08 May 2026 09:55
541
Mədəniyyət
A- A+
Elçinin "Şekspir" pyesi əsasında hazırlanan tamaşa nümayiş olunub

Elçinin "Şekspir" pyesi əsasında hazırlanan tamaşa nümayiş olunub


Mayın 5-də Bakı Bələdiyyə Teatrının Xalq yazıçısı Elçinin "Şekspir" pyesi əsasında səhnələşdirdiyi eyniadlı tamaşanın nümayişi olub. 

Görkəmli yazıçı və dramaturq Elçinin xatirəsinə həsr olunmuş tamaşanın təqdimatı Şəhriyar adına Mədəniyyət Mərkəzində keçirilib.  Gecədə millət vəkilləri, dövlət qurumlarının təmsilçiləri, tanınmış  mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Tədbirdə çıxış edən tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov Elçinin yaradıcılığından, Bakı Bələdiyyə Teatrı ilə olan əməkdaşlığından bəhs edib. Daha sonra tamaşanın nümayişi başlayıb.

Qeyd edilməlidir ki, "Şekspir" pyesi İngiltərə, ABŞ, Türkiyə, Rusiya, İtaliya, Ukrayna, Gürcüstan və digər xarici ölkələrdə səhnəyə qoyulub. Geniş tamaşaçı auditoriyasının marağına səbəb olan əsər eyni zamanda dünya ictimaiyyətinin Azərbaycanın zəngin ədəbi irsi ilə yaxından tanış olmasına da şərait yaradıb. Rejissor Mərahim Fərzəlibəyov "Şekspir" əsərinə tam fərqli prizmadan yanaşıb. O, tamaşaçıları "Şekspir" vasitəsilə Elçinin dərin fəlsəfi fikirləri ilə tanış edib. Səhnə əsəri ümumbəşəri dəyərlərə işıq tutaraq insanı xeyirxahlıq, sevgi və mərhəmət yoluna dəvət edir, onu mənəvi axtarışlara sövq edir. 

Tamaşanın quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, musiqi hissə müdiri Əməkdar mədəniyyət işçisi Nazim Əbidov, işıqçı rəssam Tərlan Ələsgərli, kostyum sexinin müdiri Leyla Əkbərova, dizayn işləri üzrə tərtibatçı Elnur Ehtiramoğludur. 

"Şekspir" tamaşası izləyicilər tərəfindən yüksək maraqla qarşılanan və dərin təəssüratlar yaradan səhnə əsərlərindən biri kimi dəyərləndirilir. Səhnə əsərinin təqdimatı bu dəfə də zalda böyük coşqu və alqışlarla müşayiət olunub.


"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Venesueladakı zəlzələlərdə ölənlərin sayı 1400-ü ötüb

23:21
27 İyun

Almaniyada yeni temperatur rekordu qeydə alınıb

22:49
27 İyun

Aleksandar Vuçiç: Serbiya Prezidenti kimi son günlərimdir

22:29
27 İyun

Pakistanda terrorçuların hücumu nəticəsində azı 3 əsgər həlak olub

22:17
27 İyun

Vuçiç Serbiyanın enerji müstəqilliyindən danışıb

22:03
27 İyun

İsveçrədə buzlaqların əriməsi rekord səviyyəyə çatıb

21:58
27 İyun

Rusiya və Çin Hərbi Hava Qüvvələri birgə patrul həyata keçirib

20:41
27 İyun

Ceyhun Bayramov ilə Hakan Fidan arasında telefon danışığı olub

19:09
27 İyun

Mərkəzi Afrika Respublikasında vəba epidemiyası elan edilib

18:59
27 İyun

Azərbaycan–Peru dostluğunun 30 ili: Limada yubiley sərgisi və xüsusi poçt buraxılışı təqdim olunub

17:19
27 İyun

Britaniyada istilik rekordları qırılıb, hökumət “sarı” səviyyədə xəbərdarlığın müddətini uzadıb

16:26
27 İyun

İran və BƏƏ arasında ticarət əməliyyatları bərpa edilir

16:07
27 İyun

Özbəkistan Prezidenti kölgə iqtisadiyyatının azaldılması barədə prokurorluq orqanlarına göstəriş verib  

15:41
27 İyun

Azərbaycan, Gürcüstan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi yekunlaşıb

15:27
27 İyun

Hörmüz boğazında neft tankeri zədələnib

15:09
27 İyun

Hava şəraitinə görə Bakı–Naxçıvan aviareysləri ləğv edilib

14:27
27 İyun

Dünya çempionatı: İngiltərə, Portuqaliya və Argentina meydana çıxır

13:37
27 İyun

Sabah yağıntılı və küləkli hava şəraiti davam edəcək

13:16
27 İyun

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Məzun günü” qeyd olunub  

12:36
27 İyun

Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər  

11:56
27 İyun

Gürcüstan DTX rəisi Ermənistana rəsmi səfər edib

11:37
27 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!