08 May 2026 09:05
114
SİYASƏT
A- A+
Azərbaycanla əlaqələrin inkişafı Avropa üçün strateji zərurətdir

Azərbaycanla əlaqələrin inkişafı Avropa üçün strateji zərurətdir


Aİ rəsmilərinin ardıcıl səfərləri də bunu təsdiqləyir


Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın Azərbaycana səfəri ölkəmizlə Avropa İttifaqı arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərən mühüm siyasi hadisə kimi qiymətləndirilə bilər. Son dövrlərdə Aİ rəsmilərinin Azərbaycana intensivləşən səfərləri də təsadüfi deyil və bu, ölkəmizin regional və beynəlxalq müstəvidə artan strateji əhəmiyyətinin göstəricisidir. 

Milli Məclisin deputatı Sevinc Hüseynova qəzetimizə açıqlamasında deyib ki, xüsusilə Vətən müharibəsindən sonra bu münasibətlər artıq emosional ritorikadan və epizodik siyasi yanaşmalardan uzaqlaşaraq, davamlı qarşılıqlı maraqların və rasional seçimlərin müəyyən etdiyi praqmatik tərəfdaşlıq modelinə çevrilməkdədir. Avropa Parlamenti və AŞPA kimi bəzi siyasi platformalarda zaman-zaman müşahidə olunan qərəzli ritorikaya baxmayaraq, Avropa İttifaqı ilə Azərbaycan dövləti arasında institusional dialoqun fasiləsiz davam etməsi bu münasibətlərin artıq sistem xarakteri aldığını göstərir. "Bu, eyni zamanda onu sübut edir ki, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı ayrı-ayrı siyasi mövqelərin təsirindən daha çox, uzunmüddətli geosiyasi maraqlar və strateji zərurətlər üzərində qurulur. Kaya Kallasın regiona səfəri və Ermənistanla təmaslardan dərhal sonra Bakıya gəlməsi də məhz bu kontekstdə xüsusi diqqət çəkir. Prezident İlham Əliyevlə keçirilən görüşdə səsləndirilən fikirlər və daha əvvəl Avropa İttifaqı Şurasının prezidenti Antonio Koştanın Bakıya səfəri zamanı qəbul olunmuş birgə bəyanat bu münasibətlərin artıq strateji xarakter daşıdığını təsdiqləyir. Bu səfər həm də onu göstərir ki, Avropa İttifaqı regionda formalaşan yeni geosiyasi reallıqları nəzərə almağa və Azərbaycanı Cənubi Qafqazın əsas siyasi və iqtisadi aktoru kimi qəbul etməyə məcburdur. Çünki hazırkı mərhələdə regionda təhlükəsizlik, enerji təminatı, nəqliyyat marşrutları və kommunikasiya layihələri ilə bağlı istənilən ciddi təşəbbüs Azərbaycanın iştirakı olmadan real nəticə verə bilməz", - deyə o əlavə edib.

Deputat qeyd edib ki, Azərbaycan bu gün Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və etibarlı tərəfdaşlığın əsas təminatçılarından biri kimi çıxış edir. Xüsusilə enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya marşrutları, "yaşıl enerji" layihələri və Orta dəhlizin inkişafı fonunda Avropanın Azərbaycana marağı daha da artıb. Mövcud geosiyasi reallıqlar göstərir ki, Avropa İttifaqı regionda uzunmüddətli və etibarlı əməkdaşlıq üçün Azərbaycana xüsusi önəm verir. S.Hüseynova vurğulayıb ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən balanslaşdırılmış, praqmatik və milli maraqlara əsaslanan xarici siyasət nəticəsində Azərbaycan həm Şərq, həm də Qərb üçün etibarlı tərəfdaş statusunu möhkəmləndirib. Bu gün ölkəmiz yalnız enerji ixrac edən dövlət deyil, eyni zamanda mühüm siyasi dialoq və əməkdaşlıq platforması kimi qəbul olunur: "Aİ rəsmilərinin ardıcıl səfərləri bir daha göstərir ki, Azərbaycanla münasibətlərin inkişafı Avropa üçün strateji zərurətə çevrilib. Bu səfərlər həm siyasi dialoqun genişlənməsi, həm iqtisadi əlaqələrin dərinləşməsi, həm də regionda sülh və təhlükəsizlik məsələlərində Azərbaycanın rolunun daha yaxından qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanın beynəlxalq nüfuzu və geosiyasi çəkisi davamlı şəkildə artır və ölkəmiz regionun gələcəyini müəyyən edən əsas aktorlardan biri kimi mövqeyini daha da gücləndirir".


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Elçinin "Şekspir" pyesi əsasında hazırlanan tamaşa nümayiş olunub

09:55
08 May

Səhnə onun həyatı, obrazlar isə taleyidir

09:50
08 May

Xalı-xalçalı İçərişəhər

09:45
08 May

Həsrət və mübarizlikdən yoğrulmuş şair ömrü

09:40
08 May

İgidliyi ilə nümunə oldu

09:35
08 May

Vətən sevgisi - insan ləyaqətinin göstəricisidir

09:30
08 May

Bakıda aqrar və qida sənayesinin ən böyük sərgiləri yekunlaşır

09:25
08 May

Azərbaycan-İİB: etibarlı və davamlı maliyyə tərəfdaşlığı

09:20
08 May

Xarici ekspertlər Avropanın enerji təchizatında Azərbaycanın artan rolunu etiraf və təqdir edirlər

09:15
08 May

Halal ömür

09:10
08 May

Azərbaycanla əlaqələrin inkişafı Avropa üçün strateji zərurətdir

09:05
08 May

Fransanın "dəstəy"i Ermənistana uğur vəd edə bilməz 

09:00
08 May

Fransa yanlış siyasətindən əl çəkmir 

08:55
08 May

Hayların halına ağlayan gərək

08:50
08 May

Fransanın ermənipərəst ritorikası sülh prosesi ilə ziddiyyət təşkil edir

08:45
08 May

Roberta Metsolanın açıqlaması Avropa Parlamentinin qərəzli simasını nümayiş etdirir

08:40
08 May

Bakıda klassik musiqi konserti keçirilib

08:35
08 May

Ulu Öndər Heydər Əliyevin şəhərsalma strategiyası və Bakının WUF13-ə uzanan inkişaf yolu

08:30
08 May

Müstəqil Azərbaycan böyük Heydər Əliyev ideyalarının təntənəsidir

08:25
08 May

Heydər Əliyevin irsi milli sərvətimizdir

08:20
08 May

Ulu Öndərin ideyaları işığında şəhər ekosistemlərinin dayanıqlı inkişafı və "yaşıl transformasiya" paradiqması

08:15
08 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!