08 May 2026 08:10
151
SİYASƏT
A- A+
Güclü və qalib Azərbaycanın reallığı

Güclü və qalib Azərbaycanın reallığı


Tarixdə elə şəxsiyyətlər olur ki, onların fəaliyyəti yalnız müəyyən bir dövrü deyil, bütöv bir xalqın gələcəyini müəyyən edir. Heydər Əliyev məhz belə dövlət xadimi idi. Danılmaz faktdır ki, Azərbaycanın müasir dövlətçiliyi məhz Heydər Əliyevin adı ilə qırılmaz şəkildə bağlıdır. 

Heydər Əliyev hələ sovetlər dönəmində SSRİ kimi nəhəng bir dövlətin ali rəhbərliyində, Siyasi Büro üzvü və Nazirlər Soveti sədrinin birinci müavini kimi yüksək post tutmaqla həm Azərbaycan Respublikasının potensialını ittifaq miqyasında reallaşdırmış, həm də respublikanın irəliyə doğru inkişaf etməsi üçün əlindən gələni əsirgəməmişdir. 

Tarixi faktlar göstərir ki, Heydər Əliyevin siyasi nüfuzu həm də regionda sabitliyin ən böyük qarantı olub. Heydər Əliyev hakimiyyətdə olduğu dövrdə erməni separatizmi baş qaldıra bilmirdi, belə təhdidlərin qarşısı qətiyyətlə alınırdı. Onun gedişi isə regionda geosiyasi boşluğun yaranmasına və mürəkkəb münaqişələrin başlanmasına rəvac verdi. 

1993-cü ildə Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanı dövlət kimi süqut etmək təhlükəsindən xilas etdi. Ölkəmiz xaos və vətəndaş qarşıdurması təhlükəsi ilə üz-üzə qaldığı bir zamanda məhz Heydər Əliyevin qətiyyəti, siyasi iradəsi və müdrikliyi Azərbaycan dövlətini məhv olmaqdan xilas etdi. Onun rəhbərliyi altında qısa müddətdə ölkədə sabitlik bərpa olundu, dövlət institutları möhkəmləndirildi, dövlət quruculuğunda yeni mərhələnin əsası qoyuldu, qanunsuz silahlı birləşmələr zərərsizləşdirildi və paralel olaraq Azərbaycanın gələcək inkişaf strategiyası müəyyənləşdirildi. 

1995-ci ildə qəbul edilmiş ilk milli Konstitusiya ilə hakimiyyət bölgüsü və mərkəzləşmiş prezident idarəetmə modeli təsbit olundu, cəmiyyət üçün hüquqi idarəçilik müəyyən edildi. Azərbaycanı iqtisadi qüdrətə yüksəldən "Əsrin müqaviləsi"nin imzalanması ilə isə ölkə qlobal iqtisadi sistemə inteqrasiya olundu. Bununla Azərbaycanın həm maliyyə müstəqilliyi, həm də beynəlxalq təhlükəsizlik təminatı gücləndirildi. 

Xarici siyasətdə "geosiyasi balanslaşdırma" kursu seçilərək, Azərbaycan böyük güclərin rəqabət meydanı olaraq deyil, bərabərhüquqlu tərəfdaş kimi təqdim edildi. Beləliklə, Heydər Əliyevin uzaqgörən siyasəti XXI əsrin qüdrətli və suveren Azərbaycan dövlətinin fundamental bazasının yaradılması strategiyasının əsasını qoydu. Mövcud tarixi gerçəkliklər sübut edir ki, Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı dövlətçiliyimizin xilası idi.

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Heydər Əliyevin siyasi kursu uğurla davam etdirilir. Güclü dövlət, qüdrətli ordu, qalib Azərbaycan reallığı Heydər Əliyev ideyalarının təntənəsidir. Xüsusilə də ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması Heydər Əliyevin xalqımıza miras qoyduğu dövlətçilik fəlsəfəsinin ən böyük zəfərlərindən biridir.

Heydər Əliyev yalnız böyük siyasətçi deyildi, həm də milli-mənəvi dəyərlərimizin qoruyucusu idi. O, azərbaycançılıq məfkurəsini dövlət ideologiyası səviyyəsinə yüksəldərək milli birliyimizin əsas sütununu formalaşdırdı. Təsadüfi deyil ki, Heydər Əliyevin "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" kəlamı hər bir vətəndaş üçün qürur və vətənpərvərlik nümunəsinə çevrilib.


Arzuxan ƏLİZADƏ,

Milli Məclisin deputatı, 

Azərbaycan Milli İstiqlal Partiyasının sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Vətən sevgisi - insan ləyaqətinin göstəricisidir

09:30
08 May

Bakıda aqrar və qida sənayesinin ən böyük sərgiləri yekunlaşır

09:25
08 May

Azərbaycan-İİB: etibarlı və davamlı maliyyə tərəfdaşlığı

09:20
08 May

Xarici ekspertlər Avropanın enerji təchizatında Azərbaycanın artan rolunu etiraf və təqdir edirlər

09:15
08 May

Halal ömür

09:10
08 May

Azərbaycanla əlaqələrin inkişafı Avropa üçün strateji zərurətdir

09:05
08 May

Fransanın "dəstəy"i Ermənistana uğur vəd edə bilməz 

09:00
08 May

Fransa yanlış siyasətindən əl çəkmir 

08:55
08 May

Hayların halına ağlayan gərək

08:50
08 May

Fransanın ermənipərəst ritorikası sülh prosesi ilə ziddiyyət təşkil edir

08:45
08 May

Roberta Metsolanın açıqlaması Avropa Parlamentinin qərəzli simasını nümayiş etdirir

08:40
08 May

Bakıda klassik musiqi konserti keçirilib

08:35
08 May

Ulu Öndər Heydər Əliyevin şəhərsalma strategiyası və Bakının WUF13-ə uzanan inkişaf yolu

08:30
08 May

Müstəqil Azərbaycan böyük Heydər Əliyev ideyalarının təntənəsidir

08:25
08 May

Heydər Əliyevin irsi milli sərvətimizdir

08:20
08 May

Ulu Öndərin ideyaları işığında şəhər ekosistemlərinin dayanıqlı inkişafı və "yaşıl transformasiya" paradiqması

08:15
08 May

Güclü və qalib Azərbaycanın reallığı

08:10
08 May

Heydər Əliyev ədəbiyyatın, mədəniyyətin hamisi idi

08:05
08 May

Zəfərin əbədi ünvanı

08:00
08 May

Azərbaycan Respublikasının Əmək Məcəlləsində və "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

02:01
08 May

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin yenidən təşkili və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında

02:01
08 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!