18 Mart 2025 09:05
880
Mədəniyyət
A- A+
Çiçək ətirli bahar gəlir

Çiçək ətirli bahar gəlir


Hər şeyə hakim olan zaman ayaq saxlamadan, hiss olunmadan, heç kimlə məsləhətləşmədən öz axarı ilə gəlib keçir. Ondan geriyə günlər, həftələr, aylar, illər və bir də acılı-şirinli xatirələr qalır. Zaman keçdikcə əsrləri ilmə-ilmə üyüdüb xırdalayan aylar, illər üst-üstə yığılır. Tarixin yükü yavaş-yavaş artır, ağırlaşır, qalınlaşır. 

Üst-üstə qalaqlanan illərlə bərabər, fəsillər də dəyişir.  Hər dəyişən il, hər yenilənən fəsil yaşımızın üstünə yaş gətirir. Saçımıza, çöhrəmizə əl gəzdirir. İllər, fəsillər dəyişdikcə sanki dünyamız da yenilənib gözəlləşir.

Mart ayının ortalarıdır. Hərəsi bizdə bir cür xoş ovqat oyadan fəsillərin bir-birini əvəz edəcəyi günləri sayırıq. Son həftələri yağışlı, qarlı, şaxtalı və sonra da günəşli keçən qış fəslinin son günlərini yaşayırıq. Günlər arxada qaldıqca havadan çiçək ətirli, gül qoxulu baharın ilıq nəfəsi duyulur. Yurdumuza, el-obamıza yeni gün gəlir. Ruhumuz, qəlbimiz, könlümüz  çağlayan bu ilıqlıq bulağında yuyulduqca yuyulur. Dünənə qədər soyuğa bürünmüş havalar içində misqal-misqal istilik hiss edərək qalın kürkünü çıxarır. Əvvəlki günlərə baxanda havada istilik duyulur. Təbiət əlini bu istilikdə qızdırır. Göy üzündən yer üzünə boylanan Günəş də əvvəlki günlərdən daha parlaq və daha gülərüz görünür. 

Havalar isindikcə müharibələrdən təngə gəlmiş dünyamız silkələnib qışın soyuğu, şaxtası ilə vidalaşa-vidalaşa yaşıllığa bürünür. Həmişə şirin, dadlı, ləzzətli, rənbərəng meyvələr gətirən ağacların bir-birinə bənzəməyən irili-xırdalı budaqlarında yavaş-yavaş tumurcuqlar muncuq kimi sıralanıb düzülür. İnsanların üzü gülür, ürəyi açılır, qəlbi cuşa gəlir, sevinir. Bu anlarda sanki göylərin dərinliyindən, sonsuzluğundan yer üzünə bərəkət enir. Təbiət xoşbəxtlikdən, bəxtəvərlikdən don geyinir.     

Günlər ötüb keçdikcə, dünənə çevrildikcə bahar qış üzərində təntənəli zəfər çalır. Onun xoş müjdəli zəfəri hər yerə səs salır, çiçək ətirli, gül qoxulu baharın qədəmlərinin səsi eşidilir. Onun gəlişindən dünyamız sevincə batır, yavaş-yavaş kədərdən, qəmdən uzaqlaşır. 

Xoş gəlirsən, çiçək ətirli bahar! Xoş gəlirsən, gül çətirli Novruz! Xoş gəlirsən, xoş arzulu, ülvi diləkli, barlı-bərəkəli fəsil! Tez gəl, dünyamızı ağ çiçəklərə, rəngbərəng güllərə bürü! Qoy dünyamız həmişə çiçək ətirli, gül çətirli olsun! Qoy insanlar bütün ömürləri boyu bax beləcə bəxtəvər həyat yaşasınlar. Çiçək ətirli baharın qoxusunu ömürlərinin hər günündə, hər anında hiss etsinlər. Gündən-günə gözəlləşən Azərbaycanı sevsinlər, yaşadıqca yaşasınlar!  


V.MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!