28 May 2026 12:52
158
İQTİSADİYYAT
A- A+
Romada “SOCAR İtaliya” şirkətinin rəsmi təqdimatı olub

Romada “SOCAR İtaliya” şirkətinin rəsmi təqdimatı olub

SOCAR-ın prezidenti Rövşən Nəcəf İtaliyaya səfəri çərçivəsində bir sıra görüşlər keçirib və 28 May – Müstəqillik Günü münasibətilə Romada təşkil olunan rəsmi qəbulda iştirak edib.

Qurumdan AZƏRTAC-a verilən məlumata görə, Rövşən Nəcəf İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri Gilberto Piçetto Fratin, İtaliyanın müəssisələr və “Made in Italy” naziri Adolfo Urso ilə görüşüb.

Görüşlərdə Azərbaycan ilə İtaliya arasında uğurlu iqtisadi əməkdaşlığa əsaslanan əlaqələrin enerji sektorunda da dayanıqlı inkişafı məmnunluqla qeyd olunub. Bu xüsusda, SOCAR tərəfindən “Italiana Petroli” şirkətinin səhmlərinin “API Holding”dən alınmasının ölkələrimizin enerji sektorunda əməkdaşlığının genişlənməsi baxımından önəmi qeyd olunub.

Söhbət zamanı enerji təhlükəsizliyinə, SOCAR-ın İtaliyadakı fəaliyyətinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

SOCAR prezidenti səfər çərçivəsində Azərbaycanın İtaliyadakı səfirliyi tərəfindən 28 May – Müstəqillik Günü ilə bağlı təşkil olunan rəsmi qəbulda iştirak edib. Tədbir çərçivəsində “SOCAR İtaliya” şirkətinin rəsmi təqdimatı olub.

Tədbirdə çıxış edən SOCAR prezidenti Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan müstəqil Azərbaycanın Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə keçdiyi inkişaf yolundan, əldə etdiyi tarixi nailiyyətlərdən bəhs edib.

Azərbaycan ilə İtaliya arasında münasibətlərin ötən illər ərzində qarşılıqlı etimad və sıx əməkdaşlıq əsasında inkişaf etdiyini bildirən Rövşən Nəcəf əlaqələrin bu gün də dinamik şəkildə genişləndiyini, qarşılıqlı faydalı tərəfdaşlığın digər sahələrlə yanaşı, enerji sektorunda da uğurla dərinləşdirildiyini qeyd edib. Rövşən Nəcəf “SOCAR İtaliya” şirkətinin rəsmi fəaliyyətə başlamasının, həmçinin SOCAR tərəfindən “Italiana Petroli” şirkətinin səhmlərinin alınmasının ölkələrimiz arasındakı uğurlu əməkdaşlığın göstəricisi olduğunu bildirib.

Tədbirdə, həmçinin Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanovun, İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Ciriellinin, İtaliya Senatının vitse-prezidenti, senator Licia Ronzullinin çıxışları dinlənilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Cümhuriyyətin istiqlal idealları müasir və qüdrətli Azərbaycanda uğurla yaşadılır

13:53
28 May

Prezident İlham Əliyev Xankəndidə əsaslı şəkildə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışında iştirak edib

13:27
28 May

Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmuddan

13:24
28 May

Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubbdan

13:22
28 May

Şimali Kipr XİN: Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi ilə Azərbaycanın gücü durmadan artır

13:22
28 May

Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Zati-aliləri cənab Abiy Əhməd Əliyə

13:01
28 May

Kiyevdə Azərbaycanın Müstəqillik Günü münasibətilə qəbul təşkil olunub

12:58
28 May

Romada “SOCAR İtaliya” şirkətinin rəsmi təqdimatı olub

12:52
28 May

Əbədi və sarsılmaz müstəqillik

12:48
28 May

Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılışı baş tutacaq

12:46
28 May

İstiqlal yaddaşımız

12:38
28 May

Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb YENİLƏNƏCƏK

12:27
28 May

Bugünkü qüdrətli Azərbaycanla Cümhuriyyət xadimlərinin də arzuları gerçəkləşib

11:51
28 May

Paşinyan: Ermənistandan yeni tranzit qaz kəməri keçəcək

11:24
28 May

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib

11:23
28 May

İstiqlal məfkurəsindən qüdrətli Azərbaycana

11:14
28 May

Dövlətçilik tariximizin qürur mənbəyi

09:39
28 May

Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqillik Günü ilə bağlı sosial media hesablarında paylaşım edib

09:27
28 May

Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycanın Müstəqillik Günü ilə bağlı paylaşım edilib

22:41
27 May

Azərbaycan müstəqillik tarixinin ən qüdrətli və şərəfli dövrünü yaşayır

22:38
27 May

DTX rəisi Əli Nağıyev MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 58-ci iclasında iştirak edib

21:58
27 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!