27 May 2026 09:00
134
Təhsil
A- A+
Zəngilanlı məktəblinin dünya universitetlərinə uzanan yolu

Zəngilanlı məktəblinin dünya universitetlərinə uzanan yolu


Bakının fizika-riyaziyyat təmayüllü liseyində oxuyan 11-ci sinif şagirdi Yusif Yaqubov üçün bu yaz fərqli başladı. O, bir tərəfdən ailəsi ilə birlikdə illərlə həsrətində olduqları doğma Zəngilana qayıdış sevinci yaşayırdı, digər tərəfdən isə dünyanın müxtəlif ölkələrindən gələn qəbul məktubları həyatında yeni bir mərhələnin qapısını açırdı. Cəmi 16 yaşında olan Yusif artıq Böyük Britaniya, ABŞ, Çin, Türkiyə və Cənubi Koreyanın nüfuzlu universitetlərinə qəbul olunaraq həm öz ailəsinin, həm müəllimlərinin fəxrinə, qüruruna çevrilib. Qəbul məktubları arasında Böyük Britaniyanın Edinburq Universiteti, Çinin Şanxay Jiao Tonq Universiteti, Çinin Harbin Texnologiya İnstitutu, Türkiyənin Bilkənt, Sabancı və Koç universitetləri, ABŞ-nin Arizona Dövlət və Peys universitetləri, həmçinin Cənubi Koreyanın Seul Milli Universiteti yer alır.

2009-cu il təvəllüdlü Yusifin məktəb illərindən riyaziyyata xüsusi marağı olub. Hələ kiçik yaşlarından rəqəmlərlə işləməyi, məntiqi məsələləri həll etməyi və texniki sahələr haqqında araşdırmalar aparmağı sevən gənc üçün riyaziyyat sadəcə məktəb fənni olmayıb. Bu elm onun gələcəyini müəyyənləşdirən əsas istiqamətə çevrilib. O, Azərbaycan üzrə keçirilən riyaziyyat fənn olimpiadalarının qaliblərindən biridir. Buna görə də ADA, Bakı Ali Neft Məktəbi, UNEC və digər yerli ali təhsil müəssisələrinə imtahansız qəbul hüququ qazanıb.

 Bu uğurlar ilk baxışda parlaq akademik nəticələrin təbii davamı kimi görünə bilər. Lakin Yusifin hekayəsi yalnız yüksək ballardan və beynəlxalq universitetlərə qəbul məktublarından ibarət deyildi. Bu hekayənin arxasında illərlə davam edən çətin məcburi köçkün həyatı, hədəflər uğrunda yorulmadan çalışma və ailənin təhsilə verdiyi böyük önəm dayanırdı. Yaqubovlar ailəsi Zəngilan işğal olunduqdan sonra minlərlə azərbaycanlı ailə kimi doğma yurdlarından didərgin düşərək paytaxta köçmək məcburiyyətində qalıblar. Ailə uzun müddət peşə məktəbinin yataqxanasında yaşayıb. Yusifin uşaqlığının və yeniyetməlik dövrünün böyük hissəsi həmin yataqxana şəraitində keçib. Məhdud imkanlar və sosial çətinliklər onun təhsilə olan marağını azaltmayıb. Əksinə, bu çətinlikləri gələcəyə gedən yolda motivasiya mənbəyinə çevirib.

Yusifin atası Yaqub Yaqubov da Zəngilanda doğulub böyüyüb. Oğlunun uğurları barədə danışarkən bildirir ki, ailədə hər zaman övladlarının təhsilinə xüsusi diqqət göstərilib. Maddi və məişət problemlərinə baxmayaraq, əsas məqsəd uşaqların yaxşı təhsil alması olub. Ailə inanıb ki, elm və bilik insanın həyatını dəyişə biləcək ən güclü vasitədir. Yusif də bu düşüncə ilə böyüyüb. Onun uğurlarında müəllimlərinin də rolu böyükdür. Fizika-riyaziyyat təmayüllü liseydə aldığı təhsil Yusifin bilik potensialının inkişaf etməsinə mühüm təsir göstərib. Müəllimləri onun riyazi düşüncə qabiliyyətinin və analitik yanaşmasının yaşına görə fərqləndiyini deyiblər. O, dərslərlə kifayətlənməyib, əlavə elmi mənbələrə müraciət edib, beynəlxalq proqramları araşdırıb, müxtəlif universitetlərin qəbul şərtlərini öyrənib və gələcəyini planlı şəkildə qurmağa çalışıb.

Yusif universitet seçimində də təsadüfi qərarlar verməyib. O, müasir dövrün tələblərinə uyğun ixtisaslar seçdiyini deyir. Əsas maraq dairəsi süni intellekt, informasiya texnologiyaları və kiber təhlükəsizlikdir. Onun fikrincə, texnologiyanın sürətlə inkişaf etdiyi bir dövrdə bu sahələr gələcəyin ən vacib istiqamətləri hesab olunur. Riyaziyyata olan sevgisi də onu məhz bu sahələrə yönəldib.

"Texnologiya dövrüdür. Müasir dövrün tələblərinə uyğun ixtisas seçmək lazımdır", - deyən Yusif hesab edir ki, gələcəyin uğurlu mütəxəssisi olmaq üçün yalnız universitetə qəbul olmaq kifayət deyil. Daim öyrənmək, yenilənmək və öz üzərində işləmək vacibdir. Onun sözlərinə görə, uğurun əsas sirri intizamlı olmaqdan keçir. Yusif düşünür ki, müəllimlərin istiqamətləndirməsi və dəstəyi nə qədər önəmlidirsə, insanın öz üzərində işləməsi də bir o qədər vacibdir. O, məktəb illərində vaxtını planlı şəkildə bölüb, həm dərslərinə, həm olimpiadalara hazırlığa, həm də xarici universitetlər üçün sənədləşmə prosesinə ciddi yanaşıb.

Bütün bunların fonunda onun həyatında başqa bir mühüm hadisə də baş verib. Mayın 12-də Yaqubovlar ailəsi uzun illərdir həsrət qaldıqları Zəngilana köçüblər. Onlar doğma yurda qayıdan ilk 104 ailədən biridir. Ata-baba torpağına dönüş ailə üçün böyük mənəvi anlam daşıyır. Maraqlıdır ki, Yusif universitetlərdən gələn sevindirici xəbərləri məhz Zəngilana köçdükdən bir neçə gün sonra alıb. Bu hadisə həmişə ailənin yaddaşında xüsusi bir təsadüf və simvolik başlanğıc kimi yadda qalacaq.

Bir tərəfdə işğaldan azad edilmiş yurdlarına qayıdış, digər tərəfdə isə dünyanın ən nüfuzlu universitetlərinə açılan qapılar əlbəttə ki, böyük fəxarət yaradır. Yusifin hekayəsi sanki iki fərqli dövrün kəsişməsində dayanır. O həm keçmişin çətinliklərini yaşamış bir ailənin övladıdır, həm də gələcəyin texnologiya dünyasına hazırlaşan yeni nəslin nümayəndəsi.

Yusif yalnız dərslərlə məşğul olan şagird deyil. O, boş vaxtlarında rəsm çəkməyi sevir, şahmat oynayır və futbola maraq göstərir. Şahmatın onda məntiqi düşüncə və səbir formalaşdırdığını deyir. Rəsm isə onun üçün istirahət və yaradıcılıq vasitəsidir. Bu maraqlar onun yalnız akademik uğurlara fokuslanan gənc olmadığını, müxtəlif sahələrə maraq göstərdiyini də ortaya qoyur. Yusifin uğur hekayəsi sosial şəbəkələrdə və ictimaiyyət arasında da maraqla qarşılanıb. Bir çox insanlar onun timsalında əzmkarlığın və məqsədyönlülüyün nəticəsini gördüklərini bildirirlər. Xüsusilə məcburi köçkün ailəsində böyüyən bir gəncin dünya universitetlərindən bu qədər qəbul alması cəmiyyət üçün motivasiya nümunəsinə çevrilib.

Yusif həyatda öz yolunu tapa bilən, hədəflərinə doğru inamla irəliləyən gənclərdən biridir. O, gələcəkdə texnologiya və riyaziyyat sahəsində güclü mütəxəssis olmaq, bilik və bacarıqları ilə faydalı işlər görmək istəyir.

 

Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yaxın Şərqdəki gərginlik bir sıra şirkətlərin gəlirini artırıb

09:10
27 May

Qadınlar arasında karate üzrə Avropa çempionu Mədinə Sadıqova vətənə qayıdıb

09:05
27 May

Zəngilanlı məktəblinin dünya universitetlərinə uzanan yolu

09:00
27 May

Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı daha üç sənədlə möhkəmləndi

08:55
27 May

Prezident aqrar sektorun qarşısına konkret vəzifə qoydu

08:50
27 May

İsmayıl qurbanından başlayan mənəvi yol

08:45
27 May

Uşaqların müdafiəsi hər birimizin ortaq məsuliyyətidir

08:40
27 May

Gələcəyin şəhər nümunələri: Bakı Ağ Şəhər və Sea Breeze

08:35
27 May

Yeni dövlət proqramı kənd təsərrüfatının strateji güc mənbəyi kimi formalaşmasına xidmət edir

08:30
27 May

Brüssel qərəzli addımları ilə tərəfdaşlarını itirir

08:25
27 May

Azərbaycanın orta gücə çevrilməsi geosiyasi reallıqdır

08:20
27 May

Parlamentin yaz sessiyası başa çatdı

08:15
27 May

Yeni Şəhər Gündəliyi üzrə Nazirlər Görüşünün Sədrinin yekun çıxışı

08:10
27 May

Müstəqilliyimiz etibarlı əllərdədir

08:05
27 May

Cümhuriyyət ideallarından qüdrətli Azərbaycana 

08:00
27 May

R.A.Əliyevin 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında

04:39
27 May

2026-cı il üçün Azərbaycan Respublikasının elm və mədəniyyət sahələrində Dövlət Mükafatlarının verilməsi haqqında

04:38
27 May

Apellyasiya məhkəmələri sədrlərinin, məhkəmə kollegiyası sədrinin, birinci instansiya məhkəmələri sədrlərinin və hakimlərinin təyin edilməsi ilə bağlı bəzi məsələlər haqqında

04:37
27 May

"Azərbaycan Respublikasında maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027-2030-cu illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında

04:36
27 May

Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında

04:32
27 May

Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında

04:30
27 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!