Martın 17-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə tərəflər arasında təkbətək görüş olub.
Görüşün sonunda Valentina Matviyenko Milli Məclisin sədri Sahibə Qafarovaya Rusiya Federasiyasının "Dostluq" ordenini təqdim edib.
Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə davam edib. Söhbət zamanı Azərbaycan ilə Rusiya arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxunulub.
S.Qafarova parlamentlərimiz arasındakı əlaqələrin rolunu qeyd edərək, ikitərəfli və çoxtərəfli əməkdaşlığın müxtəlif aspektlərinə dair fikirlərini bildirib, bu kontekstdə parlament üzvlərinin fəaliyyətinin əhəmiyyətinə toxunub. Azərbaycan Milli Məclisi ilə Rusiya Federal Məclisinin Parlamentlərarası Əməkdaşlıq Komissiyasının rolu vurğulanıb.
Valentina Matviyenko ölkəmizə səfəri və paytaxt Bakının sürətli inkişafı haqqında müsbət təəssüratlarını bölüşüb. O, Prezident İlham Əliyevlə görüşünü və aparılmış müzakirələri məmnunluqla qeyd edib. Həmçinin Birinci vitse-prezident Mehriban Əliyeva ilə humanitar əlaqələrin bütün istiqamətləri üzrə apardığı fikir mübadiləsindən danışıb.
Federasiya Şurasının sədri görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyinin Rusiyada da geniş qeyd olunduğunu bildirib, bu dahi şəxsiyyətin Azərbaycan dövləti və xalqı qarşısındakı misilsiz xidmətlərini vurğulayıb.
Valentina Matviyenko, həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq səviyyədə artan rolunu qeyd edib. Vurğulanıb ki, Azərbaycan beynəlxalq tədbirləri, mədəniyyətlərarası dialoqu təşviq edən forumları, həmçinin nəhəng iqtisadi layihələri uğurla həyata keçirir. O, bütün təzyiqlərə baxmayaraq, böyük iştirakçı sayının təmin olunduğu və mühüm nəticələrin əldə edildiyi COP29-un uğurla reallaşdırıldığını vurğulayıb, öz təbriklərini çatdırıb. O cümlədən COP29 çərçivəsində təşkil olunmuş Parlament toplantısının əhəmiyyətindən danışıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər mövzularda da fikir mübadiləsi aparılıb.
“Azeri Light” markalı neft bahalaşıb
Daha iki itkin-şəhidin dəfn mərasimi olacaq
Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb
Vəkilliyə namizədlərlə görüşdə peşə nüfuzunun yüksəldilməsindən danışılıb
Zelenski: Ukrayna 3000 km məsafə qət edə bilən dronunu uğurla sınaqdan keçirib
Fransada irqçilik, ksenofobiya və din əleyhinə cinayətlər artıb
Azərbaycan 2024-cü ildə terror hadisəsi qeydə alınmayan ölkələr sırasındadır
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sərsəng su anbarından Ağdərənin Umudlu kəndinə gedən avtomobil yolunun açılışında iştirak ediblər YENİLƏNƏCƏK
Lənkəranda zəlzələ olub
MN: Azərbaycan Ordusunun mövqeləri fasilələrlə atəşə tutulub
Ürək çatışmazlığında innovativ həllər
Ağ Evdən növbəti qərar
Sorağı əsrlərə yetəcək soyqırımı
Çiçək ətirli bahar gəlir
Tarixi keçmişimizi, adət-ənənələrimizi özündə yaşadan müqəddəs bayram
Torpaq çərşənbəsi
Ermənistanda biznesə vergi terroru
Avropa Parlamentinin ölkəmizə qarşı növbəti qərəzi
AP-nin qətnaməsi anti-Azərbaycan ritorikasının pik həddidir
Azərbaycan hava nəqliyyatında da mühüm tranzit ölkəyə çevriləcək
Hökumət hesabat verdi
Yeni strateji hədəflər qarşısında12 Mart 2025
İKİNCİ MÖCÜZƏ11 Mart 2025
Azərbaycan qadını - milli birliyimizin, mənəvi bütövlüyümüzün dayağı08 Mart 2025
Azərbaycan-Türkiyə birliyi türk dünyasına töhfədir07 Mart 2025
Bənzəri olmayan qardaşlıq06 Mart 2025
Müzəffər Ali Baş Komandanın qüdrətli Ordusu05 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
BE | ÇA | Çə | CA | Cü | Şə | Bz |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
31 |
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!