08 May 2026 08:40
105
SİYASƏT
A- A+
Roberta Metsolanın açıqlaması Avropa Parlamentinin qərəzli simasını nümayiş etdirir

Roberta Metsolanın açıqlaması Avropa Parlamentinin qərəzli simasını nümayiş etdirir


Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli davranışı göstərir ki, bu qurum ölkəmizə münasibətdə obyektiv və ədalətli mövqe nümayiş etdirməkdən uzaqdır. Prezident İlham Əliyev də bəyan edib ki, Avropa Parlamenti sülh prosesinə dəstək vermək əvəzinə, ona qarşı sabotajla məşğul olur. Bu bəyanatdan sonra Avropa Parlamentinin sədri Roberta Metsolanın cəfəng açıqlaması bu reallığı bir daha təsdiqlədi.

Milli Məclisin deputatı Könül Nurullayeva qəzetimizə açıqlamasında deyib ki, AP-nin Azərbaycanla bağlı qətnamələri həmişə siyasi qərəz və böhtan üzərində qurulub. Bu yanaşma da göstərir ki, Avropa Parlamenti regiondakı proseslərə obyektiv hüquqi prinsiplərdən deyil, destruktiv maraqlar prizmasından yanaşır. "Xüsusilə Azərbaycanın ərazi bütövlüyü məsələsində illərlə nümayiş etdirilən susqunluq, sonrakı mərhələlərdə Bakıya qarşı böhtan dolu qətnamələrin qəbul edilməsi Avropa Parlamentinin əsl simasını ortaya qoyur. Bu xüsusda Metsolanın açıqlaması qərəzli siyasətin davam etdirilməsi niyyətini təsdiqləyir. Əgər bir qurum tənqidlərdən nəticə çıxarmaq, regionun həssas siyasi reallıqlarını nəzərə almaq əvəzinə, əvvəlki pozucu fəaliyyətə sadiqliyini bəyan edirsə, bu, artıq qərəzin göstəricisidir" - deyə o əlavə edib.

Deputat qeyd edib ki, Azərbaycan xarici siyasətdə müstəqil və prinsipial mövqe nümayiş etdirir. Rəsmi Bakı açıq şəkildə bildirir ki, münasibətlər yalnız qarşılıqlı hörmət və suverenliyə ehtiram əsasında inkişaf edə bilər. Bu baxımdan Avropa Parlamentinin davamlı şəkildə siyasi təzyiq alətinə çevrilən qətnamələri tərəfdaşlıq ruhuna ziddir. Digər tərəfdən, enerji təhlükəsizliyi, nəqliyyat layihələri və regional sabitlik məsələlərində Azərbaycanın Avropa üçün strateji əhəmiyyəti artmaqdadır. Belə bir şəraitdə münasibətlərin emosional və qərəzli siyasi ritorika üzərində qurulması Avropanın maraqlarına xidmət etmir.

K.Nurullayeva bildirib ki, Avropa Parlamenti obyektiv tərəfdaş olmaq istəmir və Azərbaycana qarşı qərəzli siyasətini davam etdirmək niyyətindədir: "R.Metsolanın açıqlaması bunu bir daha sübut edir. Azərbaycan isə öz milli maraqlarını qətiyyətlə müdafiə edən, xarici təzyiqlər qarşısında geri çəkilməyən dövlətdir. Heç bir qüvvə Azərbaycanla diktə dili ilə danışa bilməz".


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Vətən sevgisi - insan ləyaqətinin göstəricisidir

09:30
08 May

Bakıda aqrar və qida sənayesinin ən böyük sərgiləri yekunlaşır

09:25
08 May

Azərbaycan-İİB: etibarlı və davamlı maliyyə tərəfdaşlığı

09:20
08 May

Xarici ekspertlər Avropanın enerji təchizatında Azərbaycanın artan rolunu etiraf və təqdir edirlər

09:15
08 May

Halal ömür

09:10
08 May

Azərbaycanla əlaqələrin inkişafı Avropa üçün strateji zərurətdir

09:05
08 May

Fransanın "dəstəy"i Ermənistana uğur vəd edə bilməz 

09:00
08 May

Fransa yanlış siyasətindən əl çəkmir 

08:55
08 May

Hayların halına ağlayan gərək

08:50
08 May

Fransanın ermənipərəst ritorikası sülh prosesi ilə ziddiyyət təşkil edir

08:45
08 May

Roberta Metsolanın açıqlaması Avropa Parlamentinin qərəzli simasını nümayiş etdirir

08:40
08 May

Bakıda klassik musiqi konserti keçirilib

08:35
08 May

Ulu Öndər Heydər Əliyevin şəhərsalma strategiyası və Bakının WUF13-ə uzanan inkişaf yolu

08:30
08 May

Müstəqil Azərbaycan böyük Heydər Əliyev ideyalarının təntənəsidir

08:25
08 May

Heydər Əliyevin irsi milli sərvətimizdir

08:20
08 May

Ulu Öndərin ideyaları işığında şəhər ekosistemlərinin dayanıqlı inkişafı və "yaşıl transformasiya" paradiqması

08:15
08 May

Güclü və qalib Azərbaycanın reallığı

08:10
08 May

Heydər Əliyev ədəbiyyatın, mədəniyyətin hamisi idi

08:05
08 May

Zəfərin əbədi ünvanı

08:00
08 May

Azərbaycan Respublikasının Əmək Məcəlləsində və "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

02:01
08 May

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin yenidən təşkili və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında

02:01
08 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!