05 May 2026 08:00
247
SİYASƏT
A- A+
Avropaya ünvanlanan mesajlar

Avropaya ünvanlanan mesajlar


Prezident İlham Əliyev sülh prosesi və Qərbin qərəzli davranışları ilə bağlı Azərbaycanın qətiyyətli mövqeyini Aİ rəhbərlərinin diqqətinə çatdırdı


Mayın 4-də Ermənistanın paytaxtı İrəvan şəhərində "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısı keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə videobağlantı formatında çıxış edib. 

Dövlətimizin başçısı vurğulayıb ki, Avropa Siyasi Birliyinin sammitlərinin 2026-cı ildə Ermənistanda, 2028-ci ildə isə Azərbaycanda keçirilməsi ilə bağlı razılıq əldə olunub. Ölkə rəhbəri qeyd edib ki, Avropa İttifaqı Şurasının prezidenti Antonio Koştanın Azərbaycana səfəri zamanı dövlətimizin başçısının sammitdə iştirakı müzakirə edilib və videoformatda qoşulacağı razılaşdırılıb: "Prezident Koştanın Azərbaycana iki aydan az vaxt əvvəl etdiyi səfəri zamanı biz Zirvə görüşündə iştirakımı müzakirə etdik və razılaşdıq ki, mən tədbirə videobağlantı formatında qoşulacağam. Mən həmçinin auditoriyanı məlumatlandırmaq istərdim ki, bir il öncə Tiranaya səfərim zamanı prezident Koşta və prezident Ursula fon der Lyayen Zirvə görüşünün 2026-cı ilin mayında Ermənistanda təşkil olunması ideyasına rəyimi soruşdular. Mən dəstəklədim. Öz növbəmdə mən tarazlı yanaşmanın saxlanılması üçün növbəti Zirvə görüşlərindən birinin Azərbaycanda keçirilməsi təklifi ilə çıxış etdim. Təklif qəbul olundu. Beləliklə, mən "Avropa Siyasi Birliyi"nin üzvlərini 2028-ci ilin mayında Azərbaycanda keçiriləcək Zirvə görüşünə dəvət edirəm. Yeri gəlmişkən, Ermənistan həmçinin namizədliyimizi dəstəklədi. Bu, Azərbaycan ilə Ermənistan arasında sülhün real olmasının aydın göstəricisidir. Biz cəmi doqquz aydır ki, sülh şəraitindəyik və sülhdə yaşamağı öyrənirik". 

Əvvəlcə qeyd edək ki, Prezident İlham Əliyevin Ermənistanda keçirilən "Avropa Siyasi Birliyi"nin 8-ci sammitinə videoformatda qoşulması həm Bakı-İrəvan arasında sülh prosesinin önəmini vurğulamaq, həm də strateji mesajlar baxımından çox əhəmiyyətlidir. Prezident İlham Əliyev videoformat vasitəsilə Ermənistanın evsahibliyi etdiyi tədbirə regionun yeni reallıqlarını diktə edən tərəf kimi qatıldı. Sammitin İrəvanda keçirilməsinə baxmayaraq, Azərbaycan Prezidentinin bu platformada iştirakı regionun gələcək taleyinin rəsmi Bakının iştirakı olmadan müəyyən edilməsinin qeyri-mümkün olduğunu göstərdi. 

Prezident İlham Əliyevin Ermənistandakı tədbiri dəstəkləməsi və qarşılıqlı olaraq növbəti tədbirin Bakıda keçirilməsini təklif etməsi Azərbaycanın balanslı xarici siyasət kursuna sadiqliyini göstərir. Bu, beynəlxalq təşkilatların regiona yanaşmasında birtərəfliliyin qarşısını alan strateji gedişdir. Belə mötəbər tədbirlərin hər iki ölkədə ardıcıl keçirilməsi Cənubi Qafqazın artıq münaqişə zonası deyil, beynəlxalq müzakirələrin mərkəzi kimi qəbul edildiyini təsdiqləyir. Azərbaycanın 2026-cı il Ermənistan sammitini dəstəkləməsi qarşılığında 2028-ci il sammitini Bakıya qazandırması isə yüksəksəviyyəli diplomatik qələbədir.

Dövlətimizin başçısının İrəvandakı sammiti dəstəkləməsi Azərbaycanın sülh prosesində nə dərəcədə səmimi və konstruktiv olduğunu bütün Avropaya nümayiş etdirdi. Bu addım Ermənistan daxilindəki revanşist qüvvələrin absurd iddialarını da tamamilə alt-üst etdi. Prezident İlham Əliyev bildirdi ki, biz cəmi doqquz aydır ki, sülh şəraitindəyik və sülhdə yaşamağı öyrənirik: "Ötən ilin avqustunda Vaşinqtonda, Ağ Evdə Ermənistan və Azərbaycan liderləri Birgə Bəyannamə imzaladılar. Prezident Tramp, artıq qeyd edildiyi kimi, həmçinin şahid kimi imza atdı. Ermənistanın və Azərbaycanın xarici işlər nazirləri sülh sazişinin mətnini parafladılar. Bizim üçün və əminəm ki, ermənistanlı həmkarlarımız üçün sülh qurulub. Sülhün əldə olunması faktı əsasında Azərbaycan 1990-cı illərin əvvəlindən Ermənistana tətbiq edilən bütün tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırdı. İndiyə qədər Ermənistana Azərbaycan ərazisi vasitəsilə 28 min ton yük çatdırılıb. Azərbaycan hətta əlavə addımlar atdı. Biz ilk dəfə olaraq öz neft məhsullarımızı - benzin və dizeli Ermənistana təchiz etməyə başladıq. Beləliklə, ticarət münasibətləri başladı. Bu vaxta qədər 12 min ton neft məhsullarımız Ermənistana ixrac edilib". 

Prezident İlham Əliyevin "sülh şəraitində yaşamağı öyrənirik" deməsi onilliklər boyu davam edən münaqişədən sonra cəmiyyətlərin, dövlət institutlarının yeni reallığa adaptasiya prosesini ifadə edir. Uzunmüddətli qarşıdurmadan sonra dinc yanaşı yaşama formasına keçid sosial-psixoloji hazırlıq tələb edir. 9 aylıq qısa müddət sülhün kövrəkliyi ilə yanaşı, prosesin artıq geri dönməz xarakter aldığını göstərir. Ağ Evdə imzalanan sənədlərə istinad edilməsi də sülh prosesinin beynəlxalq legitimliyini, qlobal güclər tərəfindən dəstəkləndiyini vurğulayır.

Dövlətimizin başçısı çıxışında, sadəcə, siyasi bəyanatlarla kifayətlənmədi, eyni zamanda "Tramp marşrutu" və Ermənistana yanacaq ixracı kimi konkret faktları səsləndirdi. Azərbaycanın Ermənistana benzin və dizel tədarük etməyə başlaması onilliklər boyu davam edən iqtisadi təcridin başa çatması, rəsmi Bakının xoş məramının və sülhə olan real sadiqliyinin göstəricisidir. Bu, Zəngəzur dəhlizi və digər kommunikasiyaların tam gücü ilə işləməsi üçün bir növ pilot layihə rolunu oynayır. 

Azərbaycan liderinin çıxışında prosesi ləngitməyə və ya pozmağa çalışan qüvvələrlə bağlı da açıq mesaj var. Burada söhbət Ermənistanın daxilindəki radikal revanşistlərdən və Cənubi Qafqazda gərginliyin qalmasında maraqlı olan bəzi xarici dairələrdən gedir. Azərbaycan bu maneələri qabaqcadan görür və onları diplomatik müstəvidə zərərsizləşdirməyə hazır olduğunu nümayiş etdirir.

Dövlətimizin başçısının videoçıxışının digər əhəmiyyətli məqamı Avropa Parlamentinin və AŞPA-nın tənqidi idi. Prezident İlham Əliyev Avropa Komissiyasının sülh prosesindəki obyektiv rolunu təqdir etməklə yanaşı, heç də bütün Avropa təsisatlarının eyni yanaşmanı nümayiş etdirmədiyini deyib. Dövlətimizin başçısı vurğulayıb ki, ikili standartlar bu gün AŞPA üçün bir növ fəaliyyət üsuluna çevrilib. Ölkə rəhbəri diqqətə çatdırıb ki, İkinci Qarabağ müharibəsinin başa çatmasından altı ay sonra Avropa Parlamenti Azərbaycanla bağlı təhqiramiz ifadələrlə dolu 14 qətnamə qəbul edib: "İkinci Qarabağ müharibəsi bitdikdən cəmi altı ay sonra - 2021-ci ilin mayından 2026-cı il aprelin 30-na qədər Avropa Parlamenti Azərbaycanla bağlı təhqir və yalanlarla dolu 14 qətnamə qəbul edib. Sadəcə, təsəvvür edin: beş il ərzində 14 qətnamə aludəçilikdir. Ən sonuncusu cəmi dörd gün əvvəl - bilərəkdən Zirvə görüşü ərəfəsində qəbul edildi. Avropa Parlamenti ksenofobiya, islamofobiya, antisemitizm, miqrasiya, rəqabətçilik, evsiz insanların məsələsi kimi fundamental problemləri həll etmək əvəzinə, böhtan və yalan yayaraq Azərbaycanı hədəfə alır. Səbəb isə odur ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib, separatçılığa son qoyub və müharibə cinayətkarlarını ədalət mühakiməsinə cəlb edib. Cavab olaraq Azərbaycan parlamenti mayın 1-də Avropa Parlamenti ilə bütün sahələrdə əməkdaşlığı dayandırmaq, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin işində iştirakına son qoymaq və Avronest Parlament Assambleyasında üzvlüyün dayandırılmasına aid prosedurlara başlamaqla bağlı rəsmi qərar qəbul edib. Nəzərə alsaq ki, "Avropa Siyasi Birliyi"nin Zirvə görüşlərində biz öz fikirlərimizlə və narahatlıq doğuran məsələlərlə açıq şəkildə mübadilə edirik, mən, sadəcə, bu halda baş verənlər barədə həmkarlarımızı məlumatlandırmaq istədim ki, son qərarla bağlı səhv informasiya və manipulyasiya olmasın". 

Prezident İlham Əliyev bu platformadan istifadə edərək, Avropa təsisatları arasındakı ziddiyyətləri onların üzünə söylədi. Dövlətimizin başçısı beynəlxalq hüququn tətbiqindəki ədalətsizliyi konkret rəqəmlər və faktlarla ifşa etdi. Vurğuladı ki, 5 il ərzində qəbul edilən 14 qətnamə AP-nin Azərbaycana qarşı qərəzinin obsesiya səviyyəsinə çatdığının göstəricisidir. 

Dövlətimizin başçısı nitqi ilə dünyaya bəyan etdi ki, Azərbaycan Avropa ilə bərabərhüquqlu və qarşılıqlı hörmətə söykənən əməkdaşlığa hazırdır, lakin milli suverenliyin və ərazi bütövlüyünün müzakirə obyekti edilməsinə və ya təzyiq rıçağına çevrilməsinə əsla icazə verməyəcək. 


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Televiziya məkanında ictimaiyyətin narazılığına səbəb olan məsələlər diqqətdə saxlanılır

09:05
05 May

İlmə-ilmə toxunan həyat

09:00
05 May

Gənclər siyasəti dövlətin inkişaf strategiyasının əsas istiqamətlərindən biridir

08:55
05 May

Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib

08:50
05 May

Qərəzin və korrupsiyanın ünvanı olan Avropa strukturu

08:45
05 May

Avropa Parlamentində korrupsiyaya bulaşmış deputat çoxdur

08:40
05 May

Qətiyyətli cavab

08:35
05 May

Avropanın Azərbaycana artan marağı qarşılıqlı strateji tərəfdaşlığa əsaslanır

08:30
05 May

Sülhə qarşı hibrid hücumlar da iflasa məhkumdur

08:27
05 May

Böyük Qayıdış: Heydər Əliyev ideyalarının təntənəsi

08:25
05 May

AİB-nin 59-cu illik toplantısının rəsmi açılış mərasimi keçirilib

08:20
05 May

Bütöv Azərbaycana gedən yolun təməllərini yaradan lider

08:15
05 May

Naxçıvanın xilaskarı

08:10
05 May

Heydər Əliyev siyasi irsi: inkişafımızın təməli

08:05
05 May

Avropaya ünvanlanan mesajlar

08:00
05 May

"Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı arasında 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyası ilə əlaqədar təşkilati tədbirlər və maliyyə məsələləri barədə əlavə Saziş"in təsdiq edilməsi haqqında

05:01
05 May

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 463 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Hüquqi aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi qaydaları haqqında Əsasnamə"də və 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə

05:01
05 May

Azərbaycan xalçaçılarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

05:00
05 May

“Azərbaycan Respublikasının Milli Yaşıl Taksonomiyası”nın təsdiq edilməsi haqqında

04:59
05 May

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında

04:58
05 May

“İstilik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında

04:57
05 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!