17 İyun 2026 09:35
149
Təhsil
A- A+
Tələbələr inzibati binanın şəbəkə topologiyası layihəsini hazırlayıblar

Tələbələr inzibati binanın şəbəkə topologiyası layihəsini hazırlayıblar


Müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı müxtəlif müəssisələrdə etibarlı və təhlükəsiz şəbəkə infrastrukturunun yaradılmasını zəruri edir. Bu istiqamətdə peşəkar kadr hazırlığının vacib komponentlərindən biri də tələbələrin nəzəri biliklərini praktik layihələr üzərində tətbiq etmələridir.

Azərbaycanda təhsilin inkişafı, müasir texnologiyaların tədris prosesinə inteqrasiyası və rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən təhsil islahatları, həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsilin inkişafına göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində təhsil müəssisələrinin maddi-texniki bazası gücləndirilir, innovativ layihələrin həyata keçirilməsi üçün əlverişli şərait yaradılır. Bu siyasətin nəticəsi olaraq tələbələrin praktiki bilik və bacarıqlarının inkişafına yönəlmiş layihələrin sayı da ildən-ilə artır.

Belə layihələrdən biri də Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin (ADPK) "Kompüter şəbəkələri və şəbəkə inzibatçılığı" ixtisası üzrə təhsil alan KŞŞİ 23/03 qrupunun tələbələri tərəfindən hazırlanmış "3 mərtəbəli inzibati binanın şəbəkə topologiyası" layihəsidir. Qeyd edək ki, layihənin pilot kimi hazırlanması və həyata keçirilməsi təşəbbüsü adıçəkilən kollecin riyaziyyat-informatika fənn birləşməsinin sədri tərəfindən irəli sürülüb. Tələbələrin nəzəri biliklərinin praktik fəaliyyətlə əlaqələndirilməsi, onların müasir informasiya texnologiyaları sahəsində peşə bacarıqlarının inkişaf etdirilməsi məqsədilə təklif olunan layihə sonradan tələbələrin birgə fəaliyyəti nəticəsində uğurla reallaşdırılıb.

Məqsədi üçmərtəbəli inzibati bina üçün müasir tələblərə cavab verən şəbəkə infrastrukturunun layihələndirilməsi, şəbəkə təhlükəsizliyinin təmin edilməsi, rabitə sistemlərinin təşkili və informasiya resurslarının səmərəli idarə edilməsinin modelləşdirilməsi olan layihə çərçivəsində inzibati binanın bütün mərtəbələri üzrə şəbəkə əlaqələrinin qurulması, avadanlıqların yerləşdirilməsi, təhlükəsizlik sistemlərinin inteqrasiyası və texniki həllərin hazırlanması istiqamətində geniş iş aparılıb. Tələbələr tərəfindən şəbəkənin fiziki və məntiqi strukturu layihələndirilib, istifadə olunacaq avadanlıqlar müəyyənləşdirilib və onların qarşılıqlı fəaliyyəti modelləşdirilib.

Layihəyə rəhbərliyi tələbə Mehdi Zərbəliyev həyata keçirib. O, layihənin ümumi koordinasiyasını təmin etməklə yanaşı, inzibati binanın şəbəkə topologiyasının çertyojunu hazırlayıb və istifadə olunacaq avadanlıqların siyahısını tərtib edib. Ümumiyyətlə, layihənin hazırlanmasında qrup üzvləri arasında iş bölgüsü aparılıb və hər bir iştirakçı müəyyən istiqamət üzrə fəaliyyət göstərib. Şahin Abbasov şəbəkə təhlükəsizliyinin əsas elementlərindən olan firewall texnologiyalarını araşdırıb, onların tətbiq mexanizmlərini öyrənib və layihənin təqdimatı üçün internet səhifəsinin hazırlanmasını həyata keçirib. Gülbacı Sadıqzadə IP ünvanlaşdırılması sistemi, subnet mask, default gateway və digər şəbəkə parametrlərinin funksiyaları ilə bağlı araşdırmalar apararaq layihənin nəzəri hissəsinin hazırlanmasına töhfə verib. Sara Məmmədova layihədə nəzərdə tutulan bütün şəbəkə avadanlıqlarının konfiqurasiyası üzrə texniki həlləri hazırlayıb. Zərifə İsmayılova layihədə istifadə olunan cihazların texniki xüsusiyyətlərini və funksional imkanlarını sistemləşdirərək onların şəbəkədəki rolunu müəyyənləşdirib. Elmira Məlikli IP müşahidə kameraları və biometrik giriş sistemləri üzrə araşdırmalar apararaq təhlükəsizlik həllərinin layihəyə inteqrasiyası istiqamətində fəaliyyət göstərib. Bəyimxanım Hüseynova şəbəkə əlaqələrinin təşkili, məlumat ötürmə kanalları və rabitə sistemlərinin qurulması məsələlərini işləyib. Günay Tarverdiyeva isə layihənin vizual hissəsini hazırlayıb. O, binanın otaqlarını üçölçülü formatda modelləşdirərək layihənin 3D təsvirini yaradıb, həmçinin qrafik materialların və çertyojların hazırlanmasında iştirak edib.

Layihənin nəticəsi olaraq üçmərtəbəli inzibati bina üçün tam şəbəkə infrastrukturu modeli hazırlanıb. Modeldə server və şəbəkə avadanlıqlarının yerləşdirilməsi, mərtəbələrarası əlaqələrin təşkili, videomüşahidə sistemlərinin inteqrasiyası, biometrik girişə nəzarət mexanizmləri və şəbəkə təhlükəsizliyi həlləri öz əksini tapıb. Hazırlanmış layihə tələbələrə kompüter şəbəkələrinin layihələndirilməsi, şəbəkə inzibatçılığı, informasiya təhlükəsizliyi, texniki sənədləşdirmə və komanda şəklində işləmə bacarıqlarının inkişaf etdirilməsi baxımından mühüm təcrübə qazandırıb.

Layihənin uğurla reallaşdırılmasına kollecdə yaradılmış müasir tədris və təşkilati mühit də öz töhfəsini verib. Kollecin direktorunun rəhbərliyi ilə təhsilalanların innovativ layihələrə cəlb olunması, onların nəzəri biliklərini praktik fəaliyyətlə əlaqələndirməsinə şərait yaradılması və müasir texnologiyalar üzrə bacarıqlarının inkişaf etdirilməsi istiqamətində ardıcıl iş aparılır. Bu yanaşma tələbələrin peşə hazırlığının gücləndirilməsinə və onların əmək bazarının tələblərinə uyğun kompetensiyalar qazanmasına imkan verir.

Mütəxəssislərin fikrincə, bu kimi praktik layihələr ali təhsil müəssisələrində tədris olunan nəzəri biliklərin real mühəndislik tapşırıqları üzərində tətbiqinə imkan yaradır, tələbələrin peşə hazırlığının gücləndirilməsinə və əmək bazarının tələblərinə uyğun kompetensiyaların formalaşdırılmasına xidmət edir.


Nüşabə SEYİD,

Azərbaycan Dövlət Pedaqoji Kolleci riyaziyyat-informatika fənn birləşməsinin sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

MSK-nın nümayəndə heyəti Gürcüstanda beynəlxalq tədbirdə iştirak edəcək

10:08
17 İyun

MN: Pirəkəşküldə istismar müddəti başa çatmış döyüş sursatları məhv ediləcək

10:03
17 İyun

Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb  

10:01
17 İyun

Azərbaycan nefti 82 dollara satılır

09:57
17 İyun

Ermənistanda seçkisonrası siyasi gərginlik davam edir

09:55
17 İyun

"Azərenerji"də qanvermə aksiyası keçirilib

09:50
17 İyun

Su fasiləsi: futbolçuların sağlamlığı, yoxsa reklamçıların qazancı

09:45
17 İyun

Dənizin ortasında şəhər: Dünyanın ən böyük neft platformaları

09:43
17 İyun

İntellekt və idarəçilik yarışı

09:40
17 İyun

Tələbələr inzibati binanın şəbəkə topologiyası layihəsini hazırlayıblar

09:35
17 İyun

Dünya çempionatı: Messinin het-triki Argentinaya Əlcəzair üzərində qələbə qazandırıb

09:34
17 İyun

Onlar ölkəmizin həm də bu günüdür

09:30
17 İyun

Baş nazir Əli Əsədova “Bright Uzbekistan” layihəsi təqdim olunub

09:27
17 İyun

Salyanda taxıl biçini ilə əlaqədar məsələlər müzakirə edilib

09:25
17 İyun

Dünya çempionatı: Norveç qələbə qazanıb

09:23
17 İyun

Qusarda "Oxu bayramı"

09:20
17 İyun

Havalar qeyri-sabit keçsə də...

09:15
17 İyun

Vens: ABŞ-İran razılaşması İsrail, Livan və Körfəz ölkələrini də əhatə edəcək

09:12
17 İyun

Yeni proqram, yeni vəzifələr 

09:10
17 İyun

Qlobal səhralaşmanın təhlükələri

09:05
17 İyun

Fransa dünya çempionatında Seneqalı məğlub edib

09:01
17 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!