08 May 2026 09:00
124
SİYASƏT
A- A+
Fransanın "dəstəy"i Ermənistana uğur vəd edə bilməz 

Fransanın "dəstəy"i Ermənistana uğur vəd edə bilməz 


Fransa Prezidenti Emmanuel Makronun "Avropa Siyasi Birliyi"nin sammitində bəzi məqamları vurğulaması Azərbaycanın nə dərəcədə haqlı olduğunu bir daha təsdiqlədi. Xüsusən Makronun İrəvanı "Rusiyanın peyki" adlandırması bu barədə Azərbaycanın səsləndirdiyi fikirlərin Fransa tərəfindən reallıq kimi qəbul olunduğunu nümayiş etdirdi. 

Halbuki münaqişə dönəmində Fransa Ermənistanı "demokratik və müstəqil ölkə" kimi təqdim etmək üçün dəridən-qabıqdan çıxırdı. Ermənistanın müstəqil xarici siyasət yürütmək iqtidarında olmadığı, siyasi qərarlarının İrəvanda yox, kənar dairələrdə qəbul olunduğu təsbitləri inkar edilirdi. Lakin Makronun məhz İrəvanda Ermənistanın Moskvadan asılı olduğunu bildirməsi Azərbaycan liderinin diplomatik uzaqgörənliyinin növbəti sübutudur. 

Azərbaycanda Ermənistanın forpost statusu ilə bağlı səslənən fikirlər konkret faktlara əsaslanıb. Ermənistan sərhədlərinin başqa ölkə tərəfindən qorunması, iqtisadi asılılıq, hərbi baza və digər məqamlar İrəvanın vassallığını təsdiqləyib. Bununla yanaşı, Makronun etiraf etdiyi kimi, müharibə dövründə Fransanın İrəvana dəstəyi, kəşfiyyat məlumatları ötürməsi, diplomatik təzyiqləri barədə də kifayət qədər faktlar olub. Fransa dəfələrlə Azərbaycan əleyhinə qətnamə layihələri hazırlayaraq BMT-nin Təhlükəsizlik Şurasından keçirməyə çalışıb. Lakin Azərbaycan Prezidentinin qətiyyətli xarici siyasəti, uzaqgörən addımları və Qoşulmama Hərəkatı çərçivəsində qurduğu sıx əlaqələr bu cəhdləri iflasa uğradıb. 

Makronun çıxışı aydın şəkildə göstərir ki, Fransa 2020-ci ildə Azərbaycanın qələbəsini həzm edə bilməyib. Onun ermənilərə yönəlik "Rusiya sizi tərk etdi" ifadəsi İrəvana ünvanlanmış "yeni xilaskar" mesajıdır. Görünür, Ermənistanın hərbi-siyasi sisteminin çöküşünü Fransa özü üçün geosiyasi fürsətə çevirmək istəyir. Erməni cəmiyyətinin incikliyini körükləyərək, Fransanı "yeganə və sadiq müttəfiq" kimi təqdim edir. 

Fransa dövlət başçısının "erməni əsirlər" məsələsində İrəvana dəstək vədi, "mənə arxalana bilərsiniz" sözləri bitmiş münaqişənin külünü eşələmək cəhdidir. Ola bilər, Fransa bu mövzunu gündəmdə saxlamaqla Azərbaycanın beynəlxalq imicinə zərbə vurmağı, Bakını hansısa güzəştlərə məcbur etməyi hədəfləyir. Lakin bu taktika indiyə qədər heç bir nəticə verməyib. Reallıqda Fransa 2020-ci ildə də,  sonrakı dövrdə də Ermənistan üçün həlledici heç nə edə bilməyib. Makronun "biz yanınızdaydıq" ifadəsi Azərbaycanın döyüş meydanında və beynəlxalq diplomatik müstəvidə təkcə Ermənistana deyil, onun arxasındakı güclərə də qalib gəldiyinin bəyanıdır. O baxımdan bu cür bəyanatlar, sadəcə, Azərbaycan-Fransa münasibətlərinin daha da korlanmasına səbəb olur. 

Ermənistan və Fransa rəhbərliyinin imzaladıqları hərbi-texniki sahədə əməkdaşlıq sənədləri də regionun təhlükəsizlik arxitekturasını sarsıtmağa yönəlmiş addımlardır. Fransanın bölgədə hərbi mövcudluğunu artırmağa çalışması "sülh tərəfdarıyam" deyən bir dövlət başçısının müqavilənin imzalanması ərəfəsində atdığı ən təzadlı addımdır. 

Makronun İrəvan küçələrində qaçışması, rəqs etməsi, mahnı oxuması isə siyasi populizm və şou nümunəsidir. Dövlət başçısına yaraşmayan qeyri-ciddi hərəkətlərlə özünü erməni toplumuna sevdirməyə çalışan Makron bununla həm də öz ölkəsindəki erməni lobbisindən xal qazanmaq niyyəti güdür. 

Nəticə etibarilə Bakının səsləndirdiyi fikirlərin bu gün Ermənistanın ən yaxın müttəfiqləri tərəfindən etirafı regiondakı geosiyasi mənzərənin köklü şəkildə dəyişməsinin təzahürüdür. Məhz Azərbaycan öz gücü, hərbi-diplomatik qələbələri ilə bu həqiqətləri Ermənistana, onun havadarlarına diktə edib və regionda yeni reallıqlar yaradıb. Fransanın İrəvana heç bir "dəstəy"i Ermənistana uğur vəd edə bilməz.  


İ.QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Elçinin "Şekspir" pyesi əsasında hazırlanan tamaşa nümayiş olunub

09:55
08 May

Səhnə onun həyatı, obrazlar isə taleyidir

09:50
08 May

Xalı-xalçalı İçərişəhər

09:45
08 May

Həsrət və mübarizlikdən yoğrulmuş şair ömrü

09:40
08 May

İgidliyi ilə nümunə oldu

09:35
08 May

Vətən sevgisi - insan ləyaqətinin göstəricisidir

09:30
08 May

Bakıda aqrar və qida sənayesinin ən böyük sərgiləri yekunlaşır

09:25
08 May

Azərbaycan-İİB: etibarlı və davamlı maliyyə tərəfdaşlığı

09:20
08 May

Xarici ekspertlər Avropanın enerji təchizatında Azərbaycanın artan rolunu etiraf və təqdir edirlər

09:15
08 May

Halal ömür

09:10
08 May

Azərbaycanla əlaqələrin inkişafı Avropa üçün strateji zərurətdir

09:05
08 May

Fransanın "dəstəy"i Ermənistana uğur vəd edə bilməz 

09:00
08 May

Fransa yanlış siyasətindən əl çəkmir 

08:55
08 May

Hayların halına ağlayan gərək

08:50
08 May

Fransanın ermənipərəst ritorikası sülh prosesi ilə ziddiyyət təşkil edir

08:45
08 May

Roberta Metsolanın açıqlaması Avropa Parlamentinin qərəzli simasını nümayiş etdirir

08:40
08 May

Bakıda klassik musiqi konserti keçirilib

08:35
08 May

Ulu Öndər Heydər Əliyevin şəhərsalma strategiyası və Bakının WUF13-ə uzanan inkişaf yolu

08:30
08 May

Müstəqil Azərbaycan böyük Heydər Əliyev ideyalarının təntənəsidir

08:25
08 May

Heydər Əliyevin irsi milli sərvətimizdir

08:20
08 May

Ulu Öndərin ideyaları işığında şəhər ekosistemlərinin dayanıqlı inkişafı və "yaşıl transformasiya" paradiqması

08:15
08 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!