08 May 2026 02:01
175
Fərmanlar
A- A+
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin yenidən təşkili və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin yenidən təşkili və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ictimai nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi, xidmətlərin qarşılıqlı inteqrasiyasının və fəaliyyətin əlaqələndirilməsinin gücləndirilməsi, habelə əhalinin şəhərdaxili hərəkətinin (mobilliyinin) daha keyfiyyətli təşkiledilməsi məqsədilə qərara alıram:

1. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra - Cəmiyyət) "BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyətinin və "Bakı Taksi Xidməti" Məhdud Məsuliyyətli Cəmiyyətinin ona qoşulması formasında yenidən təşkil edilsin.

2. Müəyyən edilsin ki:

2.1. Cəmiyyət ictimai nəqliyyat sahəsində (metro, avtobus, tramvay, taksi) sərnişindaşıma üzrə xidmətlər göstərilməsini, onların keyfiyyətinin və təhlükəsizliyinin yüksəldilməsini, həmin xidmətlərin təşkili və gedişhaqqının ödənilməsi üzrə innovativ və rəqəmsal həllərin tətbiqini, habelə bu sahədə yeni nəqliyyat infrastrukturu obyektlərinin (metro, tramvay, avtomobil nəqliyyatı üzrə avtovağzalların (avtostansiyaların), terminalların və digər qurğuların, eləcə də taksi və avtobuslara texniki xidmət göstərən texniki-təmir sahələrinin və stansiyalarının) layihələndirilməsini və tikintisini, maddi-texniki bazanın gücləndirilməsini və müasirləşdirilməsini, həmçinin müxtəlif nəqliyyat növləri (metro, avtobus, tramvay, taksi) üzrə xidmətlərin qarşılıqlı inteqrasiyasını, vahid mərkəzdən idarə olunmasını və əlaqələndirilməsini təmin edən kommersiya hüquqi şəxsidir;

2.2. Cəmiyyət "BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyətinin və "Bakı Taksi Xidməti" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi varisidir, onların bütün hüquqları və öhdəlikləri, habelə əmlakı Cəmiyyətə keçir;

2.3. Cəmiyyətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 5 (beş) üzvdən ibarət Müşahidə Şurası yaradılır;

2.4. Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi 5 (beş) üzvdən -sədr və onun 4 (dörd) müavinindən ibarət İdarə Heyəti həyata keçirir.

3. Cəmiyyətin ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

3.1. Azərbaycan Respublikasının Prezidentinə:

3.1.1.Cəmiyyətin yenidən təşkili və ləğvi;

3.1.2.Cəmiyyətin icra orqanının yaradılması;

3.1.3. Cəmiyyətin İdarə Heyəti üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

3.2. Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinə (AZCON-a):

3.2.1.Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq ali idarəetmə orqanının müstəsna səlahiyyətinə aid edilmiş digər məsələlərin Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirilməsi;

3.2.2. bu Fərmanın 3.1-ci bəndində və 3.2.1-ci yarımbəndində qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının normativ hüquqi aktları, eləcə də Cəmiyyətin nizamnaməsi ilə ümumi yığıncağa həvalə edilən digər səlahiyyətlərin həyata keçirilməsi.

4. Cəmiyyətin Müşahidə Şurası aşağıdakı səlahiyyətləri həyata keçirir:

4.1. Cəmiyyətin inkişaf strategiyasına və onun icrası ilə bağlı tədbirlər planına, habelə əsas səmərəlilik göstəricilərinin müəyyən edilməsinə və biznes planına dair Ümumi Yığıncağa təkliflər vermək;

4.2. Cəmiyyətin gəlirlər və xərclər smetalarını, o cümlədən büdcə proqnozlarını təsdiq edilməsi üçün Ümumi Yığıncağa təqdim etmək və icrasını təmin etmək;

4.3. Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin),eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanılmasına dair Ümumi Yığıncağa təkliflər vermək;

4.4. fəaliyyətinin səmərəliliyini artırmaq üçün etika, strateji planlaşdırma, risklərin idarə edilməsi və s. üzrə yardımçı komitələr yaratmaq və öz səlahiyyətlərinin bir hissəsini onlara həvalə etmək;

4.5. Ümumi Yığıncaqla razılaşdırmaqla Cəmiyyətin maliyyə planlaşdırılmasını təsdiq etmək və icrasını təmin etmək;

4.6. Ümumi Yığıncaqla razılaşdırmaqla Cəmiyyətin idarə, filial və nümayəndəliklərinin əsasnamələrini, habelə təsisçisi (iştirakçısı) olduğu hüquqi şəxslərin nizamnamələrini təsdiq etmək;

4.7. Cəmiyyətin idarə, filial və nümayəndəliklərinin, habelə Cəmiyyət tərəfindən hüquqi şəxslərin yaradılması, eləcə də onların idarəetmə orqanlarının üzvlərinin (rəhbərlərinin) vəzifəyə təyin və vəzifədən azad edilməsi ilə bağlı Ümumi Yığıncağa təkliflər vermək;

4.8. Ümumi Yığıncağın razılığı ilə Cəmiyyətin, onun idarə, filial və nümayəndəliklərinin, habelə təsisçisi (iştirakçısı) olduğu hüquqi şəxslərin strukturunu, işçilərinin say həddini, əməkhaqqı sistemini və əməyin ödənişi fondunu, ştat cədvəlini təsdiq etmək;

4.9. Cəmiyyətin mənfəətinin və zərərinin bölüşdürülməsi ilə bağlı sənədləri, həmçinin illik hesabatları və maliyyə hesabatlarını təsdiq edilməsi üçün Ümumi Yığıncağa təqdim etmək;

4.10. Cəmiyyətin daxili audit bölməsini təşkil etmək və onun əsasnaməsini Ümumi Yığıncaqla razılaşdırmaqla təsdiq etmək, əməkdaşlarını vəzifəyə təyin və vəzifədən azad etmək;

4.11. bu Fərmanın 3-cü hissəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Azərbaycan Respublikasının bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları və Cəmiyyətin nizamnaməsi ilə Müşahidə Şurasının səlahiyyətlərinə aid edilmiş digər məsələləri həll etmək.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

6. Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON):

6.1. Cəmiyyətin yeni nizamnaməsini və strukturunu üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

6.2. bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

7. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 7 noyabr tarixli 226 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024,  № 11, maddə 1196; 2025, № 8, maddə 749) ilə təsdiq edilmiş "Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)" publik hüquqi şəxsin idarəetməsinə veriləcək dövlət müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin siyahısı"nın 6-cı hissəsi və 8.5-ci bəndi ləğv edilsin.

8. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 fevral tarixli 289 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 2, maddə 177 (Cild I) 3-cü və 4-cü hissələri ləğv edilsin.

9. "BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 mart tarixli 2550 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 3, maddə 255 (Cild I); 2024, № 2, maddə 172) 1-ci və 2-ci hissələri ləğv edilsin.

10. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 mart tarixli 2553 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 3, maddə 258 (Cild I); 2024, № 7, maddə 880) ləğv edilsin.

11. "BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 mart tarixli 2554 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 3, maddə 259 (Cild I) ləğv edilsin.


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 7 may 2026-cı il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikasının Əmək Məcəlləsində və "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

02:01
08 May

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin yenidən təşkili və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında

02:01
08 May

Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında

02:00
08 May

İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında

02:00
08 May

“Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 113-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 10 oktyabr tarixli 265-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 28 noyabr tarixli 537 nömrəli və “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 113-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 28 noyabr tarixli 538 nömrəli fərmanlarının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

01:58
08 May

“Müayinə və texniki xidmətlə bağlı tələblərə riayət olunmasına monitorinqin keçirilməsi Qaydası”nın təsdiq edilməsi və “Müayinənin və texniki xidmətin həyata keçirilməsinə monitorinqin keçirilməsi qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 25 iyun tarixli 214 nömrəli Qərarının ləğv edilməsi barədə

01:57
08 May

“İxtisas attestatının forması, attestatın verilməsi, qüvvədəolma müddətinin dayandırılması və ya onun ləğv edilməsi və ixtisaslaşmış podratçıların fəaliyyətinə nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi və “İxtisaslaşmış podratçılara verilən ixtisas attestatının forması, onun verilməsi, qüvvədəolma müddətinin dayandırılması və ya ləğv edilməsi, eləcə də ixtisaslaşmış podratçıların reyestrinin aparılması və onların fəaliyyətinə nəzarətin həyata keçirilməsi qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 25 iyun tarixli 217 nömrəli Qərarının ləğv edilməsi barədə

01:56
08 May

“Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikasının 2025-ci il 14 iyul tarixli 248-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 13 avqust tarixli 478 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:54
08 May

“Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 30 yanvar tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:53
08 May

Ermənistanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırılıb

23:54
07 May

İslam İnkişaf Bankı bu günədək ölkəmizdə 19 dövlət zəmanətli layihə üzrə 1 milyard ABŞ dollarından artıq vəsait ayırıb  

23:48
07 May

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilən konsert proqramı təşkil olunub  

22:08
07 May

Zelenski: Ukrayna Rusiyaya atəşin dayandırılmasını təklif edib

21:26
07 May

Heydər Əliyevin dövlətçilik fəlsəfəsi: tarixi dəyərlər əsasında gələcəyə baxış  

20:59
07 May

Dövlət qurumları arasında IV minifutbol turnirinin qalibləri mükafatlandırılıb 

20:41
07 May

Azərbaycan - İtaliya münasibətləri qarşıdakı dövrdə daha da genişlənəcək  

20:41
07 May

Azərbaycanda kənd təsərrüfatı kreditlərinə faiz subsidiyası tətbiq olunacaq

20:34
07 May

Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ilə Aralıq Dənizi Parlament Assambleyası arasında Anlaşma Memorandumu imzalanıb  

20:31
07 May

Hörmüz boğazında diplomatiya ümidi birjalarda qiymətləri yüksəltdi

20:24
07 May

Sahibə Qafarova Monteneqro parlamentinin sədri ilə görüşüb  

20:17
07 May

Rəqəmsal dövlət platformasında vətəndaşların sosial kreditinin qiymətləndirilməsinə dair araşdırmalar aparılır  

20:07
07 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!