06 May 2026 08:35
1047
SİYASƏT
A- A+
Bakı sülh missiyasını uğurla davam etdirir

Bakı sülh missiyasını uğurla davam etdirir


Bölgədə normallaşma prosesinə mane olmaq istəyən qüvvələrin planları bundan sonra da fiaskoya uğrayacaq


Bu gün Cənubi Qafqaz onilliklər boyu davam edən qanlı münaqişə ocağından sabitlik və iqtisadi tərəfdaşlıq mərkəzinə çevrilib. Bu tarixi dəyişimin memarı olan Azərbaycan həm döyüş meydanında, həm də diplomatiya masasında nümayiş etdirdiyi qətiyyətlə regionda de-fakto sülh mühitini formalaşdırıb. Mayın 4-də Ermənistanda keçirilmiş "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısına videobağlantı formatında qoşulan Prezident İlham Əliyevin mesajları Bakının sülh gündəliyinə sadiqliyini və yeni əməkdaşlıq modelini dünyaya bir daha bəyan etdi: "Ötən ilin avqustunda Vaşinqtonda, Ağ Evdə Ermənistan və Azərbaycan liderləri Birgə Bəyannamə imzaladılar. Prezident Tramp, artıq qeyd edildiyi kimi, həmçinin şahid kimi imza atdı. Ermənistanın və Azərbaycanın xarici işlər nazirləri sülh sazişinin mətnini parafladılar. Bizim üçün və əminəm ki, ermənistanlı həmkarlarımız üçün sülh qurulub".


Barışın real nəticələri


Azərbaycanın sülhə gedən yolu heç də asan olmayıb. Otuz ilə yaxın müddətdə Bakı münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində, danışıqlar yolu ilə həlli üçün sonsuz səbir və səy nümayiş etdirdi. Lakin qarşı tərəfin qeyri-konstruktiv yanaşması regionu uzun müddət müharibə zonası kimi saxladı.

Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi və Azərbaycan Ordusunun hərbi gücü sayəsində BMT Təhlükəsizlik Şurasının 30 il kağız üzərində qalan qətnamələri icra edildi, separatçılığa son qoyuldu və ölkəmizin suverenliyi tam təmin olundu. Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı qələbə bütün regionun rahat nəfəs almasına şərait yaradan "sülh qalası"nın təməli oldu. 

Azərbaycan və Ermənistan arasında münasibətlər artıq kağız üzərindəki bəyanatlardan real əməli addımlara keçib. 2025-ci ilin avqustunda Vaşinqtonda imzalanan Birgə Bəyannamə və sülh sazişi mətninin paraflanması bu prosesin hüquqi əsası olub.

Prezident İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında çıxışı zamanı sülhün insanların gündəlik həyatındakı real faydalarını konkret faktlarla diqqətə çatdırdı: "Sülhün əldə olunması faktı əsasında Azərbaycan 1990-cı illərin əvvəlindən Ermənistana tətbiq edilən bütün tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırdı. İndiyə qədər Ermənistana Azərbaycan ərazisi vasitəsilə 28 min ton yük çatdırılıb. Azərbaycan hətta əlavə addımlar atdı. Biz ilk dəfə olaraq öz neft məhsullarımızı - benzin və dizeli Ermənistana təchiz etməyə başladıq. Beləliklə, ticarət münasibətləri başladı. Bu vaxta qədər 12 min ton neft məhsullarımız Ermənistana ixrac edilib".

Bu, düşmənçilik səhifəsinin bağlandığının və ticarət münasibətlərinin bərpasının ən bariz göstəricisidir. Bu mühüm məqamı diqqətə çatdıran Azərbaycan Prezidenti dedi: "Sülh sahəsində digər nailiyyət bağlantılardır. "Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu" Azərbaycanı öz eksklavı Naxçıvanla birləşdirəcək və bununla yanaşı, o, Orta dəhlizin bir hissəsinə çevriləcək. Həm Ermənistan, həm Azərbaycan sülhün əyani nəticələrini artıq görürlər".

Bu layihələr Cənubi Qafqazı qlobal logistik mərkəzə çevirməklə yanaşı, iqtisadi inteqrasiyanı sülhün qarantına çevirir.


Qərəzli qətnamələr nəyə xidmət edir? 


Azərbaycanın həmin sülhsevər və qurucu fəaliyyəti fonunda bəzi beynəlxalq təsisatların qərəzli yanaşması ciddi narahatlıq doğurur. Xüsusilə Avropa Parlamenti (AP) və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayiş etdirdiyi mövqe sülh prosesinə dəstək deyil, ona maneə kimi qiymətləndirilir.

Avropa Parlamentinin cari il aprelin 30-da ölkəmizlə bağlı qəbul etdiyi növbəti qərəzli qətnamə bu qurumun reallıqdan nə qədər uzaq düşdüyünün növbəti sübutudur. Həmin tarixdə qəbul edilmiş qətnamədə növbəti dəfə ölkəmizə qarşı əsassız və qərəzli müddəalar, həqiqətdən uzaq iddialar yer alıb. 

Prezident İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısındakı çıxışında yuxarıda adıçəkilən qurumların ikili standartlarını sərt tənqid edərək vurğuladı: "İkinci Qarabağ müharibəsi bitdikdən cəmi altı ay sonra - 2021-ci ilin mayından 2026-cı il aprelin 30-na qədər Avropa Parlamenti Azərbaycanla bağlı təhqir və yalanlarla dolu 14 qətnamə qəbul edib. Sadəcə, təsəvvür edin: beş il ərzində 14 qətnamə aludəçilikdir". 

Dövlətimizin başçısı diqqətə çatdırdı ki, bu qərəzli qətnamələrin ən sonuncusu bilərəkdən Zirvə görüşü ərəfəsində qəbul edilib: "Avropa Parlamenti ksenofobiya, islamofobiya, antisemitizm, miqrasiya, rəqabətçilik, evsiz insanların məsələsi kimi fundamental problemləri həll etmək əvəzinə böhtan və yalan yayaraq Azərbaycanı hədəfə alır. Səbəb isə odur ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib, separatçılığa son qoyub və müharibə cinayətkarlarını ədalət mühakiməsinə cəlb edib".

Bu nümunələrin özü də göstərir ki, Cənubi Qafqazın daim münaqişə ocağı olaraq qalmasında maraqlı olan AP kimi ikilistandartlı qurumlar hələ də Azərbaycanın Vətən müharibəsi və antiterror tədbirləri zamanı əldə etdiyi qələbələri həzm edə bilmirlər.  

Onların qərəzli qətnamələri və manipulyasiyaları bölgədə sülhün bərqərar olunmasına maneçilik törədən xarici qüvvələrin əlində alətə çevrilir. Buna cavab olaraq Azərbaycanın Avropa Parlamenti ilə bütün əlaqələri dayandırması rəsmi Bakının milli maraqlarını və suverenliyini hər şeydən üstün tutduğunun göstəricisidir.

Eyni zamanda postmünaqişə dövründə bölgədə normallaşmaya nail olmaq üçün ölkəmizin atdığı real addımlar Azərbaycanın sülh gündəliyinə sadiqliyini bariz şəkildə ortaya qoyur. 

Azərbaycanın irəli sürdüyü sülh gündəliyi bu gün dünyada mövcud olan digər münaqişələr üçün unikal model rolunu oynaya bilər. Bu model göstərir ki, sülhə yalnız siyasi iradə, qarşılıqlı iqtisadi maraqlar və humanitar dəyərlərin harmoniyası ilə çatmaq olar.

Prezident İlham Əliyevin 2028-ci ildə "Avropa Siyasi Birliyi"nin Zirvə görüşünün Azərbaycanda keçirilməsi təklifi və onun Ermənistan tərəfindən də dəstəklənməsi Cənubi Qafqazın gələcəyinin sülhdə olduğunun ən aydın mesajıdır. 

Göründüyü kimi, maneə olmaq istəyən bütün qüvvələrə baxmayaraq, Azərbaycan öz sülh missiyasını uğurla davam etdirir.


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Pakistanın Pəncab əyalətinin Baş naziri Azərbaycana səfərə gəlib

19:29
16 May

"Qarabağ" Avropa, "Turan Tovuz" Konfrans Liqasında  

19:19
16 May

“UN-Habitat”: WUF13 qlobal mənzil böhranının aradan qaldırılması üçün tərəfdaşlıqların formalaşdırılmasına imkan verəcək

18:43
16 May

AZAL: Hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşlar təxirə salınıb

18:08
16 May

Ərdoğan: Qazaxıstan neftinin BTC ilə nəqlinə dair əldə olunmuş razılaşma çox mühümdür  

16:48
16 May

Azərbaycan gimnastları “AGF Trophy” beynəlxalq turnirində növbəti medallarını qazanıblar

16:23
16 May

Xocalı və Ağdərəyə qayıdan 43 ailəyə mənzillərin açarları təqdim olunub - YENİLƏNİB

16:17
16 May

Azərbaycan “Vindzor Kral Atçılıq Şousu - 2026”da təmsil olunur

15:54
16 May

WUF13-də yüksəksəviyyəli nümayəndələrin tədbirdə iştirakı və səfərləri ilə bağlı brifinq təşkil olunub  

15:35
16 May

Azərbaycan velosipedçiləri Astanada keçirilən “Silk Way Series” beynəlxalq yarışında iştirak edir

15:19
16 May

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin forumu çərçivəsində panel müzakirələri keçirilib

14:39
16 May

Çinli ekspert: WUF13-ə ev sahibliyi Azərbaycanın beynəlxalq öhdəliyini və məsuliyyətini nümayiş etdirir

14:23
16 May

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb  

14:19
16 May

Türküstan görüşü gələcək inkişaf trayektoriyasını müəyyənləşdirən platforma kimi yadda qaldı

14:12
16 May

Azərbaycan TDT-nın güclənməsinə və funksionallığının artmasına davamlı töhfələr verir

13:59
16 May

Şükürbəyli kəndində daha 18 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB 2

13:59
16 May

Xalq yazıçısı Elçinin xatirəsinə həsr olunmuş "Baş" tamaşası nümayiş olunub  

13:48
16 May

Baş nazirin müavini Samir Şərifov Səudiyyə Ərəbistanının nümayəndə heyəti ilə görüşüb

13:09
16 May

Prezident İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib

12:57
16 May

Türk dünyasının əhəmiyyəti regional çərçivələri aşır

12:38
16 May

“EFES-2026” təlimində dənizdən sahilə hücum tapşırığı uğurla icra edilib

11:17
16 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!