29 May 2026 15:56
135
SİYASƏT
A- A+
Bakı Təşəbbüs Qrupu Hindistandakı kasta ayrı-seçkiliyini beynəlxalq gündəmə gətirir

Bakı Təşəbbüs Qrupu Hindistandakı kasta ayrı-seçkiliyini beynəlxalq gündəmə gətirir

Hindistan cəmiyyətində sosial bərabərsizliklərin ən ağır təzahürlərindən biri kasta sisteminin yaratdığı dərin və davamlı ayrı-seçkilikdir. Bu sistemin ən çox zərər çəkən qruplarından biri isə tarixən “toxunulmazlar” kimi tanınan dalit icmasıdır. Dalitlər əsrlər boyu Hindistanın ictimai həyatında təcrid olunub, bərabərsizlik və zorakılığa məruz qalıb, onların su mənbələrindən istifadə etməsi, dini məbədlərə daxil olması və yuxarı kastalara mənsub şəxslərlə eyni sosial məkanı paylaşması məhdudlaşdırılıb. “Dalit” sözü “əzilmiş”, “məzlum” mənasını verir və bu ad həmin icmanın Hindistan cəmiyyətində üzləşdiyi tarixi ədalətsizliyi ifadə edir.

AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupu məlumat yayıb.

Bildirilib ki, dalit icması vahid dini inanca malik deyil. Onların arasında hinduizm, buddizm, xristianlıq, sikhizm və İslam dininə mənsub şəxslər mövcuddur. Bununla yanaşı, dalit ictimai-siyasi düşüncəsində B.R.Ambedkarın irsi xüsusi yer tutur. O, kasta sisteminə qarşı çıxıb, bərabərlik, insan ləyaqəti və sosial ədalət ideyalarını dalit hərəkatının əsas dayaqlarından birinə çevrilib.

Rəsmi olaraq demokratik və dünyəvi dövlət kimi çıxış edən Hindistanda kasta əsaslı ayrı-seçkiliyin hələ də geniş yayılması ciddi insan hüquqları problemi kimi qiymətləndirilir. Hindistan qanunvericiliyində kasta əsaslı ayrı-seçkilik qadağan edilsə də, dalitlərin gündəlik həyatda təcrid, iqtisadi çətinliklər və zorakılıqla üzləşməsi göstərir ki, mövcud hüquqi mexanizmlər onların hüquqlarının qorunmasını tam təmin etmir. Bu baxımdan problemin kökü yalnız tarixi kasta ənənələrində deyil, həm də Hindistan hökumətinin bu sistemi faktiki olaraq aradan qaldırmaq üçün yetərli və effektiv addımlar atmamasındadır.

"Dalitlərin əsas tələbləri kasta əsaslı diskriminasiyanın aradan qaldırılması, zorakılıq və cəzasızlığa son qoyulması, təhsil və məşğulluqda bərabər imkanların yaradılması, torpaq və iqtisadi resurslara çıxışın genişləndirilməsi, siyasi təmsilçiliyin artırılması və insan ləyaqətinə əsaslanan bərabər və təhlükəsiz həyat şəraitinin təmin edilməsidir.

Dalitlər Hindistan əhalisinin təxminən 16–17 faizini, yəni 200 milyona yaxın insanı təşkil edir. Buna baxmayaraq, onlar ölkədə sosial və iqtisadi baxımdan ən çox sıxışdırılmış qruplardan biri olaraq qalırlar. Dalit icması təhsil, məşğulluq, sosial xidmətlərə əlçatanlıq, ictimai təhlükəsizlik, iqtisadi imkanlar və siyasi təmsilçilik sahələrində ciddi maneələrlə üzləşməkdə davam edir.

Rəsmi statistikaya görə, təkcə 2016-cı ildə aşağı kastalara qarşı 40 mindən çox cinayət qeydə alınıb. 2018-ci ildə dalitlərin iştirakı ilə keçirilən kütləvi aksiyalar zamanı 8 nəfərin həyatını itirməsi isə problemin yalnız sosial ayrı-seçkiliklə məhdudlaşmadığını, eyni zamanda, zorakılıq və təhlükəsizlik böhranı xarakteri daşıdığını göstərir. Bu faktlar Hindistanda kasta əsaslı diskriminasiyanın fərdi hallar deyil, sistemli və genişmiqyaslı problem olduğunu nümayiş etdirir",- deyə məlumat qeyd olunub.

BTQ-dən verilən məlumata görə, dalitlərlə bağlı məsələ beynəlxalq səviyyədə də müzakirə olunub. BMT-nin İrqi Ayrı-seçkiliyin Ləğvi üzrə Komitəsi “mənşəyə əsaslanan ayrı-seçkilik” anlayışı çərçivəsində kasta və irsi statusa əsaslanan ayrı-seçkiliyi də insan hüquqları problemi kimi qiymətləndirib. Bundan əlavə, dalit hüquqları müdafiəçiləri 2001-ci ildə Cənubi Afrikanın Durban şəhərində keçirilmiş irqçilik və ayrı-seçkiliyə qarşı Ümumdünya Konfransı zamanı kasta əsaslı diskriminasiyanın beynəlxalq gündəmə çıxarılması üçün fəal kampaniya aparıblar. Avropa Parlamenti də kasta əsaslı ayrı-seçkiliyə dair ayrıca qətnamə qəbul edərək bu problemin beynəlxalq insan hüquqları siyasətində nəzərə alınmasının vacibliyini vurğulayıb.

Xaricdə dalit hüquqlarının müdafiəsi ilə məşğul olan əsas təşkilatlar sırasında International "Dalit Solidarity Network", "Equality Labs", "International Commission for Dalit Rights", "Ambedkar International Center" və "Dalit Solidarity Network UK" kimi qurumlar qeyd olunur. Bu təşkilatlar kasta əsaslı ayrı-seçkiliyin beynəlxalq səviyyədə tanıdılması, dalitlərin hüquqlarının müdafiəsi və diaspor icmalarında maarifləndirmə işinin aparılması istiqamətində fəaliyyət göstərirlər.

Bakı Təşəbbüs Qrupu dalit icması ilə sıx əməkdaşlıq edir və kasta əsaslı ayrı-seçkiliyin beynəlxalq gündəmdə daha geniş işıqlandırılmasına xüsusi önəm verir. Yaxın vaxtlarda dalit icmasının nümayəndələrinin Azərbaycana səfəri nəzərdə tutulur. Bu əməkdaşlıq Hindistanda sistemli diskriminasiyadan əziyyət çəkən icmaların problemlərinin beynəlxalq ictimaiyyətə çatdırılması və dalit icmasının səsinin qlobal platformalarda daha aydın eşidilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp İranla bağlı son qərar vermək üçün Ağ Evdə komandası ilə görüşür

19:04
29 May

Çexiyada Azərbaycanın Müstəqillik Günü münasibətilə qəbul təşkil edilib YENİLƏNİB

18:52
29 May

Xocalıda istehsal olunan tekstil məhsulları daxili bazarın tələbatını ödəməklə yanaşı, ixrac da ediləcək

17:36
29 May

Havanın temperaturu 3-6 dərəcə enəcək- XƏBƏRDARLIQ

17:31
29 May

Türkiyədə Şengen viza sistemindən narazılıq artır

16:53
29 May

San-Marino Respublikasının Regent Kapitanları Aliçe Mina və Vladimiro Selvadan

16:41
29 May

Xankəndidə 4 növdə iş əlcəkləri istehsal ediləcək

16:21
29 May

Meksikada Müstəqillik Günü münasibətilə təntənəli konsert təşkil olunub

16:07
29 May

Bakı Təşəbbüs Qrupu Hindistandakı kasta ayrı-seçkiliyini beynəlxalq gündəmə gətirir

15:56
29 May

İstanbulun fəthindən 573 il ötür

14:59
29 May

Varşavada Visla çayının üzərindəki körpü Azərbaycan bayrağının rənglərinə bürünüb

14:46
29 May

Rumıniyada dron insidenti Avropanın təhlükəsizlik sistemində yeni çağırışları üzə çıxarıb

14:37
29 May

Sabah paytaxtda və bölgələrdə qeyri-sabit hava şəraiti gözlənilir

14:27
29 May

İordaniya mətbuatı Azərbaycanın Müstəqillik Gününü geniş işıqlandırıb

13:19
29 May

Malayziyada Azərbaycanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edilib

13:17
29 May

ABŞ-İran danışıqları neft bazarına təsir etdi: qiymətlər kəskin düşdü

13:10
29 May

Romada Azərbaycanın Müstəqillik Günü: İtaliya rəsmiləri strateji tərəfdaşlığı yüksək qiymətləndiriblər

12:58
29 May

Pakistan İslam Respublikasının Pəncab əyalətinin Baş naziri Məryəm Nəvaz Şərifdən

12:58
29 May

Azərbaycana İrandan külli miqdarda narkotik vasitə gətirən yük maşınının sürücüsü saxlanıldı

12:32
29 May

Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzudan

12:31
29 May

Dövlət Məşğulluq Agentliyi əlilliyi olan 1500 nəfəri işlə təmin edib

12:08
29 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!