29 May 2026 12:58
143
SİYASƏT
A- A+
Romada Azərbaycanın Müstəqillik Günü: İtaliya rəsmiləri strateji tərəfdaşlığı yüksək qiymətləndiriblər

Romada Azərbaycanın Müstəqillik Günü: İtaliya rəsmiləri strateji tərəfdaşlığı yüksək qiymətləndiriblər

Azərbaycanın İtaliyadakı səfirliyinin, səfirliyin tabeliyində fəaliyyət göstərən Mədəniyyət Mərkəzinin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birgə təşkilatçılığı ilə Romanın məşhur “Milli Etrusk Muzeyi”ndə 28 May - Müstəqillik Günü münasibətilə tədbir təşkil olunub. Rəsmi qəbulda İtaliya rəsmiləri, parlament üzvləri, diplomatik korpusun, biznes dairələrinnin və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Bu barədə AZƏRTAC-a Azərbaycanın İtaliyadakı səfirliyindən məlumat verilib. Bildirilib ki, Müstəqillik Gününün qeyd edilməsi ilə yanaşı, tədbir çərçivəsində həm də “SOCAR-İtaliya” şirkətinin rəsmi təqdimat mərasimi keçirilib.

Tədbirin əvvəlində Azərbaycanın və İtaliyanın Dövlət himnləri səsləndirilib.

Ölkəmizin İtaliyadakı səfiri Rəşad Aslanov çıxışında Azərbaycanın Müstəqillik Gününün tarixi önəmindən danışıb, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dəfə Azərbaycanda demokratik və dünyəvi dövlətin - Xalq Cümhuriyyətinin yarandığını, dünyanın bir çox ölkələrindən daha öncə məhz Azərbaycanda qadınlara səsvermə hüququnun verildiyiyini diqqətə çatdırıb. O, Cümhuriyyətin yarandığı ilk günlərdən xalq hakimiyyəti prinsiplərini rəhbər tutaraq irqi, etnik, dini və sinfi bərabərsizlikləri aradan qaldırdığını, ölkənin bütün vətəndaşlarına eyni hüquqları təmin etdiyini bildirib.

Diplomat vurğulayıb ki, ötən əsrin sonlarında ölkəmiz mürəkkəb siyasi vəziyyətlə qarşılaşsa da, Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətləri və Ulu Öndərin layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin beynəlxalq nüfuzu daha da yüksəlib, Azərbaycan regionun lider dövlətinə çevrilib, COP29 və WUF13 kimi mötəbər beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edib. O, Ali Baş Komandanın rəhbərliyi ilə 30 ildən çox davam edən münaqişənin sona çatdığını, 2023-cü ildə dövlət suverenliyinin tam bərpa edildiyini və hazırda azad olmuş ərazilərdə geniş bərpa və yenidənqurma işləri aparıldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Eyni zamanda, İtaliya ilə çoxşahəli əməkdaşlığın artan templə davam etdiyini söyləyən səfir yüksəksəviyyəli səfərlərlə bu əməkdaşlığın daha da artdığını, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın mühüm rolunu və “SOCAR İtaliya” şirkətinin İtaliyada fəaliyyətə başlamasının bunun daha bir göstəricisi olduğunu vurğulayıb.

Müstəqillik Günü ilə bağlı İtaliya hökumətinin təbriklərini çatdıran bu ölkənin xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli və İtaliya Senatının vitse-prezidenti senator Liçiya Rontsulli Azərbaycanın İtaliya üçün mühüm tərəfdaş ölkə olduğunu söyləyiblər.

Nazir müavini İtaliya-Azərbaycan münasibətlərinə toxunaraq dinamik inkişaf edən və strateji tərəfdaşlıq səviyyəsinə yüksələn ikitərəfli əlaqələrdən, hər iki ölkə rəhbərlərinin qarşılıqlı səfərlərinin, o cümlədən İtaliya-Azərbaycan Universitetinin açılış mərasimində iştirak etmək məqsədilə İtaliyanın Prezidenti Serco Mattarellanının 2025-ci ilin oktyabr ayında, Nazirlər Şurasının sədri Corca Meloninin cari ilin may ayının əvvəlində Azərbaycana səfərlərinin əhəmiyyətindən, bu səfərlərin ölkələrimiz arasındakı əlaqələrin inkişafına verdiyi mühüm töhfələrdən, müxtəlif sahələri əhatə edən tərəfdaşlığın inkişaf perspektivlərindən bəhs edib.

Senatın vitse-prezidenti senator Liçiya Rontsulli İtaliya ilə Azərbaycan arasında mövcud olan möhkəm siyasi, iqtisadi, humanitar, habelə parlamentlərarası əlaqələrdən söz açıb, bu münasibətlərin inkişaf etməsində Azərbaycan səfirliyinin səmərəli və aktiv fəaliyyətini yüksək qiymətləndirib. O, İtaliya ilə Azərbaycan arasında əlaqələrin bundan sonra daha da genişləyəcəyinə və möhkəmlənəcəyinə ümidvar olduğunu söyləyib.

SOCAR prezidenti Rövşən Nəcəf çıxışında Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyevin rəhbərliyi ilə davam edən Azərbaycanın inkişaf yolundan, əldə etdiyi tarixi nailiyyətlərdən bəhs edib. Azərbaycan ilə İtaliya arasında münasibətlərin ötən illər ərzində qarşılıqlı etimad, sıx əməkdaşlıq əsasında inkişaf etdiyini bildirən R. Nəcəf “SOCAR İtaliya” şirkətinin rəsmi fəaliyyətə başlamasının, həmçinin SOCAR tərəfindən “Italiana Petroli” şirkətinin səhmlərinin alınmasının ölkələrimiz arasındakı uğurlu əməkdaşlığın göstəricisi olduğunu bildirib.

Tədbirdə tanınmış tarzən, Əməkdar artist Şəhriyar İmanov və pianoçu, caz ustası, bəstəkar Etibar Əsədli konsert proqramı ilə çıxış edib, Azərbaycanın zəngin musiqisini və caz-muğam üslubunda improvizasiyaları təqdim ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp İranla bağlı son qərar vermək üçün Ağ Evdə komandası ilə görüşür

19:04
29 May

Çexiyada Azərbaycanın Müstəqillik Günü münasibətilə qəbul təşkil edilib YENİLƏNİB

18:52
29 May

Xocalıda istehsal olunan tekstil məhsulları daxili bazarın tələbatını ödəməklə yanaşı, ixrac da ediləcək

17:36
29 May

Havanın temperaturu 3-6 dərəcə enəcək- XƏBƏRDARLIQ

17:31
29 May

Türkiyədə Şengen viza sistemindən narazılıq artır

16:53
29 May

San-Marino Respublikasının Regent Kapitanları Aliçe Mina və Vladimiro Selvadan

16:41
29 May

Xankəndidə 4 növdə iş əlcəkləri istehsal ediləcək

16:21
29 May

Meksikada Müstəqillik Günü münasibətilə təntənəli konsert təşkil olunub

16:07
29 May

Bakı Təşəbbüs Qrupu Hindistandakı kasta ayrı-seçkiliyini beynəlxalq gündəmə gətirir

15:56
29 May

İstanbulun fəthindən 573 il ötür

14:59
29 May

Varşavada Visla çayının üzərindəki körpü Azərbaycan bayrağının rənglərinə bürünüb

14:46
29 May

Rumıniyada dron insidenti Avropanın təhlükəsizlik sistemində yeni çağırışları üzə çıxarıb

14:37
29 May

Sabah paytaxtda və bölgələrdə qeyri-sabit hava şəraiti gözlənilir

14:27
29 May

İordaniya mətbuatı Azərbaycanın Müstəqillik Gününü geniş işıqlandırıb

13:19
29 May

Malayziyada Azərbaycanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edilib

13:17
29 May

ABŞ-İran danışıqları neft bazarına təsir etdi: qiymətlər kəskin düşdü

13:10
29 May

Romada Azərbaycanın Müstəqillik Günü: İtaliya rəsmiləri strateji tərəfdaşlığı yüksək qiymətləndiriblər

12:58
29 May

Pakistan İslam Respublikasının Pəncab əyalətinin Baş naziri Məryəm Nəvaz Şərifdən

12:58
29 May

Azərbaycana İrandan külli miqdarda narkotik vasitə gətirən yük maşınının sürücüsü saxlanıldı

12:32
29 May

Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzudan

12:31
29 May

Dövlət Məşğulluq Agentliyi əlilliyi olan 1500 nəfəri işlə təmin edib

12:08
29 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!