07 May 2026 09:10
2041
İQTİSADİYYAT
A- A+
Bir məkan, üç sərgi, 450-yə yaxın şirkət

Bir məkan, üç sərgi, 450-yə yaxın şirkət


Azərbaycan bir daha beynəlxalq təcrübəyə açıq olduğunu göstərir


Bakı Ekspo Mərkəzi bu dəfə öz qapılarını eyni gündə üç sərgi üçün açıb. Sərgilər - "Caspian Agro Week" - 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu, "InterFood Azerbaijan" - 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi və eləcə də "Horeca Caspian" - 14-cü Xəzər Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar Sərgisi 5-8 may tarixlərində keçirilir.

Bu tədbirlər çərçivəsində təşkil olunan forumlar, panel müzakirələri və işgüzar görüşlər sözügedən sahələrin aktual məsələlərinin daha geniş şəkildə müzakirəsinə imkan yaradıb. Bu platforma dövlət, özəl sektor, elm və innovasiya nümayəndələri arasında səmərəli əməkdaşlığın gücləndirilməsinə, beynəlxalq təcrübə mübadiləsinin genişləndirilməsinə bir daha təkan verib.

Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Leyla Əliyevanın mayın 5-də Bakı Ekspo Mərkəzinə gələrək sərgilərlə tanış olmaqları bu tədbirlərin əhəmiyyətini bir daha vurğulayır. Bu, sərgi iştirakçılarında da olduqca dərin təəssürat yaradıb. Məsələn, Gürcüstanın "Farcon" ədviyyat istehsal edən şirkətinin həmtəsisçisi Mamuka Vojayeviç belə deyib: "Dünyanın bir çox ölkələrində keçirilən sərgilərdə iştirak etmişəm. Nə Asiya, nə də Avropa dövlətlərində ölkə prezidentinin sərgiyə gəlib sahibkarlarla maraqlanmasını görməmişəm. Azərbaycan Prezidenti İlham Əliyevin sərgiyə bu qədər diqqət göstərməsi dövlətin kənd təsərrüfatı sahəsində çalışanlara qayğısının nümunəsidir".

M.Vojayeviç qeyd edib ki, dünyada baş verən iqlim dəyişmələri su çatışmazlığı, təbii fəlakətlər, torpaqların eroziyasi kimi problemlər yaradır: "Belə bir zamanda kənd təsərrüfatının vəziyyəti pisləşir, fermerlər bol məhsul toplayıb bazara çıxarmaqda çətinlik çəkirlər. Lakin Azərbaycanda hökumətin bu səhəyə diqqəti məncə nümunə olmalıdır. Azərbaycan unikal ölkədir". 

45 ölkənin nümayəndələri adıçəkilən sərgilərdə iştirak edir. 447 şirkətin iştirak etməsi ilə sərgilərin coğrafiyası bu il daha da genişlənib. İlk dəfədir tədbirdə Braziliya, Efiopiya, Şimali Kipr milli pavilyonlarla təmsil olunur. Sərgilərdə Almaniya, Belarus, Braziliya, Cənubi Koreya, Gürcüstan, İtaliya, İndoneziya və Niderland milli stendlərini göstərirlər.

Ötən 19 il ərzində nüfuz qazanmış "Caspian Agro Week" sərgisi bu dəfə yenidən kənd təsərrüfatı texnikası, obyektləri və avadanlıqları, suvarma, qablaşdırma, logistika sahələrini əhatə edir. Sərgidə həmçinin elektron kənd təsərrüfatı, innovasiya texnologiyaları, heyvandarlıq, quşçuluq, bitkiçilik, baytarlıq, tullantıların emalı məsələləri özünə yer alır. Burada eyni zamanda "Smart Agro" istiqaməti üzrə süni intellekt, "ağıllı kənd", startaplar, İT xidmətləri, robototexnika, pilotsuz uçuş aparatları və "green agro" bölmələri nümayiş etdirilir. Təsadüfi deyil ki, indiyədək "Caspian Agro" kimi tanınan sərgi bu il artıq "Caspian Agro Week" konsepti çərçivəsində təşkil olunub. Tədbir çərçivəsində konfrans və forumlar keçirilir, innovativ təsərrüfatlara səfərlər edilir.

"InterFood Azerbaijan" sərgisində isə qida sənayesi, içkilər, meyvə-tərəvəz, qida texnologiyaları və digər bölmələr üzrə məhsullar və xidmətlər təqdim olunur.

"Made in Azerbaijan" brendinin təşviqi üçün əlverişli platforma rolunu oynayan sərgilərə Kənd Təsərrüfatı Nazirliyi təşkilati dəstək göstərir. Kənd təsərrüfatı naziri Məcnun Məmmədov tədbirin açılışında demişdir: "Müasir dövrdə kənd təsərrüfatı yalnız iqtisadi fəaliyyət sahəsi deyil, eyni zamanda ərzaq təhlükəsizliyinin təmin olunması, regionların sosial-iqtisadi inkişafı, məşğulluğun artırılması və ekoloji dayanıqlılığın qorunması baxımından mühüm strateji istiqamətdir. Qlobal iqlim dəyişiklikləri, təbii resurslardan səmərəli istifadə zərurəti və artan ərzaq tələbatı aqrar siyasətdə yeni yanaşmaların tətbiqini vacib edir. Respublikamızda aqrar sektorun inkişafı dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü islahatlar kənd təsərrüfatının modernləşdirilməsinə, fermerlərin rifahının yüksəldilməsinə və aqrar istehsalın rəqabət qabiliyyətinin artırılmasına xidmət edir. Bu istiqamətdə dövlət tərəfindən fermerlərə və sahibkarlara geniş dəstək mexanizmləri tətbiq olunur. Subsidiyaların verilməsi, güzəştli kreditlərin təqdim edilməsi, kənd təsərrüfatı texnikasına əlçatanlığının artırılması, aqrar sığorta sisteminin genişləndirilməsi və innovativ texnologiyaların tətbiqinin təşviqi aqrar sektorun dayanıqlı inkişafına mühüm töhfə verir". 

Qeyd edilib ki, eyni zamanda aqrar sahədə rəqəmsallaşmanın genişləndirilməsi, "ağıllı kənd təsərrüfatı" həllərinin tətbiqi, su resurslarından səmərəli istifadə, torpaq münbitliyinin qorunması və ekoloji cəhətdən dayanıqlı istehsal modellərinin təşviqi dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Məqsəd müasir çağırışlara cavab verən, yüksək məhsuldarlığa əsaslanan və ixrac potensialını artıran güclü aqrar sistem formalaşdırılmasıdır. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən aqrar layihələr də ölkəmizin kənd təsərrüfatı strategiyasında xüsusi yer tutur. Həmin ərazilərdə müasir infrastrukturun qurulması, innovativ təsərrüfat modellərinin yaradılması və "ağıllı kənd" yanaşmalarının tətbiqi regionun böyük aqrar potensialının reallaşdırılmasına xidmət edir.

Nazirliyin sərgidə öz stendi də var. Burada aqrar sektorun inkişafına yönəlmiş layihələr, dövlət dəstəyi mexanizmləri, rəqəmsal həllər, innovativ yanaşmalar, "Aqrar sahədə süni zəka", "Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi" layihələri, həmçinin startap təşəbbüsləri ilə bağlı məlumatlar təqdim olunur. Stenddə eləcə də "ağıllı" kənd təsərrüfatı texnologiyaları, rəqəmsal monitorinq sistemləri, məhsuldarlığın artırılmasına yönəlmiş texnoloji yanaşmalar, işğaldan azad olunmuş ərazilərimizdə kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsi üzrə nazirliyin həyata keçirdiyi investisiya müsabiqələri ilə bağlı pilot layihə, regionlarda təşkil olunmuş aqrar biznes və məhsul festivalları barədə məlumatlar öz əksini tapıb. 

Dövlətimizin başçısı Bakı Ekspo Mərkəzində bu və bir sıra digər stendlərlə tanış oldu. Bunlardan biri "Azərsun Holdinq" şirkətinin stendi idi. Məlumdur ki, bu şirkət "tarladan süfrəyə" prinsipi ilə fəaliyyət göstərərək, müasir avadanlıq və innovativ həllərlə yüksəkkeyfiyyətli kənd təsərrüfatı məhsulları istehsal edir. 

Bir sözlə, sərgi iştirakçısı olan yerli və xarici şirkətlərin nümayiş etdirdikləri nailiyyətlər çox, təcrübə zəngindir. Məsələn, İtaliyanın "New Holland" şirkəti kənd təsərrüfatı texnikasının istehsalı sahəsində 130 illik təcrübəyə malikdir. Dünyanın 170-dən çox ölkəsində bu şirkətin məhsulları istifadə olunur. "New Holland" kombaynları və traktorları müasir texnologiyalarla təchiz olunaraq fermerlərin işini asanlaşdırır, keyfiyyətli biçinlə yanaşı, məhsul yığımını da avtomatlaşdırır.

Odur ki, sərgilər həm də onlarla şirkətin bir-birilə təcrübə mübadiləsi apardığı, yeni əlaqələr qurduğu məkana çevrilib. Belarusun böyük müssisələrindən olan "Qrodnı" ət kombinatının ixrac şöbəsinin müdiri Aleksandr Tomaşevskinin sözləri deyilənləri təsdiqləyir:" Azərbaycanın "Aznur" şirkəti ilə apardığımız danışıqlar nəticəsində müqavilə imzaladıq və ildə 12 min ton ət və ət məhsulları ixrac etmək haqqında razılığa gəldik. Bununla yanaşı, istehsal etdiyimiz məhsulların satışı üçün Azərbaycanda fəaliyyət göstərən "Araz" marketlər şəbəkəsi ilə da danışıqlarımız davam edir. Biz bu marketlər şəbəkəsinə ət və ət məhsullarını tədarük etmək istəyirik. Sərgi təkcə Azərbaycanda deyil, digər ölkələrdən də tərəfdaşlar tapmağa və birgə biznes qurmağa şərait yaradır".


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp İranla bağlı son qərar vermək üçün Ağ Evdə komandası ilə görüşür

19:04
29 May

Çexiyada Azərbaycanın Müstəqillik Günü münasibətilə qəbul təşkil edilib YENİLƏNİB

18:52
29 May

Xocalıda istehsal olunan tekstil məhsulları daxili bazarın tələbatını ödəməklə yanaşı, ixrac da ediləcək

17:36
29 May

Havanın temperaturu 3-6 dərəcə enəcək- XƏBƏRDARLIQ

17:31
29 May

Türkiyədə Şengen viza sistemindən narazılıq artır

16:53
29 May

San-Marino Respublikasının Regent Kapitanları Aliçe Mina və Vladimiro Selvadan

16:41
29 May

Xankəndidə 4 növdə iş əlcəkləri istehsal ediləcək

16:21
29 May

Meksikada Müstəqillik Günü münasibətilə təntənəli konsert təşkil olunub

16:07
29 May

Bakı Təşəbbüs Qrupu Hindistandakı kasta ayrı-seçkiliyini beynəlxalq gündəmə gətirir

15:56
29 May

İstanbulun fəthindən 573 il ötür

14:59
29 May

Varşavada Visla çayının üzərindəki körpü Azərbaycan bayrağının rənglərinə bürünüb

14:46
29 May

Rumıniyada dron insidenti Avropanın təhlükəsizlik sistemində yeni çağırışları üzə çıxarıb

14:37
29 May

Sabah paytaxtda və bölgələrdə qeyri-sabit hava şəraiti gözlənilir

14:27
29 May

İordaniya mətbuatı Azərbaycanın Müstəqillik Gününü geniş işıqlandırıb

13:19
29 May

Malayziyada Azərbaycanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edilib

13:17
29 May

ABŞ-İran danışıqları neft bazarına təsir etdi: qiymətlər kəskin düşdü

13:10
29 May

Romada Azərbaycanın Müstəqillik Günü: İtaliya rəsmiləri strateji tərəfdaşlığı yüksək qiymətləndiriblər

12:58
29 May

Pakistan İslam Respublikasının Pəncab əyalətinin Baş naziri Məryəm Nəvaz Şərifdən

12:58
29 May

Azərbaycana İrandan külli miqdarda narkotik vasitə gətirən yük maşınının sürücüsü saxlanıldı

12:32
29 May

Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzudan

12:31
29 May

Dövlət Məşğulluq Agentliyi əlilliyi olan 1500 nəfəri işlə təmin edib

12:08
29 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!