27 May 2026 08:30
172
İQTİSADİYYAT
A- A+
Yeni dövlət proqramı kənd təsərrüfatının strateji güc mənbəyi kimi formalaşmasına xidmət edir

Yeni dövlət proqramı kənd təsərrüfatının strateji güc mənbəyi kimi formalaşmasına xidmət edir


Azərbaycanda aqrar sektorun dayanıqlı inkişafı, ərzaq təhlükəsizliyinin daha etibarlı təminatı, gücləndirilməsi və neftdənkənar iqtisadiyyatın genişləndirilməsi istiqamətində yeni mərhələ başlayır. Dövlətin aqrar sahəyə son illər göstərdiyi xüsusi diqqət sayəsində bu istiqamətdə həyata keçirilən islahatlar bir qədər də təkmilləşdiriləcək. Bu məqsədlə Prezident İlham Əliyev "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. 

Beş il ərzində həyata keçirilməsi nəzərdə tutulan yeni dövlət proqramında kənd təsərrüfatının daha müasir və dayanıqlı inkişafı üçün bir sıra mühüm istiqamətlər müəyyənləşdirilib. Sənəddə aqrar sahənin su, torpaq və digər resurslarla təminatının yaxşılaşdırılması, bu resurslardan daha səmərəli istifadə olunması əsas hədəflərdən biri kimi göstərilir. Bununla yanaşı, aqrar təhsilin, elmin və innovativ texnologiyaların inkişafı, kənd təsərrüfatı məhsullarının emalı və logistika infrastrukturunun genişləndirilməsi də prioritet istiqamətlər sırasındadır. Proqramda fermer və sahibkarlar üçün  dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi, kənd təsərrüfatında rəqəmsal texnologiyaların tətbiqinin genişləndirilməsi də nəzərdə tutulur. Paralel olaraq, balıqçılıq və akvakultura sahələrinin inkişaf etdirilməsi, bu istiqamətdə istehsal imkanlarının və idarəetmə potensialının artırılması planlaşdırılır. 

Sənəddə daha sonra kənd təsərrüfatında məhsuldarlığın və istehsal həcminin artırılması, ixrac imkanlarının genişlənməsi, eləcə də əlavə dəyər yaradan məhsulların istehsalı hədəflənir. Müasir texnologiyaların tətbiqi hesabına kənd yerlərində yeni iş yerlərinin yaradılması, əhalinin gəlir imkanlarının artırılması və ərzaq təhlükəsizliyinin daha çox möhkəmləndirilməsi əsas məqsədlərdən biri hesab olunur. Dövlət proqramı ümumilikdə aqrar sahənin daha innovativ və yüksək məhsuldarlığa əsaslanan inkişaf modelinə keçidini təmin etməyə yönəlib.

Dövlət başçısının imzaladığı sərəncam məhz  yeni dövlət proqramının icrasını təmin etməyə və nəzərdə tutulan hədəflərin həyata keçirilməsi mexanizmlərini müəyyənləşdirməyə xidmət edir. Sənəddə xüsusilə vurğulanır ki, Azərbaycan ənənəvi təsərrüfat modelindən yüksək əlavə dəyər yaradan intensiv və texnologiya əsaslı kənd təsərrüfatına keçidi sürətləndirməlidir. Bu, daha məhsuldar əkinçilik, müasir heyvandarlıq kompleksləri, rəqəmsal idarəetmə sistemləri və innovativ aqrotexnologiyaların tətbiqi deməkdir. Proqram  aqrar sektorda məhsuldarlığın artırılması ilə yanaşı, emal sənayesinin inkişafını da prioritet istiqamət kimi müəyyənləşdirir. Çünki müasir dövrdə yalnız məhsul istehsal etmək deyil, həmin məhsulu emal edib yüksək iqtisadi dəyərə çevirmək də strateji əhəmiyyət daşıyır.

Sərəncamda buğda, pambıq və heyvandarlıq sahələrinin inkişafına xüsusi diqqət ayrılması heç də təsadüfi deyil. Qlobal ərzaq bazarlarında müşahidə olunan dalğalanmalar, iqlim dəyişmələri və geosiyasi risklər fonunda ərzaq təhlükəsizliyi artıq bütün dövlətlər üçün prioritet məsələdir. Bu kontekstdə Azərbaycan da daxili istehsal imkanlarını genişləndirməklə idxaldan asılılığı azaltmağa və strateji məhsullar üzrə özünü təminetmə səviyyəsini yüksəltməyə çalışır.

Proqramın diqqət çəkən istiqamətlərindən biri də balıqçılıq və akvakulturanın inkişafıdır. Məlumat üçün bildirək ki, akvakultura su hövzələrində balıq, molyusk, xərçəngkimilər və  suda yaşayan digər  canlıların, eləcə də bəzi su bitkilərinin süni şəkildə yetişdirilməsi və artırılmasıdır. Son illər dünyada süni balıq yetişdirilməsi və su təsərrüfatları ərzaq təminatının vacib hissəsinə çevrilib. Azərbaycan da Xəzər dənizi və daxili su hövzələrinin potensialından daha səmərəli istifadə etməklə balıqçılıq və akvakultura sahəsini inkişaf etdirməyi qarşıya məqsəd qoyub. Bu sahənin inkişafı həm daxili bazarın tələbatının ödənilməsi, həm də ixrac imkanlarının artırılması baxımından mühüm hesab olunur.

Sənəddə fermerlər və sahibkarlar üçün nəzərdə tutulan maliyyə mexanizmləri də mühüm yer tutur. Kredit faizlərinin subsidiyalaşdırılması, investisiya layihələrinə dövlət dəstəyi və müasir texnologiyalar tətbiq edən təsərrüfatların təşviqi aqrar sahəyə investisiya marağını artırmağa hesablanıb. Bu yanaşma regionlarda yeni iş yerlərinin açılması və kənd yerlərində iqtisadi fəallığın gücləndirilməsi baxımından da əhəmiyyətlidir.

Eyni zamanda heyvandarlıq təsərrüfatlarında heyvanların identifikasiyası, yəni heyvanların hər birinin ayrıca tanınması, qeydiyyata alınması və izlənməsi kimi məlumatların elektron sistemlərə inteqrasiyası qida təhlükəsizliyi və şəffaf nəzarət mexanizmlərinin gücləndirilməsi istiqamətində mühüm addım kimi dəyərləndirilir. Bu, həm xəstəliklərə qarşı mübarizədə, həm də istehlakçılara daha təhlükəsiz məhsul çatdırılmasında vacib rol oynayacaq.

Ümumilikdə yeni dövlət proqramı Azərbaycanda aqrar sektorun modernləşdirilməsi, regionların inkişafı və dayanıqlı ərzaq təhlükəsizliyinin təmin olunması üçün uzunmüddətli yol xəritəsi hesab oluna bilər. Sənəd kənd təsərrüfatının yalnız ənənəvi sahə deyil, həm də strateji iqtisadi güc mənbəyi kimi formalaşdırılması istiqamətində dövlətin hədəflərini aydın şəkildə ortaya qoyur.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yaxın Şərqdəki gərginlik bir sıra şirkətlərin gəlirini artırıb

09:10
27 May

Qadınlar arasında karate üzrə Avropa çempionu Mədinə Sadıqova vətənə qayıdıb

09:05
27 May

Zəngilanlı məktəblinin dünya universitetlərinə uzanan yolu

09:00
27 May

Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı daha üç sənədlə möhkəmləndi

08:55
27 May

Prezident aqrar sektorun qarşısına konkret vəzifə qoydu

08:50
27 May

İsmayıl qurbanından başlayan mənəvi yol

08:45
27 May

Uşaqların müdafiəsi hər birimizin ortaq məsuliyyətidir

08:40
27 May

Gələcəyin şəhər nümunələri: Bakı Ağ Şəhər və Sea Breeze

08:35
27 May

Yeni dövlət proqramı kənd təsərrüfatının strateji güc mənbəyi kimi formalaşmasına xidmət edir

08:30
27 May

Brüssel qərəzli addımları ilə tərəfdaşlarını itirir

08:25
27 May

Azərbaycanın orta gücə çevrilməsi geosiyasi reallıqdır

08:20
27 May

Parlamentin yaz sessiyası başa çatdı

08:15
27 May

Yeni Şəhər Gündəliyi üzrə Nazirlər Görüşünün Sədrinin yekun çıxışı

08:10
27 May

Müstəqilliyimiz etibarlı əllərdədir

08:05
27 May

Cümhuriyyət ideallarından qüdrətli Azərbaycana 

08:00
27 May

R.A.Əliyevin 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında

04:39
27 May

2026-cı il üçün Azərbaycan Respublikasının elm və mədəniyyət sahələrində Dövlət Mükafatlarının verilməsi haqqında

04:38
27 May

Apellyasiya məhkəmələri sədrlərinin, məhkəmə kollegiyası sədrinin, birinci instansiya məhkəmələri sədrlərinin və hakimlərinin təyin edilməsi ilə bağlı bəzi məsələlər haqqında

04:37
27 May

"Azərbaycan Respublikasında maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027-2030-cu illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında

04:36
27 May

Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında

04:32
27 May

Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında

04:30
27 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!