanın böyük kəndlərindən birini faşistlərdən azad etmək tapşırılmışdı. Kəndə düşmənin qüvvələrini müəyyənləşdirmək üçün ilk sınaq hücumu təşkil olundu. Bir qədər atışıb geri çəkiləcəkdilər, düşmən arxayınlaşan kimi isə qəfil hücum edəcəkdilər. Bölüyə təxmini döyüş planı verilmişdi. Bu planı baş leytenant Fərəməz Paşayev dəqiqləşdirmişdi. Hücum bu dəqiqləşdirmə əsasında aparılacaqdı. İlk hücumda Fərəməz də iştirak  etdi. Döyüşçülər onun bir qədər arxadan atışmasını istəsələr də, o, razılaşmadı... Savaş gedikcə qızışırdı. O səbəbdən döyüşdən nəzərdə tutulduğu vaxtda geri çəkilə bilmədilər. Fərəməz ayağından və sinəsindən yaralandı. Onu döyüş ərazisindən çıxarıb təxliyə etdilər. 

Hərbi hospitalda müalicə olundu. Amma Belarusda sağ ayağını itirdiyi üçün döyüşlərə qayıda bilmədi. Onu müharibə əlili kimi tərxis etdilər, "Birinci və ikinci dərəcəli Vətən müharibəsi" ordenləri, "İgidliyə görə" və "Almaniya üzərində qələbəyə görə" medalları ilə təltif olundu.

Müharibə isə davam edirdi. Fərəməz döyüşçü idi. Müharibə başa çatmamış Zəngilana qayıtmaqdan xəcalət çəkirdi. "Nəfəsi gedib-gələn zabit döyüşlərdən kənar qalmamalıdır. Yaralanmış olsa da, barmağı tətik sıxa bilirsə, döyüşməlidir. Müharibə bitməmiş şəhid analarının, balalarının üzünə necə baxmaq olar?", - Fərəməz belə deyirdi, belə düşünürdü. 

1944-cü ilin may ayı idi. Zəngilan Rayon Partiya Komitəsinin siyasi maarif kabinetinin müdiri təyin edilən Fərəməz Paşayev hərbçi məsuliyyəti ilə işləyirdi. Ona elə gəlirdi ki, müharibə dövründə bütün sahələrdə qələbə naminə belə işləmək lazımdır.

1945-ci ildə onu  Azərbaycan KP MK yanında Respublika Təbliğatçılar Məktəbinə göndərdilər. Həmin il oktyabrın 1-dən 1946-cı ilin sentyabrın 1-dək oxudu, öyrəndi. Təhsilini başa vurub Zəngilana qayıtdı, 1948-ci ilə kimi köhnə vəzifəsində işini davam etdirdi. 1948-ci ildə pedaqoji fəaliyyətə göndərildi, Zəngilan kənd orta məktəbinin direktoru təyin olundu. Pedaqoji fəaliyyətində qazandığı uğurlara görə Əməkdar müəllim fəxri adına layiq görüldü. 1987-ci iləcən həmin məktəbdən ayrılmadı.  

Bir dəfə söhbət zamanı dostlarından biri ondan soruşub ki, müxtəlif vəzifələrdə işləyibsən, yenidən əvvəlki illərə qayıda bilsəydin hansı vəzifənin cəfakeşi olardın? Fərəməz müəllim suala belə cavab verib:

- Gəncədən qayıdıb işlədiyim müəllimliyin. Onda həm cavan idim, həm də düşüncələrimdə bircə peşə vardı - müəllimlik.

1988-1989-cu illərdə azərbaycanlıların Ermənistandan deportasiyası, Emənistanın  ərazi  iddiası Fərəməz müəllimin də ürəyini sıxırdı, heysiyyətini titrədirdi, ermənilərin getdikcə genişlənən açıq düşmənçiliyinin sıxıntılarına dözə bilmirdi. Camaatla söhbətləşəndə bu narahatlığını bildirirdi. Söhbətin sonunda isə "Barmağınız tətikdə titrəməsin, ürəyinizə təpər, gözlərinizə nur versin Tanrımız. Vətəni sevə-sevə qoruyun, qoruya-qoruya sevin", - deyirdi.

Oğlu Tariyelin övladları olan Elçin və Elxan qardaşları Birinci, nəticəsi Fərəməz Paşayev isə İkinci Qarabağ müharibələrində göstərdikləri şücaətləri ilə babalarının  nəsihətinə və qəhrəmanlıq yoluna sadiq olduqlarını təsdiqlədilər.

1989-cu il sentyabrın 27-də haqq dünyasına qovuşan vətənpərvər ziyalımız hələ uzun illər yaddaşlardan silinməyəcək. Çünki Fərəməz müəllim halal ömür yaşamışdı.

 

Bayram MƏMMƏDOV,

Əməkdar müəllim

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Elçinin "Şekspir" pyesi əsasında hazırlanan tamaşa nümayiş olunub

09:55
08 May

Səhnə onun həyatı, obrazlar isə taleyidir

09:50
08 May

Xalı-xalçalı İçərişəhər

09:45
08 May

Həsrət və mübarizlikdən yoğrulmuş şair ömrü

09:40
08 May

İgidliyi ilə nümunə oldu

09:35
08 May

Vətən sevgisi - insan ləyaqətinin göstəricisidir

09:30
08 May

Bakıda aqrar və qida sənayesinin ən böyük sərgiləri yekunlaşır

09:25
08 May

Azərbaycan-İİB: etibarlı və davamlı maliyyə tərəfdaşlığı

09:20
08 May

Xarici ekspertlər Avropanın enerji təchizatında Azərbaycanın artan rolunu etiraf və təqdir edirlər

09:15
08 May

Halal ömür

09:10
08 May

Azərbaycanla əlaqələrin inkişafı Avropa üçün strateji zərurətdir

09:05
08 May

Fransanın "dəstəy"i Ermənistana uğur vəd edə bilməz 

09:00
08 May

Fransa yanlış siyasətindən əl çəkmir 

08:55
08 May

Hayların halına ağlayan gərək

08:50
08 May

Fransanın ermənipərəst ritorikası sülh prosesi ilə ziddiyyət təşkil edir

08:45
08 May

Roberta Metsolanın açıqlaması Avropa Parlamentinin qərəzli simasını nümayiş etdirir

08:40
08 May

Bakıda klassik musiqi konserti keçirilib

08:35
08 May

Ulu Öndər Heydər Əliyevin şəhərsalma strategiyası və Bakının WUF13-ə uzanan inkişaf yolu

08:30
08 May

Müstəqil Azərbaycan böyük Heydər Əliyev ideyalarının təntənəsidir

08:25
08 May

Heydər Əliyevin irsi milli sərvətimizdir

08:20
08 May

Ulu Öndərin ideyaları işığında şəhər ekosistemlərinin dayanıqlı inkişafı və "yaşıl transformasiya" paradiqması

08:15
08 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!