10 Oktyabr 2026 11:00
1451
Hüquq məsləhəti
A- A+
Bilmək istəyirəm

Bilmək istəyirəm


- Yaşayış binalarının aşağısında yerləşən obyektlərin sahibləri kommunal xidmət haqqı ödəməlidirlərmi? Əgər ödəməlidirlərsə, bu ödənişlər hansı tariflər əsasında hesablanır? Həmin obyektlər sakinlərin ümumi mülkiyyəti sayılırmı? 


Məhərrəm BAĞIROV,

Bakı şəhəri


- Qeyd edək ki, çox aktual və gündəlik təcrübədə tez-tez rast gəlinən mübahisəli məsələlərdən birinə toxunmusunuz. Sualınıza cavab olaraq bildiririk ki, bu məsələyə həm hüquqi məntiq, həm də cəmiyyət və qonşuluq münasibətləri kontekstində baxmaqda fayda var. 

Binanın aşağı hissəsində yerləşən  obyektlərin özləri (məsələn, mağaza, aptek, kafe və ya ofis) sakinlərin ümumi mülkiyyəti deyil. Mülki qanunvericiliyə görə, həmin obyektlər ayrıca daşınmaz əmlak obyektidir və onların xüsusi mülkiyyətçisi var. Həmin şəxsin adına mülkiyyət hüququnu təsdiq edən çıxarış mövcuddur. Lakin binanın ümumi əmlakı (zirzəmilər, fasadın dayaq konstruksiyaları, dam örtüyü, ümumi girişlər, pilləkən qəfəsləri, mühəndis kommunikasiya xətləri) binanın bütün mülkiyyətçilərinin, o cümlədən yaşayış sahəsi və qeyri-yaşayış sahəsinə malik şəxslərin mütənasib ümumi paylı mülkiyyətindədir.

Obyekt sahiblərinin kommunal xərclər ödəməsi ilə bağlı suala gəlincə, bəli, mütləq ödənməlidir. Nəzərə almaq lazımdır ki, binada sahəyə malik olan hər bir mülkiyyətçi (sahənin təyinatından asılı olmayaraq) ümumi əmlakın saxlanılması, təmiri və kommunal xərclərdə öz payına düşən hissəni ödəməyə borcludur. Təcrübə göstərir ki, obyekt fəaliyyət göstərdiyi müddətdə binanın ümumi kommunikasiya xətlərindən (kanalizasiya, su, elektrik) yararlanır, fasadından reklam üçün istifadə edir və binanın ümumi infrastrukturunun təhlükəsizliyindən faydalanır.

Xərclərin bölgüsü binadakı mənzilin və ya qeyri-yaşayış sahəsinin ümumi sahəyə olan nisbətinə əsasən aparılır. Məsələn, obyektin binanın ümumi sahəsindəki payı neçə faizdirsə, xərclərdə iştirakı da o qədər müəyyən edilir.

Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 38.1-ci maddəsinə görə, çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. Həmçinin Məcəllənin 38.2-ci maddəsinin tələbinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir.

Təcrübədə bəzi obyektlər (məsələn, kafe, iaşə obyektləri və ya ticarət mərkəzləri) adi mənzillərə nisbətən binanın ümumi infrastrukturuna daha çox yük (zibil, səs-küy, su və ya kanalizasiya təzyiqi) verdiyi üçün binanın idarəetmə qurumu (mənzil-tikinti kooperativi və s.) tərəfindən ümumi yığıncağın qərarı ilə hesablama qaydaları tətbiq oluna bilər. Lakin əsas prinsip sahə mütənasibliyi və faktiki yük balansıdır.

Hüquqi tələblərlə yanaşı, bu məsələ həm də qonşuluq etikası və sosial ədalət məsələsidir. Obyekt sahibləri də binanın ümumi problemlərinə biganə qalmamalı, sakinlərlə qarşılıqlı anlaşma və əməkdaşlıq şəraitində hərəkət etməlidirlər.

İdarəetmə qurumları və ya binanın seçilmiş nümayəndələri xərcləri hesablayarkən obyekt sahibləri ilə açıq dialoq qurmalı, yığılan vəsaitin hara xərcləndiyini şəffaf şəkildə göstərməlidirlər. Obyekt sahibi də başa düşməlidir ki, o, bu, binanın ictimai həyatının ayrılmaz hissəsidir.


Sualı cavablandırdı:

Paşa SƏFƏROV,

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan nefti 126 dollara satılır  

09:53
31 Oktyabr

Heydər Əliyev siyasətinə sadiqlik Azərbaycanı qalib və yenilməz dövlətə çevirdi  

09:48
31 Oktyabr

Bilmək istəyirəm

08:45
31 Oktyabr

Mediasiya Şurasında ilk həmkarlar ittifaqı təşkilatı yaradılıb

08:40
31 Oktyabr

ZƏFƏR gündəliyi

08:35
31 Oktyabr

Heydər Əliyev prospekti - paytaxtın müasir memarlıq azmanlarının ünvanı

08:30
31 Oktyabr

Dövlətin aqrar sektora dəstəyi kimi ondan gözləntisi də çoxdur

08:25
31 Oktyabr

NDU-da doktorantların və gənc tədqiqatçıların respublika elmi konfransı öz işinə başlayıb

08:20
31 Oktyabr

Milli məqsədləri reallığa çevirən rəhbər

08:15
31 Oktyabr

ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı - "Məhsul bayramı" təşkil edilib

08:10
31 Oktyabr

"Pulsuz hüquqi yardım haqqında" qanun layihəsi müzakirəyə çıxarıldı

08:05
31 Oktyabr

Andına sadiq Lider

08:00
31 Oktyabr

Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında

01:45
31 Oktyabr

TDT-nin 13-cü Zirvə Görüşü – Azərbaycan sədrliyi Türkiyəyə təhvil verib  

22:31
30 Oktyabr

Qırğızıstan Prezidenti Azərbaycana təşəkkür edib

21:43
30 Oktyabr

Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm  

21:14
30 Oktyabr

Premyer Liqa: “Sabah” səfərdə “Turan Tovuz”a uduzub

20:57
30 Oktyabr

Azərbaycan və Türkiyə arasında münasibətlərin cari vəziyyəti müzakirə olunub  

20:38
30 Oktyabr

Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir  

20:34
30 Oktyabr

Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının iclası keçirilib  

20:26
30 Oktyabr

Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

19:49
30 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!